Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə257/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   253   254   255   256   257   258   259   260   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
üç nöqteyi-nəzər
 
vardır: Birincilər 
göstərirlər ki, mövcud irsiyyət mexanizmi unikal bioloji növ olan insanın inkişafı-
nın nəticələrini tam dolğunluğu ilə əks etdirir. Bu mexanizm sabit və mükəmməl-
dir. Buna görə də uzaq gələcəkdə də öz rolunu oynayacaqdır. Beləliklə, birinci ba-
xış optimist əhval-ruhiyyəni ifadə edir. İkinci mövqedə duranlar belə hesab edirlər 
ki, insan bioloji növ kimi öz dövrünü başa vurmaqdadır və o sönməyə doğru meyl 
edir. Onlar bunun səbəbini insan tərəfindən süni mühitin yaradılmasında və təbabə-
tin artan uğurlarında görürlər. Guya bu amillər cəmiyyəti təbii seçmə üzrə inkişaf 
yolundan kənara çıxarmışdır. Buna görə də toplanmaqda olan mutasiyaların təzyiqi 
altında bəşəriyyətin üzərinə ağır yük düşür. Bundan əlavə, sosial həyatda baş verən 
burulğanlar və partlayışlar da insan nəslinin sönməkdə olduğunu göstərir. Görün-
düyü kimi, bu baxış pessimizmi ilə səciyyələnir. Nəhayət üçüncü qrupun tərəfdarla-
belə hesab edirlər ki, insan cavan bioloji növdür. Onun irsiyyət mexanizmində 
heyvanların genləri hələ həddən artıq çoxdur. İnsanın yaşadığı sosial mühit bəşəriy-
yətin tarixi tərəfindən yaradılmışdır. Bu mühit yalnız bəzi adamların fəaliyyətinin 
məhsuludur. Göründüyü kimi bu baxış elitarizm mövqeyini ifadə edir. 
Ümumilikdə götürdükdə ikinci və üçüncü baxış eyni bir məqsədə xidmət edir. 
Onların fikrincə insanın genetik təbiətində düzəlişlər edilməlidir. Yaxın gələcəkdə 
bioloji amillər üzündən bəşəriyyəti ölüm təhlükəsi gözləyir. Onun qarşısını yalnız 
genetika ala bilər. Əgər genetika bioloji təkamülə nəzarəti öz əlinə alsa, onda bu 
təhlükə sovuşar. Bu qəbildən olan ideyalar zəminində evgenika elminin (irsiyyət 
mexanizmi və onun yaxşılaşdırılması haqqında elmdir) yeniləşmiş variantı özü gös-
tərir. Onun nümayəndələri qəti surətdə bildirirlər ki, bu elm insan nəslinin təkrar is-
tehsalına tam nəzarət etməlidir. Hətta bəşəriyyət faydalılıq naminə nəslin artırılma-
sında qismən də olsa seleksiya işini həyata keçirməlidir. Əlbəttə, belə fikri məqbul 
hesab etmək olmaz. Əvvəla seleksiyanın genetik imkanları bu böyüklüyündə vəzi-
fənin öhdəsindən gələ bilməz. Digər tərəfdən belə olduqda bir sıra mənəvi-psixoloji 
məsələlər qarşıya çıxır: kim arzuolunan xassəli genlərə malikdir? Sonra genlərin ar-
zu olunanlığım necə müəyyən etmək olar? Bu işi kim görməlidir? 
Genetik amillərin və seleksiya imkanlarının şişirdilməsi insanlarda sosial əsas-
ların rolunun azaldılması deməkdir. İnsan təkcə təbii mövcudat deyil, təbii-sosial 
mövcudatdır. Təbiət insana onun həyatı üçün lazım olan bütün nemətləri hazır şə-
kildə vermir. Buna görə də təbii imkanları sosial həyatda reallaşdırmaq lazım gəlir. 
Sonuncu proses isə bilavasitə insanda sosial tərəfi göstərir. Yuxarıda qeyd olunan 
biolojiləşdirici baxışların bir nöqsanı da budur ki, onlar hər şeyi genetik amillərə 
müncər edirlər. Axı bioloji tərəf öz məzmununa görə geniş anlayışdır. Burada fərdi 
inkişafın fizioloji səpkiləri mütləq nəzərə alınmalıdır. Xüsusən də patoloji effekt tö-
rədən fizioloji amillər böyük rol oynayır. Məhz onlar insanın bioloji göstəricilərinə 


276
dəyişdirici təsir edir. Onları, hətta sosial amilləri başqa cür qavrayacaq dərəcədə 
dəyişdirir. 
İnsan haqqında baxışlar yuxarıda deyilənlərlə bitmir. Onlardan əlavə bir sıra 
konsepsiyalar da vardır. Onlar bioloji amillərin mühümlüyünü zahirən qəbul et-
məklə, əsassız olaraq belə bir optimist fikir irəli sürürlər ki, guya yalnız xarici təsir-
lər göstərməklə insanın təbiətini tez bir vaxtda, əsaslı surətdə və istənilən istiqamət-
də dəyişdirmək olar. Qeyd edək ki, cəmiyyət tarixində buna bənzər cəhdlər az ol-
mamışdır. Bir çox dövrlərdə güclü sosial vasitələrin təsiri ilə insanların ictimai psi-
xologiyası kütləvi psixoz vəziyyəti həddinədək dəyişdirilmişdir. Lakin bu vəziyyət 
yalnız qısa müddət davam etmişdir. Tezliklə insanların şüuru öz köhnə vəziyyətinə 
qayıtmışdır. Buradan aydın olur ki, həmin qəbildən zorla edilən dəyişikliklərin heç 
bir tarixi və ya sosial mənası yoxdur. Onlar olsa-olsa insanın sosial iradəsini yanlış 
səmtə yönəldir və sosial amillərin təsirini zəiflədir. 
İnsanda sosial keyfiyyətlərin rolunu həddən artıq şişirdərək bioloji tərəfə mə-
həl qoymayan baxışlar da yanlış hesab edilməlidir. Belə vulqar sosioloji təlimlər 
insanın mövcudluğunun, eləcə də onun müxtəlif formalarda təzahür edən fərdi rən-
garəngliyinin təbii bioloji şərtlərini lazımi dərəcədə qiymətləndirmir. Onların fik-
rincə insanı öyrənərkən bunları nəzərə almamaq da olar. İnsanı kobud sosioloji 
mövqedən izah edən baxışlara misal olaraq XX əsrdə geniş yayılmış antiutopiya 
bədii janrını göstərmək olar. Onun nümayəndələri (E.Zamyatin, O.Xaksi, C.Oruyel 
və başqaları) öz əsərlərində yaratdıqları uydurma cəmiyyətləri təsvir edir və göstə-
rirlər ki, burada xalis sosial ideya hökm sürür. 
İnsanda bioloji tərəfə məhəl qoyulmaması qismən dini ənənə üçün də səciyyə-
vidir. Belə ki, din cismani olan ilə - bədən ilə ruhu bir-birinə qarşı qoyur. Həm də 
dini təsəvvürlərə görə bədən aşağı, ruh isə yüksək mövqedə durur. 
Qeyd olunmalıdır ki, insanda istər bioloji və istərsə də sosial amillərin rolunu 
şişirdən baxışlar birtərəfli və məhdud xarakter daşıyır. Əslində bu iki qrup amillər 
bir-birilə dialektik vəhdət təşkil edir. Belə ki, insanın sosial mahiyyətinin ön plana 
çəkilməsi, onun ictimai əlaqə və münasibətlərinin xüsusi qeyd olunması, heç də ay-
rı-ayrı fərdlərə xas olan özünəməxsusluqları, onların xarakterində iradə və qabiliy-
yətlərindəki spesifikliyi inkar etmək demək deyildir. Əksinə, bu cür yanaşma insa-
nın mahiyyətini, həmin şəxsi keyfiyyətləri araşdırarkən, onların təkcə sosial tərəfi-
nin yox, həm də bioloji təbiətinin izah edilməsini nəzərdə tutur. 
İnsan orqanizmi, onun fəaliyyəti həm bioloji, həm də sosial tərəfin üzü əlaqəsi-
nə əsaslanır.
 
Məsələn, insanın zəkasını, təfəkkürünü nə sırf bioloji, nədə sırf sosial 
səbəblərlə izah etmək qeyri-mümkündür. Belə ki, təfəkkür mürəkkəb biopsixososi-
al hadisədir. Bu o deməkdir ki, təfəkkür birinci növbədə özünün maddi, bioloji əsa-
sına malikdir. Belə əsas rolu insanın beyni, orada gedən fizioloji və digər proseslər 
oynayır. Lakin bioloji tərəf öz-özlüyündə təfəkkürü olduğunu izah edə bilmir. Hələ 
heç bir neyrocərrah insan beynində gedən psixi prosesləri görməmişdir. Psixiki ha-
disələr maddi əsaslara arxalansalar da, əksərən ideal xarakter daşıyır. Deyilənlərdən 
aydın olur ki, təfəkkürün məzmunu biolojiyə müncər edilmir. O, mürəkkəb psixiki 
hadisə olmaqla, özündə biososial intellektual və iradi tərəfləri əhatə edir. Deməli, 


277
təfəkkürü izah edərkən həm bioloji və həm də psixiki səciyyələrə diqqət yetirilmə-
lidir. Lakin bunlar da kifayət, deyildir. İnsan təfəkkürü sosial həyatdan ayrılmazdır. 
O, mövcud ictimai münasibətlər sistemi və insanın orada tutduğu yer ilə şərtlənir. 
Deməli, təfəkkürdə bioloji, psixiki və sosial tərəflər qarşılıqlı surətdə bir-birinə nü-
fuz edir. Onlar bir-birilə çulğalaşmış şəkildə çıxış edirlər. 
Deyilənlərdən aydın olur ki. bioloji tərəf ilə sosial tərəfi yalnız abstraksiyada 
ayrılıqda götürmək olar. Bu halda onlar insanın xassələri və hərəkatla iki müxtəlif 
qütbünü əhatə edir. Məsələn, insanın bioloji qütbü onun orqanizminin tabe olduğu 
biofıziki və fizioloji qanunları əhatə edir. Bu qanunları insanı öz bütövlüyünü sax-
lamağa çalışan sabit sistem kimi səciyyələndirir. Sosial qütb ifadə edir ki. insan 
mücərrəd məxluq deyildir. O, sosial mövcudatdır. Yəni,

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin