281
yanaşmanı qəbul etmirdi. Beləliklə, From
özünün dediyi kimi nə bioloji, nə də sosi-
al olmayan yeni nöqteyi-nəzər irəli sürür. Onun fikrincə insan inkişafının ən mü-
hüm amili "ekzistensial dixotomiya" adlanan ziddiyyətdir.
Bu ziddiyyət insanın ikili təbiətindən irəli gəlir (bir tərəfdən təbiətin hissəsi ki-
mi, digər tərəfdən isə sosial varlıq olması). O göstərirdi ki, heyvanın həyatına kö-
mək edən ən güclü instinktlər insanda yoxdur. Buna görə də o, öz şüuru əsasında
hərəkət edir. Lakin Froma görə belə hərəkətlər heç də həmişə müsbət nəticə vermir.
Bu isə insanda narahatlıq və həyəcan doğurur. Beləliklə, insanın şüurlu ona baha
başa gəlir, yəni onda inamsızlıq yaradır.
Ümumi mənada götürdükdə insanın təkrarolunmazlığı onun bir sıra qeyr-iadi
xassələrində təzahür edir. İnsan öz şüurunda ətraf mühitin sonsuz sayda rəngarəng-
liyini əks etdirir. O, zəngin və çoxtərəfli mədəniyyət dünyası yaradır. İnsanda son
dərəcə müxtəlif keyfiyyətlər qeyri-adi formada bir-birilə çulğalaşır. Bir sözlə, insan
mürəkkəb və tükənməz mövcudatdır. Lakin insanın çoxlu
keyfiyyətlərə malik ol-
ması, həm də müəyyən çətinliklər yaradır. Belə ki, bu və ya digər heyvanın unikal-
lığından danışarkən biz onun bioloji təşkilinin özünəməxsusluğunu göstərə bilirik.
İnsanın təkrarolunmaz mahiyyətini açarkən onun malik olduğu xassələr çoxluğu
çətinlik törədir. Çünki həmin xassələrin hər biri əlahiddə hesab oluna bilər. İnsanın
zəkası, vicdanı, mənəvi borcu, ünsiyyəti və sair kimi çoxlu keyfiyyətləri vardır.
Onlardan hansına üstünlük verilməlidir? Müxtəlif dövrlərin filosofları insan təbiəti-
nin özünəməxsusluğunu birmənalı izah etmirlər. Onların bir çoxu bunu insanın xü-
susi bədən quruluşuna, bioloji növ kimi yüksək dərəcədə mütəşəkkilliyə malik ol-
masında görürlər. Bu keyfiyyəti hələ qədimdən yüksək qiymətləndirirdilər. Bununla
belə, müasir fəlsəfi fikir və elmlərin inkişafı həmin keyfiyyəti şübhə altına alır. Ey-
nilə də canlı materiyanın daxili dəyişmələrinin ruhun yaranmasına doğru yönəldiyi
və şüurun canlı aləmin inkişafının zirvəsi olduğu fikrini aksioma kimi qəbul etmək
mübahisəlidir. Məsələ bundadır ki, insanın yaranması ilə canlı aləmin təkamülü heç
də başa çatmır. Bundan sonra da digər bioloji növlər yaranmışdır.
Digər tərəfdən
bir çox hallarda bioloji yaradıcılığın zirvəsi hesab olunan bitkilər və heyvanlar
məhv olub getmişlər. Mamontların və Avropa meşələrindəki meymunların aqibəti
buna misaldır. Bu heyvanlar da mürəkkəb təşkilə malik idilər. Lakin dəyişilmiş iq-
limə bioloji şəraitə uyğunlaşa bilmədilər. Əksinə, mürəkkəbliyi ilə o qədər seçilmə-
yən taxtabiti və əqrəblər yaşamaqda davam etdilər. Bütün bunlara əsaslanaraq bəzi
mütəfəkkirlər insanı dünya inkişafının əsas məhsulu olduğunu şübhə altına alırlar.
Başqa bir nöqteyi-nəzər insanı uzun sürən təbii inkişafın məhsulu hesab edir. Lakin
müasir elm göstərir ki, insan heç də özündə təkcə harmonik əlverişli müqəddəm
şərtləri, xassələri toplamır. Təkamül prosesinin təhlili təbiətdə ümumi tərəqqi qanu-
nu olduğunu heç də həmişə sübut etmir. Orqanizmin
mürəkkəbliyi onun mükəm-
məl olduğu demək deyildir. Deməli, insanın unikallığını xalis təkamül baxışların-
dan hasil etmək çox çətindir.
Fəlsəfi antropologiyanın böyük xidməti bundadır ki, onun nümayəndələri aşa-
ğıdakı məsələlərə diqqəti yönəltdilər: 1) Bioloji mövcudat kimi insanın mahiyyəti
nədədir? 2) Doğrudanmı insan təbiətin bütün məqsəd və niyyətim mükəmməl su-
282
rətdə özündə təcəssüm etdirir?
Bu suallarla bağlı aparılan tədqiqatlar gözlənilməz və ziddiyyətli nəticələrə gə-
tirib çıxarır. Çoxlu sayda empirik materialları ümumiləşdirmək əsasında fəlsəfi ant-
ropoloqlar yəqin etdilər ki, insan bir mövcudat kimi təbiət ilə o qədər də yaxşı qo-
vuşmur və uzlaşmır. Buna görə də insanın yaranmışların zirvəsi, unikal kamillik
hesab edilməsi şübhəlidir. Əksinə, onlar insanı bioloji cəhətdən nöqsanlı mövcudat
hesab edirlər. Məsələn, A.Qelen göstərir ki, insan hazır təbiət trafaretləri (qəlibləri)
ilə yaşamağa qadir deyildir. Məsələnin bu cür qoyuluşu insanın əlahiddəliyini daha
çox neqativ planda üzə çıxarır.
İnsan iki proqram, həm instinkt proqram və həm də sosial-mədəni proqram əsa-
sında fəaliyyət göstərir. Bədəninin cismani təşkilinə və fizioloji funiksiyalarına görə
o təbiət dünyasına mənsubdur. Məlumdur ki, heyvanların mövcudluğu bir qayda ola-
raq irsi keçən instinktlərlə tənzimlənir. Heyvanlar onların davranışına verilən instink-
tiv tələblərdən kənara çıxa bilmirlər. Lakin insan ona təbiət tərəfindən əzəldən veril-
miş bir çox əlamətlərini itirmişdir. Sosiallıq, mədəniyyət standartları instinktlərin ək-
sinə olaraq insan üçün tamamilə başqa davranış qaydaları müəyyən edir.
Bir çox filosoflar insanın unikallığını onun zəkaya malik olmasında görürlər.
Bu fikir hələ qədim yunan fəlsəfəsində özünü göstərirdi. Lakin fəlsəfə tarixində di-
gər bir nöqteyi-nəzər də qərarlaşmışdır. Həmin mövqeyə görə zəka insanın qüvvə-
sinin və unikallığının mənbəyi deyildir. Vaxtilə Müqəddəs Avqustin göstərirdi ki,
zəka insanın ən yüksək keyfiyyəti deyildir. O, insanın şübhəli və qeyri-müəyyən
xassələrindən biridir. Bu fikri davam etdirən antropoloq E.Kasirer qeyd edirdi ki,
zəka bizə həqiqət və müdrikliyə nail olmağın yolunu göstərə bilməz. Çünki onun
özünün mənası qaranlıqdır və mənşəyi sirlidir. Bu sirri yalnız xristian vəhyi aça bi-
lər. Şopenhauerə görə zəka insanın əzəldən malik olduğu xüsusi mənəvi qüvvə de-
yildir. O, insanda bir sıra daha çox əhəmiyyətli olan təbii keyfiyyətlərin söndürül-
məsinin acı nəticəsidir. XIX əsrin sonlarında ingilis filosofu U.Morris də zəkanın
nüfuzuna qarşı çıxmışdır. O, öz əsərlərində intellektual cəhətlərdən azad olan cə-
miyyəti təsvir edir və göstərirdi ki, buna görə də həmin cəmiyyət xoşbəxtdir. Bura-
da elm, fəlsəfə və incəsənətin mürəkkəb növləri yoxdur. Əsas məşğuliyyət xırda sə-
nətkarlıqdır. Zəka rəqabət və bərabərsizlik yaradır. Zəkanın nüfuzu sosial bərabər-
likdən imtina edilməsi intellektin inkişafı isə şəxsiyyətin deformasiyası ilə müşayi-
ət olunur.
Müasir postfreydist psixiatriyada ağılsızlıq və zəkasızlıq ictimai nöqsanların
əzabverici nəticəsi kimi izah olunmur. Əksinə, göstərilir ki, onlar sosial quruluşun
dağıdıcı impulslarına qarşı fəal reaksiyadtr. Beləliklə, zəka xeyirxahlıq deyil, lənət
kimi qəbul olunur. Məsələn, E.From yazır: Öz-özünü başa düşmə, zəka və təxəyyül
qüvvəsi heyvanların mövcudluğunu səciyyələndirən ahəngdarlığı məhv etdi. Onla-
rın yaranması
ilə insan anomala, universumun əcaibinə çevrilir.
Yuxarıda deyilənlər göstərir ki, insanın elə bir keyfiyyətini (bədənin təşkili, zə-
kalılığı, ünsiyyəti və ya digər keyfiyyətlərini) ayırmaq çətindir ki, onun özünəməx-
susluğunun bütün miqyasını əhatə etsin. Buradan belə bir güman gəlir: ola bilər ki,
insanın unikallığı onun insan təbiəti ilə bağlı deyildir, onun varlığının qeyri-stan-
283
dart formalarında üzə çıxır.
Beləliklə, insan təbiəti rəngarəngliyi və qeyri-sabitliyi ilə seçilir. Belə ki, onun
açıqlığı, yaranmışların novü kimi hələ mükəmməl olmaması, insanın həqiqətən də
unikal xassələrindən biridir. Başqa
mövcudatlardan fərqli olaraq o, özünün malik
olduğu növün məhdudluqlarını aradan qaldıra bilir. O, həm də canlı aləmin ayrıl-
maz hissəsi kimi bu aləm üzərində yüksəlməyi bacarır. İnsanın heyrətedici dərəcə-
də unikallığı və çox mühüm özünəməxsusluğu bu xüsusiyyətdə təzahür edir.
İnsan təbiətinin başa-çatmamış (bitməmiş) imkan olduğu haqqında ideyanın
doğruluğunu aşağıdakılar da sübut edir. Bu imkan sonsuz sayda variasiyalarda,
spesifik varlıqda və həyatda olan macəralarda təzahür edir. Bu prosesdə bəzən qey-
ri-mükəmməllik əlverişli xassə kimi çıxış edir, lazımsız olan ləyaqətə çevrilir, xe-
yirxah olan isə şər forması alır.
Dostları ilə paylaş: