Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


DOKTRİNA – nəzəri və siyasi prinsipləri əldə rəhbər tutan təlim, elmi yaxud  fəlsəfi nəzəriyyə, siyasi sistem [məs., hərbi doktrina]



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə284/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   280   281   282   283   284   285   286   287   ...   307
333 felsefe muhazireler toplusu eyani

DOKTRİNA
– nəzəri və siyasi prinsipləri əldə rəhbər tutan təlim, elmi yaxud 
fəlsəfi nəzəriyyə, siyasi sistem [məs., hərbi doktrina]. 
 

 
EVDEMONİZM
– etikanın gedonizmə yaxın olan metodoloji prinsipi. Xoş-
bəxtliyi, səadəti təmsil edər. 
EVRİSTİKA
– yaradıcılıq fəaliyyətini, yeninin kəşfinə və təlimdə istifadə olu-
nan metodları öyrənən elm. 
EQO 
- bir kimsənin şəxsiyyətini meydana gətirən təməl element, mən. fərdi o 
biri varlıqlardan ayıran şüur. Freydə görə əsas və ən primitiv mənlikdir. Ana qayna-
ğı cinsəllik, aclıq kimi ehtiyacların ən eqoistcəsinə təmin edilməsidir. 
ELİTA 
fransızca seçilmiş deməkdir. Hakimiyyətin daşıyıcısı anlamına gəlir. 


307
EHTİVA
–əhatə, bir anlamın yaxud kəlmənin və onu dilə gətirən terminin əha-
tə etdiyi varlıqların və fərdi hadisələrin hamısı.
EZOTERİK
– [daxildə içəridə]. Ezoterik termini ilə yalnız savadlılar üçün nə-
zərdə tutulmuş, yalnız mütəxəssislərin başa düşəcəyi ideyanı, nəzəriyyəni adlandı-
rırlar. Müəyyən bir insan cəmiyyətinin xaricində heç kəsə bildirilməyən, ancaq 
məhdud sayda olan, dar bir çevrəyə xəbər verilən bilik, məlumat. 
EKLEKTİZM 
– Qurulmuş olan nizamlardan fərqli düşüncələri seçib almaq 
və öz təlimində birləşdirmə metodu və bu metodla işləyən filosofların təlimi. Müx-
təlif və hətta bir-birinin ziddi olan fəlsəfi sistemlərdən iqtibaslar edərək yeni sistem 
qurmaq bu təlim üçün xasdır.
 
EMANASİYA 
– aşağı olanın daha yuxarı olandan törəməsi. Çox olanın ―bir 
olandan törəməsi. Bir olan yetkin olandır və öz varlığı daxilində azalmadan və də-
yişmədən qalır, ondan törəyən isə çıxış qaynağından olan uzaqlığın ölçüsünə görə 
get-gedə yetişkənliyini itirir. Anlam baxımından da bir şeydən axmaq, aşağıdakının 
yuxarıdakından, hər şeyin ―Bir olandan törəməsi deməkdir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin