AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI AKADEMĠYASI
Elman Mövsümov
Laləzar Quliyeva
ƏTRAF MÜHĠTĠN
KĠMYASI
(Ali məktəblər üçün dərslik)
II nəşr
Azərbaycan Respublikası təhsil
nazirinin 06.06.2007-ci il tarixli
678 №-li əmri ilə təsdiq edilmişdir.
Bakı – «MBM» – 2010
2
Müəlliflər:
Mövsümov Elman Məhəmməd oğlu
kimya elmləri doktoru, professor,
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası,
Kimya kafedrasının professoru.
Quliyeva Laləzər Həsən qızı
kimya elmləri namizədi, dosent,
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası,
Kimya kafedrasının dosenti.
Rəyçilər:
Fuad Yusif oğlu Əliyev,
kimya elmləri doktoru, professor, Gəncə Elmi Mərkəzin
direktoru, AMEA müxbir üzvü,
Vahid ġamxal oğlu Quliyev,
biologiya elmləri doktoru, professor,
AKTA-nın Ekologiya kafedrasının müdiri
E.Mövsümov, L.Quliyeva. Ətraf mühitin kimyası. Ali məktəblər üçün
dərslik (II nəĢr). Bakı: «MBM», 2010. - 184 səh.
Kitab
Universitetlərin
və
Azərbaycan
Kənd
Təsərrüfatı
Akademiyasının Ətraf mühitin qorunması və təbiətin mühafizəsi ixtisasları
üçün dərslik kimi nəzərdə tutulmuşdur. Kitabdan həmçinin bioloqlar,
ekoloqlar və digər ixtisaslar üzrə təhsil alan tələbələr də istifadə edə bilər.
ISBN 978-9952-29-036-3
© E.Mövsümov, 2010
Bakı, «MBM»
3
GĠRĠġ
XIX-XX əsrlərdə yaranmış və inkişaf etmiş elmi-texniki tərəqqi
eyni zamanda ətraf mühitin – hava, su, torpaq və ərzaq məhsullarının
kimyəvi maddələrlə çirklənməsinə səbəb olmuşdur. Tərkibində
minlərlə kimyəvi birləşmələr olan sənaye tullantıları şəklində təbiətə
yayılır və uzun müddət ətraf mühitdə qalaraq zərərsizləşmir və
nəticədə yeni daha zəhərli maddələrə çevrilirlər.
Sənayenin kimyalaşması dövrü cəmiyyətin artan tələblərini ödəsə
də onun tullantıları ətraf mühitə yayılaraq, hava, su, qida məhsulları ilə
orqanizmə daxil olaraq qarşısı alınmayan zərərli təsirlər yaradır.
Onların bir çoxu uzun müddətli təsirə malik olub bir neçə nəslin daxili
sistemində qalaraq sağalmaz xəstəliklər-xərçəng, mutagen-embrion-
təzadlar, allergiya-əmələ gətirirlər.
Məsələn, 1948-ci ildə alman alimi Paul Müller yeni insektisid-
DDT-Dixlor-difenil-trixlor etanı sintez edərək Tibb ilə Fiziologiya
sahəsində Nobel mükafatına layiq görülmüşdür.
Azərbaycanda bit dərmanı kimi geniş istifadə tapmış bu yeni
kimyəvi birləşmənin 1964-cü ildə BMT-nin (Birləşmiş Millətlər
Təşkilatı) qərarı ilə istifadəsinə qadağa qoyulmuş, 1970-ci ildə SSRİ-
də tətbiqi dayandırılmış, lakin 1980-ci ilin ortalarına qədər bizim
respublikada geniş miqyasda istifadə edilmişdir.
Təbiət və canlılar bu birləşməni zərərsizləşdirə bilmir. Belə ki, ananın
südündən uşağa, uşağın qanından növbəti nəslə keçərək irsiyyət
hüceyrələrinə təsir edərək şikəst embrion və ya şikəst nəsl yaradır.
Təbiətdə isə uzun müddət qalaraq su, meyvə-tərəvəz vasitəsilə
orqanizmə daxil olur.
Müqayisə üçün deyə bilərik ki, Xəzər dənizinə Azov dənizi qədər
sulfat turşusu tökülərsə dəniz onu «xərcləmək» qabiliyyətinə malikdir.
Lakin Xəzər dənizi 2 kq DDT-ni heç cür zərərsizləşdirə bilmir.
Kimya sənayesi meydana gəldikdən sonra zavodların tullantıları
atmosferə və yer qabığına yayılaraq biosferi tamamilə korlayaraq
qarşısı alınmaz zərərli təsirlər yaratmağa başladı. Təbii ki, həmin
zavodlar yer qabığından çıxarılan faydalı qazıntılarla işləyir.
Zavodların əhəmiyyətli məhsulları ilə yanaşı istifadə olunan mineralla-
rın yalnız 2-3%-dən istifadə olunur. Qalan hissə isə təbiətə yayılaraq
4
ekologiyanı məhv edir. 1970-ci ildə planetin hər bir nəfərinə düşən
mineral miqdarı 20 tona bərabər olmuşdursa, sonrakı hər 10 il üçün bu
rəqəm 30% artaraq böyük kütləyə çatmışdır ki, bu filizlərin 97-98%-i
tullantı adı ilə təbiətin ballastına çevrilmişdir.
5 milyard il yaşı olan planetimizdə hər şey yerli-yerində istifadə
edilmiş, canlı varlıqların əmələ gəlməsi və təkamülü üçün lazımi şərait
yaradılmışdır.
İnsan zəkası inkişaf etdikcə təbii sərvətlərdən istifadə etməyə
başlamış və öz məişətini yaxşılaşdırmaq üçün sonu bizə məlum olan
texniki-inqilab səviyyəsinə çatdırmışdır.
Bu inkişaf mərhələləri zamanı insan zəkası həmçinin ətraf mühiti də
korlamağa başlamışdır.
Təbii qazın, daş kömürün, neftin kəşfi məişət problemlərinin həllinə
kömək etsə də, onların yanma məhsulları atmosferin çirklənməsinə
gətirib çıxarmışdır.
Hazırda hər il 3,3 milyard ton neft məhsulları, 30 milyard ton daş
kömür, 50 milyard ton təbii qaz yandırılır ki, bu zaman 30 milyard ton
sərbəst oksigen sərf edilir. Bunun əvəzində isə atmosferə 50 milyard tona
yaxın karbon qazı yayılır. Hesablamalara görə son 50 il ərzində istifadə
olunan oksigen qazının miqdarı canlı varlıların yarandığı zamandan bəri
istifadə olunan oksigen qazından çoxdur.
Ayrılan
karbon
qazının
miqdarı çoxaldıqda
atmosferin
temperaturunun yüksəlməsi prosesi gedir ki, bu da buzlaqların yavaş-
yavaş əriməsinə gətirib çıxarır. Beləliklə də təbii tarazlıq get-gedə
pozulmağa başlayır.
Atmosfer havası canlı varlıqların əmələ gəlməsi və yaşaması üçün
əvəzolunmaz amil hesab olunduğundan onun
çirklənməsi qarşısıalınmaz fəsadlar əmələ gətirir.
Daxili və xarici faktorların təsiri ilə atmosfer havasından daimi
olaraq kimyəvi, fotokimyəvi, elektromaqnit, aerodinamik və istilik
prosesləri gedir. Bu proseslərin normadan fərqli dəyişmələri,
atmosferlə daimi təmasda olan yer qabığında, okeanlarda, hətta
kosmosda öz təsir effektini yaradır.
Var olmanın əsas şərti sayılan atmosfer təbəqəsi özlüyündə bir neçə
qatdan ibarətdir. Bizim daha çox təmasda olduğumuz troposfer 20 km
yüksəkliyə qədər hesab olunur ki, bu təbəqənin orta illik temperaturu
5
+15
0
C-dən-57
0
C qədər dəyişə bilir. Sıxlığı isə yuxarı getdikcə aşağı
düşür.
Stratosfer təbəqəsi 20-70 km hündürlükdə yerləşir ki, burada
temperatur hər 10 km-dən sonra kəskin dəyişərək artıb azala bilir.
Məsələn, 30 km-50
0
C-dirsə, 50 km-də-3
0
C-yə düşür, 60 km-də –25
0
C-
yə yüksəlir.
Həyat üçün əhəmiyyətli olan ozon qatı da stratosferdə yerləşir. Bu
ozon qatı 23-28 km arasında yerləşərək Günəşdə gedən radioaktiv
parçalanma zamanı əmələ gələn ultrabənövşəyi şüaların yer qabığına
çox miqdarda gəlməsinin qarşısını alır. Əgər ozon qatı olmasaydı yer
kürəsində yaşayış mümkün olmazdı. Son zamanlarda aktual
mövzulardan olan «ozon dəlikləri» antropogen yolla yaranır və həyatı
təhlükəyə çevrilir.
Bəşəriyyətin istifadə etdiyi aerozolların xeyli miqdarı atmosferə
yayılaraq ozon təbəqəsinə çatır və onun korlanmasına səbəb olur.
Atmosferin 70-90 km-də yerləşən təbəqəsi Mezosfera adlanır və
hidrogendən, təsirsiz qazlardan təşkil olunmuşdur.
Termosfera adlanan ən yüksək qat 100 km hündürlükdə yerləşir ki,
bundan sonra kosmos başlayır.
Atmosfer havasının kütlə ilə 72%-i troposferdə toplanmışdır. Bu
zonada fiziki-kimyəvi proseslər daha aktiv sürətdə gedir ki, bu da yer
qabığına öz təsirini göstərməyə bilməz.
Troposferdə qazlar nisbətinin azacıq dəyişməsi orada gedən
proseslərə böyük təsir göstərir, kəskin temperatur dəyişmələri, güclü-
dağıdıcı leysan yağışları, həddən çox quraqlıq troposferin tərkibindən
və quruluşundan asılı olur.
Yerin Atmosferi uzun təkamül yolu keçmişdir. Bu təkamülün bir sıra
detalları hazırda da izah oluna bilmir. Odur ki, Yer kürəsində həyatın, o
cümlədən insanın əmələ gəlməsi haqqındakı nəzəriyyələr bir çox suallara
cavab verə bilmədiyindən tam qəbul olunmur.
Təkzibolunmaz faktlar əsasında fotosintez prosesində ayrılan oksigen
həyatın əmələ gəlməsi və yaşaması üçün əsas faktor hesab edilir.
Bitkilər karbon qazından, sudan və günəş enerjisindən istifadə
edərək canlı varlıqlar üçün üzvü maddə hazırlamaqla yanaşı,
tənəffüsün yararlı elementi olan oksigen sintez edir.
Odur ki, meşələrin kütləvi surətdə qırılması: tikinti materialı,
6
yanacaq, kimya sənayesində istifadə və s. oksigenin təbii miqdarının
azalmasına səbəb olur. Digər tərəfdən yanma məhsulu olan karbon
qazının xərclənməsini də azaldır.
Aşağıdakı cədvəldə atmosferin tərkibi göstərilmişdir ki, burada əsas
komponentlər azot və oksigendir. Digər qazlar azlıq təşkil etsələr də
onların bioloji rolu əvəz olunmazdır.
Ekologiyanın əsas üç ünsürlərindən-hava, su, torpaq-biri olan
havanın təmizliyinin canlı varlıq üçün böyük əhəmiyyəti vardır.
Yer kürəsində gedən həyati proseslər hava sutunundan çox asılıdır
və bu təbəqə demək olar ki, sabit tərkibə malikdir. 5 milyard il ərzində
formalaşan hava təbəqəsində az miqdarda olsa da kənar qarşılıqlar
əmələ gəlir. Bunların bir hissəsi təbii proseslər-vulkan püskürmələri,
çürümə, meşə yanğınları, atmosferdə gedən elektrik boşalmaları-
ildırım çaxmaları vasitəsilə yaranır. Vülkanik proseslərdə havaya kü-
kürd qazı, hidrogen sulfid, silanlar qarışaraq onun tərkibini az da olsa
dəyişdirir.
Komponentlər
Tonlarla göstərilən miqdar
Faizlə göstərilən miqdar
Azot
4
10
15
78,084
Oksigen
1,2
10
15
20,948
Su buxarı
1,4
10
154
3-4
Arqon
0,6
10
14
0,934
Karbon qazı
2,3
10
12
3,14
10
-2
Neon
3
10
9
1,82
10
-3
Helium
8,9
10
10
2,5
10
-6
Kripton
1,65
10
10
114
10
-6
Ksenon
2,2
10
9
8,7
10
-6
Hidrogen
3
10
9
50
10
-6
Ozon
3,2
10
9
7
10
-6
Radon
35
10
4
7
10
-6
Azot 4-oksid
4
10
6
2
10
-6
Azot 2-oksid
4
10
6
2
10
-6
Azot 1-oksid
2
10
6
1
10
-6
Kükürd qazı
4
10
7
0,1
10
-3
Karbon qazı
4
10
7
0,1
10
-3
Hidrogen sulfid
4
10
7
0,2
10
-3
7
Ammonyak
2
10
7
0,2
10
-3
Metan
3,4
10
9
0,3
10
-3
Formaldehid
2
10
7
0,4
10
-3
Karbohidrogenlərin, zülalların, yağların çürüməsindən isə ammonyak,
fosfin, metan, dəm qazı ayrılır.
İldırım boşalmalarında isə azot oksidləri əmələ gəlir. Bu tərkibli qazlar
havada heç bir kimyəvi dəyişikliyə uğramadan sərbəst halda hava
qarışığında toplanır və canlı varlıqların tənəffüsü nəticəsində orqanizmə
daxil olur.
Sənaye şəhərlərində isə kimya zavodlarının tullantıları halında havaya
buraxılan kükürd qazı, dəm qazı, sian birləşmələri daha çox olur ki, bu da
həmin şəhərlərin havasını korlayaraq xəstəliklər törədir.
Atmosferin aerozol hissəcikləri havada olan su buxarlarının
kondensasiyasını həyata keçirərək duman əmələ gəlməsinə səbəb olur.
Yuxarıdakı cədvəldən göründüyü kimi havada su buxarlarının faiz
miqdarı 3-4 olub dəyişkəndir. Tropik zonalarda və okean üzərində isə
10%-ə qədər yüksəlir.
Zavodların bərk toz tullantıları bu su buxarını kondensasiya edərək
aerozollar əmələ gətirməklə sıx duman təbəqəsi yaradır ki, bu da günəş
şüalarının yer qabığında yayılmasının qarşısını alır və əhəmiyyətini
azaldır.
Göründüyü kimi, atmosferin çirklənməsi təbii və antropogen yolla baş
verir. Təbii çirklənmə təhlükəli olmayıb təbiət tərəfindən nizamlanır.
Antropogen çirklənmə isə daha təhlükəli olub qarşısı alınmaz problemlər
törədir.
Aşağıdakı cədvəldə atmosferin tərkib dəyişməsi göstərilmişdir:
Komponentlər
Əmələ gələn hər ildə tonlarla
Təbii
Antropogen
Ozon
2
10
9
Çox az miqdarda
Karbon qazı
1
10
12
1,5
10
10
Dəm qazı
1
10
8
3
10
8
Kükürd (IV)-oksid
1,42
10
8
7,3
10
7
Azot qazları
1,4
10
9
1,5
10
7
Atmosferin insanlar tərəfindən korlanması hələ Hippokratın
əsərlərində də öz əksini tapmışdır ki, bu dövrdə heç bir zavod və fabrik
8
yox idi.
Sənayenin sürətlə inkişafı, nəqliyyat vasitələrinin durmadan artması,
şəhərlərin yaranması və böyüməsi, yaşıl zonaların tələf olması, yaşamaq
təhlükəsini daima artırır.
Urbanizasiya prosesinin sürətlənməsi bu ərazilərdə yaşayan insanların
sağlamlığına mənfi təsir göstərir. Hesablamalar göstərmişdir ki, iri
şəhərlərin insanları əyalət insanlarına nisbətən 5-7 il az ömür sürürlər.
Bunun da əsas səbəblərindən biri onların daimi çirklənmiş hava ilə
tənəffüs etməsidir.
Havanın texnogen çirklənməsinin əsas mənbələrindən biri nəqliyyat
vasitələridir. Hazırda həyatı nəqliyyatsız təsəvvür etmək mümkün
deyildir. Böyük şəhərlərdə, o cümlədən paytaxtımız Bakıda bu ciddi
problemlər yaradır və yaratmaqdadır.
Nəqliyyat mühərrikləri istifadə olunan yanacağın 15-20%-ni faydalı işə
çevirə bilir. Bu proses zamanı havanın oksigeni ölçüyə gəlməz şəkildə
xərclənərək onun yanma məhsulları isə aşağıdakı cədvəldən göründüyü
kimi atmosferi dəhşətli dərəcədə korlayaraq həyatı təhlükə yaradır.
Komponentlər
Yanma zamanı ayrılan qazların
həcm faizi
Azot
74-77
Oksigen
0,3-8
Su buxarı
2-5,5
Karbon qazı
5-12
Dəm qazı
5-10
Azot oksiddləri
0,2-0,8
Karbohidrogenlər
0,4-0,6
Aldehidlər
0,1-0,2
Qurum
0,1-0,4
3,4 benzopren
10-15
Qurğuşun etilat
1-1,5
Benzin yanacaqlarında detanasiyanı aşağı salmaq üçün (oktan ədədi
91, 92, 93, 94, 95 olan benzinlər) qurğuşun etilatdan –Pb(C
2
H
5
)
4
-istifadə
edilir. Onun istehsalı və tətbiqi zamanı atmosferə çoxlu miqdarda
qurğuşun yayılır. Böyük şosse yollarının kənarlarında əkilən bağ və
bostan bitkilərinin tərkibində xeyli miqdarda qurşğuşun olur ki, bu da
zəhərlənmələrə səbəb olur.
9
Ağır elementlər orqanizmə daxil olduqda maddələr mübadiləsini
pozaraq böyrək və qara ciyərdə xərçəng xəstəliyinin əmələ gəlmə riskini
bir neçə dəfə artırır.
Digər tərəfdən tütündə ağır elementlərdən ən çox olanı kadmiumdur.
Siqaret tüstüsündə və külündə toplanan kadmium kəskin zəhər olub ağ
ciyər və mədə xərçəngini əmələ gətirir. Tütünün yavaş yanması zamanı
onun tərkibindəki üzvi maddələr tam yanmayaraq aralıq məhsulları əmələ
gətirir ki, bunlar da «kimyəvi zəhərdən» başqa bir şey deyildir.
Odur ki, 30-40 il siqaret çəkənlər normal həyat sürsə belə siqaret çək-
məyənlərdən 6-8 il az ömür sürürlər.
Yanacaqların daşınması və saxlanması zamanı ətraf mühit korlanır.
Ehtiyatsızlıq üzündən tökülən 300 qram benzin 200 min m
3
havanı
korlaya bilir.
Üzvi həlledicilər istehsal edən kimya zavodları ətraf mühiti korlayan
əsas vasitə kimi qeyd olunmalıdır. Sintetik kauçuk zavodları hər ildə
minlərlə ton aminlər, aldehidlər, xlorüzvi birləşmələr, sinil turşuları,
kükürd və fosfor üzvü birləşmələr və fenollarla atmosferin, torpağın və
suyun çirklənməsinə səbəb olurlar.
Təsadüfi deyildir ki, Sovetlər zamanında Sumqayıt şəhəri dünyanın
ekoloji cəhətdən ən çirkli şəhərlər siyahısına başçılıq edirdi.
Kimya zavodlarında çalışan işçilərin zəhərlənməsinin qarşısını almaq
üçün güclü sorucu şkaflar vasitəsilə zərərli qazları müəssisələrdən
çıxardaraq atmosferə yönəldirlər. Bu zaman tutuculardan istifadə
olunmalıdır. Sovetlər dövründə qənaət üsulundan istifadə xatirinə belə
tutucular quraşdırılmadığından geniş ərazilərin çirklənməsi baş verirdi.
Hazırkı kimya sənayesində həm maye, həm qaz, həm də bərk halda
tullantılar yaranır. Bu tullantılar öz növbəsində havanı, suyu və torpağı
çirkləndirir. Odur ki, zavodlar tikilərkən düzgün texnoloji proses
yaranarsa zəhərli tullantılar olmaz və olsa da cüzi miqdarda yaranar ki,
onun da qarşısını almaq və zərərsizləşdirmək asan olar.
80-ci illərdə dünyanı sarsıdan Çernobıl hadisəsi texnologiyanın düzgün
həyata keçirilməməsindən yaranmışdır. Eyni zamanda qənaət etmək üçün
texnologiyada nəzərdə tutulan qurğuşun qalpaq quraşdırılmamış, nəticədə
radiaktiv məhsullar ətraf mühitə yayılaraq minlərlə insanın məhv
olmasına və on minlərlə insanın sağalmaz xəstəliklərə düçar olmasına
səbəb olmuşdur. 30 km radiusda yayılan radiasiya 100 illər davam
edəcək və bu zonanı «ölü zonaya» çevirəcəkdir.
10
Qeyri üzvi turşuların istehsalı zamanı atmosfer ağıla gəlməz dərəcədə
korlanır. Belə ki, nitroza üsulu ilə 1000 ton sulfat turşusu istehsal olunan
zaman 10 ton azot mono- oksidi, 10 ton kükürd dioksidi atmosferə
buraxılır.
1000 ton polad əridilərkən atmosferə 40 ton zəhərli toz, 30 ton kükürd
qazı, 50 ton dəm qazı yayılır. Kükürd dioksid havada olan su buxarı ilə
birləşərək sulfit turşusu şəklində yer qabığına tökülür ki, bu da həmin
ərazilərdə olan fauna və flora üçün təhlükəli zəhərdir.
Hər 20 ildən bir havaya buraxıln kükürd və azot oksidlərinin miqdarı
iki dəfə artır.
Aşağıdakı cədvəldə kimya texnologiyasının zərərli tullantılarının
tərkibi verilmişdir.
Göründüyü kimi bu sənaye tullantılarının hamısı kimyəvi zəhər olub
ekologiyanın çirklənməsinə səbəb olur.
İstehsal sahəsi
Atmosferi zəhərləyən məhsullar
Turşular:
Nitrat
NO, NO
2
, NH
3
Sulfat-nitroza
NO, NO
2
, SO
2
, SO
3
,H
2
SO
4
, Fe
2
O
3
, toz
Kontakt
SO
2
, SO
3
, H
2
SO
4
, Fe
2
O
3
, toz
Xlorid turşusu
HCl, Cl
2
Quzuqulağı turşusu
NH
3
, NH(SO
3
NH
4
)
2
, H
2
SO
4
Fosfat turşusu
P
2
O
5
, H
3
PO
4
, HF, Ca
3
F(PO
3
)
2
, toz
Sirkə turşusu
CH
3
CHO, SH
3
CO
2
H
Gübrə istehsalı
NO, NO
2
, NH
3
, HF, H
2
SO
4
,
R
2
O
5
, HNO
3
, toz
Superfosfat
H
2
SO
4
, HF, gübrə tozları
Xlor qazı istehsalı
HCl, Cl
2
, Hg
Xlorlu əhəng
Cl
2
, CaCl
2
, toz
Polivinil xlorid qətranı
Hg, HgCl
2
, NH
3
NaCl elektrolizi
Cl
2
, NaOH
Aseton
CH
3
CHO, (CH
3
)
2
CO
Ammonyak
NH
3
, CO
Metanol
CH
3
CO, CO
Kompralaktam
NO, NO
2
,
SO
2
, H
2
S, CO
Süni liflər
H
2
S, CS
2
Yuyucu tozlar
C
6
H
5
OH, CH
2
O, CH
3
OH, toz
Təbiət
bir
sıra qanunauyğunluqlarla özü-özünü təmizləmək
xüsusiyyətinə malikdir. Lakin insan zəkası və əli bu qanunauyğunluğu
11
pozaraq sonluğu bəlli olmayan təzadlar yaratmaqdadır.
Ətraf mühitin korlanmasında əsas rollardan birini DEFOLİANTLAR
(latın sözü olub de - yox, foliant - yarpaq deməkdir) oynayırlar.
Dünyada defoliant kimi Foleks (C
4
HgS)
3
P, butifos (C
4
HgS)
3
PO, 2-xlor
etilfosfon turşusu–etefon ClCH
2
CH
2
P (O)(OH)
2
, natrium borat, natrium
xlorit, kokadil turşusu (CH
3
)
2
As(O)OH, kalsium sianid Ca(CN)
2
və s.
istifadə edilir.
Belə birləşmələr pambıq qozalarının sürətlə açılmasına şərait yaradaraq,
yarpaqları məhv edir və pambığın maşınla yığımını asanlaşdırır.
Defoliantlar canlı orqanizmlər üçün məhvedici təsir göstərdiyindən,
onların istifadəsi zamanı ciddi texnologiya gözlənilməlidir.
1970-ci 80-ci illərdə Azərbaycanda pambıq planı iki-üç dəfə artırılmış
və bunun sayəsində gübrə və defoliantların tətbiqi zamanı torpaqlar
zəhərlənərək yararsız hala salınmışdır.
Defoliantlar torpağın mikroorqanizmlərini məhv edir, azobakteriyaları
sıradan çıxarır və buna görə də məhsul gigyenik cəhətdən yararsız olur.
Ətraf mühitin korlanmasında herbisidlərin (latın sözü olub herba – ot,
caedo – öldürmək) böyük təsiri vardır. Herbisidlər əsas etibarı ilə tarla və
plantasiyalarda əmələ gələn alaq otlarının məhv edilməsi məqsədi ilə
tətbiq edilir. Onlar seçici olub kənd təsərrüfatı bitkilərinə-əsasən taxıl,
qarğıdalı, düyü, şəkər çuğunduru-mənfi təsir göstərməyərək alaq otlarını
məhv edir. Herbisidlər təyyarələr vasitəsilə səpilməklə yanaşı, əkin
zamanı torpağa da verilə bilər.
Herbisidlər də Defoliantlar kimi zəhərli birləşmələr olduğundan
kapitalist Avropasında və Amerikada, Yaponiyada onların bəzi
birləşmələrinin istifadəsi qadağan edilmişdir. Sovetlər birliyində ekoloji
nəzarət olmadığından, torpaqlar herbisidlərlə zəhərlənərək onlar uzun
müddət torpaqda qalır və biosistemi məhv edirdi.
Yuxarıda göstərilənlərə əlavə olaraq qeyd etmək lazımdır ki, Dəniz və
Okeanlar qəzaya uğrayan yanacaq daşıyan tankerlər tərəfindən də əsaslı
surətdə çirklənir. Neft və neft məhsulları sudan yüngül olduğundan, su
üzərində qalın təbəqə əmələ gətirərək, suda yaşayan heyvanları günəş
şüasından və havadan məhrum edir. Bu çirklənmədən dəniz-okean quşları
da böyük ziyan görür.
Yer kürəsinin insanları öz məişətlərini yaxşılaşdırmaq üçün istehsal
etdiyi kimyəvi məhsullar onların gələcək həyatı üçün qarşısıalınmaz
təhlükə yaratdığından bu antoqonizmi həll etmək hələlik mümkün
12
deyildir. Bəşəriyyət, 5 milyon ildən bəri varlığını qoruyub saxladığı kimi
gələcəyini də düşünməlidir.
13
Fəsil I.
Dostları ilə paylaş: |