Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə286/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   282   283   284   285   286   287   288   289   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
 


308
Ə 
 
ƏNBİYA 
– Nəbilər, peyğəmbərlər deməkdir. Nəbi sözünün cəmidir. Nəbi sö-
zü nəbəə felindən əmələ gəlmiş və xəbər vermək deməkdir. Dilimizdə bəzən pey-
ğəmbərlər sözünün sinonimi kimi işlədilməkdədir. Ərəbcədir, peyğəmbər sözü isə 
farscadan keçmişdir. 
ƏNSAR
– Mədinə camaatına ənsar deyilirdi. Hərfi mənası ―kömək edənlər, 
dəstək olanlar deməkdir
nasir 
sözündən törəmişdir. 
Nasara 
ərəbcədə yardım et-
mək, əl tutmaq deməkdir. Məkkədən Mədinəyə köçərək hicrət edən müsəlman-lara 
kömək edib, onlarla qardaş kimi öz mallarını paylaşdıqları üçün onlara ənsar demə-
yə başladılar. 
ƏKSLİK
– ziddiyyətin inkişaf pillələrindən birini ifadə və əks etdirən kateqori-
ya. Ziddiyyət, uyğunsuzluq, məntiqsizlik. Fikirlər arasında əkslik. Fəlsəfi anlamda 
aralarında ziddiyyət olan əşya, hadisə, ya proseslərdən hər biri. Əksliklərin vəhdəti 
və mübarizəsi. İnkişaf əksliklərin mübarizəsidir. 
ƏL-İXVAN
– İslamiyyətdə [Misir] şeyx Həsən əl-Bənnanın yaratdığı ―Mü-
səlman Qardaşlar cəmiyyəti adlı dini-siyasi təşkilatın üzvlərinin adı. İslam Şərqin-
də ―İxvan əs-Səfa [Saflıq qardaşları] adı ilə məşhurdur. 
ƏLƏVİLİK
– şiəliyə mənsub dini-fəlsəfi təlim. Əliallahilik isə - şiəlik təriqəti-
dir. Orta əsrlərdə İranda, Azərbaycan və digər ölkələrdə geniş yayılmış dini-mistik 
cərəyandır. Ələvilik Türkiyədə sünnilik sonra ən çox mənsubu olan ikinci müsəl-
mançılıq inanc sistemidir. Əhli-sünnə məzhəbin-də Allah - Məhəmməd vəhdətin-
dən fərqli olaraq, ələvilikdə Allah - Məhəmməd - Əli ilə tamamlanan və Əhl-i 
Beyt, On iki İmamları əsas alan bir inancdır. Ələvilik daxilində müxtəlif təriqətlər 
mövcuddur. Bunlardan ən tanınmışı Anadoludan qaynaqlanan Bəktaşilikdir. Bekta-
şilik ələvəlik içində bir təriqət olması səbəbi ilə ələviliyi bütünlükdə tərif edə bil-
məz. Ələvilik təməl inanc sistemi kimi Ələvilik , Allah - Məhəmməd - Əli üçlüyü 
və Əhl-i Beyt, On iki İmamlara ciddi olaraq əhəmiyyət verən Şiəliyin On ikicilik 
məzhəbi ilə ortaq nöqtələrə sahib bir yoldur. Ələvilikdə araşdırılması lazım olan əsl 
inanc varlığın birliyidir. Ələvilikdə Tanrının insan daxil kainatdakı hər şeyin içində 
olduğu inancı vardır. Ələvilik Allah qorxusu yerinə sevgisini mənimsəyən, təməlin-
də insan sevgisi ilə hərəkət edən, Quranın şəklini deyil özünü qəbul etdiklərini ifa-
də edən, məqsədi ruhi yetkinləşmə olan bir təsəvvüf yoludur. Özünü insan sevgi-
sində tapan, Tanrının insanda təcəlli etdiyinə və zərrəsindən meydana gəldiyinə
onun üçün də insanın ölümsüzlüyünə inanan, ibadətlərində qadın kişi ayrı-seçkiliyi 
etmədən , öz dili ilə, musiqisi ilə inancını icra etmə formasıdır. 
ƏXİLİK 
- əxilərin dini-fəlsəfi təlimi. Əxi sözünün hərfi mənası dilimizdə qar-
daşlıq deməkdir. Azərbaycan dilinə qardaşlıq kimi də tərcümə olunur. Orta əsrlərdə 
islam mədəni bölgəsində ortaya çıxmışdır. Əslində ―əxi terminin mənşəyi mövzu-
sunda dil alimləri arasında görüş birliyi yoxdur. ―Əxi kəlməsi ərəbcə ―qardaşlıq 
mənasını versə də, ancaq Divani Lüğət-i Türkdə ―əxi sözü, əli açıq, comərd, igid 
mənasını verən ―ağı sözündən törədiyi qeyd olunur. Termin olaraq əxilik isə , XI-
II əsrin ilk yarısından XIX əsrin ikinci yarısına qədər Anadoluda, Balkanlarda və 


309
Krımda yaşamış olan Türk xalqının sənət və peşə sahəsində yetişmələrinə, əxlaqi 
istiqamətdən inkişaflarını təmin edən bir sistemin adıdır. Bu təriflərdən yola çıxa-
raq əxi sözünün, qardaş, yoldaş, yar, dost, igid mənasını verdiyini söyləyə bilərik. 
Əxilik həm ictimai, həm də mədəni strukturlara aid bir termin olaraq; bir-birini se-
vən, bir-birinə hörmət edən, kömək edən, kasıbı güdən, yoxsulu saxlayan, işi mü-
qəddəs və ibadət sayan, din və əxlaq qaydalarına möhkəm bağlı olan tacir və sənət-
karların iş təşkilatı mənasını verir. Öz içərisində düzgünlük, qarşılıqlı yardım və 
hörmət əsasında hərəkət edərək Türkiyənin ticari və iqtisadi həyatında böyük rol 
oynamış ustalar, şagirdlər, qısacası sənətkarlar yetişdirmiş və yetişən bu biznesmen 
tək tərəfli fayda təminatı ilə hərəkət etməmişdir.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin