300
QISA TERMİNOLOJİ LÜĞƏT
A
ABSURD
– Avropa mənşəli bu kəlmə dilimizə bizim gündəlik həyatımızda
vərdiş etdiyimiz və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydaları-
nın əksinə çıxan,
onlara əhəmiyyət verməyən, aralarında məntiqi əlaqənin pozul-
ması kimi tərcümə edilir. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur.
İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud şeyi məntiqi
cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görü-
nür. Lakin insana bəzən absurd təzahürü bağışlayan, onun məntiqi analizindən kə-
narda
qalan şey, hal və ya hadisələrə qeyri – həqiqi anlamı yükləmək olmaz. Kəlmə
dilimizdə özünün orijinal orfoepik formasını qorumuşdur
ABSTRAKSİYA
(mücərrədlik)
–
Elmi tədqiqat metodudur.
Obyektiv aləmi
dərk etməyə istiqamətlənmişdir.
ABSTRAKT
- tamın bir tərəfi,
birtərəfli, sadə, inkişaf etməmiş olan hissəsi.
Dilimizdə işlək ifadə kimi, ərəbcədən keçmə mücərrəd ifadəsi də mövcuddur.
ACİVİKA
– Hind mənşəlidir. Ruhun yaşadığını irəli
sürən qeyri-ortodoksal
qədim hind təlimlərindəndir.
AKSİDENSİYA
- əşyanın mühümdən, substansional olandan [substansiya]
fərqli olaraq müvəqqəti, keçici, qeyri mühüm xassəsi. Aksidenisya termini əvəzinə
dilimizdə daha çox tarixən
ə
r
ə
z
termini işlənilirdi. Bu anlamda aksidensiya nisbə-
tən, yeni, modern bir termindir və Avropa mənşəli hesab olunur.
AKSİOLOGİYA
– [yun. Axia – dəyər və loqos – təlim, söz] – dəyərlər ma-
hiyyətinin fəlsəfi tədqiqi. Aksiologiya termini mədəniyyətşünaslığın
və fəlsəfənin
ortaq termini kimi götürülməlidir, çünki hər iki elm sahəsi mümkün imkanlarından
istifadə edərək bu və ya digər dərəcədə insani dəyərlər sistemini və onun cəmiyyət-
dəki yerini öyrənir. Məhz bu tədqiqlərin sayəsində insana, onun gündəlik həyatında
var olan yaxud olmayan faydalı, zəruri, yaxud zərərli və qeyri-zəruri olan dəyərlər
sistemi öyrənilib, üzə çıxarılmaqdadır.
AKSİYA
– hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir
xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında
müstəqil
iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda iş-
lənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri
kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
AKTUAL
- içərisində olduğumuz zaman kəsiyi üçün bir mənası, əhəmiyyəti
olan, danışılan anda ortaya çıxan, yaxud da var olan deməkdir. Sözün kökünə hərə-
kətin tərzini bildir – al şəkilçisi artırılmışdır. Aktual sözü dilimizdə
müxtəlif anlam-
larda işlənməkdədir. Belə ki, hər hansı bir hal və hərəkətin, yaxud şeyin lazımlılıq,
vaciblik dərəcəsini bildirmək üçün işlədilir. Yaxud da həqiqi olan, təsirli olan və ya
ola bilən vəziyyətdə olmaq deməkdir.
Terminoloji lüğətin tərtib edilməsində Adilə Nəzərovanın “Fəlsəfə terminlərin izahlı lüğəti”.
Bakı: “Elm və Təhsil”, 2014. əsərindən istifadə olunmuşdur