Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə276/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   272   273   274   275   276   277   278   279   ...   307
333 felsefe muhazireler toplusu eyani

AQNOSTİSİZM 
[a - inkar və qnosis – bilik] – dünyanın dərk olunması imka-
nını tamamilə və ya qismən inkar edən təlim. 
ALOGİZM 
[yun. A-inkar və loqos-zəka] – məntiqi təfəkkürün rolunun həqi-
qətə çatmağın vasitəsi olmasının inkar edilməsi, yaxud kiçildilməsinə alogizm de-
yilir. Alogizm insan təfəkkürünə, əqli imkanlarına neqativ münasibətin formalaş-
masıdır. A yunancada inkar hissəciyi kimi işlənir. Loqos isə ağıl, zəka deməkdir. 
Alogizm terminin hərfi mənası əqli, zəkanı inkar edən təfəkkür tərzi deməkdir. 
ALTRUİZM 
[lat. Alter - başqa] başqa adamlara təmənnasız xidmət göstəril-
məsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət 
əxlaqi prinsip. Başqa sözlə desək, alturizm bir insanın öz həyatını bir digərinə qur-
ban verməsidir. Bəzən insan öz daxili mənliyində belə bir hissə qapılır ki, mənə 
özümdən heç bir fayda və xeyir olmayacaq, qoy başqa-ları üçün yaşayım ki, onlara 
bir faydam, xeyrim toxunsun. Alturistlərə görə insan gərək daxili təlatümünü içində 
boğsun və başqaları üçün fədakarlıq etsin. 
ANTİNOMİYA
– İki qanun və ya qayda arasındakı təzad, qanunların, qayda-
ların, prinsiplərin bir-birinə ziddiyyət təşkil etməsi. 
ANALİZ və SİNTEZ 
- Analiz elə bir prosesin məcmusudur ki, tamı hissələri-
nə bölüb ayırma, yəni ən ümumi mənada bütövün fikrən, yaxud faktik olaraq tərkib 
hissələrinə bölünməsi və bütövün tərkib hissələrinin birləşib bütövü əmələ gətirmə-
si prosesləri. Yunan mənşəlidir. Yunancada fəlsəfi aspektdə analiz parçalama, ayır-
ma, sintez isə birləşdirmə, bütövləşdirmə deməkdir. Sintez isə [yun. synthesis – bir-
ləşmə] həm bir şeyi və ya hadisəni küll halında, onu təşkil edən hissələri arasındakı 
qarşılıqlı əlaqə və vəhdəti daxilində tədqiq etmə üsulu ya da bəsit maddə və ya ele-
mentləri birləşdirmə yolu ilə mürəkkəb kimyəvi birləşmələr alma. 
ANİMİZM 
– ruhlardan qaynaqlanan hal və ya hərəkətlərin varlığını önə sürən 
dünyagörüşü. Şamanist dini təlimlərdə mövcuddur. Olan hadisələrin, baş verənlərin 
ruhlar aləminə bağlı olan qüdrətdən qaynaqlandığını, bilavasitə ruhlarla əlaqələn-
dirldiyi dini təsəvvür. Yaxud da tək və eyni ruhun təfəkkür və təbii həyatımızın 
qaynağı olduğunu irəli sürən görüş. Animizm bəzən uşaqlarda maddi və cansız əş-
yaları canlı göstərə bilmək bacarığına da deyilir. Guya ruhlar insanların, heyvanla-
rın həyatına, ətraf aləmin predmetinə və hadisələrinə təsir göstərir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin