Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə280/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   276   277   278   279   280   281   282   283   ...   307
333 felsefe muhazireler toplusu eyani

 

 
BİOLOGİZM 
- Həqiqəti tək tərəfli olaraq ancaq bioloji baxımdan tədqiq edən 
təbii, dialektik həyatın anlamlarını digər real sahələrə də tətbiq edən dünyagörüşü. 
BAZİS və ÜSTQURUM – 
Hər bir ictimai-iqtisadi formasiyanın struktur ün-
sürlərini səciyyələndirən kateqoriyalar. Marksizm – Leninizm nəzəriyyəsində geniş 
şəkildə öz əksini tapmışdır. Marksizmdə siyasi-iqtisadi sistemin əsas elementləri-
dir. Bazis ingiliscədəki basic – əsas, qaynaq sözündən törəmədir.
 
BƏŞƏRİYYƏT– 
insanlıq. Ərəbcədən keçə söz olan bəşəriyyətin həm yer 
üzündə yaşayan insanların məcmusu mənasında, həm də insanların dünyanın müx-
təlif ölkələri, xalqları arasında iqtisadi və digər əlaqələrin ümumiliyinin formalaş-
ması gedişində təşəkkül tapan tarixi birliyi mənasında çıxış edir. 
BİHEVİORİZM
– düzgün davranış. Müasir psixologiyada geniş yayılmış cə-
rəyanlardan biri. Əxlaq-dan qaynaqlanan və əxlaqi davranışları önə çəkən fəlsəfi 
təlimdir. 
BÜROKRATİYA 
– bürokratiya, hakim təbəqə. Fransızcada 
büro 
kəlməsi ilə 
latıncadakı 
kratos 
hakimiyyət, cəmiyyətin təşkilinin elə bir formasıdır ki, onun 
üçün hakimiyyət orqanlarının kütlələrdən ayrılması, təşkilatın özünün fəaliyyətinin 
qayda və vəzifələrinin onun rəhbər vəsiləsinin mövqelərinin saxlanılması və möh-
kəmləndirilməsi məqsədlərinə tabe edilməsi səciyyəvidir. 


304

 
CƏDƏL elmi
– İslam mədəni bölgəsi fəlsəfəsində müsəlman filosoflarının dia-
lektikaya verdiyi addır. Daha ətraflı məlumat üçün bax: 
Dilektika
. Dilimizdə cədəl 
sözü mabühisə, müzakirə kimi də başa düşülür. Daha çox orta əsrlərdə bu anlam 
c
ə
ng-ü c
ə
d
ə
l, yaxud c
ə
ng-ü cidal 
olaraq işlənirdi. 
CİSİM 
- 1. şüur xaricində özbaşına müstəqil olaraq kainatda yer tutan hər han-
sı bir şey. 2. Fiziki baxımından götürdükdə isə bölünə bilən və yer tutma qabiliyyə-
ti olan maddə. Cisim sözündən törəyən. Cismani isə maddi olan, cismə yaxud bədə-
nə aid olan deməkdir. Dilimizdə işlətdiyimiz cism sözü ərəbcədən bizə keçmədir. 
Fəzanın müəyyən bir qismini dolduran maddə, materiya, şey; fəzada ayrıca şey. 
Bərk cisimlər. Maye cisimlər. Cisimlərin düşmə qanunu. Göy cisimləri (planetlər, 
ulduzlar).

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin