Hibberellinlər. Kimyəvi quruluşlarına görə hibberellinlər
–tetratsiklik diterpenoid turşularının törəmələri sayılırlar.
Onların hal-hazırda üç növü məlumdur: HA
1
, HA
2
və HA
3
.
Onlar eyni molekulyar quruluşa malik olmalarına baxmayaraq,
biri birindən funksional qruplarının növünə, sayına və
yerləşməsinə görə fərqlənirlər. Onlar ali bitkilərdə az miqdarda
yayılmışlar. Hibberellinlər inkişaf etməkdə olan bitkilərə
tənzimləyici təsir göstərirlər. 50-dən artıq təbii hibberellinlər
mövcuddur (T.Qudvinə və E.Merserə görə, 1986). Onlardan ən
fəalı HA
3
-hibberell turşusudur. Hibberell aktivliyi ali bitkilərin
hətta kökləri, yarpaqları, qönçələri, erkəkcikləri, toxumları,
dişicikləri, cavan budaqları daxil olmaqla bütün hissələrində
müşahidə olunur. Yetişməmiş toxumlarda hibberellinlərin daha
mürəkkəb törəmələri tapılmışdır–hibberetion.
Toxumların və meyvələrin yetişməsi boyunca mürəkkəb
formalı hibberellinlərin əmələ gəlməsi, onların aktivliyinin
azalması ilə müşahidə olunur. Belə ki, toxumların cücərməsi və
ya çiçəklənməsi zamanı zəif aktivliyə malik olan formalar aktiv
formaya çevrilirlər. Hibberellinlərin ən xarakterik fizioloji
195
effekti–gövdənin böyüməsinin sürətlənməsidir. Bu böyümə
həm hüceyrələrin bölünməsi, həm də uzanması hesabına baş
verir. Ancaq bəzi tədqiqatçıların rəyinə görə hüceyrələrin
bölünməsinin sürətlənməsi heç də hibberellinlərin təsirinə görə
baş vermir. Müəyyən olunmuşdur ki, cücərən toxumlarda
(dənlərdə), rüşeymdə əmələ gələn hibberellinlər, aleyron qatına
və endospermə keçirlər, burada α-amilazanın və başqa
hidrolitik fermentlərin biosintezinə görə məsuliyyət daşıyan
nRNT-in əmələ gəlməsinə köməklik göstərirlər. Bu da dənin
ehtiyyat maddələrinin toplanmasına səbəb olur, yəni nişastanın
hidroliz yolu ilə şəkərə qədər parçalanması baş verir və
formalaşan cücərtinin böyüməsi üçün lazım olan maddələr
əmələ gəlir.
Hibberellinlər kənd təsərrüfatında üzümün toxumsuz
sortlarının məhsuldarlığını və toxumların cücərmə qabiliyyətini
artırmaq üçün tətbiq olunur. Payızlıq dənli bitkilərin hibberellin
preparatları ilə işlənməsi yarovizasiyanı əvəz edir, xırda bitki
sortlarında gövdənin böyümə qabiliyyətini artırır.
Bitkinin çiçəklənməsini sürətləndirmək üçün lazım olan
hibberellinin dozası, növündən asılı olaraq bir bitki üçün 30-
100 mkq arasında tərəddüd edir.
Sitokinlər. Kimyəvi quruluşlarına görə sitokinlər–
aminopurinin törəmələri sayılırlar. Đki təbii sitokin məlumdur:
CH
3
NH–CH
2
–CH=C
N CH
3
N
N NH
Zeatin
196
CH
2
OH
NH–CH
2
–CH=C
N
CH
3
N
N NH
6-(3-metil-2-butenilamino)-purin
Zeatin yetişməmiş qarğıdalı toxumlarında, pambıq
yumurtacığında, kokos südündə olur. 12 müxtəlif sitokin
müəyyən olunub. Onlar əsasən bitkinin kökündə olan
toxumalarının böyüyən hüceyrələrində sintez olunur, sonra
zoğa keçir və bitkinin yerüstü orqanlarında maddələr
mübadiləsini tənzimləyir.
Sitokinlər paxlalılarda hüceyrələrin bölünməsini stimul-
laşdırır və toxumların cücərməsinə səbəb olur. Bundan başqa
sitokinlər bitkilərdə qocalmanı ləngidir. Məlum olmuşdur ki,
təbii sitokinlər nRNT-nin bütün növlərində rast gəlinir.
Sitokinlərin sintetik analoqları, məsələn, 6-benzil-aminopurin,
bəzi tərəvəz bitkilərinin və güllərin (qərənfil, zanbaq və s.)
şitillənməsi üçün istifadə olunur.
Dostları ilə paylaş: |