Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə278/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   274   275   276   277   278   279   280   281   ...   307
333 felsefe muhazireler toplusu eyani

ANTROPOLOGİZM 
[təlim, söz] materializmdə insanın təbiətin ən yüksək 
və kamil məhsulu olması haqqında dünyagörüşü forması; bu dünyagörüşünə görə 
insanı yaxından dərk edib qavraya bilsək elə təbiətdə mövcud olan sirli – soraqlı 
məsələləri də açıb ortaya qoya bilər, onlardan agah ola bilərik, çünki insanın cisma-
ni fəaliyyətinin üzvi vəhdətində təbiətin bütün məhsuldar qüvvələri iştirak edir. 
APORİA 
- Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi və-
ziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamə-
tindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə 
deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyə-
cəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiy-
yətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar. 
APATİYA
– laqeydlik vəziyyəti, müəyyən hərəkətlərə meylin, istəyin olma-
ması. Çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur. Yunan dilindən 
tərcümədə ehtirasızlıq, hissizlik kimi tərcümə olunur. Apatiya şəxsdə hər hansı bir 
hadisə nəticəsində ortaya çıxa bilər, yaxud bu duyğusuzluq vəziyyəti onda fitrətən 
mövcud ola bilər. Psixologiyada çox işlənən bir termin kimi apatiya adətən sinir 
fəaliyyətinin pozulması olaraq xarakterizə edilir. Stoiklərdə çox rast gələn bir hal 
olaraq, Şərq dini fəlsəfi baxışları, xüsusilə mütləq sükunətin insan ruhunun yüksək 
halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir. 
APEYRON
– əbədi hərəkətdə olan, sonsuz, qeyri-müəyyən, keyfiyyətsiz mate-
riyanı ifadə etmək üçün Anaksimandrın tətbiq etdiyi anlayış. Yunan dilindən Avro-
pa dillərinə keçmişdir, hərfi mənada sonsuz, hüdudsuz deməkdir. 
APODEYTİKA
– qəti sübut olunan şey, mütləq səhih biliyi ifadə etmək üçün 
anlayış. Yunan dilindən dili-mizə hərfi tərcümədə inandırıcı mənasına uyğun gəlir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin