Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


KAİNAT  - ənənəvi anlayışda maddi aləm, maddi obyektlərin, materiyanın  keyfiyyətcə müxtəlif formalarının bütün məcmusu



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə292/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   288   289   290   291   292   293   294   295   ...   307
333 felsefe muhazireler toplusu eyani

KAİNAT 
- ənənəvi anlayışda maddi aləm, maddi obyektlərin, materiyanın 
keyfiyyətcə müxtəlif formalarının bütün məcmusu.
 
KATEQORİYA 
[yun. Kateqoria – özünəməxsusluq, hər hansı bir obyektə 
yüklənən xüsusiyyət, əlamət] – Aristotelə görə kateqoriya var olanın üzərindəki də-
yişiklik formalardır və on kateqoriya mövcuddur. İnsanın aləmə münasibətinin ən 
ümumi üsullarının anlayışlarda dərk edilməsi; təbiətin, cəmiyyətin və təfəkkürün 
daha ümumi və mühüm xassələrinin, qanunlarının əks etdirilməsi. 
KİBERNETİKA 
[yun. Kybernetike; kybernetes – idarəçi, idarə edən] – Əsa-
sını informatikanın təşkil etdiyi idarə-etmənin tədqiq edildiyi sahədir. Bir başqa de-
yimlə, geniş texnologiyaların tətbiq olunduğu, həyatı mexanikləşdirən, robotlaşdı-
ran sahə. 
KOSMOQONİYA 
[yun. Kosmos – aləm, kainat, goneia – doğulma, yaranma] 
– səma cisimləri və sistemlərinin mənşəyi və inkişafının öyrənən elm sahəsi. 
KOSMOPOLİTİZM 
[yun. Kosmopolites – dünya vətəndaşı] – vətənpərvərlik 
hisslərindən, milli mədəniyyət və ənənələrdən ―bəşər nəslinin birliyi naminə imti-
na edilməsinə çağıran təlim. 
KOSMOS 
[yun. Kosmos - aləm, kainat] – kainat, bütövlükdə aləm və bir tam 
kimi Yer, Günəş sistemi, bizim qalaktika və bütün qalaktikalarda daxil olmaqla hə-
rəkət edən materiyanın bütün məcmusu. 
KREASİONİZM 
[lat. Creatio – yaradılma, yaratmaq] – dünyanın, canlı və 
cansız təbiətin vahid yaradıcılıq əməli ilə xəlq olunması haqqında idealist təlim. 
 

 
LİBERALİZM 
[lat. Liberalis - azad bir adama yaraşan] – Hamı üçün fikir, 
düşüncə azadlığı tanınmasının vacib olduğu görüşünü müdafiə edən, müstəqil 
LİBİDO 
[lat. Libido – şövq, arzu, ehtiras, cəhd] – Freyd tərəfindən fəlsəfəyə, 
psixoloji psixoanalitik ədəbiyyata gətirilmiş və seksual meyli, seksual ehtiras dərə-
cəsini, məhəbbət instinktini, psixi enerjini bildirən anlayış. 
LOQOS 
[yun. legein – demək, danışmaq] – Yunan dilindəki ilkin mənası söz, 
sonralar isə düşüncə, fikir, anlam, əql kimi mənaları da ehtiva etmişdir. İlk dəfə 
Heraklitin təlimində dünyanın ümumi qanunauyğunluğu mənasında irəli sürülmüş 
fəlsəfi termin. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin