Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə293/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   289   290   291   292   293   294   295   296   ...   307
333 felsefe muhazireler toplusu eyani


 
MAKROKOSMOS 
– Böyük aləm- Kainat: Kainatın hamısı üçün istifadə edi-
lən anlayışdır. Makrokosmos deyəndə insanı xaricdən əhatə edən böyük dünya nə-
zərdə tutulur. Antonimi mikro-kosmosdur. 
MAARİFÇİLİK 
–ictimai-siyasi cərəyan; nümayəndələri mövcud cəmiyyətin 


314
nöqsanlarını aradan qaldırmağa, həmin cəmiyyətin əxlaq, siyasət və məişətini xe-
yirxahlıq, ədalət ideyalarının, elmi biliklərin, yayılması yolu ilə dəyişdirməyə çalış-
mışlar. 
MATERİALİZM 
[lat. materialis – maddi, real] – Bu fəlsəfi təlimə görə mate-
riya (obyektiv reallıq) ruha münasibətdə birincidir. idealizmə əks elmi fəlsəfi cərə-
yandır. 
MATERİYA 
– Dekarta görə maddə məkan tutan hər şeydir. Materiya ruhun 
əksidir. Maddi olanlar ruhi və mənəvi olanlarla eyni mahiyyətdən deyil. İnsan şüu-
rundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurda inikas etdi-
rilən obyektiv reallıq.
MAHİYYƏT 
- Əsas xüsusiyyət, təməl əsas, mövcud şeyin mənası, bütün di-
gər şeylərdən, bu və ya digər şəraitin təsiri altında şeyin dəyişkən vəziyyətlərdən 
fərqli öz-özlüyündə mövcud olan. 
MEDİTASİYA 
[lat. meditatio – fikirləşmə, düşünmə] – məqsədi insan psixi-
kasını dərin dalğınlıq vəziyyətinə gətirən əqli fəaliyyət. 
METAQALAKTİKA 
[hərfi mənada ―qalaktikadan kənarda olan] – mlrd.-
larla qalaktikaların daxil olduğu kosmik sistem. 
METANƏZƏRİYYƏ 
– Tədqiqat predmeti hər hansı digər nəzəriyyə olan nə-
zəriyyə. 
METAFİZİKA (təbiətdən əvvəlki)
- Varlığın son təməlləri, özü və anlamı 
haqqında təlimlər. Termin e.ə. I əsrdə Aristotelin fəlsəfi irsinin bir hissəsini göstər-
mək üçün meydana gəlmişdir. 
METOD 
[yun. Methods; osm. tr. usul] – bir qayəyə çatmaq üçün izlənilən, tu-
tulan yol. Elmlərdə müəyyən bir nəticəyə qovuşmaq üçün gedilən yol. 
METODOLOGİYA 
-xüsusilə fəlsəfə və elm sahəsində metod araşdırmaq və 
yeni üsullar əmələ gətirmək şərti ilə ideyaları inkişaf etdirən elm. Hər hansı elmdə 
istifadə olunan idrak vasitələrinin, metodlarının, üsullarının məcmusu. 
MƏKAN
– daxilində bir cismin ola biləcəyi yerlərin hamısını göstərən termin. 
Bütün var olanları içərisində ehtiva etdiyi yer. Fəlsəfənin təməl anlamı olaraq daha 
əvvəl Yunan atomistlərdə də vardır. 
MİSTİSİZM 
[– ruhi – mənəvi hal və tutum, naməlum qalan və üstüörtülü olan 
məsələlər, İlahi müşahidə yolu ilə həqiqətlərə, yaxud Tanrıya qovuşma fəaliyyətlə-
ri. Mistisizm bəzən fövqəltəbii bir qüdrəti əldə etmək və işlərini bu qüdrətin sayə-
sində həyata keçirə bilmək üçün həqiqətlərin səbəblərini bilib ortaya çıxarmaq fəa-
liyyətləri kimi də xarakterizə edilir. İnsanın təbiət üstü aləmlə səmimi bir şəkildə 
doğrudan doğruya əlaqə qurub birləşməsinin imkanına inanan, qaynağı ağıl və duy-
ğular olmayan üstün bir məlumat hiss gücü və vəcd yoluyla əldə etdiyinə inanan, 
beləcə Allaha çatıldığını irəli sürən görüş. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin