Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə258/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   254   255   256   257   258   259   260   261   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
insan konkret
 
tarixi xarak-
ter daşıyır. Hər bir dövrün məzmunu, sosial və mədəni şəraiti özünə uyğun insanı 
formalaşdırır. 
Beləliklə,
 
insanın mahiyyət xarakterli cəhətlərim ümumiləşdirməklə ona aşağı-
dakı tərifi
 
vermək olar. 
“İnsan təcəssüm olunmuş ruha və bədənə malik zəkalı 
mənəvi-maddi mövcudatdır. O, eyni zamanda əməyin, sosial münasibətlərin 
və nitqin köməyi ilə həyata keçirilən ünsiyyətin subyektidir
” 
Bioloji qəbildən olan amillər insanın fərdi və təkrarolunmaz xassələrini (vali-
deynlərdən irsən keçən genlərin məcmusu) müəyyən edir. Doğrudur, genlərin
 
məz-
mununa görə oxşar adamlar vardır. Lakin tam eyni olanlar yoxdur. Genlər yalnız 
həmin adamın əlamətlərini göstərən informasiyanın daşıyıcısıdır. 
İnsanda bioloji və sosial tərəflərin vəhdəti necə təzahür edir? Uşaq doğulan ki-
mi onda bu vəhdət qərarlaşır. Başqa sözlə o, təkcə anatomik və fizioloji keyfiyyət-
lərə malik olmur. Onda həm də genetik surətdə keçən insani xassələrin rüşeymləri 
vardır. Deməli, insanın bioloji təbiətini müəyyən edən irsiyyət mexanizmi, həm də 
özündə onun sosial mahiyyətini əhatə edir. Bu onda ifadə olunur ki, irsiyyət nəticə-
sində uşaq bir sıra instinktlərə malik olur. Məsələn,
 
böyükləri, onların hərəkətini və 
səslərini təqlid edir, hər şeyə maraq göstərməyə
 
başlayır. O qəmlənməyi, qorxmağı, 
sevinməyi və gülməyi bacarır. Beləliklə,
 
uşaq dünyaya məhz sosial mahiyyət kimi 
gəlir. Doğrudur, o hələ sözün tam mənasında insan deyildir. Obrazlı şəkildə desək, 
o, hələ insanlığa namizəddir. 0, tədricən sosial həyata və mədəniyyətə qovuşmaq 
gedişində insanlıq keyfiyyətlərini tam dolğunluğu ilə əldə edir. 
Bu gün elmdə belə bir fikir əsas yeri tutur ki, uşaq doğularkən öz-özlüyündə 
insani qabiliyyətlər deyil, onların ilkin müqəddəm şərtləri irsən keçir. Başqa südə-
mərlərdə olduğu kimi insanda da, genetik material onun xromosomlarındakı DNT 
turşularıdır. Nəzərdə tutaq ki, hər bir hüceyrənin xromosomları özündə bir neçə 
milyon geni əhatə edir. Həm də genetik imkanlar və müqəddəm şərtlər uşağın in-
sanlarla ünsiyyəti prosesində reallaşır. Bu o deməkdir ki, bioloji amillərin özü də 
bir çox cəhətdən sosial mühitdə həyata keçir. Məsələn, əgər uşağın genində musiqi 
imkanları olsa belə, onun musiqi ilə məşğul olmasına sosial şərait yoxdursa, bu im-
kanlar reallaşa bilməz. 
Həm də qeyd olunmalıdır ki, insanın genetik potensialının reallaşması vaxt 
amilindən çox ciddi surətdə asılıdır. Belə ki, potensial imkanlar öz vaxtında həyata 


278
keçirilməzsə, onlar zəifləyə və sönə bilir. Məsələn, kiçikyaşlı uşaqlar müəyyən sə-
bəblər üzündən cəngəlliklərə düşüb, heyvanlar arasında bir neçə il olduqdan sonra 
yenidən cəmiyyətə qaytarıldıqda çox çətinliklə dil öyrənirlər. Onlarda insani vər-
dişlər və psixiki funksiyalar çox pis inkişaf edir. Bu qəbildən olan çoxlu faktlar sü-
but edir ki, insan davranışı və fəaliyyətinin əsas cəhətləri yalnız sosial varislik yolu 
ilə sosial proqramın mənimsənilməsi (tərbiyə və təhsil vasitəsilə) prosesində əldə 
edilir. 
İrsiyyət ilə sosial mühitin qarşılıqlı təsiri insanın bütün həyatı boyu özünü gös-
tərir. Lakin bu qarşılıqlı təsir insan orqanizminin formalaşması dövründə (embrio-
nal, südəmər, uşaqlıq, yeniyetmə və gənclik dövründə) xüsusən mühümdür. 
İnsanın bütün mənəvi dünyası onun ictimai həyatının inikasıdır. Belə ki, hər 
bir insanın praktiki hərəkətləri bəşəriyyətin tarixən qərarlaşmış olan ictimai prakti-
kasının fərdi təzahürüdür. İnsanın istifadə etdiyi əmək alətlərində cəmiyyətin işlə-
yib hazırladığı müəyyən bilik və vərdişlər təcəssüm olunur. Onlara əsaslanmaqla 
insan bu alətləri işlədə bilir. Hər bir insan fəaliyyətə başlayarkən ona qədər olan 
təcrübəyə arxalanır. Bir sözlə, insanı heyvandan ayıran bütün yaxşı əlamətlər onun 
cəmiyyətdə yaşaması nəticəsidir. 
Beləliklə, insanda bioloji, psixiki və sosial səviyyələrin vəhdəti iki hissədən 
əmələ gəlir: təbii (irsi) və sosial (həyatda qazanılan). Əlbəttə, hər bir fərd göstərilən 
səviyyələrin riyazi məcmusu deyildir, onların inteqral birliyidir. Məhz bu birlik in-
sanı yeni keyfiyyət vəziyyətinə - əsl insan şəxsiyyəti vəziyyətinə gətirib çıxarır. 
Vaxtilə Aristotel insanı "siyasi heyvan" kimi səciyyələndirirdi. Bu fikir insanda 
bioloji və sosial başlanğıcların vəhdətdə olduğunu göstərir. 
İnsan hələ uşaq yaşlarından sosial həyata qovuşmağa başlayır, öz əhatə dairəsi-
ni genişləndirir. O, özünün və mənsub olduğu xalqın keçmişini, bütövlükdə bəşə-
riyyətin yaratdığı mənəvi sərvətləri öyrənir. 
İnsanın təhlilində morfoloji və fizioloji səviyyədən başlayaraq, onun psixofi-
zioloji və mənəvi strukturuna doğru getmək olar.
 
Bu halda biz insanın sosial-psixo-
loji dünyasına daxil oluruq. İnsan öz bədəni ilə təbiət obyektləri sırasına aiddir. Bu 
o deməkdir ki, onun orqanizmi təbiət qanunauyğunluqlarına tabedir. Digər tərəfdən 
o, sosial varlıq kimi cəmiyyətin, onun mədəniyyətinin, bütövlükdə bəşəriyyətin ay-
rılmaz tərəfidir. Doğrudan da, cəmiyyətdən kənarda götürülən insan dənizdən quru-
ya çıxarılmış balığa bənzəyir. İstənilən adamı öz ailəsindən, qohumlarından, işlədi-
yi kollektivdən, mənsub olduğu millətdən və bütövlükdə cəmiyyətdən kənarda tə-
səvvür etmək mümkün deyildir. 
İnsanda sosial ilə biolojinin vəhdəti heç də o demək deyildir ki, bu tərəflərin 
hər birini müstəqil öyrənmək olmaz. Bu nəinki mümkündür, hətta zəruridir. Çünki 
bioloji ilə sosialı bir-birindən ayırmadan onu dərindən araşdırmaq ağlasığmazdır. 
Məsələn, insanın təbii-bioloji keyfiyyətlərini öyrənərkən, onun sosial mahiyyətin-
dən müəyyən qədər sərf-nəzər edirik. Əsas diqqətimizi məhz bu sahənin təhlilinə 
yönəldirik. Eynilə də insanın sosial varlığı tədqiqat
 
obyekti kimi götürüldükdə, 
onun bioloji orqanizm olması və canlı aləmi səciyyələndirən ümumi qanunlara ta-
beliyi bir kənara qoyulur. Bu halda fikrin istiqaməti insanın sosial münasibətləri 


279
sistemində yeri və rolunun, cəmiyyət üzvləri ilə ünsiyyətinin üzə çıxarılmasına yö-
nəlir. 
Əlbəttə, deyilənlərdən belə nəticə çıxarmaq düzgün olmazdı ki, insanda sosial 
və bioloji amillərin rolu eynidir.
 
Şübhə yoxdur ki, insanın mahiyyəti və təbiəti daha 
çox sosial keyfiyyətlər ilə müəyyən olunur. Bu mənada bioloji əlamətlər nisbətən 
arxa planda özünü göstərir. Lakin bu o demək deyildir ki,
 
insanın bioloji təbiətini 
nəzərə almamaq olar. Xüsusilə də müasir elmi-texniki inqilab əsrində insan biologi-
yasına laqeyd münasibət yolverilməzdir. Belə ki, indiki şəraitdə elmi-texniki inkişaf 
insanın mövcudluğu və fəaliyyətinin bioloji əsaslarına ciddi pozucu təsir göstərir. 
Müxtəlif əsəb-psixiki stresslərin çoxalması, ətraf mühitin, suyun, havanın və torpa-
ğın çirklənməsi insanın özünün bioloji növ kimi gələcək mövcudluğunu ciddi təhlü-
kə altına alır. Buna görə də insanda bioloji və sosial tərəflərin nisbəti məsələsini ye-
ni tərzdə mənalandırmaq tələb olunur. Doğrudur, başqa canlılarla müqayisədə insa-
nın ətraf mühitin müxtəlif amilləri və şəraitinə uyğunlaşmaq imkanları daha geniş-
dir. Lakin nəzərdə tutulmalıdır ki, bu imkanlar sonsuz deyildir, tükənə bilər. İndiki 
texniki sivilizasiya insanın əmək fəaliyyətinin müxtəlif sahələrində və ünsiyyət pro-
sesində artmaqda olan əsəb gərginliyi, psixoloji yük, ürək-damar xəstəlikləri, psixi-
ki pozuntuların sayının çoxalması ilə müşahidə olunur. Təhlükəli cəhət həm də bu-
dur ki, insan lax vaxt ətraf mühitdə baş verən dəyişikliklərin ona güclü mənfi təsiri-
ni birdən-birə və bilavasitə hiss etmir. Həmin təsir bir müddət keçdikdən sonra özü-
nü biruzə verir. Bu isə onlara qarşı vaxtında mübarizə aparılmasını, qüvvələrin və 
imkanların səfərbər edilməsini çətinləşdirir. Deyilənlərdən bir daha aydın olur ki, in-
sanda bioloji tərəfin rolunu lazımi qiymətləndirmək son dərəcə zəruridir. 
İnsanda bioloji və sosial tərəflərin nisbətini düzgün müəyyənləşdirmək o qədər 
də asan məsələ deyildir. İnsana xalis kulturoloji səpkidə yanaşma və yaxud dar bio-
loji baxımdan yanaşma labüddən bioloji ilə sosialın nisbətinin bəsit izahına gətirib 
çıxarır. Bu əsas üzərində də insanın bioloji tərəflərinin şişirdilməsi (panbiologizm) 
və yaxud da sosial amillərin mütləqləşdirilməsi (pansosiologizm) kimi səhvlər özü-
nü göstərir. Buna arxalananlar insanın sosial nöqsanı onun qarşısıalınmaz bioloji 
keyfiyyətləri ilə izah edirlər. 
İnsanda sosial ilə biolojinin vəhdəti ona ümumi mənada hərtərəfli və kompleks 
yanaşmanın vacib şərti hesab olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi təxminən 
30-40 min il bundan əvvəl yaranmış zəkalı insan bioloji təkamülün nəticəsidir. Bəs 
bioloji təkamül bundan sonra da davam edirmi? Başqa sözlə desək, o vaxtdan özü-
nü göstərən sosial həyatın yeni təşkili formaları (əmək fəaliyyəti, mədəniyyətin in-
kişafı, həyat tərzindəki dəyişikliklər) bioloji təkamülə təsir etmişdirmi? 
Bu suallara cavab verərkən göstərilməlidir ki, insanda təkamül daim baş verən 
prosesdir. Amma bu daha çox onun sosial həyatına aiddir. Bioloji təkamülə gəlincə 
isə qeyd olunmalıdır ki, insan heyvanlar aləmindən ayrıldıqdan sonra o, özünün 
həlledici rolunu tədricən itirməyə başlayır. Adi bir misal gətirək. Sağlamlığı o qə-
dər də möhkəm olmayan adamlar təbabətin nailiyyətlərindən istifadə etməklə öm-
rünü müəyyən qədər uzadır və ictimai həyatda fəal iştirak edə bilirlər. Bu onu gös-
tərir ki, sosial həyatda təbii seçmənin miqyası və gücü xeyli azalır. Belə ki, tibbi 


280
yeniliklər və həyatın sosial təşkili fərdi bioloji dəyişkənliyə zəiflədici təsir edir. 
Məsələn, XIX əsrin ortalarına doğru vərəm xəstəliyindən ölənlərin sayı hər milyon 
nəfərə 4000 nəfər olmuşdursa, hazırda bu göstərici 13 nəfərə enmişdir. Bu o de-
məkdir ki, vərəmə müqavimət göstərmə üzrə təbii seçmə demək olar ki, dayanmış-
dır. Eyni fikri bir sıra başqa xəstəliklər haqqında da söyləmək olar. 
Hazırda təbii seçmə gedişində yaranan genetik dəyişikliklər zəif şəkildə özünü 
göstərir. Müxtəlif insan qrupları arasında genetik yaxınlıq çoxdur, digər tərəfdən 
bəşəriyyətin sosial və mədəni təkamülü nəticəsində insanların həyatında böyük də-
yişikliklər baş verməkdədir. İnsanların həyat şəraitinin yaxşılaşması, onların sağ-
lamlığına birbaşa təsir göstərir. Nəticədə insanın təbii seçmədən asılılığı azalır.
 
Müasir dövrdə təbii seçmənin rolu əsasən genefondun qorunmasında və insanın 
sağlamlığına mənfi təsir edən situasiyaların qarşısının alınmasında ifadə olunur. 
Bütün bunlar ona dəlalət edir ki, insanın bioloji növ kimi təkamülü zəkalı insan 
yarandıqdan sonra çox zəifləmişdir. Bu müddət ərzində insanın beyni də elə bir 
ciddi morfoloji dəyişikliyə uğramamışdır. Cəmiyyət yarandıqdan sonra genetik in-
formasiya insanın həyatında oynadığı başlıca rolu itirməkdədir. Onu tədricən sosial 
informasiya əvəz edir. Sonuncu o deməkdir ki, ən ağıllı və istedadlı insanlar təbii 
seçimdən daha çox sosial amillər ilə müəyyən olunur. Ümumbəşəri proses də hə-
min amillərə tabedir. 
Bioloji növün inkişafı baxımından bəşəriyyətin gələcək taleyi məsələsi də mü-
hüm əhəmiyyət kəsb edir. Bu münasibətdə iki bir-birinə zidd baxış mövcuddur. Bi-
rinci mövqenin tərəfdarları göstərirlər ki, genomun (genetik inkişafı proqramının) 
tənəzzülü nəticəsində bütün heyvan və bitki növləri tədricən öləcəkdir. İkinci möv-
qeni təmsil edənlərin fikrincə (bunlar daha geniş yayılmışdır) əsas təhlükə insan 
növünün qocalmasında deyildir. Ondadır ki, biosferanın çirklənməsi güclənir, zə-
rərli maddələrin mutasiya prosesinə mənfi təsiri artır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin