§ 4. TƏBİƏT ELMLƏRİNDƏ BİOFİZİKİ MATERIALIN
MƏZMUNU VƏ ONA VERİLƏN TƏLƏBLƏR
Fənn müəllimi biofiziki materialı seçərkən gələcək perspektivləri
nəzərə almalıdır. Ola bilər ki, şagird məktəbi bitirdikdən sonra
müxtəlif elm sahələrinin sintezindən alınan sintetik elmlərlə sıx bağlı
olan istiqamətdə təhsilini davam etdirsin və ya belə biliklərin lap
zəruri olduğu istehsalat sahəsində işləsin. Şagirdlərin əksəriyyəti bu
istiqamətə meyl köstərsələr belə, yenə müəllIm biologiya ilə fizika
arasındakı əlaqəni kifayət qədər tam şəkildə verə bilməz, onların
marağını tamamilə təmin edə biləcək səviyyədə iş aparmağa imkan
tapa bilməz. Belə hallarda sinifdənkənar məşğələləri gücləndirmək və
xüsusən biofizikaya həsr edilmiş fakultətiv kursdan istifadə etmək
olar.
Fizika ilə biologiyanın əlaqəsi həm elmi və həm də metodiki
cəhətdən optimal şəkildə həll edilsə şagirdlərin həmin fənlərə olan
marağı daha da artar, bu fənlərin tədrisi keyfiyyəti xeyli yüksələr,
onlar özü yaxşı öyrədilər, təbiətşünaslıq haqqında şagirdlərin
təsəvvürü tam və geniş olar, şagirdlərin politexnik hazırlığı artar.
Burada hansı biofiziki materialdan və fizikanın hansı mövzularını
keçərkən istifadə olunacağını müəyyən etmək də çox vacibdir. Fizika
və biologiya elmləri indi elə sürətlə inkişaf edir ki, fənlərarası əlaqəyə
aid material tükənməz həcmdədir. Bunu nəzərə alaraq ancaq fizika
proqramına uyğun və bilavasitə dərsin keyfiyyətini artırmaq üçün çox
faydalı olan biofiziki materialdan istifadə edilməlidir.
__________________Milli Kitabxana__________________
72
Fizika ilə biologiyanın elmi əlaqəsini bir neçə istiqamətdə inkişaf
etdirmək olar.
1. Fiziki hadisə bioloji prosesin bir hissəsidir və onu müşayiət
edir. Dialektik materializmə görə həyat hadisələrini fiziki və ya
kimyəvi hadisələr səviyyəsinə gətirmək olmaz, çünki həyat sadə
hərəkət formalarının ən yüksək səviyyədəki sintezidir, sadə hərəkət
formalarının qanunları bu yüksək hərəkət formasını öyrənməkdə bizə
kömək edir. Materiyanın ümumi hərəkət qanunları kimi fizika
qanunları da universaldır. Bu cəhətdən canlı orqanizmlər və cansız
təbiət eyni qanunlara tabedir,
2. Xarici muhitin canlı orqanizmlərə fiziki təsiri. Xarici
mühitin orqanizmə göstərdiyi fiziki təsirlərə misal olaraq Yerin cazibə
sahəsinin, iqlimin, elektrik və maqnit sahələrinin, kosmik şüaların,
müxtəlif tezlikli radio dalğalarının və s. təsirini göstərmək olar.
Kosmik uçuşlar əsrində, bu amillərin təsirini göstərmək daha vacibdir.
Alimlərin apardıqları tədqiqatlar sübut edir ki, bu amillərin təsirini
insanlara lazım olan istiqamətdə dəyişdirmək və ondan müəyyən
məqsədlər üçün istifadə etmək olar. İndi fiziki amillərin müalicə
məqsədilə istifadə edilməsi və bu sahədəki müvəffəqiyyətlərimiz
hamıya məlumdur. Fiziki amillər vasitəsilə bitki və heyvanların
məhsuldarlığını artırmaq təşəbbüsləri də son zamanlar sürətlə inkişaf
edir.
3.
Fizika canlı təbiəti öyrənmək üçün vasitələr və metodlar
mənbəyidir. Biologiya fiziki vasitələrdən Levenquk dövründən,
yəni mikroskop kəşf ediləndən bəri istifadə edir. Lakin indiki dövrdə
fizikanın biologiyaya müdaxiləsi geniş bir cəbhə təşkil edir. Elektron
mikroskopu, rentgen quruluş analizi, nişanlanmış atomlar, sabit və
yüksək tezlikli cərəyanlar, radio tezlikli elektromaqnit dalğaları və s.
ilə aparılan işlər indi bioloji obyektlərin tədqiqində böyük şöhrət
qazanmışdır.
4.
Bionika, canlı təbiətin tədqiqat nəticələrindən fizika və
texnikanın inkişafında istifadə edir. Müasir elmin ən perspektivli
istiqamətlərindən biri də canlı və cansız təbiət arasındakı analogiyanı
öy-
__________________Milli Kitabxana__________________
73
rənmək, bundan müxtəlif elmi-texniki problemlərin həllində istifadə
etməkdir.
Canlı orqanizmlərdə səmti bilmək, lokasiya, ümumi idarəolunma
sistemləri, hərəkət etmək üsulları, canlı «mühərriklərin» energetik
məsələləri, təkamül prosesində əldə edilmiş etibarlılıq, həssaslıq,
zəriflik, iqtisadi cəhətdən çox əlverişli olmaq və s. kimi faktlar fizika
ilə biologiya arasındakı əlaqəni inkişaf etdirmək üçün böyük imkanlar
yaradır.
Orta məktəb kursunda fizika proqramının əksəriyyət mövzuları
biologiya ilə əlaqəni göstərmək üçün istifadə oluna bilər. Lakin
müəllim necə gəldi yox, bu əlaqənii konkret formalarını
səciyyələndirən misallar seçməklə şagirdlərin diqqətini buna cəlb
etməlidir. Ona görə də fizika ilə biologiyanın əlaqəsini möhkəmlədən,
fənlərarası assosiasiya yaratmağa xidmət göstərən çoxlu didaktik
material toplamalıdır.
Hər şeydən əvvəl, müəllim çalışmalıdır ki, fənlararası əlaqəyə həsr
edilmiş material proqram çərçivəsindən kənara çıxmasın. Əks halda
fizikanın bir sıra vacib məsələləri, müasir texnikanın əsasını təşkil
edən mövzular kölgədə qalar, məsələ həllinə vaxt qalmaz, şagirdlar
canlı aləmə daha çox meyl gösqərərək fizika fənni qarşısında duran
əsas məqsəddən uzaqlaşarlar, həddindən artıq yüklənərlər və s.
Fizika kursuna daxil edilən biofiziki material Nər şeydan əvvəl,
ümumtəhsil məsələlərinə xidmət etməli və tərbiyəvi məqsəd
güdməlidir. Biofiziki materialın məzmunu ən əsas bioloji proseslərin
fiziki təbitinə aid olmalıdır. Nümunə üçün götürülmüş hadisə və
faktların izahı hazırda fizika və biologiya kurslarında etiraf edilmiş
ümumi nəzəriyyə və qanunlara uyğun gəlməlidir. Faktlar və istifadə
edilən terminlər həm fiziki, həm də bioloji cəhətdən doğru olmalıdır.
Burada əsas məqsəd bütün şagirdləri biofizik və ya bionik etmək
deyil, bu elmlərə olan marağı artırmaq, bioloji tədqiqatlarda fizikanın
metodlarının böyük rol oynadığına onları inandırmaq, fiziki və texniki
amillərin canlı təbiətə təsirini açmaq, canlı obyektlərin və
ümumiyyətlə bütün canlı təbiətin insanlar tərəfindən qorunmasının
bizim özümüz və gələcək nəsillər üçün nə qədər vacib olduğunu
göstərmək, bu ruhda onları tərbiyə etməkdir.
__________________Milli Kitabxana__________________
74
Biofiziki material şagirdlərin başa düşəcəyi şəkildə verilməli
və onları yormamalıdır. Başqa sözlə, qeyd edilən faktlar və
gətirilən misallar onların iş xüsusiyyətlərinə və nəzəri hazırlığına
uyğun olmalıdır.
Biofiziki material şagirdlərin təfəkkürünün inkişafına və onlarda
dialektik-materialist dünyagörüşü yaranmasına xüsusi xidmət
göstərməlidir. Materialı seçərkən, bizi əhatə edən caplı və cansız
aləmin yeganəliyi haqqında
şagirdlərin təsəvvürlərinin
formalaşmasına, bunu həyata keçirmək üçün yeni imkanlar
yaranmasına yönəldən mövzuları götürmək lazımdır. Seçilmiş
material bir sıra təbiətşünaslıq anlayışlarının konkretləşməsinə və
ümumillşməsinədə kömək etməlidir. Məlumdur ki, fizikada öyrədilən
bir sıra anlayışlardan biologiyada geniş istifadə olunur. Həmin
anlayışlardan istifadə etdikdə biologiya müəllimləri çox vaxt onların
fizika dərslərində necə formalaşması ilə hesablaşmırlar. Nəticədə eyni
bir anlayış «parçalanaraq» öz universallığını itirir. Ona görə də bu
məsələyə ciddi fikir vermək və bunu düzgün həll etmək üçün
biologiya müəllimi ilə sistematik əlaqə saxlamaq lazımdır. Biofiziki
materialın fizika dərslərindəki yeri və məzmunu aşağıdakı qaydada
həyata keçirilə bilər: fizikanın tədris proqramını və ümumi
strukturunu dəyişmadən, fiziki materialın həcminə toxunmamaq
şərtilə biofiziki material fraqmentləşdirilir. Hər bir fraqmentlelə bir
minimum biofiziki material daxil edilir ki həmin fraqmentin
məzmun butövlüyü pozulmur və proqram materialı ilə uyğunlaşdırılır.
Fraqmentlə fizika dərsi arasında adekvatlıq şərti pozulmur.
Fizika alə biologiya arasındakı əlaqənin öyrənilməsini
sistemləşdirmək məqsədilə aşağıda göstərilən şəkildə bir cədvəl
tərtib etmək və bunu getdikcə təkmilləşdirmək faydalıdır,
§ 5. ŞAGİRDLƏRİN BİOFİZİKİ TƏHSİLİNİN
TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI VƏ VASİTƏLƏRİ
Fizika ilə biologiyanın əlaqəsi dərsdə, ekskursiyalarda, müstəqil
işdə, müəllimin göstərdiyi ədəbiy-
__________________Milli Kitabxana__________________
75
Mövzular Fraqmentlər
Mexanikaya giriş Materiyanın hərəkət formaları.
Materiyanın fiziki hərəkət forması ilə
başqa hərəkət formaları arasında
əlaqə.
Sürət Canlılar aləmində sürət. Qaçmaq,
sürət, üzmək, uçmaq, quşların, müxtəlif
heyvanların, həşəratların - hərəkət
sürətinə aid məsələ həlli.
Təcil Canlıların təcildə hərəkətinə aid misal və
məsələ.
Nyuton qanunarı
Canlı təbiətdə ətalətə aid misallar.
Reaktiv hərəkət prinsipindən istifadə edən
canlı orqanizmlər.
Qravptasiya Yerin
cazibə sahəsinin canlı
orqanizmlərə təsiri.
Canlıların ölçülərinin və skeletlərinin
möhkəmliyniin çazibə sahəsindən asılı
olması.
Sürtünmə
Hərəkət orqanizminın işlək yerlərində
sürtünmə.Oynaqlarda sürtünməni azaldan
səbəblər.
Çisimlərin maye və qaz içərisində
hərəkətində əmələ gələn müqavimət.
Havada və suda yaşayan çanlı
orqanizmlərin xarici forması, alın
müqavimətini azaldan səbəblər. Buna aid
məsələ və misallar.
Çəkisizlik və əlavə yük
Çəkksizliyin və əlavə yükün canlı
orqanizmlərə təsiri
Çəkisizlik şəraitində qapalı
biosistemlərin yaradılması problemi.
Statika
İnsan orqanizmindəki manivelalar
sistemi.
Canlı tabiətdə dayanıqlı tarazlığa aid
misallar.
İş və güc
Canlı orqanizmlərin işi və gücü, iş
görən heyvanlar haqqında məlumat,
texniki tərəqqi ilə əlaqədar olaraq onların
sıxışdırılması.
__________________Milli Kitabxana__________________
76
Enerjinin saxlanma və
çevrilmə qanunu
Çanlı təbiət hadisələrində saxlanma
və çevrilmə qanununa aid misallar, görən
heyvanlarda enerji çevrilməsi
Maye və ğazların boru
ilə hərəkəti
Canlı orqanizmlərdə qan və limfa
dövranı, qan təzyiqini artıran və azaldan
səbəblər, hipertoniya və hipotoniya
Temperatur
Ətraf mühitin temperaturunun calnlılara
təsiri.
Qaz qanunları
Boyl-Marnot qanununun nəfəs alma və
vermə prosesində təzahürü.
İstilik hadisələrində enerjinin saxlanması
qanunu
Qida maddələrinin bədəndə
oksidləşməsində ayrılan eperjinin
orqniazmin gördüyü işlə onun
şüalanma vasitəsi, itirdiyi istilik
miqdarının cəminə barabər olduğunu
göstərmək
İstilik mühərrikləri
Canlılarda f.i.ə.-nın yüksək olması
Canlı orqanizmə istilik maşını kimi
baxmağın mümkun olmamasını
göstərmək.
Molekulyap kinetik nəzəriyyə
DNK, RNK və s.- ölçüsu. Canliların
molekulyar quruluşu haqında anlayış
.
Termometr
Tibbdə və bioloəiyada termometrdən
istifadə edilməsi.
Buxarlanma
Bitkilər və canlilar aləmində
buxarlanmanın rolu.
Kosmik gəmidə buxarlanma.
Rütubət
Bitki və canlıların həyat-fəaliyyətində
rütubətin əhəmiyyəti, rütubətli mühitə
uyğukdaşmanı göstərən misallar.
Səthi gərilmə
Suyun səthi qatının xassələrindən bəzi
həşəratların öz hərəkətlərində istifadə
etməsi.
Kapillyarlıq
Su və mineral duzların bitki gövdəsilə
hərəkəti, bəzi canlıların, məsələn,
kəpənək, milçək və s. kapillyarlıq
hadisəsindən qidalanmada istnfadə
etməsi.
__________________Milli Kitabxana__________________
77
Elektrostatika Bəzi balıqların elektrik sahəsini hiss
etməsi və özlərinin elektrik enerji
istehsal etməsi.
Elektrik sahəsinin təsirindən tibbdə
istifadə olunmasına aid misallar.
Naqillər və dielektriklər
Orqanizmin cərəyan keçirən toxuma və
mayeləri, elektriki pis keçirən toxumalar.
Potensial Sükunət və təsir potensialının orqanizmdə
yaranması, onun Qiyməti (50-150 mv).
Elektrik cərəyanı Bioçərəyaiların orqanizmdə əmələ gəl-
mə mexanizmi, onun qeydə alınması,
elektroensefaloqramma, elektroretino-
qramma, elektromioqramma, elektroka-
stroqramma, slektrokardioqramma, bun-
ların diaqnostikada rolu
Om qanunu
Orqanizmin müxtəlif toxumalarının sabit
cərəyana göstərdiyi müqavimət.
Məhlullarda elektrik cərəyanı
Canlı orqanizmlərin toxumalarının keçi-
riciliyi.
Dərman maddələrinin dəri vasitəsilə və
sabit cərəyanın təsirilə
bədənə
yeridilməsi.
Qazlarda cərəyan Aeroionlar
haqqında anlayış,
onlarınalınması. Mənfi ionların orqanizmə
müsbət təsiri
Maqnit sahəsi
Canlı orğanizmlərin maqnit sahəsini hiss
etməsinə aid misallar, Yerin maqnit
sahəsinin canlılara təsiri.
Maqnitotropizm və elektrotropizm
hadisələri.
Elektromaqnat induksiyası
Canlı toxumalarda induksiya hadisə-
sinin və induksiya cərəyanın yaranması,
bunun nəticələri
Səs və rəqslər
Exolokasiyadan yarasa, delfin və
s.istifadə etməsi. Canlılarda səsin rolu,
infra və ultra səsləri qəbul edən və
göndərən orqanizmlər.
Dəyişən cərəyan Dəyişən cərəyanın qıcıqlandırıçı və
istilik təsiri.Bernar cərəyanının alınması-
və müalicə tə'siri. Sabit və dəyişən
cərəyanın orqanizmıdə yaratdıqları
effektlərdəki əsas fərq - yuksək tezlikli
cərayanların tibbdə istifadə olunması.
__________________Milli Kitabxana__________________
78
Elektromaqnit dalğaları Canlı orğanizmlər
elektromaqnit
dalğalarını şüalandıran mənbə kimi,
elektromaqnit dalğalaının bioloji təsiri,
onların biologiyada, tibbdə, kənd
təsərrüfatında istifadə edilməsinə aid
misallar.
Optik cihazlar
Müxtəlif çanlılarda gözün quruluşu, uzaq
va yaxıngörmədə eynəyin rolu,
mikroskopun tətbiqləri.
Spektral analiz
Biologiyada spektral analizin tətbiq-
lərinə aid misallar.
İnfraqımızı və ultrabənövşəyi şüalar
Genetikada və kənd təsərrüfatında bu
şüaların rolu
Rentgen şüaları Bu
şüaların seleksiyada rolu, rentgeno-
terapiya və rentgenodiaqnostika.
İşıqlanma Bitkilərdə fotoperiodikliyin rolu, buna
aid misallar işıqlanmanın bitkilərin
məhsuldarlığına təsiri, süni və təbii işığın
çanlı orqanizmlərin təsirindəki əsas fərq.
Fotosintez Fotosintez
rosesində işığın energetik rolu.
Məhsuldarlığı artırmaqda əhəmiyyəti,
bioloji müvazinəti qorumaqda rolu.
Lüminessensiya Lüminessensiya
bəzi orqanizmlərin
işıqlanması səbəbləri, bunun izahı, bioloji
prosesləri öyrənməkdə biolümines-
sensiyanın rolu, biolüminessensiyanın
hadisəsinin tibbdə tətbiqi
Yüklü hissəçiklərin qey də alınması
Müxtəlif orqanizmlərin radioaktiv
şüalaimanın təsirinə olan həssaslağının
müxtəlifliyi.
Nüvə fizikası, izotoplar
Nişanlanmış atomlardan tibbdə, -
biologiyada və kənd təsərrüfatında
istifadə olunması, bioloji müdafiə
haqqında anlayış.
yatdan nstifadə edərək referatlar və məruzələr hazırlamaqla həyata
keçirilir. Təcrubə göstərir ki, biofizika elementlərilə tanışlıq dərsdə
öyrədilən mövzuya uyğun fraqmentlər şəklində aparıldıqda vaxta
daha çox qənaət edilir.
__________________Milli Kitabxana__________________
79
bu əlaqənin sistematik və istiqamətlənmiş olmasına kömək edir.
Fizika ilə biologiyanın əlaqəsinin keniş təhlili ancaq sinifdənkənar
məşğələlərdə mümkündür. Dərs prosesində isə ancaq bu əlaqəni
səciyyələndirən bir sıra mühüm məsələləri əhatə edən fraqmentlər
əlavə material kimi verilir. Əlbəttə, bütün mövzular üçun fizika ilə
biologiyanın əlaqəsinin metodiki cəhətdən necə həyata keçiriləcəyi
haqda ümumi resept vermək olmaz və bu formal xarakter daşıyar, heç
bir səmərəsi də olmaz. Çünki bu sahədəki elmi nailiyyətlər gündən-
günə artır. Ona görə də verilən resept də tez köhnəlir. Lakin ayrı-ayrı
misallar üzərində bu əlaqənin optimal şəkildə həyata keçirilməsi və
biofiziki materialın məzmununun şagirdlər tərəfindən şüurlu
mənimsənilməsi yollarını göstərmək çoxfaydalı olar. Misal olaraq
sabit elektrik cərəyanını nəzərdən keçirək. Dərsin əsas məsələsini
müəllim izah edib qurtardıqdan sonra sadə bir təcrübə ilə canlı
orqanizmlərdə də yüklərin istiqamətlənmiş hərəkətinin baş verdiyini
nümayiş etdirir. Bunun üçün qabaqcadan yoxlanmış və yaxşı effekt
verən hər hansı ağac budağını, bitki gövdəsini dövrə hissəsi kimi
qəbul edib sadə elektrik dövrəsi qururuq. Budağı elektrik dövrəsinə
daxil etmək üçun iynəşəkilli elektrodları onun uclarına taxırıq. Bu
zaman bitki gövdəsi cərəyan keçirirsə, onda həmin carəyanı dövrəyə
ardıcıl qoşulmuş qalvanometr göstərir. Bu qayda ilə bitkilərdən
cərəyan buraxaraq onların qızdığını da nümayiş etdirmək olar. Qızma
dərəcəsi çox böyük olmamasına baxmayaraq onu elektrotermometrlə
qeyd etmək olur. Naqil-bitki sabit cərəyan dövrəsinə qoşulduqdan
sonra ona yaxınlaşdırılan maqnit əqrəbi meyl edir. Bu onu göstərir ki,
bitkidən cərəyan keçdikdə onun ətrafında maqnit sahəsi yaranır.
Beləliklə, şagirdlər təkcə cansız təbiətdə deyil canlı təbiətdə də
elektrik cərəyanını keçirən naqillərin mövcud olduğunu bilavasitə
müşahidə edirlər. Bu qayda ilə dövrə hissəsi üçün Om qanununu
keçdikdə canlı təbiətin naqillərində söhbət açmaq olar. Müəllim
mövzu haqqında əsas məlumatı verdikdən sonra, canlı
orqanizmlərdəki toxumalara və ya bioloji mayelərə aid bir neçə
xüsusi müqaviməti şagirdlərin nəzərinə çatdırır.
Məsələn, Om.m ilə ifadə etdikdə xüsusi müqavimətin-
__________________Milli Kitabxana__________________
80
qan üçün 1,6, əzələ üçün 2, quru dəri uçün 10
5
, sümük üçün 10
7
olduğu ədəbiyyatdan məlumdur. Həmin qiymətləri metalların xüsusi
müqavimətlərilə müqayisə edərək şagirdlər bilavasitə görürlər ki,
orqanizmin toxuma və mayeləri metallara nisbətən elektriki pis
keçirir. Orqanzmin- su çox olan yerində isə elektrikkeçirmə də çox
olur- və suyun miqdarı ilə mütənasib şəkildə artır. Dəri zədələndikdə
elektrik cərayanının keçməsinə olan müqavimət xeyli azalır.
Zədələnməmiş dəridə cərəyan əsasən piy və sal vəzilərilə axır. Nazik
və nəm dəri elektriki yaxşı keçirir. Fakultativ məşğələlər, orta təhsil
bazasında ixtisas seçməyin əsasını təşkil edir. Bu məşğələlər orta
təhsilin məzmununun xeyli zənginləşməsinə, şagirdlərin əmək və
politexnnk təlim hazırlığının artmasına, müxtəlif fənlərin tədrisi
prosesində inteqrasiyanın inkişaf etməsinə kömək göstərir. Fizika ilə
biologiyanın əlaqəsinə həsr edilmiş həmin fakultativ kurs nəinki
şagirdlərin seçdiyi sahəni dərindən öyrənmələrinə, həm də orta
məktəb kursuna daxil olan təbiət fənlərinin qarışılıqlı əlaqəsini və bir-
birinə təsirin dərindən dərk etmələrinə şərait yaradır.
Akademik N.P.Dubininin qeyd etdiyi kimi, elmin müasir inkişaf
səviyyəsində biologiya, fizika, kimya və riyaziyyatın məktəb
kursunun kompleks məsələlərinə həsr olunmuş kitablar çox faydalı
olar, belə bir kitab şagirdlərə, sintetik elmlərin son nailiyyətləri
haqqında məlumat verərdi.
Fakultativ kurslara aid proqramda hələlik belə bir kurs nəzərdə
tutulmamışdır, şagirdlərin fakultativ kurs seçmək imkanları
məhdudlaşdırılmışdır. Lakin buna ehtiyac var və xüsusilə kimya-
biologiya təmayüllü məktəblərdə həmin kurs çox fayda verə bilər.
Hazırda eyni bir obyekt müxtəlif elmlər tərəfindən öyrənilir. Bunun
kimi də, eyni bir elm sahəsi təkcə bir obyekti yox, bir neçə sahənin
obyektlərini öyrənir. Biologiyanın bir sıra kəşfləri və nailiyyətləri
fizika və texnikanın yüksək inkişaf səviyyəsi nəticəsində əldə
edilmişdir. Bu baxımdan şagirdlərin diqqətini canlı təbiətin fiziki
metodlarla öyrənilməsinə cəlb etmək metodoloji bir zəruriyyət təşkil
edir. Fizika və canlı aləm» mövzusunda təşkil edilən fa-
__________________Milli Kitabxana__________________
81
kultativ kurs şagirdlərə təbiətin kompleks şəkildə öyrənilə bildiyini
göstərməklə yanaşı, onlarda təbiətə məhəbbət hissini və müstəqil
tədqiqat aparmağı öyrədər. Şagirdlərdə öz tədqiqat nəticələrini təhlil
etməyi bacarmaq kimi keyfiyyətlər inkişaf edər. Onların gələcək
ixtisası ilə orta təhsilləri arasında körpü yaradar.
«Fizika və canlı aləm» fakultativ kursunun məşğələləri şagirdləri
fizika, kimya, biologiya və onların sintezindən ibarət elmlərlə tanış
edir, onların tətbiq dairələrini göstərir, fiziki hadisələrin və
qanunların bioloji proseslərdəki rolunu və yerini təyin edir. Müasir
biologiya elmi, sonrakı inkişafı üçün, fizikanı, kimyanı və riyaziyyatı
yaxşı bilən, elektronika və radiotexnikadan baş çıxaran, mürəkkəb
cihaz və aparatları işlətməyi bacaran kadrlar gözləyir. «Fizika və
canlı aləm» adlı fakultativ kursu keçən gənclər belə kadrların
hazırlanması işində fəal mövqe tuta bilərlər. Fakultativ kurs üçün
material seçərkən ümumi informasiyanın həcmini deyil, oiların
içərisində biologiya ilə fizikanın əlaqəsini daha qabarıq şəkildə
göstərən mövzular götürmək məqsədəuyğundur. Belə olduqda
kursun məzmununu təyin etmək xeyli sadələşir. Həmin kurs, digər
fakultativ kurslardan fərqli olaraq, təkcə biliyi dərindən öyrənmək
məqsədi güdmür. O həm də fizika ilə biologiyanın əlaqəli
məsələlərini dərindən açmağı, inkişaf etdirməyi və dərikləşdirməyi
də nəzərdə tutur. Bunları nəzərə alaraq biz fakultativ kursun
məzmununu muəyyən edərkən aşağıdakı prinsipləri əsas götürmüşük:
1. «Fizika və canlı» fakultativ kursunun məzmunu, biofizika və
bionikanın əsas inkişaf istiqamətlərini müəyyən edən, onun vacib
məsələlərini izah edən faktlar və anlayışlardan ibarət olmalıdır.
2. Seçilmiş material ümumi işə tədqiqat xarakteri verən şərait
yaratmalıdır.
3. Şagirdlərdə elmə daha böyük maraq tərbiyə etməyə imkan
verməlidir.
4. Şagirdlərin müstəqil bilik almaqlarına kömək
göstərməlidir.
5. Fakultativ kursun materialı fizika və biologiya elmləri üzrə
məktəb proqramına uyğun olmalıdır.
__________________Milli Kitabxana__________________
82
ali məktəb kursundan müəyyən mövzuları həmin kursa daxil etməyə
yol verilməməlidir.
b. Fakultativ kursun materialı müasir elmi-texniki tərəqqi
səviyyəsində olmaqla bərabər elmin ən son nailiyyətlərini əhatə
etməlidir.
Məlumdur ki, fiziki biliklərin metodoloji əsası və ümumiyyətlə
fiziki təhsilin məzmunu eksperimentlə bağlıdır. Bu, olduğu kimi,
biofizikaya da aiddir. Çünki biofizika bir tərəfdən öz strukturasına
görə, tamamilə, fizikaya oxşayır, digər tərəfdən də o canlı
orqanizmlərdə baş verən fiziki və fiziki-kimyəvi prosesləri öyrənir.
Ona körə də fakultativ kursda şagirdləri eksperimental faktlarla tanış
etməyə də xüsusi yer verilməlidir. Həmin istiqamətdəki işi nümayiş
təcrübələri, frontal təcrübə və müşahidələr, fizika praktikumu,
sinifdənkənar məşğələlər və müşahidələr şəklində aparmaq olar.
Eksperiment nəticələrinin təhlili, müşahidə olunan hadisələrin ən
vacib cəhətlərinin aşkar edilməsi, təcrübə şəraitinin nəzərdən
keçirilməsi və s. şagirdlərin elmi mühakimə aparması üçün şərait
yaradır və fakultativ kursun eksperimental bazasını əmələ gətirir.
Şagirdlərin fakultativ məşğələlərlə tədqiqat xarakterli eksperimentlə
məşğul olması, onların praktik vərdişlərini artırır və biofizika elminə
yaxınlaşmaq üçün əlavə bir yol açır.
Fakultativ məşğələlərdəki eksperimentlərdə tədqiqatçılıq adi fizika
dərslərindəkindən daha yüksək səviyyədə olmalıdır. Çünki, canlı
təbiətdəki fiziki hadisələri müşahidə etmək, bu hadisələri bioloji
prosesin bir hissəsi kimi ayırmağı bacarmaq və xüsu-silə onu təhlil
etmək qabiliyyəti özbaşına yaranmır. Bu qabiliyyəti yaratmaq üçün
şagirdlərə hadisələri müstəqil müşahidə etmək, təhlil və mühakimə
yolu ilə həmin müşahidələrə elmi tədqiqat elementləri gətirmək
imkanı vermək lazımdır.
Böyük təchizat tələb etməyən bir sıra maraqlı təcrübələrlə bəzən
çətin məsələləri həll etmək olar. Məsələn, bioloji obyektlərin bir sıra
fiziki xassələrini təyin etmək və onları səciyyələndirən parametrləri
bilavasitə ölçmək, elektrik və maqnit sahələrinin, rentgen şüalarının
canlı orqanizmlərə təsirini aydınlaşdırmaq və s. bioloji hadisələrin ge-
__________________Milli Kitabxana__________________
83
dişindəki ümumi dəyişiklikləri, bütün hallarda bu təsirlərin
obyektdəki iri molekulların bəzi kimyəvi rabitələrinin qırılmasına və
ya ionların yerdəyişmə xarakterinin əvvəlkindən fərqlənməsinə
gətirir. Eyni sözü dənli və mədəni bitkilərin toxumlarına göstərilən
müxtəlif fiziki təsirlər üçün də demək olar. Hazırda səpin qabağı
toxumlara fiziki təsir göstərmək üçün onlarla üsullar vardır. Yumşaq
rentgen şüaları ilə, ultrasəslə, maqnit və ya elektrik sahəsilə
toxumlara fiziki təsir göstərdikdə alimlərin fikrincə, onlarıi
daxilində təxminən eyni proseslər əmələ gəlir. Toxum enerji kvantını
alır və bu enerji canlı rüşeymi təşkil edən molekullara təsir edir.
Bəzi molokullar «qəlpələrə» ayrılır. Əlavə enerjisi olan molekulyar
hissəciklər yaranır. Sərbəst elektronların sayı dəyişir. Müasir nüvə
fizikası bela fəal hissəciklərin sayını və enerjisini ölçməyi bacarır.
Təcrübə və müşahidələr göstərmişdir ki, toxum daxilində fəal
hissəciklərin sayı artdıqca onun həyat qüvvələri də artır. Belə ölçmələr
elmi cəhətdən əsaslanmış dəqiq göstərişlər verə bilir.
Beləliklə, fiziki metodlardai istifadə edilməsi, nəticədə bitkilər
haqqında elmi dəqiq elmlərə yaxınlaşdırır, onların məhsuldarlığının
artması üçün şərait yaradır. Bütün bu masələlər fakultativ kursda öz
əksini tapmalıdır.
Fakultativ kursa daxil olan fizika praktikumları da tədqiqat
xarakterli olmalıdır. Bu işləri aparmaq üçün təlimat və icmal
qabaqcadan hazırlanıb şagirdlərə təqdim edilir.
Biologiya materialı üzərində hazırlanmış fizika praktikumu
şagirdlərin biliyinin artmasına, onlarda fiziki tədqiqat metodlarını
biologiyada tətbiq etmək bacarıq və vərdişlərinin aşılanmasına şərait
yaradır. Tədqiqat xarakterli bu işlər həm də tərbiyəvi əhəmiyyət
daşıyır. Çünki, şagirdlərin materialist dünyagörüşünün
formalaşmasına, politexnik biliklərinin artmasına, təbiətin səbəb-
nəticə əlaqələrinin onların özləri tərəfindən aşkar edilməsinə kömək
edir.
Fakultativ kursa böyük gələcəyi olan və fiziki təsirlərlə
səciyyələnən məsələlər daxil etməklə şa-
__________________Milli Kitabxana__________________
84
girdlərin biofizikaya marağını artırmaq olar. Məsələn, irsiyyəti idarə
etmək, telebiologiya, həyat proseslərinin öyrənilməsində əsas yer
tutan fiziki cihazlar və s. kimi məsələlərə fakultativ kursda müəyyən
yer verilməlidir. Şagirdlərin əsas fənləri öyrənərkən aldıqları biliklər
zəminində onlara verilən bu yeni məlumat biliyin daha şüurlu
mənimsənilməsinə müəyyən xidmət göstərir.
«Fizika və canlı aləm» fakultativ kursunun tədris materialının
məzmunu və strukturası fizika kursuna müvafiq şəkildə təyin edilir.
Çünki, fizika ilə biofizika arasındakı "analogiya axıra qədər davam
edir. Məsələn, fizikanın mexanika bölməsinə müvafiq olaraq
biofizikada biomexanika bölməsi var. Bunun kimi də molekulyar
fizika bölməsinə uyğun molekulyar biologiya, elektrikə uyğun—
elektrobiologiya, maqnetizmə uyğun - maqnitobiologiya, işıq bəhsinə
uyğun-radiobiologiya bölmələri mövcuddur.
Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq biz, «fizika və canlı
aləm» fakultativ kursuna aşağıdakı məsələlərin daxil edilməsini lazım
bilirik.
Giriş. Biofizika fənninin öyrəndiyi məsələlər. Onun məqsəd və
vəzifələri. Biofizikanın inkişaf tarixi.
Biomexanikanın elementləri, insan və heyvanlarda dayaq-hərəkət
aparatının mexaniki elementləri.
Cazibə sahəsinin canlı orqanizmlərə təsiri.
Canlı orqanizmlərin hərəkət prinsipləri (qaçmaq, uçmaq, üzmək və s).
Nümayişlər.
1. Obyektin
formasının onun möhkəmliyinə təsiri.
2. Canlı orqanizm toxumalarına (məsələn, sümüyə)
Huk qanununun tətbiqi.
3. Suda
reaktiv
hərəkət.
4. Müstəvi lövhə fırlandıqda yaranan qaldırıcı
qüvvə, Maqnus effekti.
5. Biologiya
və texnikanın problemləri filmindən fraqmentlər
göstərmək.
6. Anatomiya
muzeyinə ekskursiya. Həyat proseslərində
molekulyar fizika və termodinamika elementləri. Diffuziya və osmos.
Maddələr mübadiləsində bu hadisələrin rolu. Termodinamikanın
qanunları, onların canlı obyektlərə tətbiq oluna bilməsi.
__________________Milli Kitabxana__________________
85
Nümayişlər.
1. Canlı orqanizmlərin ayırdığı istilik miqdarının ölçülməsi.
2.
İzoləedilmiş sistemin mexaniki modeli.
3. Açıq sistemin stasionar halının mexaniki modeli.
4. Qazların məsaməli gildən diffuziya ilə keçməsi, bu hadisənin
mexaniki modeli.
5. «Diffuziya»
və «Tənəffüs orqanlarının quruluş və
funksiyaları» filmlərindən fraqmentlər göstərmək.
6. Bitki
membranında osmosun müşahidə edilməsi.
7. Müxtəlif konsentrasiyalı məhlullarda insan
qanı eritrositlərində baş verən osmos hadisəsinin
müşahidə edilməsi. Izotonik, hilotonik və hipertonik
məhlullar.
Elektrobiologiya elementləri. Canlı orqanizm elektriki keçirən
naqil kimi. Elektrik cərəyanının müalicə məqsədilə işlədilməsi.
Bioelektrik hadisələr.
Nümayişlər.
1. Canlı orqanizmin toxumalarının elektrikkeçirməsi.
2. Sabit
cərəyanın təsirilə orqanizmə dərman vasitələrinin
yeridilməsi.
3. Biocərəyanların qeydə alınması.
4. Dəyişən maqnit sahəsində elektrolitik qızması.
5. Elektrolit
məhlullarında və dielektriklərdə
yüksək tezlikli sahənin təsirilə yaranan istilik effektlərinin müxtəlif
olması.
6. «Baş beyindəki biocəroyanlar», «Tibbi-bioloji tədqiqatdarda
biocərayanlar», «Yüksək tezlikli cərəyanlar» adlı filmlərdən
fraqmentlərin göstərilməsi.
7. Bitki
toxumalarının elektrikkeçirməsi.
Ekskursiya.
Yerli poliklinikanın fizioterapiya kabinəsinə getmək. Hiss
orqanlarına aid biofiziki material. Canlı orqanizmlərin və insanın hiss
orqanlarının müqayisəsi. Eşitmə və səs aparatlarının fiziki əsasları.
Görmə. Lokasiya və canlıların öz istiqamətini təyin edə bilməsi.
__________________Milli Kitabxana__________________
86
Nümayişlər.
1. Hava
sirenasının iş prinsipi.
2.
Gözün modeli. Akkomodasiya mexanizmi, gözün
nöqsanları və onların aradan qaldırılması.
3. «Canlıların dili», «Qara dənizdə yaşayan bəzi
balıqlar», «Insanın eşitmə orqanı», «Göz və görmə»,
«Görmə orqanı» filmlərindən fraqmentlər.
Elektromaqnit sahəsi və canlı orqanizmlər. Işıq və bitkilər. Fotoperiodizm.
Fotosintez. Optik şüalanmanın bioloji təsiri. Biolüminessensiya.
1. Spirt
məhlulunda xlorofilin flüoressensiyası.
2. Tibbdə istifadə olunan şüalanma mənbələri.
3. «Işıq və həyat», «Yaşıl bitkilərin təbiəti və
insan həyatında rolu» filmlərindən fraqmentlər.
4. Su
bitkilərində baş verən fotosintezin intensivliyinə işıqlanmanın
təsiri.
5. Keyfiyyət analizində luminessent metod.
Canlı tobiəti öyrənməkdə fiziki metodların rolu.
Diaqnoz vermək və tədqiqaq aparmaq məqsədilə biopotensialların qeydə
alınması. Mikroskop, onun növləri və canlı obyektləri öyrənməkdə rolu.
Rentgen şüaları, rentgenoskopiya, rentgenoqrafiya, rentgen quruluş analizi
haqqında anlayış. Nişanlanmış atomlar metodu.
Numayişlər.
1. Mikroskopda
şüanın yolu.
2. Rentgen
aparatının modeli. «Rentgen şüaları» filmindən
fraqmentlər. Tibbi-bioloji tədqiqatlarda biocərəyanlardan istifadə etməyə aid
əyani vasitələr.
3. Atom
enerjisindən kənd təsərrüfatında istifdə etməyə aid əyani
vasitələr.
Ekskursiya.
Poliklinikanın kardiologiya və rentgen kabinəsinə getmək.
Radiobiologiya elementləri. Şüalanmanın ilk təsiri. Hüceyrəyə və bütün
orqanizmə şüalanmanın təsiri. Dozimetrlər. Ionlaşdırıcı şüalanmadan tibbdə
və biologiyada istifadə olunması. Bu şüalanmalardan bioloji müdafiə olunma
qaydaları,
Nümayişlər.
1. Dozimetr və radiometrlərin iş prinsipi.
__________________Milli Kitabxana__________________
87
2. «Atom
enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi».
«Atom enerjisinin xalq təsərrüfatında
tətbiqləri» filmlərindən fraqmentlər.
3. Buğda, çovdar və bəzi canlı toxumaların radioaktiv fonunu
qeydd almaq (buna imkan verən cihaz və ləvazimatlar olduqda).
Canlı təbiət təkmilləşmiş yeni texniki sistemlər yaratmaq üçün
ideya mənbəyndir.
Bionika elementləri. Bionikanın məqsəd və vəzifələri Bionikada
əsas istiqamətlər. Biomexannki və bioenergetik infomasiya.
Bionikanın aldığı nəticələrə aid misallar.
Nümayişlər.
«Təbiət kəşf etməyi öyrədir», «Biologiya və texniki problemləri»
filmlərindən fraqmentlər.
Obzor mühazirəsi.
Fiziki və bioloji elmlərin qarşılıqlı əlaqəsi. həyat proseslərini
öyrənməkdə dəqiq elmlərin rolu. Həyat proseslərini idarə edən fiziki-
kimyəvi mexanizmlər haqqında ümumi məlumat.
Biofiziki materaal üzərində qurulmuş
fizika praktikumu
1. Bitki
toxumaları və heyvan sümüyü üçün elastiklik modulunun
təyini.
2.
Kalorimetr üsulu ilə heyvanın ayırdığı istilik
miqdarının təyini.
3. Bioloji
obyektlərin elektrikkeçirməsinin təyini.
4. Biopotensialların qeydə alınması.
5. Fotosintezin
öyrənilməsi.
6. Bioloji
obyektlərin udma spektrlərinin öyrənilməsi.
7.
Kolorimetr vasitəsilə bioloji məhlulların
sındırma əmsalının və rəngə görə konsentrasiyasının
təyini.
8. Kiçik
obyektlərin ölçüsünün mikroskopla təyini.
Tədqiqat xarakterli işlər
1. Sümüyün bəzi fiziki-mexaniki xassələrinin öyrənilməsi.
__________________Milli Kitabxana__________________
88
2. Elektrik
sahəsinin toxumun cücərmə və böyümə sürətinə təsiri.
3. Elektromaqnit
şüalanmasının toxumun cücərmə və böyümə sürətinə
təsiri.
Dostları ilə paylaş: |