Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə272/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   268   269   270   271   272   273   274   275   ...   307
333 felsefe muhazireler toplusu eyani

Dini şüur. 
Öz mənşəyinə görə ən qədim şüur formalarından biri olan din cə-


297
miyyətin lap ibtidai pillələrində meydana gəlmişdir. Dinin mahiyyətini və meydana 
gəlmə səbəblərini cəmiyyətin və təbiətin qarşılıqlı əlaqəsini analiz etmədən açmaq 
olmaz. 
İbtidai insanların təbiət qüvvələri qarşısındakı acizliyi, onlara tə'sir etmək im-
kanının məhdudluğu dini şüurun meydana gəlməsi üçün əsas şərtlərdən olmuşdur. 
Dinin ilk formaları təbiət hadisələrini, ayrı-ayrı cisimləri, heyvanları ilahiləş-
dirməklə əlaqədar olmuşdur. Dinin bu ibtidai formalarının (animizm, totemizm) qa-
lıqları sonralar yaranmış dinlərdə də özünü göstərir. 
Dinlərin tarixi göstərir ki, heç bir xalqda din bəzi teoloqların iddia etdikləri ki-
mi monoteizmdən, yəni vahid allah təlimindən başlanmamışdır, monoteizmdən əv-
vəl bir neçə allaha səcdə etməklə bağlı olan politeizm mövcud olmuşdur. 
Dini şüur, dini etiqadlara əsaslanır. Dini etiqad öz əsas aşağıdakı xüsusiyyətlər-
lə xarakterizə olunur: dini təsəvvürlər; dini hisslər; ayin və mərasimlər. Din öz gös-
tərişlərini Allahın adı ilə əbədiləşdirən ideoloji vasitəyə çevrilir. Fəlsəfə, əxlaq, in-
cəsənət, hüquq da bu ideoloji təsir dairəsindən kənarda qalmır. 
Bununla bərabər tarixi inkişaf sübut edir ki, cəmiyyətdə baş verən sosial təbəd-
dülatların, çevrilişlərin tə'siri altında dinlər dəyişilmiş, onlarda müəyyən islahatlar 
aparılmışdır. 
Roma imperiyası şəraitində məzlum kütlələrin dini kimi meydana gələn xristi-
anlıq sonra hakim siniflərin rəsmi dininə çevrilmiş və bununla əlaqədar olaraq ilk 
xristianlığın bəzi mühüm əlamətləri, onun demokratik ruhu, mərasimlərə mənfi 
münasibəti və i.a. aradan qalxmışdı. Sonrakı ictimai-iqtisadi formasiyalar şəraitində 
başqa dini cərəyanların, qolların yaranması prosesi baş vermişdir. 
Dünya dinlərinin meydana gəlməsi müxtəlif ölkələr və xalqlar arasında siyasi, 
iqtisadi və mədəni əlaqələrin uzunmüddətli inkişafının nəticəsidir. Qədim dinlərə 
xas olan kosmopolit xarakter onlara milli sərhədləri aşaraq Yer üzərində geniş ya-
yılmağa imkan vermişdir. 
Hazırda bütün dinlərdə elmin və texnikanın inkişafı ilə, cəmiyyət həyatındakı 
dərin inqilabi proseslərlə əlaqədar olan yeni şəraitə uyğunlaşmaq prosesi gedir. La-
kin müasir dünyada din mahiyyəti etibarilə özünü sosial yeniləşmə, quruculuq qüv-
vəsi kimi deyil, ancaq adət-ənənə və mərasimlərin toplusu kimi təzahür etdirir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin