Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


c) Azadlıq və zərurət, azadlıq və məsuliyyət



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə245/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   241   242   243   244   245   246   247   248   ...   307
333 felsefe muhazireler toplusu eyani

c) Azadlıq və zərurət, azadlıq və məsuliyyət. 
İnsanın iradə azadlığının sadə-
ləşdirilmiş materialist anlamı onu yalnız dərk edilmiş zərurətlə əlaqələndirdiyinə 
görə faktiki olaraq insanı bu azadlıqdan məhrum edir. Fransız filosofu P.Holbax 
qeyd edirdi ki, insan özünün bütün hərəkətlərində zərurətə tabe olur. Onun iradə 
azadlığı xülyadır. Buxnerə görə, azadlıq – qolu bağlı insanın azadlığıdır, quşun qə-
fəsdəki azadlığıdır. 
Doğurdanda hər şey zəruridirsə, əgər təsadüf, imkan yoxdursa, əgər insan yal-
nız robot kimi hərəkət edirsə, o zaman azadlıq üçün yer qalmır. Əgər insan bu və 
ya digər zərurəti dərk etsə də bu dərketmənin özü də vəziyyəti dəyişdirmir, cinayət-
kar həbsxanada qalmağının zərurətini “dərk etməklə” azad ola bilmir. 
Lakin azadlığın başqa izahı da vardır. Həmin izaha görə, azadlıq necə istəyir-
sən elə hərəkət etmək imkanıdır. Azadlıq – iradə azadlığıdır. İradə – öz mahiyyəti-
nə görə həmişə azad iradədir. 
Bəzi filosoflar mütləq azadlıqdan danışırlar ki, bu da ağlabatan deyildir. 
Bir fransız əfsanəsində qolunu yelləməklə təsadüfən yoldan ötənin burnunu 
sındıran insanın məhkəməsindən söhbət gedir. Günahkara ona görə bəraət verirlər 
ki, heç kim ona öz qolunun yelləməyi qadağan edə bilməz. Lakin bu hadisə ilə əla-
qədar məhkəməni qərarında deyilirdi: müttəhim müqəssirdir, çünki bir adamın qo-
lunu yelləməyin hüdudu digər adamın burnunun yaxınlığında qurtarır. 
Göründüyü kimi, azadlıq həm hüdudsuz, həm də hüdudlu ola bilər. Azadlıq 
çox vaxt həyatın elementar normaları ilə münaqişəyə girir. Fransız əfsanəsi bir da-
ha sübut edir ki, mütləq azadlıq yoxdur, azadlıq həmişə nisbidir. 
Azadlıq özümüzü xəyalən təbiət qanunlarından asılı saymağımızdan ibarət de-


258
yil, ondan ibarətdir ki, həmin qanunlar dərk edilsin və bu bilik əsasında təbiət qa-
nunları planauyğun bir surətdə müəyyən məqsədlər üçün fəaliyyət göstərməyə 
məcbur edilə bilsin. Bu, həm xarici təbiətin qanunlarına, həm də insanın özünün 
cismani və mənəvi varlığını idarə edən qanunlara aiddir, – bunlar iki qisim qanun-
lardır ki, bunları biz bir – birindən, uzaq başı, öz təsəvvürümüzdə ayıra bilərik, ger-
çəklikdə isə ayıra bilmərik. Deməli, iradə azadlığı işi bilmək əsasında bir qərara 
gəlmək qabiliyyətindən başqa bir şey deyildir. Beləliklə, insan müəyyən bir məsələ 
haqqında nə qədər azad mühakimə yeridir, bu mühakimənin məzmunu da o qədər 
böyük bir zərurətlə müəyyən olacaqdır, halbuki bilməməkdən irəli gələn və imkan 
daxilindəki bir çox müxtəlif bir– birinə zidd qərarlar arasında guya istədiyini seçib 
götürən inamsızlıq özünün azad olmadığını, məhz özünün tabe edəcəyi şeyə tabe 
olduğunu sübut edir. Deməli, azadlıq təbiət zərurətlərini dərk etmək əsasında özü-
müzə və xarici təbiətə hakim olmaqdan ibarətdir, buna görə də azadlıq tarixi inkişa-
fın zəruri məhsuludur (F.Engels). 
Qeyd etmək lazımdır ki, iradə azadlığı problemi insanın öz əməlləri müqabilin-
də əxlaqi və hüquqi məsuliyyəti problemi ilə sıx surətdə əlaqədardır. Əgər insan bu 
və ya digər hərəkətə güc ilə məcbur edilərsə, o zaman həmin hərəkətə görə o heç 
bir əxlaqi və hüquqi məsuliyyət daşımır. Bunu zorakılıq edənin ölümü və zədə al-
ması faktı ilə də eyniləşdirmək olar. 
İnsanın azad hərəkəti öz aləmində həmişə cəmiyyət qarşısında cavabdeh oldu-
ğunu nəzərdə tutur. 
Azadlıq və məsuliyyət bir bütöv, şüurlu insan fəaliyyətinin iki tərəfidir. Azad-
lıq məqsədəuyğun fəaliyyətin həyata keçməsi imkanıdır. Məsuliyyət obyektiv şə-
raitin diktə etdiyi hərəkətin dərk edilməsi deməkdir. Azadlıq məsuliyyət doğurur
məsuliyyət azadlığı istiqamətləndirir. 
Elmi–fəlsəfi dünyagörüşünə görə həm azadlıq, həm də məsuliyyət obyektiv sə-
bəbiyyət determinizmin hökm sürdüyü dünyada mümkündür. Məsuliyyət ictimai 
şüurun inkişafı, sosial münasibətlərin səviyyəsi ilə mövcud sosial institutlarla şərt-
lənir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin