285
findən qazanılır.
Din insanın həyatım müqəddəs ehkamlara əməl etməkdə, dini ayin və məra-
simləri yerinə yetirməkdə, etiqad vasitəsilə Allaha, axirət dünyasına inam bəsləmək-
də görür. Fəlsəfə isə bu məsələni həll edərkən ona fərdi, şəxsi və ümumbəşəri
göstə-
ricilərin vəhdəti baxımından yanaşır. Bu, real fəlsəfi humanizm idealını ifadə edir.
Həmin ideal insanda ölüm ilə ölməzliyi, əbədi ilə müvəqqətini dialektik əlaqədə
götürür. İnsan həyatı fiziki cəhətdən keçici olmasına baxmayaraq, mənəvi baxım-
dan ölməzlik qazana bilir. İnsanın ölməzliyi onun qoyub getdiyi mənəvi irsdə, ya-
radıcılıqda və xeyirxah əməllərdədir. Təsadüfi deyildir ki, görkəmli elm və mədə-
niyyət xadimləri, gözəl sənətkarlar, xalqın vətənpərvər oğulları cismən ölüb getsə-
lər də, mənən əbədiyyətə qovuşur, əsrlər boyu yaşayırlar. Deməli, insanın ölməzliyi
onun zəkasının qüdrətində və humanizmində təcəssüm edir.
Bioloji varlıq olan insan öz həyatının mənası üzərində düşünərkən, həm də hə-
yat və ölüm məsələlərinə öz münasibətini formalaşdırır. Bəşəriyyətin inkişafının
bütün pillələrində bu məsələlər təkcə ictimai fikrin qabaqcıl nümayəndələrini deyil,
həm də bütün insanların fikrini məşğul etmişdir. Onlara cavab verərkən hər şeydən
əvvəl həyatın mənasız olduğu haqqında təsəvvürlərə yol verilməməlidir. Bütün di-
gər canlılardan fərqli olaraq insan yeganə mövcudatdır ki, həyatı boyu daim özün-
dən narazı olur, müəyyən narahatlıq keçirir. Öz məqsədinə çatmağa çalışır. Bu
onun inkişafının stimulu rolunu oynayır. O, öz qabiliyyətlərini hərtərəfli inkişaf et-
dirməyə, cəmiyyətin tərəqqisinə, ümumi işin xeyrinə öz töhfəsini verməyə səy gös-
tərir. İnsanın sosial mahiyyət daşıması, cəmiyyətdə yaşaması onu buna sövq edir.
Müasir dövrdə təbabətin, biologiyanın, genetikanın və digər elmlərin heyrəta-
miz kəşfləri insan ömrünün uzadılması üçün real imkanlar açır. İnsan orqanizminin
müxtəlif üzvlərinin köçürülməsi sahəsində qazanılmış uğurlar sübut edir ki, bəşə-
riyyət hazırda uzunömürlülüyü həyata keçirməyin astanasındadır. Lakin insan hə-
yatına bu yem baxış hər şeydən əvvəl yüksək əxlaqi prinsiplərə, ideallara və dəyər-
lərə arxalanmalıdır. Digər tərəfdən ölüm probleminin sosial-etik və əxlaqi humanist
səpkisi getdikcə daha çox diqqəti cəlb edir. İlk nəzərdə məsələnin bu cür qoyuluşu
qəribə görünə bilər, belə ki, əsrlər boyu insan daha çox yaşamağa, həyatla bağlı
problemləri həll etməyə çalışır. Lakin etiraf edək ki, hazırda yaşamaq hüququ ilə
yanaşı ölmək hüququ da böyük maraq kəsb edir.
Dostları ilə paylaş: