296
vi və bədii tərbiyədə qüdrətli vasitə rolunu oynayır.
Estetik münasibətlər insan cəmiyyətinin yaranması dövründə meydana gəlmiş,
dəyişmiş və inkişaf etmişdir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq estetik müna-
sibətlərin mənbəyi olan sosial gerçəkliklər də dəyişir. İnsanların zövqü, onların es-
tetik idealları və estetik təsəvvürləri, ictimai həyatın bütün tərəflərini daha dərindən
və düzgün əks etdirmək tələbatı incəsənətin yeni növlərini və janrlarını
meydana
gətirir.
İncəsənət
nəinki gerçəkliyi əks etdirir, o, eyni zamanda "xüsusi dünya"
nisbi
müstəqilliyə malik bədii obrazlar dünyası yaradır. İncəsənətdə hər hansı bir əsər öz
bədiiliyi, ideallılığı nöqteyi-nəzərindən qiymətləndirilir. İncəsənət və həyat bir - bi-
rindən ayrılmazdır. Gerçəkliklərin dərk olunması, sənətkar tərəfindən həyat materi-
allarının fəal estetik yeniləşdirilməsi incəsənətin yalnız bir tərəfini təşkil edir. Onun
ikinci tərəfi insanların davranışına, onların hiss və fikirlərinə, incəsənətin yaradıcısı
olan insanın mənəvi formalaşmasına məqsədyönlü təsirdir. İncəsənətin
vəzifəsi
şəxsiyyətə və onun vasitəsilə cəmiyyətə təsir etməkdir. İncəsənət xalqlar arasında
qarşılıqlı anlaşma, onların mədəni inkişafı və qarşılıqlı zənginləşməsi üçün imkan
yaradır.
Elmi-texniki tərəqqi şəraitində mədəniyyətin inkişafında kütləvi kommunikasi-
ya vasitələri xüsusi rol oynayır. Onlar reproduktiv (retranslyasiya, bədii dəyərlərin
nümayişi, geniş auditoriya üçün incəsənət əsərlərinin sərgisi) və produktiv (kino-
fotoqrafiya, televiziya və b. sahələrdə estetik dəyərlərin təkrar istehsalı) funksiyala-
rını yerinə yetirir.
İncəsənət milli xarakter daşıyır. Onun milliliyi hər şeydən əvvəl hər hansı xal-
qın xarakterinin izlərini, həyat tərzini, adət və ənənələrini, onun maraqlarını, müba-
rizəsini, fikir və həyəcanlarını əks etdirməsində özünü göstərir. Xalqın həyatı və
mübarizəsi qabaqcıl incəsənətin məzmununu zənginləşdirir, sənətkara ilham verir.
İncəsənətin xəlqiliyi həm də xalq kütlələrinin mənəvi yaradıcılığı ilə əlaqəsində tə-
zahür edir. İncəsənət öz kökləri ilə xalqın həyatı ilə bilavasitə bağlıdır. Xalqın ma-
raqları ilə yaşamaq, onun sevincinə və kədərinə şərik olmaq, həyatın həqiqətlərini
təsdiqləmək, incəsənətdə həqiqi xəlqilik deməkdir. Cəmiyyətin, xalqın tələbatından
meydana çıxan, onun həyatmı düzgün əks etdirən həqiqi
sənət əsərləri uzun müddət
yaşayır, mədəni irs kimi qorunub saxlanılır. Zamandan asılı olmayaraq belə bədii
dəyərlər öz qiymətini həmişə saxlaya bilir. Məhz bu xüsusiyyət incəsənətin ən mü-
hüm keyfiyyətlərindəndir.
Xalqın həyatım, öz dövrünün adamlarının bədii obrazlarını özünəməxsusluqla
yaradan
sənətkar təkcə fərdi deyil,
həm də tipik, ümumi
cəhətləri göstərən bədii
əsər yaratmış olur. Odur ki, bu əsərlərin yaratdığı estetik hisslər təkcə bir sinfin və
ya dövrün adamları üçün deyil, müxtəlif dövrün adamlarına, ölkələrinə, xalqlarına
məxsusdur. Onlar ümumbəşəri xarakter daşıyır. Bu deyilənlərə
əsasən biz incəsənə-
ti ictimai şüurun xüsusi forması, gerçəkliyi mənimsəməyin, onu bədii şəkildə əks
etdirməyin, qiymətləndirməyin və insanın yaradıcı fəaliyyətinin xüsusi bir forması
kimi müəyyən edə bilərik.
Dostları ilə paylaş: