Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə283/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   279   280   281   282   283   284   285   286   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
DİDAKTİKA
öyrətmə sənəti, təlim elmi. Tərbiyənin təlim ilə bağlı olan fəsli. 
DİALEKTİKA
– [düşünümək, söhbətləşmək, mübahisə etmək] – təbiət, cə-
miyyət və təfəkkürün inkişafının ən ümumi qanunları haqqında elm. Alman idealiz-
mində əqlin inkişaf qanunu kimi xarakterizə edilirdi. Marksın dialektik materializ-
mində iqtisadiyyatın inkişaf qanunları özünü doğruldur. İslam bölgəsi ərəb dilli 
xalqların fəlsəfəsində qarşılıqlı danışma sürəti ilə istidlal etmə sənətinə cədəl elmi 
deyirdilər [yəni dialektika]. Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yuna-
nıstanda dialektika dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürüt-
mək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəl-
səfəsində və elm məktəbində daha çox sübut nəzəriyyəsi kimi başa düşülür. Dialek-
tika ideyaları fəlsəfənin bütün tarixlərində inkişaf etmişdir. Hegelin dialektikası 
idealist dialektika 
olmaqla dialektikanın ikinci mühüm tarixi formasını təşkil edir. 
K.Marks və F.Engels tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi 
formasını təşkil edir. Bununla belə dialektikanın müxtəlif variantları da ola bilər. 
Məsələn, neqativ dialektika, antinomik dialektika, paradoksal dialektika vardır. 
Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur. Dialektika-
nın kateqoriyaları və qanunları mövcuddur. 
DİLEMMA 
– əqli nəticənin elə bir növüdür ki, onun müqəddimələrinin sırası-
na iki: şərti hökm və təqsimi hökm daxil olur; həm də dizyunksiya şəklində formu-
lə edilir. 
DİNAMİZM 
– Materiyanın güc ya da qüvvətin bir təzahür forması olduğunu 
önə sürən fəlsəfə təlimi. Şeylərin mahiyyətinin qeyri-maddi ―qüvvələrdən ibarət, 
materiyanı isə şeylərin hərəkətinin təzahürü olan həmin ―qüvvələrdən törəmə he-
sab edən fəlsəfi təlimlər. 
DİSTİNKSİYA
– şüur aktı; predmetlər arasında və yaxud şüurun özünün ün-
sürləri arasında [duyğular, anlayışlar arasında və s.] olan obyektiv fərqi əks etdirir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin