193
gövdənin, yarpaqların, köklərin və meyvələrin inkişafı,
çiçəklərin və toxumların əmələ gəlməsi, saralıb soluxması,
toxumların sakit vəziyyətdə olması, bitkinin xarici mühitin
mənfi şəraitlərinə cavab reaksiyası və s. aiddir.
Bundan başqa, bitkilərin müxtəlif inkişaf mərhələlərində
fitohormonlar orqan və toxumalarda metabolizm prosesinə
məruz qalaraq, miqdarca dəyişirlər. Onların hissiyatı və təsir
mexanizmi bitki orqanlarında müxtəlif formada dəyişir.
Auksinlər. Kimyəvi quruluşlarına görə auksinlər indolun
törəmələri sayılırlar. Bitkilərdə ən geniş yayılmış auksin–
indolil-3-sirkə turşusudur (ĐST).
CH
2
COOH
NH
Aminturşusunun nümayəndəsi olan triptofan–auksinlərin
biokimyəvi törəməsidir, daha doğrusu, o triptofanın biosintezi
nəticəsində əmələ gəlir.
ĐST gövdələrin, yarpaqların və köklərin inkişafına müsbət
təsir
göstərir.
Bundan
başqa
o
saplaqlarda
kökün
formalaşmasını sürətləndirir. Bitkinin ĐST-yə əsas reaksiyası–
hüceyrələrin böyüməsidir.
Hüceyrəyə daxil olan ĐST və ya başqa auksinlər zülalla
kompleks birləşmə əmələ gətirir. Bu kompleksdə fermentlərin
sintezi baş verir.
Nəticədə
hüceyrə
divarının
pektin
və
sellüloza
biopolimerləri yumşalaraq, onun elastikliyini təmin edir. Bu da
daxili təzyiqin təsiri ilə inkişaf edən hüceyrələrin böyüməsini
asanlaşdırır.
Yüksək dozalarda tətbiq olunan auksinlərin törəmələrinə
herbisidlər aid edilir.
194
Onlara misal olaraq 2,4-dixlorfenoksisirkə turşusunu
göstərmək olar.
Cl
O COOH
H H
Cl
H
Bu birləşmə bir çox auksinlərin xüsusiyyətinə malikdir.
Đstifadə zamanı onun dozalarına diqqət yetirmək vacibdir.
Kənd
təsərrüfatının
müxtəlif
sahələrində
(taxılçılıq,
pambıqçılıq və s.) herbisidlərdən zərərvericilərə, alaq otlarına
və s. məqsədlər üçün geniş istifadə olunur.