Yuxarıda deyildiyi kimi insanın mənşəyinin əmək nəzəriyyəsi kifayət qədər
geniş yayılmışdır. Bununla
belə, o heç də hamı tərəfindən birmənalı qəbul olun-
mur. Bu təlimin əleyhdarları bir sıra ciddi arqumentlər irəli sürürlər. Əvvəla, elmdə
təkamül gedişində və yaxud süni seleksiya yolu ilə bır növdən digərinə keçilməsini
göstərən çoxlu faktlar bəllidir. Xüsusilə də müasir genetikanın nailiyyətləri bunu
təsdiq edir. Lakin elm qədim insanabənzər canlı ilə insan (kromanyon) arasında ke-
çid vəsiləsini bu günə qədər tam aşkar etməmişdir. Bundan əlavə məlumdur ki,
ne-
andertal adam qədim insanın kromanyonla bir dövrdə yaşamış başqa növüdür. Ehti-
mal olunur ki, neandertal elə kromanyon tərəfindən məhv edilmişdir. Beləliklə də
primatlar ilə insan arasında ayrılıq nəinki azalmır, əksinə artır. İnsanın mənşəyinin
əmək nəzəriyyəsinin başqa bir mübahisəli tərəfi də vardır. Bu, insanın əcdadlarının
ətraflarının adaptasiyaya uğrayaraq dəyişməsinə aiddir. Məsələ bundadır ki, belə
dəyişilmə qəbul edilsə də, elə bir xüsusi əhəmiyyət kəsb etmir. Belə ki, ətrafların
dəyişilməsi (məsələn, əlin barmaqlarının), pəncənin dəyişməsi, dik yeriməni təmin
edən pəncənin dabanının yüksəlməsi ilə birləşməli idi. Bunlara əlavə olaraq həm də
onu göstərmək olar ki, bel sütununun, udlağın, çənənin, başın, dişlərin daxili orqan-
ların dəyişilməsini də təkcə uyğunlaşma izah etmir. Nəhayət, psixikanın və beynin
dəyişilməsi və inkişafını adaptasiya (uyğunlaşma) hesab etmək dəqiq deyildir.
Əgər bu belədirsə, onda ibtidai insan özünün müasir insandakından demək olar ki,
fərqlənməyən beynini necə əldə etmişdir?
Bu deyilənlərdən görmək olar ki, insanın mənşəyinin əmək nəzəriyyəsində mü-
bahisəli və ehtimal xarakterli xeyli məsələ vardır. Şübhəsiz ki, elmin gələcək inki-
şafı burada yeni dəqiq məqamlar aşkar edəcəkdir. Görünür, insanın mənşəyi bioloji
tələbatdan keyfiyyətcə yeni tələbata keçilməsinin məhsuludur. İnsan öz bioloji tələ-
batını dəyişə bilmir, sosial tələbatlar isə onun həyat tərzindən törəmədir. Beləliklə
insanın praktiki həyat fəaliyyəti üsulu onların tələbatlarım həm keyfiyyətcə və həm
də kəmiyyətcə dəyişdirir.