Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Antropososiogenez prosesində dil çox mühüm rol oynamışdır



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə254/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   250   251   252   253   254   255   256   257   ...   307
333 felsefe muhazireler toplusu eyani

Antropososiogenez prosesində dil çox mühüm rol oynamışdır. 
Əmək alətlə-
rinin yaranması və onların təkmilləşdirilməsinə olan tələbat insanın şüurlu olduğu-
nu göstərir. Doğrudan da əgər insan əmək aləti hazırlayırsa, bu, onun tələbatı və öz 
sosial əhəmiyyətini başa düşməsi ilə əlaqədardır. Bu, bilik-bacarıq və əmək vərdiş-
ləri o qədər yüksək olmasa da, xarici predmetin insan həyatı üçün faydalılığını əks 
etdirir. Beləliklə də xarici, kənar amillər insanın daxilinə, onun əmək vərdişlərinə 
və hissi obrazlarına çevrilir. Sonuncular əmək vərdişləri ilə yanaşı mövcud olur və 
insanın məqsədli ustanovkaları ilə bağlıdır. Bu isə o deməkdir ki, artıq qədim insan 
xeyli dərəcədə mürəkkəb işarə strukturları sisteminə (dil, alətlər sistemi, yasaqlar 
və normalar) malik olmuşdur. 
Əmək alətləri öz-özlüyündə ilk süni işarə deməkdir. Bu, sifətin dəyişməsi, hə-
rəkət və heyvanların səs siqnallarından fərqli olaraq yeni siqnal idi. İnsanlar ona 
obyektiv məna verirdi. Lakin belə işarələr vasitəsilə ünsiyyət məhdud xarakter da-
şıyır. Burada isə dil köməyə gəlir. Beləliklə də səs kompleksləri isanların həyatında 


268
mühüm rol oynayan sosial mənaları maddiləşdirmək funksiyasını öz üzərinə götü-
rür. Nitq insanın təfəkkürünə ən çox adekvat olan maddi forma rolunu oynayır. İn-
sanların qayğısı, niyyəti, planı sözlərin timsalında çoxdan axtarılan ifadə formasını 
tapır. Bu momentdən başlayaraq təfəkkür elə bir maddi əsas əldə edir ki, onun sa-
yəsində ictimai qüvvəyə, müxtəlif şəraitləri modelləşdirən ruha çevrilir. O, həm də 
insan üçün daha məqbul, daha yaxın və effektiv praktiki fəaliyyət yollarını axtarıb 
tapan vasitə olur. 
Sözlər insanın əqli qabiliyyətlərini üzə çıxarır və maddiləşdirir. Bu mənada in-
sanın zəkalı varlıq olması, eyni zamanda danışan mövcudat olması deməkdir. Söz-
lər həm də kommunikativ mexanizmi ifadə edir. Yəni onlar vasitəsilə insanın daxili 
dünyası başqaları üçün və bəzən də onun özü üçün aydın olur. Sözlər təkcə onun 
ünvanlandığı şəxsə deyil, həm də danışanın özünün psixikasına təsir göstərir. Söz-
lərdə fikir obyektivləşir, onun predmeti aydın şəklə düşür və bitmiş forma alır. 
Cümlələrdə ifadə olunmuş fikirlərin üstünlükləri və nöqsanları daha aydın nəzərə 
çarpır. Belə fikri sonradan kollektiv rəyin köməyi ilə tamamlamaq, təkmilləşdirmək 
mümkün olur. Qədim insanın rəsmlərdə çəkdiyi ov etmək planı bütün qəbilə üzvlə-
rinin düşüncə obyektinə çevrilir. Onların biri öz düzəlişlərini verir, şübhə ilə yana-
şır və lazım gəldikdə hətta bu planı rədd edə bilirdi. 
Beləliklə, əmək alətləri ilə yanaşı nitq də insanın və onun şüurunun mühüm
 
amilidir. Nitq həm də cəmiyyət üçün son dərəcə zəruri müxtəlif ünsiyyət formaları-
nın inkişafında, sosial təcrübənin, simvolların, dəyərlərin toplanmasında böyük rol 
oynayır. 
Qeyd olunmalıdır ki, həm əmək alətləri, həm də nitq müəyyən ictimai münasi-
bətlər sistemində və onun təsiri altında baş verir. İctimai münasibətlərin
 
özülünün 
qərarlaşması heyvan sürüsündə bioloji tələbatların inkişafı ilə sıx əlaqədə baş verir. 
Belə ki, meymun sürüsünün daxilində erkək və dişi cinslər, meymun valideynlər ilə 
onların balaları arasında kifayət qədər yüksək inkişaf etmiş münasibətlər mövcud-
dur. Sözün əsl mənasında təsərrüfat fəaliyyətinin formalaşması gedişində bu müna-
sibətlər dərin dəyişikliklərə uğrayır. Belə ki, əlin əmək ətlərinə malik olması nəticə-
sində insan ovçuya çevrilir. Bu isə həm də mənfi nəticə doğurur, yəni qəbilə kol-
lektivi daxilində rəqabəti artırır. Qəbilə daxilində dişi cinsli nümayəndələrə sahib 
olmaq üstündə barışmaz düşmənçilik özünü göstərməyə başladı. Bu isə nəslin for-
malaşmaqda olan vəziyyətinə pis təsir edir. Çünki qəbilədaxili düşmənçiliyin möv-
cud olduğu şəraitdə birgə ov etmək, təsərrüfat aparmaq çətinləşirdi. Beləliklə, ic-
manın daxilində heyvani cinsi instinktləri qadağan etmək vəzifəsi qarşıya çıxdı. 
Onun həlli ölüm-dirim məsələsi idi. İcma xeyli dərəcədə çətinliklə də olsa bu vəzi-
fəni yerinə yetirməyin vasitələrini tapa bildi. Bu qəbilə daxilində cinsi əlaqələrin 
qadağan edilməsi oldu. Deməli, endoqamiyadan ekzoqamiyaya keçildi. Bu, insan 
cəmiyyətinin böyük sosial nailiyyəti idi. Çünki təbiətdə, heyvanlar aləmində cinsi 
qadağa və məhdudiyyətlər demək olar ki, yoxdur. Qəbilə daxilində cinsi əlaqələrin 
qadağan edilməsi nəsil artımının tənzimlənməsində müstəsna rol oynadı. İlk növbə-
də qəbilə üzvləri arasında bir-birinə olan münasibətlər dəyişildi. İnsanlar tədricən 
bir qəbilənin daxilində qan qohumluğuna malik olduqlarını başa düşməyə başladı-


269
lar. Fərdlərin qohumluq münasibətlərində olması, onlarda yeni sosial keyfiyyətlərin 
formalaşmasına kömək etdi. Heyvan sürüsünün malik olduğu bioloji xüsusiyyətlər 
tədricən sosial xassələrlə əvəz olundu. Qohumluğu başa düşmək, insanları bir-biri 
ilə münasibətlərində müəyyən qaydalara əməl etməyə məcbur edirdi. Ekzoqamiya-
ya keçildikdən sonra tədricən icmalar arasında nikah və qohumluq münasibətləri 
yarandı. Belə münasibətlər artıq sırf sosial məna daşıyırdı. Bu vəziyyət də icmaları 
bir-birinə yaxınlaşdırdı, onları birgə təsərrüfat aparmağa sövq etdi. Beləliklə də qə-
bilə münasibətlərində ilk dövrdə özünü göstərən vəhşi sürüsünə xas keyfiyyətlər 
(adam əti yemək - hannibalizm və s.) tədricən aradan qalxdı. 
Qohumluq münasibətlərinin sosial mənası insanın bu və ya digər icmaya mən-
sub olduğunu aydın bildirən müəyyən simvollarda təsbit olunmağa başladı. Belə 
simvollar totem adlandırılırdı. Totem bu və ya digər icmanın simvolu olmaqla onun 
üzvünə bir sıra tələblər verirdi: o, öz icmasının şərəfini və ləyaqətini qorumalı, 
onun qaydalarını pozmamalı idi. Bu isə sosial mənaların əhatə dairəsini daha də ge-
nişləndirdi. İctimai münasibətlərin təsiri altında insanlarda daha mürəkkəb işarələr 
(mənalar) sistemləri yaranmağa başladı. Bunlara misal olaraq müxtəlif normaları 
göstərmək olar. Ümumi tərəfindən qəbul olunmuş qaydalara riayət etmək, icma üz-
vünün mənəvi borcu hesab edildi. İcma üzvü hətta həyatı təhlükədə olsa belə, onu 
poza bilməzdi. 
Beləliklə, insanlar arasında təsərrüfat, əmək fəaliyyəti prosesində qərarlaşan ic-
timai münasibətlər, onlarda sosial keyfiyyətlər formalaşdırdı. Bu yeni keyfiyyətlər 
əvvəllərdə mövcud olan instinktlərdən prinsipcə fərqli idi. İctimai münasibətlər in-
sanlara təsir etməyin özünəməxsus vasitəsi rolunu oynamağa başladı. Deməli, 
əmək alətləri və nitq öz-özlüyündə şüuru yaratmır. Onların insan psixikasına təsiri 
ictimai münasibətlərin məzmunundan keçərək baş verir. Məhz ictimai münasibətlə-
rin təsiri altında əvvəldə qəbilədə sadə bir erkək olan kişi ailə başçısına çevrildi. 
Eyni ilə də ictimai münasibətlərin təsiri altında qəbilənin dişi üzvü qadına və sonra 
isə anaya çevrildi. İnsanın sosial vəziyyətinə müvafiq olaraq onun şüuru da möv-
cud olur. Şüur sosial münasibətlərin təsiri altında əmək alətlərinin, nitqin və davra-
nış normalarının ictimai mənasının başa düşülməsi kimi yaranır. Buradan aydındır 
ki, şüur da sırf ictimai hadisədir. 
İnsanın mənşəyi haqqında müasir dini fəlsəfənin görkəmli nümayəndəsi de 
Şardenin (1881-1955) fikri də maraqlıdır. O, kainatın təkamülünü anlamaqda "in-
san fenomeninə" əsaslanır. Onun fikrincə gələcəyə yönəlmiş təkamül insanların şü-
urlu fəaliyyətindən keçərək baş verir. İnsan materiyam dəyişdirmək yolu ilə təka-
mülün yaradıcı prosesinə qovuşur və bu təkamüllün uğurlarına görə məsuliyyət da-
şıyır. Təkamülün əxlaqını din yaradır, buna görə də din elmlə birləşməli, öz prinsip-
lərinin izahını yeniləşdirməli və fəaliyyət göstərən dinə çevrilməlidir. Beləliklə o, 
insanın təkamül prosesində heyvanlar aləmindən yarandığını qəbul edir. Lakin bu 
prosesdə insanın şüurunun, zəkasının və özünü dərk etməsinin rolunu həddən artıq 
şişirdirdi. O göstərirdi ki, heyvanat aləmindən insana keçid insanın morfologiyasın-
da elə bir ciddi dəyişikliklər yaratmır. Bu keçid daha çox insanın daxili aləmində 
baş verir. İnsanabənzər mövcudatların inkişafı gedişində onların xarici həyat fəaliy-


270
yəti, tədricən daxili, subyektiv istiqamət alır. Onun fikrincə insanın heyvandan üs-
tünlüyünü ifadə edən mərkəzi fenomen refleksiyadır. Refleksiya dedikdə o, insan 
şüurunun öz-özünü dərketmə qabiliyyətini başa düşürdü. Şardenə görə məhz reflek-
siya insanabənzər meymunların vəziyyətini dəyişdirmiş, onların daxili həyatını in-
sana yaxınlaşdırmışdır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin