Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə269/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   265   266   267   268   269   270   271   272   ...   307
333 felsefe muhazireler toplusu eyani

siyasi 
ş
üur, hüquqi 
ş
üur, 
ə
x-
laq, elm, inc
ə
s
ə
n
ə
t, din, f
ə
ls
ə
f
ə

Siyasi şüur. 
İctimai şüurun formalarından biri olan siyasi şüur cəmiyyətin si-
niflərə bölündüyü və dövlətin yarandığı dövrdə formalaşmağa başlamışdır. Siniflə-
rin, sosial təbəqələrin istehsala, hakimiyyətə, ictimai təşkilat və təsisatlara, digər si-
niflərə olan münasibətləri müəyyən siyasi ideya, baxış, təsəvvür və hisslər doğurur. 
Bu ideya və baxışların məcmusu siyasi şüuru əmələ gətirir. Siyasi şüur siniflərin, 
sosial qrupların dövlət hakimiyyətinə olan münasibətləri əsasında yaranan sosial-
iqtisadi, ictimai-siyasi mövqe və mənafelərini əks etdirən ideya və təsəvvürlərin, 
hiss və əhval-ruhiyyələrin məcmusudur. Siyasət təkcə siniflər arasındakı münasi-


293
bətlər sahəsi olmayıb, həm də millətlər və etnik qruplar arasındakı münasibətləri 
özündə birləşdirir. Siyasətdə ən vacib məsələ dövlət hakimiyyəti məsələsidir. Siya-
si şüurun spesifikası bundadır ki, dövlət hakimiyyətinə olan münasibət öz əksini si-
yasi şüurda daha qabarıq şəkildə tapır. 
Siyasi şüurun əhatə dairəsi çox genişdir. Buraya həm də ictimai-iqtisadi quru-
luş, şəxsiyyətin hüquqi statusu, dövlətlərarası münasibətlər, müharibə, sülh və baş-
qa problemlər daxildir. Siyasi şüur siniflər və millətlər, sosial və etnik qruplar tərə-
findən siyasi məqsəd və vəzifələrin, strategiya və taktikaların, metod və üsulların 
işlənib hazırlanmasından ibarət mürəkkəb sosial bir hadisədir. Hakimiyyətdə olan 
siniflər və sosial qüvvələr siyasi şüuru rəhbər tutaraq dövlətin daxili və xarici siya-
sətini təyin edirlər. Məhz buna görə də siyasi şüur dövlətin fəaliyyətinə təsir edən 
güclü vasitədir. 
Siyasi şüur müxtəlif siniflərin, sosial qrupların və millətlərin siyasi psixologi-
yası və ideologiyasını özündə birləşdirir. İctimai psixologiya və ictimai ideologiya 
bir-birinə qarşılıqlı təsir edir. Onların qarşılıqlı əlaqəsinin düzgün nəzərə alınması 
nəinki tarixi inkişafın dərk olunması, eləcə də dünyəvi problemlərin həlli sahəsində 
mühüm əhəmiyyətə malikdir. Bu qarşılıqlı əlaqə və təsirdə siyasi ideologiya üstün 
rol oynayır. 
Siyasi fəaliyyət və siyasi praktikada, habelə siyasi şüurda ideologiyanın ünsür-
lərinə və təsirinə həmişə rast gəlmək olur. 
Siyasi ideologiya cəmiyyətin necə təşkil olunmasına, onun dövlət quruluşunun 
xarakterinə, hansı siyasəti həyata keçirməli olmasına dair baxışlar sistemidir. 
Bu və ya digər sinfin, sosial və etnik qrupun siyasəti müəyyən siyasi ideya, ba-
xış və nəzəriyyələrə əsaslanır. Deməli, siyasi ideologiya sinfi məqsəd və mənafeləri 
ifadə edən ideya və nəzəriyyələrin məcmusudur. Ümumiyyətlə, ideologiya həmişə 
bu və ya digər siyasi xəttin işlənib hazırlanmasında mühüm rol oynayır. 
Siyasi şüurun formalaşmasında siyasi mədəniyyət mühüm rol oynayır. Çünki 
siyasi mədəniyyət siyasi şüurluluğun, siyasi təşkilatların xarakterini, siyasi münasi-
bətləri nizamlayan, tənzim edən ictimai dəyərlərin adət və ənənələrin məcmusunu 
ifadə edir. 
İctimai rəy bir növ siyasi şüurun məhək daşıdır. Məhz siyasi proqnozlar, siyasi 
tədbirlər geniş ictimai rəyə arxalandıqda səmərəli və təsirli olur. İctimai rəyin fəal-
lığında və çevikliyində siyasi şüurun yetkinliyi özünü aydın təzahür etdirir. 
Siyasi şüurun rolu gərgin vəziyyətdə və tarixin dönüş məqamlarında daha ay-
dın görünür.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin