P. paşayev təBİƏt elmləRİNİN ƏlaqəLİ ÖYRƏNİLMƏSİ



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix18.01.2017
ölçüsü0,92 Mb.
#5823
  1   2   3   4   5   6   7   8

P.PAŞAYEV 
 
TƏBİƏT  
ELMLƏRİNİN  
ƏLAQƏLİ 
ÖYRƏNİLMƏSİ 
 
 
 
 
 
 
 
 
 
 
MAARİF NƏŞRİYYATI 
1977 

__________________Milli Kitabxana__________________ 

 
 
 
P. PAŞAYEV 
FİZİKA-RİYAZİYYAT ELMLƏRİ NAMİZƏDİ 
 
 
 
TƏBİƏT 
ELMLƏRİNİN 
ƏLAQƏLİ ÖYRƏNİLMƏSİ 
 
(BİOFİZİKA MATERİALLARI ƏSASINDA) 
 
 
 
 
 
 
 
 
 
 
M A A R İ F   N Ə Ş R İ Y Y A T I  
Bakı-1977 
 

__________________Milli Kitabxana__________________ 

 
 
 
26
5
П
 
 
 
 
Məktəbdə  tədrisin  əsas fənni ayrılıqda götürülmüş fizika, kimya, 
biologiya və s. deyil, bütövlükdə götürülmüş təbiət elmləridir. Müəllif, elmin 
son nailiyyətləri əsasında göstərir ki, bir çox təbiət hadisələri təkcə bir təbiət 
elminin yox, bütün təbiət elmlərinin çərçivəsiidə öyrənildikdə daha aydın başa 
düşülür. 
Kitab orta məktəb müəllimləri və ali pedaqoji məktəblərin tələbələri üçün 
nəzərdə tutulmuşdur, kitabdan orta məktəbin yuxarı sinif şagirdləri də istifadə 
edə bilərlər. 
 
Əsərə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu rəy vermişdir. 
 
 
 
 
 
© «Maarif» nəşriyyatı, 1977 
 
 
77
93
652
3
6



М
 
 
 

__________________Milli Kitabxana__________________ 

 
 
 
 
 
 
 
 
Qarşılıqlı əlaqədə olan hər şey  
bu cür əlaqədə də öyrənilməlidir 
 
Y. A. KOMENSKİ 
 
GİRİŞ 
 
Elm və texnikanın müasir inkişaf səviyyəsi, elmdə inteqrasiyanın 
inkişafı orta məktəb kursunun həm məzmununu, həm də onun 
öyrədilmə metodlarını təkmilləşdirməyi tələb edir. 
Məktəb təhsili məzmununun ayrı-ayrı fənlərə bölünməsi dərketmə 
prosesinin təbiətilə əlaqədar olaraq meydana gəlmiş və tarixən özünü 
doğrultmuşdur. Buna görə də bu kursun fənlər üzrə tədrisi axıra qədər 
davam etdirilir. Lakin tədris prosesində  fənlərarası  əlaqə xüsusi 
əhəmiyyətə malik olur. Ona görə  də daim çalışmaq lazımdır ki, 
məktəb kursunun   fənlər üzrə  tədrisi onların bir-birindən təcrid 
edilməsinə  gətirməsin, bu fənlərin müstəqilliyi təbiət hadisələrinin 
qarşılıqlı əlaqəsi haqqınqda şagirdlərdə səhv təsvvür yaratmasın, onlar 
fənlərin dialektik vəhdət təşkil etdiyini yaxşı başa düşsünlər. Digər 
tərəfdən, məktəb təcrübəsi göstərir ki, bir çox təbiət hadisələri ancaq 
bir təbiət elminin yox, bütün təbiət elmlərinin çərçivəsində 
öyrənildikdə daha yaxşı anlaşılır, mənimsənilir və yadda qalır. Bunu 
nəzərə alaraq tədris prosesinin muəyyən mərhələlərində yeri gəldikcə 
müxtəlif təbiət hadisələrinin qanunauyğun  əlaqəsini təzahür etdirən 
biliklərin sintezini yaratmaq çox faydalı olar; çünki özündə fiziki, 
kimyəvi və bioloji hadisələri cəmləşdirən mürəkkəb hadisə kompleks 
şəkildə öyrənildikdə  rəngarəng təbiət hadisələri haqqında  şagirdlərdə 
vahid bir fikir, ümumi bir 
 
  

__________________Milli Kitabxana__________________ 

 
təsəvvür yaranır, onların dialektik-materialist dünyagörüşü inkişaf edir. Təbiət 
hadisələrinin   çoxcəhətli öyrənilməsi   fənlərarası əlaqənin də inkişaf  etməsi 
və dərinləşdirilməsi üçün əlverişli şərait yaradır. 
Fənlərarası əlaqənin müəyyənləşdirilməsi metodikası müasir didaktikanın 
on vacib    məsələlərindən biridir. 
Kimya və biologiyaya aid məlumatdan fizika dərslərində istifadə edilməsi 
dərsi daha da canlı şəklə salır, şagirdlərin diqqəti səfərbərliyə alınır, öyrənilən 
məsələyə onların marağı daha da artır, müşahidəçilik və elmi ədəbiyyatı 
müstəqil öyrənmək vərdişi inkişaf edir. 
Fənlərarası  əlaqənin inkişaf etdirilməsində iki müxtəlif ulm sahəsinin 
sintezindən yaranmış sintetik elmlərin nailiyyətlərindən müvəffəqiyyətlə 
istifadə edildikdə  dərsin keyfiyyəti və effektivliyi xeyli yüksəlir. Hər bir 
müəllimin də pedaqoji məhsulunun özünəməxsus keyfiyyət nişanı şagirdlərin 
möhkəm və  dərin biliklər almasını  təmin etmək və bu bilikləri praktikada 
həyata keçirmək bacarığı  və  vərdişlərini inkişaf etdirməkdir. Bu nöqteyi-
nəzərdən təbiət elmləri arasındakı  əlaqəni təlim prosesində qabarıq  şəkildə 
nümayiş etdirmək və bu məqsədlə biofizika, bionikə, kibernetika, 
radiobiologiya, molekulyar biologiya, molekulyar genetika, aqrofizika, 
biokimya və bir sıra başqa sintetik elmlərin nailiyyətlərindən istifadə etmək 
böyük əhəmiyyət kəsb edir. 
  

__________________Milli Kitabxana__________________ 

 
 
 
 
 
 
 
 
I FƏSİL 
 
TƏBİƏT ELMLƏRİNİ ƏLAQƏLİ ÖYRƏTMƏYİN  
ÜMUMİ MƏSƏLƏLƏRİ 
 
§ 1. FƏNLƏRARASI ƏLAQƏ PEDAQOJİ PROBLEM KİMİ 
 
Yüksək inkişaf etmiş sosialist vətənimizdə bütün kənclərin orta təhsil 
alması obyektiv zəruriyyətə çevrilmişdir. Ictimai tərəqqinin tempi, bizim 
kommunizmə doğru irəliləyişimizin tempi cəmiyyətin intellektual 
potensialından, mədəniyyətin inkişafından, elmdən və təhsildən daha çox asılı 
olur. 
Təhsilin siyasi-nəzəri səviyyəsi cəmiyyətin ictimai tələblərinə  və elmi-
texniki tərəqqiyə görə təyin edilir. Bu baxımdan fənlərarası əlaqə ən aktual bir 
pedaqoji problem kimi ortaya çıxır. Bu problem təhsilin məzmunu və 
strukturası ilə  sıx  əlaqədardır. Ona görə  də bu öz əksini təlim metodları, 
formaları  və vasitəlarində tapmalıdır. Fənlərarası  əlaqə  şagirdlərin biliyini 
sistemə salmağa, real aləm haqqında onlarda tam mənzərə yaratmağa, 
hadisələrin qarşılıqlı dialektik əlaqəsini formalaşdırmağa kömək edir. 
Təhsilin məzmununun koordinasiyası  və inteqrasiyası problemlərinin 
düzgün həlli də bilavasitə fənlərarası əlaqə ilə sıx bağlıdır. 
Koordinasiya, ayrı-ayrı  fənlərin tədris proqramı  tərtib edilərkən, eyni bir 
mövzunun müxtəlif fənlər üzrə öyrədilməsindəki uyğunsuzluğu aradan 
qaldırmaq məqsədilə aparılan razılaşmalar və tutuşdurmalarla məşğul olur. 
İnteqrasiya isə öyrədilən müəyyən bir təbiət hadisəsi haqqında tam 
təsəvvür yaratmaq məqsədilə, həmin hadisənin ayrı-ayrı  təbiət elmlərində 
nəzərdən keçi- 
 
 
  

__________________Milli Kitabxana__________________ 

 
rilən cəhətlərini birləşdirməyə aiddir. Göründüyü kimi, bunların hər 
ikisi də elə fənlərarası əlaqə deməkdir. 
Hər bir tədris fənnindəki inteqrasiya elmin məntiqinə uyğun 
gəlməli və  şagirdlərin təfəkkürünün inkişafına kömək etməlidir. 
Inteqrasiya, ümumi mənada elmi anlayışları  və  təlim üsulları  əlaqəli 
olan fənləri bir yerə  yığışdırır. Bu çox müsbət haldır. Ona görə  də 
ibtidai məktəbdə inteqrasiyaya daha geniş yer verilir. Lakin, təəssüf 
ki, təbiətşünaslıq fənninin məzmununda bu hələ öz əksini tapa 
bilməmişdir. Təbiətşünaslıq kursuna daxil edilmiş ayrı-ayrı hissələr 
arasında daxili əlaqə yoxdur. Belə geniş inteqrasiyalı kursda 
məzmunun dağınıqlığı şagirdləriv biliyinin səthiliyinə gətirib çıxarır. 
Təbiət elmləriiin tədrisində inteqrasnyanı inkişaf etdirmək üçün 
hər cür imkan vardır. Burada inteqrasiya aşağıdakı şəkildə aparılır: hər 
bir tədris fənninin məzmununa qonşu elmlərin elementləri və  tətbiqi 
biliklər  əlavə edilir. Beləliklə,  şagirdlərdə  fəndaxili və  fənlərarası 
əlaqələr haqqında təsəvvürlər genişlənir. Məsələn, biologiyada fiziki 
və kimyəvi anlayışların tətbiqi üçün imkanlar yaranır, şagirdlərin elmi 
düiyakörüşü formalaşır. Fənlərarası 
əlaqənin axıra qədər 
aydınlaşdırılması  şagirdlərin təlim-tərbiyəsi və inkişafı üçün optimal 
şərait yaradır. Buna görə də fənlərarası əlaqəyə təlimin tərkib hissəsi 
kimi baxılır. Fənnin strukturasının təyin edilməsi də, elmin əsasları 
haqqında  şagirdlərin sistematik və möhkəm biliklər alması da bu 
problemin həlli ilə əlaqədardır. 
Fizika, kimya və biologiya elmləri arasındakı əlaqənin öyrənilməsi 
xüsusilə vacibdir. Çünki, bu elmlərin əsas məzmununu təşkil edən bir 
sıra qabaqcıl elmi fikirlər, məsələn, molekulyar-kinetik nəzəriyyə, 
elektron nəzəriyyəsi, elektroliz və bir sıra başqa anlayışlar təbiət 
elmlərində özünə möhkəm mövqe tutmuşdur. Onların bir sıra  əsas 
məsələləri həmin anlayışlar əsasında izah edilir. 
İstehsal proseslarinin avtomatlaşdırılması  və mexanikləşdirilməsi, 
canlı mexanizmlərin iş prinsipindən texnikanın gələcək tərəqqisi üçün 
geniş istifadə edilməsi və sair, yeni texnikanın idarə edə bi- 
  

__________________Milli Kitabxana__________________ 

 
ləcək yüksəg ixtisaslı kadrlar yetişdirməyi tələb edir. Ona görə  də 
ümumtəhsil məktəbləri  şagirdlərinin texnika ilə ayaqlaşa bilən geniş 
biliklər, bacarıqlar və  vərdişlər qazanması  ən vacib məsələdir. Bunu 
nəzərə alaraq tədris materialının  şagirdlər tərəfindən yaxşı 
mənimsənilməsinə və təlim metodlarının fəallaşdırılmasına nail olmaq 
məqsədilə, fizika, kimya, biologiya və digər təbiət elmləri 
müəllimlərinin bir-birilə  sıx  əlaqə saxlamasını, məsləhətləşməsini, 
öyrədilməsi nəzərdə tutulan nəzəri biliklərin tətbiq dairəsiiin 
müəyyənləşdirilməsini təmin etmək lazımdır. 
Qabaqcıl müəllimlərin iş təcrübəsi göstərir ki, fizika dərsi o zaman 
daha çox səmərəli olur ki, həmin dərsdə öyrədilən material ətraf 
mühitdəki hadisələrlə  əlaqələndirilir, canlı  təbiətə aid faktlarla 
bağlanır, müvafiq texniki qurğuların nəzəri  əsası kimi nəzərdən 
keçirilir.  Şagirdlər öyrəndikləri biliklərə  əsasən müxtəlif fiziki 
hadisələri dinamik şəkildə təsvir edən qurğular, modellər hazırladıqda 
buna çox fərəhlənirlər. Bütün bu cəhətləri nəzərə alaraq, müəllim 
təlimin keyfiyyətini artırmaq məqsədilə  bəzən yeni dərsin  əvvəlində 
və ya müəyyən bir hadisəni izah edərkən təlim prosesinin ortasında 
onun tətbiqlərini imkan daxilində nəzərdən keçirməli, yaxud da dərsi 
bununla tamamlamalıdır. 
Müəllim elmdə olan yeniliklərdən xəbərdar olmalı, onun əsas 
inkişaf ənənələri haqqında geniş təsəvvürə malik olmalıdır. 
Müəllimin ən böyük xidməti tədris etdiyi fənn vasitəsilə şagirdləri 
özünə  cəlb etməyi bacarması  və  Uşinskinin göstərdiyi kimi, bilikləri 
təkcə onların  şüuruna doğru deyil, həm də hisslərinə doğru 
yönəltməsidir. 
 
 
§ 2. FƏNLƏRARASI ƏLAQƏNİN İNKİŞAF YOLLARI 
 
 
Hər bir prosses və ya hadisənin inkişafının  əsasını ziddiyyətlərin 
vəhdəti və mübarizəsi təşkil edir. Bu, olduğu kimi müasir 
təbiətşünaslığa da aiddir. Çünki onda da bir-birinə zidd olan və eyni 
zamanda vəhdət təşkil edən iki istiqamət səciyyəvidir.    Bu 
 

__________________Milli Kitabxana__________________ 

 
istiqamətlərdən biri inkişaf prossesindəki analitikliyi, digəri isə 
sintetikliyi təmsil edir. Analitik istiqamətdə yeni elm    sahələri,   yeni    
qanunauyğunluqlar kəşf olunur. Müəyyən  şəklə düşmüş elədə 
diferensiasiya gedir. Bir sıra yeni elm sahələri yaranır. Bunların 
tədqiqat obyekti məhdudlaşır və xüsusi    elmi metodlardan istifadə 
olunur. Məktəb   təcrübəsində   bu, fənlər üzrə təlimdə özünü göstərir. 
Hər bir fənnin öz öyrənmə dairəsi var. Bu ənənə    sonrakı    inkişafını  
fənnin özünün yenidən hissələrə bölünməsində   davam etdirir. 
Məsələn, fizika: mexanika, molekulyar fizika və istilik, elektrik, 
maqnetizm, optika, atom; biologiya: botanika, zoologiya, insanın 
anatomiyası və fiziologiyası, darvinizm və sair. Sonra bu bölmələr   də 
yenidən mövzulara bölünür. Yeri gəlmişkən qeyd   edək ki, maddi 
obyektin bu cür hissələrə bölünməsi    ancaq pedaqoji məqsəd güdür. 
Burada tədris fənninin pedaqoji məntiqinin ön plana keçməsində əsas 
məqsəd sistematik öyrənmə prosesi üçün əlverişli şərait yaratmaqdan 
ibarətdir. Elmlərin bir-birinə qarşılıqlı  təsirini və  əlaqəsini tədris   
prosesində   həmişə   izləmək  şərtilə bu cür   bölünmə   heç də təbiətin   
bütövlüyünə mane olmur. Çünki müasir   təbiətşünaslığın ən səciyyəvi 
cəhətlərindən biri də elmlərin qarşılıqlı  təsirini göstərən faktların və 
hadisələrin kifayət qədər çox olmasıdır.  Elə buna görə  də indi 
təbiətşünaslıqdakı sintetik ənənə daha çox əhəmiyyət kəsb edir. 
Müxtəlif elmlərin  əldə etdiyi  nailiyyətlərdən bir obyektin 
öyrənilməsində istifadə edilməsinə   (inteqrasiya) indi həmişəkindən 
daha çox fikir verilir. 
Sintetik  ənənə müxtəlif elmlərin qovuşduğu yerlərə aid biliklərin 
müəyyən edilməsində özünü xüsusilə büruzə verir. Son illərdə elmi 
ixtira və kəşflərin əksəriyyətinin sintetik elmlərə aid olması bunu bir 
daha sübut edir. 
Biliklərin sintezi sayəsində müasir təbiətşünaslıqda maddənin 
təkamülü və onun bir-birinə keçən müxtəlif növ quruluş  əlaqələri 
haqqında bitkin və püxtləşmiş  nəzəriyyələr yaranır. Minerallarla 
canlılar arasındakı  əlaqələr açılır. Canlı  və cansız aləm arasındakı 
sərhədin  şərti olduğu daha çox nəzərə çarpır. Hər bir maddi obyekt 
haqqında tam məlumat  əldə etmək və  təbiətin ümumi inkişaf 
mənzərəsini   yaxşı  

__________________Milli Kitabxana__________________ 

 
təsəvvür etmək üçün analitik və  sintetik      yanaşmadan birgə istifadə 
etmək lazımdır. Belə yanaşma    üsulu məktəb kursunun 
öyrənilməsində   də öz əksini   tapmalıdır. 
ABŞ, Böyük Britaniya və bir sıra başqa inkişaf etmiş kapitalist 
ölkələrində elmlərin öyrənilməsində sintatik ənənəyə daha çox 
üstünlük verilir. Onlar bir neçə tədris fənnini birləşdirib vahid bir fənn 
yaratmağa səy göstərirlər. 
Bizim pedaqokika təhsilin məzmununun bu cür inteqrasiyasını 
birtərəfli hesab edir və sovet məktəbləri üçün yaramadığını göstərir. 
Çünki hər bir fənn didaktik cəhətdən işlənmiş bir elm sahəsini təmsil 
edir. Fənlərin müstəqilliyinə qarşı  çıxmaq həmin didaktik materialı 
kənara atmaq deməkdir.  Əvvəllər «Pedaqogika» nəşriyyatının 
buraxdığı «Orta məktəbin təbiət fənləri materialında fənlərarası əlaqə» 
adlı kitabda da göstərilir ki, hər bir fənn dialektik və didaktik cəhətdən 
işlənmiş müvafiq elm sahəsinin  əsaslarını öyrədən müstəqil bir elm 
sahəsi kimi tədris edilməlidir. Orta məktəbdə təbiət elmlərinnn əlaqəli 
öyrənilməsi prosesində  də  həmin mövqe əsas götürülür, lakin eyni 
zamanda inteqrasiyadan geniş miqyasda istifadə edilir. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, yuxarıda adını çəkdiyimiz 
kitabda göstərildiyindən fərqli olaraq, tədris fənlərinin məzmununu 
fənlərarası  əlaqəyə yox, əksinə, fənlərarası  əlaqəni məktəb kursunun 
məzmununa tabe olmasına həmişə riayət etmək və  həmin mövqedən 
inteqrasiyanın inkişaf etdirilməsi zəruri xarakter almalıdır. Çünki 
fənlərarası  əlaqə  fənlərin məzmununun məhsuludur və ayrı-ayrı 
fənlərin öyrəndiyi hadisələrlə əlaqədar olaraq meydana gəlir. 
 
 
 
§ 3. FƏNLƏRARASI ƏLAQƏNİN NÖVLƏRİ 
 
Pedaqoji  ədəbiyyatın bir qismində  fənlərarası  əlaqə, müxtəlif 
fənlərin tədris proqramlarının didaktik məqsədlə qarşılıqlı 
razılaşdırılması kimi şərh olunur. Bu mənada fənlərarası  əlaqə 
anlayışı, məktəb proqramları tərtib edilərkən hər bir tədris fənnindəki 
ardısıllığı muəyyən etmək məqsədini   gü- 
 

__________________Milli Kitabxana__________________ 
10 
 
dür. Lakin təcrübə göstərir ki, fənlərarası əlaqənin funksiyası bununla 
bitmir. O şagirdlərin məntiqi mühakiməsinin inkişafında, bir-birinə 
yaxın elmlərin öyrəndikləri anlayışların dərinləşməsində, eyni 
materialın müxtəlif fənlərdə  təkrarına yol verməməkdə, qarşılıqlı 
əlaqədə olan hadisələrin öyrənilməsinə kompleks yanaşmaqda və sair 
məsələlərdə böyük rol oynayır. Ona görə də həzırda didaktikanın əsas 
prinsiplərindəi biri kimi qiymətləndirilən fənlərarası  əlaqənin bütün 
funksiyalarının aşkar edilməsi böyük zəruriyyət kəsb edir. 
Müəllifin fizika-riyaziyyat təmayüllü  №-li və kimya-biologiya 
təmayüllü 5 №-li respublika internat orta məktəblərində fizika 
dərslərində apardığı pedaqoji eksperimentlərin nəticələri, elmi-
metodiki ədəbiyyatın təhlili, qabaqcıl müəllimlərin fənlərarası əlaqəyə 
aid iş  təcrübəsinin öyrənilməsi bu sahədə müəyyən ümumiləşmələr 
aparmağa imkan verir. 
Tədris prosesində  ən çox nəzərə çarpan fənlərarası  əlaqə növləri 
aşağıdakılardır: 
1) quruluş  əlaqəsi; 2) birtərəfli  əlaqə; 3) tamamlayıcı  əlaqə; 4) 
koordinasiya əlaqəsi; 5) inteqrasiya ələqəsi. 
Əlbəttə, bu cür qruplaşmanı bitmiş hesab    etmək düz deyil. Əlaqə 
növləri qeyd etdiyimizdən   xeyli toxdur. Göstərilən  əlaqə növlərini 
ayrı-ayrılıqda nəzərdən keçirək. 
1.  Quruluş  əlaqəsi. Bu əlaqə, verilmiş  fənnin ayrı-ayrı 
mövzularının müəyyən qayda ilə düzülməsini səciyyələndirir, onun 
quruluşunu və ifadə olunma məntiqliyini pozmur, alınan biliklərdən 
əlaqəli fənlərin yeni mövzularını öyrənməkdə istifadə etmək üçün 
şərait yaradır. Həmin  əlaqə növü çoxdan məlumdur və  tədris 
proqramları  tərtib edilərkən geniş istifadə olunur. Məsələn, 
riyaziyyatda «Kvadrat tənliklərin həlli», fizikada «Bərabərdəyişən 
hərəkət» və ya fizikada «Elektrolitlərdə elektrik cərəyanı», kimyada 
«Elektrolitik dissosiasiya nəzəriyyəsi» mövzularının yerləşdirilməsi 
ardıcıllığı bu cür əlaqə növünə nümunə ola bilər. Bu əlaqə növü 
zəruridir, çünki şagirdlər kvadrat tənlik həll etməyi öyrənməmiş 
mexanikanın bir çox kinematik məsələlərini həll edə bilməzlər. Yaxud 
şagirdlər kimyadan elektrolitik diso- 
 
  

__________________Milli Kitabxana__________________ 
11 
 
osiasiyanı öyrənməyiblərsə, fizikadan «elektrolitlərə elektrik 
cərəyanı» mövzusunu keçdikdə onu yaxşı başa düşə bilməzlər. 
2. 
Birtərəfli əlaqə. Bu əlaqə, mövzuların öyrənilmə dərinliyini 
artırmaq və  şagirdlərin biliyini möhkəmləndirmək məqsədilə başqa 
fənlər üzrə biliklərdən istifadə etməklə  həyata keçirilir. Məsələn, 
müəllim fizika dərsində yanacağın   istiliktörətmə   qabiliyyətindən 
danışarkən o, şagirdlərin kimyadan «oksigenin xassələri və  yanma»    
haqqında    bildiklərini xatırladır. Bu əlaqə birtərəflidir və demək olar 
ki, ümumiyyətlə, fənlararası əlaqənin əsas hissəsini təşkil edir. Bu cür 
əlaqənin həyata keçirilməsi pedaqoji cəhətdən çox faydalıdır. 
Orta məktəbdə fizikanın tədrisi prosesində fizika ilə kimyanın 
əlaqəsi məsələsi ETPEI-nin baş elmi işçisi Azər Abbaszadə tərəfindən 
əsasən tədqiq edilmişdir. O, eksperimental tədqiqat  əsasında sübut 
etmişdir ki, bu cür əlaqənin həyata keçirilməsi didaktikanın  əsas 
prinsiplərinə uyğun gəlir, öyrənilən materialın 
şüurlu 
mənimsənilməsinə kömək edir, şagirdlərin məntiqi mühakiməsini 
gücləndirir. 
3. 
Tamamlayıcı əlaqə. Bu əlaqə,   yaxın   fənlərdən birinin əsas 
mövzusu digər fəndə səthi öyrənildikdən sonra, yenidən öyrədilərkən 
həyata keçirilir. Ona görə  də bunu tamamlayıcı  əlaqə adlandırmaq 
olar. Tamamlayıcı əlaqənin əsas vəzifəsi, yaxın fənlərin   kifayət qədər 
tam öyrənilməyən mövzuları üzrə   bilikləri tamamlamaqdır. Məsələn, 
şagirdlər VII sinifdə kimyadan «Kimyəvi əlaqənin təbiəti» mövzusunu 
səthi öyrənirlər, çünki bu mövzunu keçərkən  şagirdlərin   «atomun 
quruluşu və nüvə» haqqındakı  təsəvvürləri        zəif olur, atomun 
elektromaqnit xassələrilə tanışlıqları olmur. Ona görə  də kimyəvi 
rabitə haqqında  şagirdlərin biliklərinin tamamlanması fizika 
müəlliminin öhdəsinə düşür. O, bu məsələyə fikir verməsə kimyəvi 
əlaqənin təbiəti həmişəlik olaraq şagirdlər üçün qaranlıq qalar. 
Kimyəvi əlaqə növləri, ancaq atom və molekulların elektromaqnit 
xassələri əsasında düzgün izah edilə bilindiyindən, fizika müəllimi bu 
imkandan istifadə edərək, mütləq  şagirdlərin həmin sahədəki 
biliklərində olan kəsirli cəhətləri aradan qaldırmalıdır. 
 
  

__________________Milli Kitabxana__________________ 
12 
 
Bu  əlaqəni hayata    keçirərkən,        fizika        müəllimi, kimya və 
fizika proqramlarının hər ikisini nəzərdən keçirməli, kimya müəllimi    
ilə birgə    hazırlanmış plan və metodik materialdan istifadə etməlidir.    
Bu  əlaqə növü, bütün fənlərin, xüsusilə  təbiət        elmlərinin bir-birilə 
sıx  əlaqədə olmasına  şagirdləri möhkəm inandırır.  Şagirdlər həmin 
əlaqənin təsiri altında öyrənilən məsələyə daha yaradıcı  şəkildə 
yanaşır, onların bilikləri dərinləşir və öyrənmək həvəsi artır, 
4. 
Koordinasiya  əlaqəsi. Bu əlaqə, müxtəlif fənlər üzrə  tədris 
materialının seçilməsində   həyata   keçirilir. 
Yaxın fənləri tədris edən muəllimlər öz dərslərində eyni bir 
hadisəni öyrətdikdə eyni misal və nümayişlərdən istifadə edirlər. Buna 
oxşar    halları    bəzi dərsliklərin müəllifləri də təkrar edir. 
Əgər şagird indi gətirilən misalı əvvəllər eşidibsə, bu bir də təkrar 
olunanda onu heç maraqlandırmır.Məsələn, maddənin quruluşu ilə ilk 
tanışlıqda VI sinifdə fizikadan və VII sinifdə kimyadan eyni 
nümayişlər göstərilir. Molekullar arasında boş yerlər qaldığını 
nümayiş etdirmək üçün su ilə spirtin qarışığından alınan mayenin 
həcminin onu təşkil edən mayelərin əvvəlki həcmləri cəmindən kiçik 
olduğunu göstərmək, göydaşın suda diffuziyası, eyni qazların bir-
birinə diffuziyası fizika və kimya dərslərində  təkrar olunur. Eyni bir 
hadisə qonşu fənlərdə müxtəlif nöqteyi-nəzərdən öyrənilir. Bu yolla 
şagirdlər  əvvəllər aldıqları bilikləri möhkəmləndirir və verilmiş 
hadisənin mahiyyətini dərindən dərk edirlər. Koordinasiya əlaqəsini 
həyata keçirmək üçün müəllim tədris materialını seçərkən, öyrənilən 
məsələni  şərh və izah edərkən  şagirdlərə  məlum olmayan misallar, 
laboratoriya təcrübələri və nümayişlər göstərməlidir. Bu cür əlaqə 
təkrarın qarşısını alır, öyrədilən hadisənin yeni yolla əsaslandırılması 
isə şagirdlərin bilik dairəsini genişləndirir. 
5. 
İnteqrasiya  əlaqəsi. Bu əlaqə,        proqramın    ayrı-ayrı 
məsələlərinə kompleks şəkildə    baxmaqla həyata keçirilir. 
İnteqrasiya əlaqəsini müxtəlif    yollarla həyata keçirmək olar: 
 
  

__________________Milli Kitabxana__________________ 
13 
 
a)  proqramın, bir neçə  təbiət    fənninin    köməyilə öyrədilən 
mövzularına həsr olunmuş  şagird konfransları ekskursiyalar, gecələr 
keçirməklə; 
b) təkrar vaxtı yaxın fənlər üzrə biliklərdən istifadə etməklə   
v) anlayış  və  tərifləri      yaxın   fənlərdəkilərlə müqayisəli  şəkildə 
öyrətməklə; 
q) müxtəlif fənlər üzrə biliklərdən istifadə edən məsələlər həll 
etməklə; 
ğ) yaxın fənn kabinetlərindəki əyani vasitələrdən istifadə etməklə; 
d) müəyyən bir fənnə aid mövzuları öyrədərkən onları gündəlik 
həyatla, istehsalatla, sənaye və  kənd təsərrüfatının müxtəlif 
obyektlərilə      əlaqələndirmək və öyrədilən təbiət hadisəsinin ayrıca 
verilmiş  fənnə görə yox, bütün yaxın fənlərə aid olan cəhətlərini də 
şagirdlərə açıb göstərməklə. 
Buraxılış siniflərində  fənlərarası  şagird konfransları, fizika və 
texniki tərəqqi, kimya və texniki tərəqqi, fizika və  həyat və s. 
mövzularda keçirilək gecələr, Sumqayıt boru-prokatı  və ya sintetik 
kauçuk zavoduna fizika və kimya müəllimlərinin birlikdə  təşkil 
etdikləri ekskursiya bu cür əlaqə növünün həyata keçirilməsinə şərait 
yaradır, vaxta xeyli qənaət edilir, daha çox faydalı olur, şagirdlər öz 
biliklərinin texniki tətbiqlərilə hərtərəfli tanış olurlar  elm və texnika 
haqqında onlarda tam təsəvvür yaranır. 
Ən  əhəmiyyətli cəhət odur ki, bu əlaqə növü fənləri bir-birinə 
yaxınlaşdırır. Yaxın fənlərdə öyrədilən eyni bir obyekt və ya hadisə 
haqqında onlarda düzgün təsəvvür yaranır, ziddiyyətə və dəqiqsizliyə 
yol verilmir. Bunu bir misalla aydınlaşdıraq. Məsələn B. B. Buxovtsev 
və b. «Fizika 9-cu sinif», Y. V. Xodakov və b. «Qeyri-üzvi kimya, 9-
cu sinif» dərsliklərində elektrolitin tərifi müxtəlifdir. «Fizika» 
dərsliyində elektrolitlərə «duz, turşu və  qələvilərin suda məhlulu» 
kimi, ««Qeyri-üzvi kimya» dərsliyində isə məhlulları elektrik cərəyanı 
keçiron maddələr» kimi tərif verilmişdir. «Fizika» dərsliyindəki 
tərifdən  şagird belə  nəticə  çıxara bilər ki, xörək duzuna elektrolit 
demək olmaz, o ancaq suda həll olduqda elektrolitə çevrilir. 
Kimyadakı tərifə görə   isə,   xörək 
 
  

__________________Milli Kitabxana__________________ 
14 
 
duzu da, sulfat turşusu da, natrium hidroksid də elektrolitdir. Həmin 
dərsliklərdə «elektrolizin» tərifi də  fərqlidir. Fizikada şagirdlər 
öyrənirlər ki, «Elektrolitin tərkibinə daxil olan maddələrin 
elektrodlarda ayrılması prosesi elektroliz adlanır. Kimyada isə 
öyrənirlər ki, elektrik cərəyanının təsirilə gedən oksidləşmə-reduksiya 
reaksiyalarına elektroliz deyilir». Beləliklə, eyni tərif nə anlayışın 
müxtəlif cür izah edilməsi, şagirddə müəllimə qarşı şübhə yaradır. Bu 
məsələ haqqında  şagirdin  şübhəsini dağıtmaqda inteqrasiya əlaqəsi 
mühüm rol oynayır. Digər tərəfdən, əgər şagird muəyyən anlayış və ya 
tərif haqqında bir fənn üzrə düzgün məlumat alıbsa, onu asanlıqla, yeri 
gəldikdə başqa fənlərdə  də  tətbiq edir. Bu əlaqə növünü təkcə  dərs 
vaxtı yox, kompleks ekskursiyalarda da həyata keçirmək olar. Bunun 
bir üstünlüyü də çox şagirdin iştirak etməsi və az vaxt sərf 
olunmasıdır. 
Yaxın fənlərin müəyyən bölmələrinin yaxşı  mənimsənilməsini 
təmin etmək məqsədilə, ona bəzən xüsusi hazırlıq aparmaq lazım 
gəlir. Məsələn, VI sinifdə fizikadan «Atomun quruluşu», VII sinifdə 
isə kimyadan «Periodik qanun və D.İ.Mendeleyevə görə elementlərin 
dövrü sistemi» mövzularının öyrədilməsində inteqrasiya əlaqəsi 
vacibdir.  Əgər VI sinifdə fizika dərslərində atomun mürəkkəb 
quruluşa malik olmasının isbatına ciddi yanaşılsa, bunun üçün 
şagirdlərin başa düşə biləcəyi  şəkildə bütün illüstrasiya və nümayiş 
materialından istifadə olunsa, atomda proton, neytron və elektronlar 
olması, onların müşahidə üsulları, elektron qatlarının quruluşu, 
onlardakı periodiklik və s. göstərilsə, kimya dərsində bu məsələnin 
öyrədilməsi heç bir çətinlik törətməz, vaxta qənaət etməyə imkan 
verər və mövzuya aid məsələlər daha tam şəkildə əhatə olunar. 
İki və daha çox fənnin iştirakilə  həll edilən məsələlərda də 
inteqrasiya əlaqəsi xüsusi yer tutur. 
VII sinifdə riyaziyyat dərslərində kvadrat tənliklərin həllinə böyük 
yer verilir. Fizikadan kvadrat tənliyə gətirilən məsələlər həll edilərkən 
onların tədqiqinə ciddi yanaşılsa, həm  şagirdlərin riyazi bilikləri 
möhkəmlənər, həm də kvadrat tənliklərin mümkün olan həllərinə 
dərin fiziki məna verilər. Bu isə,  
  

__________________Milli Kitabxana__________________ 
15 
 
şagirdləri bilavasitə mümkün olan həllərin tədqiq edilməsinin zəruri 
bir məsələ olmasına inandırar. Burada hesablama xarakterli 
məsələlərin həllində vahidlər sisteminin seçilməsinə eyni cür 
yanaşmaq da vacib məsələdir. Hazırda dərslik və məsələ kitablarında 
vahidlər sistemindəki müxtəliflik hələ  də hiss olunur. Son vaxtlar 
fizikada ancaq iki vahidlər sistemindən-SQS və BS-dən istifadə 
olunur. Riyaziyyatda isə müxtəlif uzunluq, sahə, həcm, sürət və s. 
vahidlərindən istifadə olunur. Kimya, biologiya, coğrafiya və digər 
fənlərdə də hələ bu barədə müəyyən bir sistem yoxdur. 
Fizikada «çəki» və «kütlə»nin fərqi böyük çətinliklə izah edildiyi 
halda, kimyada bunlara eyni anlayış kimi baxılır. Bu səbəbə görə  də 
çox vaxt şagirdlərin vahidlər sisteminə aid biliklərində kəsir cəhətlərə 
rast gəlmək olur, bununla əlaqədar olaraq məsələ həllində səhvlərə yol 
verildiyindən    cavab   düz  çıxmır,  şagirdlərdə isə  məsələnin həlli 
yolunun düz olmasına yersiz şübhə yaranır. 
Riyaziyyatda loqarifm xətkeşinin öyrənilməsinə xeyli yer verilir, 
lakin başqa fənlər üzrə dərs deyən  müəllimlər xətkeşdən   istifadəni 
tələb etməsələr   o tez yaddan çıxar. Onu öyrənməyə sərf   olunan vaxt 
isə  hədər gedər. Xətkeşdən istifadə olunan dərslərdə vaxta qənaət 
edildiyindən, bir dərsdə daha çox məsələ  həll etmək, bu məsələ ilə 
əlaqədar olan inteqrasiya əlaqəsini inkişaf etdirmək üçün əlverişli 
şərait yaranır. Kimya dərsində müəllim ozonu keçdikdə, fizika 
kabinəsindən elektrofor maşınını  və ya yüksək gərginlik almaq üçün 
işlədilən induksiya sarğacından istifadə edir. 
Fizika dərslərində isə kimya kabinetindəki reaktivlər, cədvəllər, 
bəzi cihazlar istifadə olunur. Bu tədbirlər də inteqrasiya əlaqəsini 
inkişaf etdirir. 
Hazırda filmlərdən istifadə  tədrisin metodikasına geniş daxil 
olmuşdur. Hadisə  və prosesləri bilavasitə müşahidə etmək imkan 
xaricində olduqda, bu filmlər daha böyük rol oynayır. Həmin filmlərin 
ayrı-ayrı fənlərin mövzularına görə buraxılmasına baxmayaraq, ondan 
yaxın fənlərdə də istifadə olunur. Məsələn, «Atomun quruluşu» filmi 
və ya onun fraqmentləri kimyadan "IX sinifdə «Maddənin    quruluşu» 
        
  

__________________Milli Kitabxana__________________ 
16 
 
bəhsində, X sinifdə isə «Atomun quruluşu»    və «Atom enerjisi» 
mövzularını keçdikdə nümayiş etdirilir. 
«Günəş Yerdə əsas enerji mənbəyidir» filmi təkcə VII sinifdə yox 
(fizikadan ensrjinin saxlanması  və çevrilməsi qanununu keçərkən), 
həm də VII sinifdə kimya dərslərində  şagirdlərin aldıqları bilikləri 
zənginləşdirmək üçün (oksigenin fiziki və kimyəvi xassələri, 
oksigenin tətbiqləri, təbiətdə oksigen, havanın tərkibi), biologiyadan 
(yarpaq, bitkilərdə üzvi maddələrin  əmələ  gəlməsi), coğrafiyadan 
(relyef və faydalı qazıntılar) mövzularını keçddidə də istifadə olunur. 
Tədris prosesində, bütün yuxarıda saydığımız əlaqə növlərini bir-
birilə üzvi surətdə bağlı  şəkildə  həyata keçirməklə  şagirdlərin aldığı 
biliklərin   dərinləşməsinə,  möhkəmlənməsinə    və  tamamlanmasına 
nail olmaq mümkündür. 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin