P. paşayev təBİƏt elmləRİNİN ƏlaqəLİ ÖYRƏNİLMƏSİ


§ 3. TƏBİƏT   ELMLƏRİNİN ƏSASLARININ ƏLAQƏLİ



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix18.01.2017
ölçüsü0,92 Mb.
#5823
1   2   3   4   5   6   7   8
§ 3. TƏBİƏT   ELMLƏRİNİN ƏSASLARININ ƏLAQƏLİ 
ÖYRƏDİLMƏSİ 
 
Alimlərin yazdığına görə  əgər fizikanı molekullar mexanikası, 
kimyanı-atomlar fizikası,   biologiyanı isə albuminlər kimyası 
adlandırsaq, birelmii başqa bir elmə nüfuz etdiyini, yəni bunların 
əlaqəsini, vəhdətini və fərqini qeyd etmək mümkündür. Beləliklə, bu 
ifadədən iki mühüm nəticə, bir tərəfdən fənlərarası  əlaqənin mövcud 
olması, digər tərəfdən,   ali hərəkət formalarının sadə  hərəkət 
formalarına görə öyrənilə bilməməsi meydana çıxır. Ona görə do 
müəyyən mənada bu elmlərin müstəqilliyinə toxunmamaq şərtilə 
onların  əlaqələrini açmaq əsas  şərtdir. Həyat proseslərində  ən sadə 
hərəkət formaları   ən   mürəkkəblərilə birlikdə iştirak edir. Doğrudur, 
canlı orqanizmlərdə baş verən sadə hərəkətlər ali hərəkətlərə tabedir, 
lakin onlar çox cüzi də olsa öz xassələrini saxlayır. Beləliklə, atom, 
molekul, ion və ya elektronun    canlı  və cansız obyektlərdəki 
hərəkətinin səciyyəvi cəhətlərinin muqayisəsi müəyyən nəticələr   
çıxarmağa   imkan verir. Canlı orqanizmlərdə kimyaya və fizikaya 
məlum olan enerji növlərindən    və    kimyəvi    elementlərdən fərqli 
heç nə müşahidə edilməmişdir.   Bu onu göstərir ki, dünyanın maddi 
vəhdət təşkil etdiyini bütün elmlər təsdiq edir. Kimya elmi fizikaya 
məlum   olan  

__________________Milli Kitabxana__________________ 
57 
 
  
qüvvələrin bir qismi ilə  məşğul olduğu kimi, biologiya da fizikaya 
məxsus bəzi enerji və qüvvələri, kimyaya məxsus maddələr və 
reaksiya növlərini  əhatə edir. Proqram və  dərsliklərdə aparılan ciddi 
dəyişikliklər orta təhsilii elmi səviyyəsini xeyli yüksəltmiş  və onun 
məzmununu müasir elmi-texniki tərəqqinin tələblərinə uyğun  şəkildə 
təkmilləşdirmişdir. Buna baxmayaraq təlimin səmərə  və keyfiyyəti 
qənaətbəxşdir.  Şagirdlər həyat üçün zəruri olan bir sıra təbiət 
hadisələri və qanunlarını izah etməkdə  çətinlik çəkirlər. Aldıqları 
bilikləri yeni şəraitdə  və yeni məqsədlər üçün istifadə etməyi 
bacarmırlar. Belə bir vəziyyətdə akademik L.A.Artsimoviçin dahiyanə 
sözləri «Şagird qab deyil ki, onu biliklə doldurasan, o elə məşəldir ki, 
onu gərək alovlandırasan. Təəssüf ki, indi qablar böyük inadkarlıqla 
biliklərlə doldurulur, lakin məşəllərin işığı olduqca zəifdir». 
 Bakı  şəhərindəki bir neçə orta məktəbdə fizika dərslərini aparan 
müəllimlərdən  şagirdlərin biliklərini qiymətləndirərkən onlara 
verdikləri sualların mətnini topladıq. Həmin sualların təhlili göstərdi 
ki, doğrudan da məktəblərimizdə böyük dönüş var. Şagirdlərin 
bilikləri müasir məsələləri tamamilə əhatə edir. Lakin sualların 92%-i 
mühakimə tələb etməyən, yaddaşın köməyinə arxalanan suallardır. 
Ona görə  də bu cəhətdən  şagirdlərin biliyini qənaətbəxş hesab 
etmək olmaz. 
Biz elmi-texniki inqilab dövründə yaşayırıq. Belə bir dövrdə 
dialektikanın ən zəruri   elementlərindən biri olan «forma ilə məzmun    
arasındakı    mübarizə» özünü daha qabarıq  şəkildə göstərir. Tədris 
prosesində bu mübarizə  şagirdlərin təfəkkürü   ilə  dərsliyin yeni 
məzmunu arasında gedir. Dərsliyə daxil edilən yeni məsələlər onların 
tafəkkür dairəsindən kənara çıxır. Dərsliyin yeni məzmunu ilə adekvat 
olan, öz üslubuna, məzmununa və xarakterinə görə  əvvəlkindən 
fərqlənən yeni düşünmə formasına, yeni təfəkkürə ehtiyac hiss olunur. 
Şagirdlərdə belə keyfiyyətləri olan yeni təfəkkürün formalaşması 
onların dərketmə qabiliyyətini artırır, fakt və hadisələrə düzgün 
qiymət ver- 
 
 
 

__________________Milli Kitabxana__________________ 
58 
 
mək, nəzəri bilikləri həyatda daha yaxşı tətbiq etmək kimi keyfiyyətlər 
yaradır. 
VI sinifdə mikrobiologiyanın öyrədilməsinə  cəmisi bir neçə saat 
vaxt verilir. Biologiya proqramında verilən məsələləri müəllimlər 
şagrdlərə çox çətinliklə çatdırır. Çünki vaxt az, material    isə    
çoxdur. Ona görə  də mikrobiologiya sənayesi haqqında   ətraflı 
məlumat verməyə müəllimin   imkanı   olmur.   Belə hallarda qismən 
də olsa fizika və kimya dərslərindəki imkanlardan istifadə etmək 
mumkündür. Məsələn, fizikadan ilk dəfə  təzyiq haqqında məlumat 
verilərkən mikroorqanizmlərin fəaliyyətindən    də söhbət    açmaq 
olar. Son vaxtlar mikroorqanizmlərin   fəaliyyətindən neftçıxarmada 
geniş istifadə olunur. Layların neftvermə qabiliyyəti azaldıqda quyuya 
qidalandırıcı mühitlə birlikdə xususi mikroorqanizmlərin  ştammları 
yeridilir. Bakteriyalar yeraltı neft xəzinəsinə    daxil olaraq orada 
sürətlə çoxalır. Onların həyat fəaliyyəti nəticəsində istehsal olunan 
müxtəlif qazların yaratdığı təzyiq köhnə quyuları yenidən canlandırır. 
Bakteriyalar indi domna peçinin iştirakı olmadan saf metallar almaq 
üçün də istifadə    edilir.    Onlar xüsusi borularla filiz mədəninə 
göndərilir, metal oksidləşərək bakteriyalaşdırılmış  məhlula keçir, 
sonra həmin məhlul nasosla sorularaq emal    edilir.    Bu üsulla alınan 
mis digər üsullara nisbətən   üç   dəfə ucuz başa gəlir. Bundan əlavə, 
böyük   torpaq   ərazisi zibillənmir, filizi   çıxaran,   daşıyan,   
xırdalayan mürəkkəb texnikaya da ehtiyac olmur, Beləliklə,   şagirdlər 
müxtəlif elmlər arasındakı və   bu elmlərlə müasir istehsalat arasındakı 
əlaqələri    öyrənirlər. Onların yaddaşındakı biliklər bir-birilə görüşür, 
bir-birini tamamlayır və  təkmilləşdirir.    Bu isə öz növbəsində 
biliklərin səmərə  və keyfiyyətini artırır. Elmə çoxdan məlumdur ki, 
enerjiyə qənaət etməkdə canlı orqanizmlər bütün texniki qurğulardan 
üstündür. Bunun səbəbn də radioaktiv şüalanma ilə  əlaqədardır. 
Müəyyən edilmişdir ki, qafa tası sümüklərində radioaktiv maddələrin 
konsentrasiyası   orqanizmin   başqa yerlərinə nisbətən daha çoxdur. 
Burada fasiləsiz olaraq gedən  şualanma biokimyəvi reaksiyaların 
sürətini artırır və orqanizmə lazım olan enerji ehtiyatını özündə 
toplayan maddələrin sintezi üçün əlveriş- 
 

__________________Milli Kitabxana__________________ 
59 
 
li şərait yaradır. Bu onu göstərir ki, radioaktiv şüalanmanın müəyyən 
dozası  nəinki orqanizm uçün zərərli deyil, hətta zəruridir. 
Qidalanmanın bir hissəsini onlar şüalanma enerjisi hesabına alır. 
Doğrudan da, bütün canlılar radioaktiv şüalanma fonunda əmələ gəlir, 
böyüyür və tələf olurlar, həmin fona onlar çoxdan uyğunlaşmışdır. 
Şagirdlər bildiklərinə  əsasən bir sıra təbiət hadisələrinin gedişi 
haqqında irəlicədən müəyyan fikir söyləyə bilirsə, bu çox 
fərəhləndirici haldır. Bu cür mühakimələr aparmaq üçün onları 
hazırlamaq lazımdır. Məsələn, təbii yanacaqlardan istifadə olunması 
tempi getdikcə artır. Bununla paralel olaraq atmosferdəki karbon 
qazının miqdarı da sürətlə artır. Hesablamalara görə bu qazın 1875-ci 
ildən 1975-ci ilə  qədər, yəni 100 il ərzində artması  nə  qədər 
olmuşdursa, 1975-ci ildən başlayaraq cəmi 25 il ərzində də təxminən o 
qədər olacaqdır. Bu isə istilik şitilliklərində olduğu kimi, temperaturun 
artması ilə  nəticələnir. Alimlərin fikrincə temperaturun orta illik 
qiyməti 1-2°S artsa, bu, Yer kürəsində ciddi dəyişiklilərə səbəb olar. 
Arktika və Antarktkdanın buzları, uca dağların başını bürüyən qarlar, 
yüksək dağ dərələrindəki buzlar əriyər, dünya okeanının səviyyəsi 60-
80 m qalxar, 18-25% yaşayış yerləri su altında qalardı. Qar və buzun 
əriməsi Yer kürəsinin işıqqaytarma qəbiliyyətini azaldardı. Başqa 
sözlə, Günəşdən gələn işıq enerjisinin Yer tərəfindən udulan hissəsi 
artardı. Bu da öz növbəsində Yerin temperaturunun bir az da 
artmasına səbəb olardı. Bu ağıla batandırmı? 
Əslində  təbiətdə baş verən proseslər bizim təsvir etdiyimizdən 
xeyli mürəkkəbdir. Təbiətdə bizim yuxarıda təsvir etdiyimizin əks 
istiqamətində də fəaliyyət göstərən proseslər baş verir. 
Statistikaya görə iri sənaye mərkəzləri olan şəhərlərdə dumanlı və 
yağışlı günlərin sayı sürətlə artır. Toz, kül, tüstü, his və digər xırda 
zərrəciklər sanaye tullantıları kimi atmosferə daxil olur. Onlar 
atosferdəki su buxarının kondensasiyası mərkəzlərinə çevrilir. 
Əmələ  gələn dumanlıqlar        Günəşi yerdən    gizlənir. Günəş 
şüaları, Yerə çatmadıqda Yer soyuyur. Yer 
 
  

__________________Milli Kitabxana__________________ 
60 
 
soyuduqda dəniz və okeanların suyu da soyuyur. Ona görə  də suda 
həll olan karbon qazının miqdarı   artır,   atmosferdəki isə bu hesaba 
azalır. Karbon qazının   havadakı miqdarının azalması onun 
temperaturunu   da aşağı salır. Nəticədə Yer səthində buz və qarla 
örtülən sahə artır. Ona görə  də Yer səthinin   Günəş  şüalarını  əks 
etdirən sahəsi artır və Yer daha da soyuyur. Reaktiv təyyarələrin və 
kosmik raketlərin   uçuşu   da Yerin soyumasına səbəb olur. Çünki, 
təyyarələr işığı  səpən iz buraxır, raketlər isə enerjini atmosferdən 
uzaqlaşdırır. Hələ kosmik gəmilərin uçuşu hesabına da atmosferin ən 
yuxarı qatlarında   havanın   təzyiqi və  tərkibi dəyişir. Bu da 
planetimizin iqlim şəraitinin dəyişməsində müəyyən rol oynayır. 
Şübhəsiz, tezliklə belə uçuşlar da beynəlxalq nəzarət altında 
aparılacaqdır. 
Admiral Stepan Osipoviç Makarov Bosfor boğazında bir ildən 
artıq müddətdə apardığı      tədqiqat nəticəsində müəyyən etmişdir ki, 
Qara dənizlə Mərmərə dənizi arasında bir-birinin üzərində yerləşən iki 
axın| var. Üst axında su, Qara dənizdən Mərmərə dənizinə, alt axında 
isə,  əksinə, Mərmərə  dənizindən      Qara      dənizə doğru axır. Bunun 
səbəbi nədər?      Üst      axını   yaradan Qara dənizin səviyyəsinin 
Mərmərə  dənizindən yüksək olmasıdır. Müxtəlif çaylardan gələn və 
yağış vasitəsilə tökülən suyun artıq hissəsi qismən buxarlanır, qismən 
də  Mərmərə  dənizinə tökülür. Bəs alt axın   nə üçün Mərmərə 
dənizindən Qara dənizə doğru yönəlmişdir. Çünki Mərmərə dənizinin 
suyu daha şordur. Şor suyun yaratdığı hidrostatik təzyiq, başqa şərtlər 
eyni olduqda adi suyun yaratdığı hidrostatik təzyiqdən çox olur. Ona 
görə  də eyni dərinlikdə olan yerlərdə  Mərmərə  dənizindəki təzyiq 
Qara dənizdəkindən çox olur və  həmin təzyiqlər fərqinin təsiri   
altında   su Bosfor boğazı ilə Mərmərə dənizindən Qara dənizə doğru 
axır. Mühakiməyə başqa kəmiyyətlər də daxil etməklə   Qara dənizin 
itirdiyi suyun qazandığı sudan təxminən   iki dəfə çox olduğunu da 
nəzərə əsaslandırmaq olar. 
Bütün bu mühakimələrdə  məqsəd təbiət   elmlərinin  əlaqəli 
öyrənilməsinə xidmət etməlidir. 
VIII sinifdə fiziologiyadan qan dövranı bəhsi öyrənildikdə ürəyin 
quruluşu, işi, qan təzyiqi, qanın hərəkət sürəti və s. məsələlərdən də 
ətraflı söhbət ge- 

__________________Milli Kitabxana__________________ 
61 
 
dir. Bədən tərbiyəsi və idmanin ürək-damar sisteminə  təsirindən 
danışılır, lakin bunların fiziki mahiyyəti o qədər də dərindən nəzərdən 
keçirilmir. Bu mövzuları öyrənərkən  şagirdlər artıq fizikadan 
mexaniki iş, güc, onların hesablanması yolları ilə tanış olduqlarından, 
ürək və sümük əzələlərinin gücünü müqayisə edərək müəyyən 
nəticələr çıxarmaq maraqlı olar. Bunu sadə şəkildə göstərək. Tutaq ki, 
ürəyin orta hesabla çəkisi 2,5 n, qanın dəqiqəlik həcmi 5 l, adamın 
boyu isə 1,75 m-dir. Bir tam dövr ərzində qan ikiqat yol getdiyini 
nəzərə alsaq, mexaniki iş düsturundan istifadə edərək ürək əzələlərinin 
gördüyü işi hesablaya, bilərik. Buradan bir qram ürək əzələsinə düşən 
sutkalıq orta gücü də hesablamaq olar. Yuxarıda verdiyimiz 
kəmiyyətlərə əsasən ürək əzələlərinin bir qramına düşən orta sutkalıq 
orta güc 11,3 mvt/q alınır. Həmin gücü sümük əzələləri üçün də 
hesablamaq olar. Tutaq ki, insanın bir sutka ərzində gördüyü işi saatda 
bir kilometr yol getmək kimi qiymətləndirmək mümkündür. Onda 
onun bir sutkada getdiyi yol 24 km olar, Adamın orta çəkisini 700 n 
qəbul etsək, görülən iş ülün 16 800 km alarıq.  Əzələlərin kütləsi 
təxminən insanın ümumi kütləsinin 40%-ni təşkil etdiyindən, orta 
gücün qiyməti 7 mv/q olar. Beləliklə,ürək  əzələlərinin orta xüsusi 
gücünün sümük əzələlərinə nisbətən 1,5 dəfə çox olduğu nəticəsinə 
gəlirik. Ürək  əzələsi üçün apardığımız hesablamanın adamın sakit 
vəziyyətinə aid olduğunu xatırlasaq, insan fiziki fəaliyyətdə ikən bu 
fərqin daha da artacağını təsəvvür etmək çətin deyil. Alınan ədədlərin 
müqayisəsi bir sıra maraqlı və əhəmiyyətli nəticələr çıxarmağa imkan 
verir. Gücü nisbətən zəif olan bir sistem, özündən küclü sistemi idarə 
edə bilərmi? Sümük əzələlərinin xüsusi gücünü artırmaq üçün insan 
idman və  bədən tərbiyəsi ilə mütəşəkkil məşğul olmalıdır. Insan 
nəqliyyatdan, liftdən, eskalatordan və s. istifadə etməklə, 
avtomatlaşmış  və mexanikləşmiş  əməyə keçməklə, uzun müddət 
televiziya verilişlərinə qulaq asmaqla sümük əzələlərinin məşqini 
azaldır, az fəaliyyətli həyat tərzinə alışır və belə  şəraitə uyğunlaşır. 
Bu, sağlamlıq üçün çox qorxuludur. Belə  şəxs qəflətən fiziki bir işi 
görmək məcburiyyəti qarşısında qalarsa, onun orqanizmində 
dönməyən proseslər baş verə bilər. 
 
  

__________________Milli Kitabxana__________________ 
62 
 
VIII sinfin biologiya kursunun ən vacib bəhslərindən biri də sinir 
sistemidir. Bu bəhsin öyrədilməsində fiziki mühakimə daha güclü 
olmalıdır. Elektrik cərəyanı ürək  əzələləri və sinir sistemindən 
keçdikdə ölüm labüd olur. Ona görə  də bu cərəyanın zərərli 
təsirlərindən qorunmaq üçün vaxtında müdafiə  tədbirləri görmək 
lazımdır. 
Fizika ilə biologiya arasındakı  əlaqənin inkişaf etdirilməsi 
şagirdlərdə materialist dünyagörüşünün formalaşması üçün yeni 
imkanlar yaradır. Onlar fizika qanunlarının təkcə texnikada, kənd 
təsərrüfatında deyil, həm də canlı  təbiətdə  tətbiq olunduğu ilə tanış 
olurlar. Eyni zamanda şagirdlər bitki və heyvan orqanizmlərinin həyat 
və  fəaliyyətilə tanış olarkən fiziki qanunlardan və analogiyalardan 
istifadə edirlər. 
Bizi  əhatə edən mühitin maddiliyi, onun dəyişmə  və inkişafı 
materiyanın əsas xassələri, dialektikanın qanunları fizika və biologiya 
fənlərinin bütün məzmununda özünü göstərir. Bunlar arasındakı 
əlaqənin dərinləşdirilməsi və inkişaf etdirilməsi səbəb-nəticə 
baxımından daha əlverişli olur. Çünki planetimizin bütün canlıları 
yarandıqları gündən müxtəlif fiziki təsirlərin, məsələn, radioaktiv 
şüalanmanın, cazibə sahəsinin, temperaturun, səs və müxtəlif tezlikli 
elektromaqnit dalğalarının, elektrik vƏ maqnit sahələrinin təsirinə 
məruz qalır. Bu fiziki təsirlərdən birinin kəskin dəyişməsi dərhal öz 
əksini canlı orqanizmlərdə baş verən bioloji proseslərin gedişində 
tapır. Şagirdlər, canlı və cansız təbiətin bir sıra qanunlarının statistik 
xarakter daşıdığıkı hadisələrin öyrnilməsi prosesində  dərk edirlər. 
Qazın təzyiqi, Broun hərəkəti, daxili enerjinin mexaniki və başqa 
enerji növlərinə çevrilməsi kimi hadisələrin izahı statistik xarakter 
daşıyır və hər iki elm sahəsinə aiddir. Bu statistik qanunauyğunluqlar, 
hər biri təklikdə  təsadüfi xarakter daşıyan bircinsli hadisələr 
çoxluğunu təmsil edir. Statistik qanunlar da obyektivdir və hadisələr 
arasındakı mövcud əlaqəni təmsil edir. Lakin bu qanunlar ancaq 
sonsuz sayda bircinsli hadisələrin eyni zamanda baş verdiyi halda 
mövcud olur və onların ümumi təzahüri ayrı-ayrı hallardan asılı deyil.  
  

__________________Milli Kitabxana__________________ 
63 
 
Akademik N.P.Dubinin göstərir ki, fizika, kimya, biologiya və 
riyaziyyat müəllimləri öz işlərində möhkəm  əlaqə yaratmalıdır. 
Müasir elmin nailiyyətlərilə  şagirdləri tanış etmək üçün onlar birgə 
işləməlidirlər.  Əgər bu əlaqə fizika ilə biologiya arasında həyata 
keçirilməlidirsə, onda fizika vƏ biologiya müəllimlərinin özlərinin 
aydın təsdəvürü olmalıdır. Hansı istiqamətdə bu əlaqənin inkişaf 
etdirilməsinin mümkün olduğunu və bu məqsədlə hansı metodlardan 
istifadə etmək lazım gəldiyini müəyyən etməlidirlər. 
Seçilmiş metodlar bioloji və fiziki hadisələrin qarşılıqlı əlaqəsini, 
bir-birinə  təsirini açmalı, fizika qanunlarınıp canlı  və cansız təbiət 
üçün ümumi olduğunu göstərməlidir. Bu iki fənnin  bir-birini         
çihazlar, tədqiqat metodları  və ideyalarla neçə  zənginləşdirdiyini 
şagirdlər konkret misallar və faktlar əsasında yaxşı dərk etməlidirlər. 
Fizika dərslərində biologiya ilə  əlaqənin həyata keçirilməsi bir sıra 
anlayışların, məsələn, «hərəkət», «enerjn», «maddə», «qüvvə» və s. 
formalaşmasında daha böyük əhəmiyyət kəsb edir. Həmin 
anlayışlardan bütün təbiət elmlərində geniş istifadə olunur. Buna 
baxmayaraq, müxtəlif tədris fənlərinin həmin anlayışlardan istifadə 
etmək rolu eyni deyil. Əsas istiqamətləndirici formalaşma fizika 
dərslərində aparılır. Lakin biologiya və ya kimyadan götürülmüş 
materialdan istifa də etdikdə anlayışın canlı  təbiət hadisələrini   
öyrənməkdə rolu məlum olur, onun   haqqında   şagirddə yaradılmış 
təsəvvür daha da   genişlənir,   inkişaf edir və konkretləşir. Təəssüf ki, 
bəzən   fənlərarası əlaqənin yaranmasına proqramlardakı uyğunsuzluq 
maneçilik törədir. Məsələn, botanikanı öyrənərkən fiziki biliklərə 
ehtiyac olur. Ümumi biologiya kursu ilə fizika arasında da kifayət 
qədər  əlverişli uyğunlaşma yoxdur. Məsələn, fizikaya aid biliklərin 
istifadə olunmasına ehtiyacı olan «fotosintez» mövzusunun 
öyrədilməsi «işığın təbiəti» mövzusundan xeyli qabağa düşür. Belə 
hallar biologiya müəlliminin vəziyyətini çətinləşdirir. O, fiziki 
biliklərin köməyilə formalaşmağa ehtiyacı olan bir sıra bioloji   
anlayışların şagirdlərə verilməsində çətinlik çəkir. 
Fizika müəlliminin vəziyyəti isə bu barədə çox yax- 
 

__________________Milli Kitabxana__________________ 
64 
 
şıdır. Çünki fizika ilə  əlaqəni göstərmək üçün lazım olan mövzular 
artıq biologiyada öyrədilmişdir,  şagirdlər fizikadan istifadə oluna 
biləcək bioloji mövzular haqqında müəyyən bilik, bacarıq və 
vərdişlərə malikdirlər. Bu imkan yeni əldə edilən bilikləri şagirdlərin 
biologiyadan bildiklərilə  əlaqələndirmək üçün geniş  şərait yaradır. 
Beləliklə, hər iki elm sahasinə aid biliklər qarşılıqlı zənginləşir, yeni 
rəng və keyfiyyət alır. 
Biologiya ilə fizikanın  əlaqəsi yuxarı siniflərdə (8—10) daha 
böyük  əhəmiyyət kəsb edir. Çünki həmin siniflərdə fizikaya verilən 
saatların miqdarı biologiyaya nisbətən 2,5 dəfə çoxdur. Təbiidir ki, 
belə  şəraitdə biologiya müəlliminin öz dərslərində fiziki materialdan 
istifadə etmək imkanı xeyli azdır və buna görə  də  həmin iki fənn 
arasındakı  əlaqənin inkişaf etdirilməsində  əsas məsuliyyət fizika 
müəlliminin öhdəsinə düşür. 
Şagirdlərin coğrafiyaya dair aldıqları biliklərin möhkəm və  dərin 
olması üçün fizikadan aldıqları biliklərə istinad etmələri vacibdir. 
Torpağın fiziki xassələrinin onun məhsuldarlığına təsiri, təxminən 
eyni miqdarda yağmur düşən yerlərdən nə üçün birində rütubətin çox 
olmasının, o birində isə çatmamasının fiziki mahiyyəti izah 
edilməlidir. 
Axar suların, küləyin və s. əmələ  gəlmə  səbəbləri təkcə coğrafi 
mövqedən yox, cazibə qüvvəsi, təzyiq, sürtünmə, kinetik enerji, sıxlıq 
və digər fiziki anlayışların köməyilə izah edildikdə  və bu anlayışlar 
əsasında küləyin, çayların, iqlimin relyefə  təsiri aydınlaşdırıldıqda 
şagirdlər öyrəndikləri mövzu haqqında daha tam məlumat alır və onu 
yaxşı  mənimsəyirlər. Bunu konkret bir misal üzərində göstərək. 
Qədim buzlaqların relyefə necə təsir etdiyini fiziki anlayışlara istinad 
edərək təxminən necə izah etmək mümkün olduğunu göstərək. 
Uzun müddət davam edən soyuq və  nəm iqlim şəraitində buzun 
miqdarı getdikcə artmış  və onun qalınlığı minlərlə metrə çatmışdır. 
Buz dağlarının özünün ağırlıq qüvvəsinin təsiri altında onun ətəkləri 
əzilmiş  və  təzyiq yüksək olduğu üçün 0° Sdən xeyli aşağı 
temperaturlarda da buz əriməyə başlamışdır. Bütün buz kütləsi əmələ 
gələn meyl istiqamətində öz ağır- 
 
 

__________________Milli Kitabxana__________________ 
65 
 
lıq qüvvəsinin təsiri altında hərəkətə gəlmişdir. 
Buzun torpağa təsir qüvvəsi o qədər böyük olmuşdur ki, o bəzi 
yerlərdə xüsusilə, yumşaq və qumsal torpaqlar da girinti-çıxıntılar da 
əmələ gətirmişdir. Bu buzlaqların hərəkət sürəti kiçik, kütləsi kifayət 
qədər böyük olduğundan, kinetik enerjiləri də çox olmuşdur. 
Buzlaqların bir qisminin əriməsinə sürtünmə nəticəsində ayrılan istilik 
də kömək etmişdir. Əmələ gələn su axdığı yerlərdən özü ilə birlikdə 
torpağı  və qumu da yuyub aparmışdır. Bu isə relyefin dəyişməsinə 
səbəb olmuşdur. Hal-hazırda axan sular relyefik inkişafına böyük təsir 
göstərir. 
Küləyin dağ süxurlarına necə  təsir etdiyini fiziki biliklərə  əsasən 
belə izah etmək olar: bütün başqa cisimlər kimi, dağ süxurları da 
temperaturun təsirilə öz həcmlərini dəyişir. Bu süxurların 
istilikkeçirməsi çox az  olduğundan, üst qatlar çox qızdığı halda  alt 
qatlar  o qədər də qızmır. Nəticədə üstqatların genişlənməsi alt qatlara 
nisbətən xeyli çox olur. Bundan başqa, dağ süxurları müxtəlif növ   
maddələrdən ibarət olduğundan onların həcmi genişlənmə  əmsalıda 
müxtəlif  olur. Torpağın gecələr soyuması  və gündüzlər qızması 
prosesi onun müxtəlif qatlarında bir-birindən fərqli dəyişikliklər 
yaratmasına və bunların da nəticəsində torpaqda çatlar yaranmasına 
səbəbolur.  Bu hadisəyə    ayrı-ayrı      hissəciklər    arasındagı  ilişmə 
qüvvəsinin müxtəlifliyi də kömək edir. Çatlar yaranan  yerlərə su 
dolduqda  torpağın dağılması daha da sürətlənir. Gecələr torpağın üst 
qatının tez soyumasına küləyin təsirilə buxarlanma sürətinin artması 
da  şərait yaradır.   Süxurların   qızma   prosesinə onların nəmlik 
dərəcəsinin təsiri çox olur. Quru süxurlar tez qızır. Nisbətən nəm 
süxurlar isə aldıqları istiliyin bir hissəsini buxarlanmaya sərf etdikləri 
üçün quru süxurlara nisbətən az qızır. Suyun xüsusi istilik tutumu çox 
böyük olduğundan quru  süxurların soyuması prosesi nəm süxurlara  
nisbətən daha sürətli olur. Bütün bu xarici təsirlər fiziki amil kimi 
relyefin dəyişmasində müəyyən rol oynayır. Lakin relyefin 
dəyişməsinə yerin öz daxili qüvvələri də böyük təsir göstərir. Əsrlərlə 
Yerin titrəməsi, Yer tərpənmələri, qaz püskürmələri, vulkanlar və s. də 
relyefi dəyişdirir. 
  

__________________Milli Kitabxana__________________ 
66 
 
Maddənin aqreqat halının temperatur və  təzyiqdən asılı olmasına 
əsaslanaraq vulkanların əmələ gəlmə səbəbləri izah edilə bilər. 
Təbii radioaktivlik haqqındakı biliklər Yerin mütləq yaşını  təyin 
etməyə imkan verir. 
Yer qabığında səs dalğalarının yayılma sürətinin sıxlıqdan asılı 
olmasına aid biliklər isə Yerin geofiziki xassələrinin öyrənməyə 
imkan verir. 
Maqnit anomaliyaları, rəqqasın rəqs sürətinin həmin yerdəki Yer 
maddəsinin sıxlığından asılı olması kimi fiziki məsələlərin təcrübi 
yolla həllinin faydalı qazıntılar axtarmaq işini nə  qədər 
yüngülləşdirdiyini  şagirdlər coğrafiya dərslərində  əlavə bir material 
kimi öyrənsələr, nəinki dərs çox maraqlı olar, yaxşı  mənimsənilər, 
həm də təbiət elmlərinin vəhdəti haqqında onlarda olan təsəvvür bir az 
da inkişaf edər. 
İqlimi öyrəndikdə, təsvir   edilən   coğrafi faktlar fiziki anlayışların 
köməyilə izah oluna bilər. Şagirdlər bilirlər ki, Günəş şüalarının Yer 
səthinə düşmə bucağı böyüdükcə torpaqda   udulan işIq enerjisi də 
artır. MəsələN,   orta   hesabla   hər kvadrat santimetr səthə bir ildə 
düşən Günəş enerjisi Moskvada 376 % Daşkənddə 568 c-, Bakıda 450 
-dur. Beləliklə, həmin rəqəmlər  əsasında  şagirdlər    iqlimin coğrafi 
enlikdən asılı olmasını   konkret ədədlərlə ifadə etməyi öyrənirlər. Bu 
qayda ilə enerjinin saxlanması qanunu əsasında Yerin aldığı  və 
buxarlanma ilə itirdiyi istilik miqdarı  və ümumiyyətlə istilik balansı 
haqqında söhbət aparmaq və  şagirdlərin nəzərini belə bir məsələyə 
cəlb etmək olar:   Tundrada və Orta Asiyada illik yağmur təxminən 
eyni olub, qiymətcə 300 mm-ə yaxındır. Buna baxmayaraq Tundrada 
rütubət normadan çox, Orta Asiyada isə az   olur.   Bunun əsas səbəbi 
həmin yerlərdə suyun buxarlanma şəraitinin müxtəlif olmasıdır. 
Buxarlanmanın müxtəlifliyini yaradan isə bu yerlərin müxtəlif coğrafi 
ekliklərdə olması ilə əlaqədardır. 
Siklon və antisiklonların  əmələ  gəlməsi də fiziki mühakimələrlə 
izah oluna bilər. Torpaq və suyun istilikkeçirməsi müxtəlif 
olduğundan qitə və okean üzərindəki havanın temperatur dəyişmələri 
bir-birin- 
 
  

__________________Milli Kitabxana__________________ 
67 
 
dən fərqli olur. Bu səbəbə görə quruda və su üzərindəki hava 
kütləsinin temperaturları  kəskin fərqlənir. Nəticədə güclü hava 
axınları  əmələ  gəlir. Hava kütləsinin hərəkət istiqamətinə cazibə, 
göriolis,  ətalət, sürtünmə qüvvələri və s. də  təsir göstərir. Məsələn, 
şimal yarımkürəsindəki küləklər koriolis qüvvəsinin təsirilə sağa 
doğru meyl edir. 
Coğrafiya dərslərində  şagirdlər müxtəlif çaylarda və ya eyni bir 
çayın müxtəlif yerlərində suyun axma sürətinin müxtəlif olduğunu 
öyrənirlər, ancaq bəzən nə uçün su axır, nə üçün sürət dəyişir kimi 
məsələlər onlara aydın olmur. Fizikanın cazibə qüvvəsi, təzyiq, 
surtünmə, ensrji, enerjinin saxlanması qanunu və s. anlayışlarının 
köməyilə həmin sualları aydınlaşdırmaq olar. 
Suyun kristallaşma prosesi və donma istiliyi haqqında mukəmməl 
məlumat olduqda nə üçün lal axar suyun tez donduğunu, iti axan 
suların isə donmadığını və ya çox gec donduğunu izah etmək olar. 
Buxarlanma və kondensasiya anlayışlarından istifadə edərək 
bitkilər aləminin planetimizdəki su rejimində oynadığı rolu 
aydınlaşdırmaq, su ehtiyatını artırmaqda meşələrin fəaliyyətini fiziki 
mühakimələrlə təsvir etmək olar. 
Bitkiləri qida maddələri, su və hava ilə  təmin etməkdə torpaq 
böyük rol oynayır. Bu nöqteyi-nəzərdən torpağın  ən mühüm fiziki 
xassələrini, onda baş verən dəyişmələri, onun kimyəvi tərkibini 
bilmək həmin torpaqda hansı bitki növlərinin yetişdirilməsinin 
mümkün olduğunu müəyyən etmək üçün çox vacibdir, çünki, Günəş 
şüaları ilə torpağa gəlib çatan istilik miqdarı  və bununla bilavasitə 
əlaqədar olan nəmlik dərəcəsi, yuxarıda qeyd etdiyimiz xassələrlə 
birlikdə torpağın növünü müəyyən edir, ona uyğunlaşan bitkilər və 
heyvanlar aləmi yaranır. 
Iş prinsipi fiziki hadisələrə  əsaslanan bir sıra cihazlar, məsələn: 
termoqraf, baroqraf, kompas və s. coğrafiya dərslərikdə geniş istifadə 
olunur. Meteoroloji və hidroloji müşahidələr apardıqda bu cihazlar 
böyük kömək göstərir. Coğrafiya dərslərində öyrədilən bir sıra təbiət 
hadisələri ancaq fiziki biliklərdən istifadə edilməklə aydınlaşdırıla 
bilir. Çox vaxt şagirdlər coğrafiya dərslərində aldıqları 
 
  

__________________Milli Kitabxana__________________ 
68 
 
bilikləri səthi mənimsəyir və öyrəndikləri hadisəlirin  əmələ  gəlmə 
səbəbləri ilə o qədər də maraqlanmırlar. Bunun bir səbəbi də onların 
fizikadan öyrəndiklərini tətbiq etməyi bacarmamalarıdır. 
Azov dənizi və Qara dəniz təxminən eyni bir iqlim şəraitindədir, 
hətta bir yerdə az qalır ki, lap birləşsinlər. Bu iki dənizin arasından 
ancaq Kerç körfəzinə doğru uzanan dəmir yolu keçir. Buna 
baxmayaraq onlar öz fiziki xassələrinə görə bir-birindən fərqlənir. 
Azov dənizi qışda donur, yayda isə 30°S-yə qədər qızır. Qara dəniz isə 
qışda donmur, yayda ən çoxu 24°S-yə  qədər qızır. Bu coğrafi faktı 
qəbul etməklz  şagird kifayətlənməməlidir. Onlar fiziki biliklə rinə 
istinad edərək mühakimə aparmalı və öyrəndiyi hadisənin baş vermə 
səbəbini müəyyən etməlidir. Qara dənizin sahəsi və  dərinliyi Azov 
dənizinə nisbətən böyük olduğundan ondakı suyun ümumi miqdarı da 
çoxdur. Bu suların hərəsinə bir cisim kimi baxsaq, onları 1°S 
qızdırmaq üçün müxtəlif miqdarda istilik lazım olduğunu görərik. 
Deməli, Qara dənizin yayda az qızmasına səbəb ondakı suyun 
miqdarının çox olmasıdır. Suyun kütləsi çox olduğu üçün onda 
toplanan enerji də çox olur və o qışda tədricən soyuyur və heç 
donmur. Azov dənizinin suyu nisbatən az olduğundan yayda tez qızır 
və qışda da tez soyuyur, hətta donur. 
Fiziki biliklərin köməyilə izah oluna bilən bu cür coğrafi hadisələr 
çoxdur. Müəllimin vəzifəsi belə hadisəlari seçmək və şagirdlərin fəal 
iştirakı ilə tədris prosesində yeri gəldikcə onları izah etməkdir. 
 Ərazidə illik yağmurun və enerjinin necə paylanması  xəritəsində 
55° en dairəsində ölkəmizin qərbində iyul izotermi 17°S, şərqində isə 
20
0
S-dir. Yağmurlar isə uyğun olaraq 700 mm və 400 mm-dir. Nə 
üçün eyni en dairəsində    qərb rayonlarında havanın temperaturu az, 
şərq rayonlarında isə çox olur? 
Şagirdlar fizikadan bilirlər ki, buxarlanma prosesi istilik itkisilə 
nəticələnir. Qərb rayonlarında suyun buxarlanmasına şərq rayonlarına 
nisbətən daha çox istilik lazımdır. Ona görə də yağmur çox olan yerdə 
temperatur aşağı olur. Qərbdə temperaturu azaldan ikinci bir fiziki 
səbəb də var: adətən, qərbdə duman şərqdən çox olur. Ona görə Günəş   
şüalarının   bir 
  

__________________Milli Kitabxana__________________ 
69 
 
qismini həmin duman səpələyir və bu hesaba da temperatur azalır. 
Bu cür izahatlar fiziki biliklər hesabına coğrafi biliklərin 
dərinləşməsinə və möhkəmlənməsinə kömək edir. 
Şagirdlərin fizikadan bildikləri istilik miqdarı, istilik tutumu və s. 
anlayışlardan istifadə edərək coğrafiyada nəzərdən keçirilən bəzi 
məsələlərin izahında «az» və ya «çox» sözləri işlətmək  əvəzinə 
müəyyən ölçüsü olan konkret ədəd göstərmək olar. Məsələn, 
hesablamalar göstərir ki, coğrafi enlik 1 dəyşidikdə ildə  hər kvadrat 
metr səthə orta hesabla düşən Günəş enerjisi 1.25.105 kc artır və ya 
azalır. 
Quruda və  dəniz səthində eyni coğrafi enlikdəki hava kütlələri 
nəinki və  nəmliyinə görə, həm də temperaturlarına görə  fərqlənir. 
Bunun səbəbi də fizikanın köməyilə izah olunur. Torpağın xüsusi 
istilik tutumu suyun xüsusi istilik tutumuna nisbətən təxminən 
üç dəfə azdır. Torpağın istilikkeçirməsi isə suya nisbətən çoxdur. 
Həmin səbəbə görə torpaq tez   qızır    və tez də soyuyur. Ona yaxın 
olan hava kütləsi də tez qızır və tez soyuyur. Dəniz-və- okean suları 
olduqca keç qızır və quruya nisbətən çox gec də soyuyur. 
Dənizhavasının temperatur dəyişməsi də buna uyğunlaşır. Bununla 
əlaqədar olaraq mülayim dəniz havasının temperaturu, mülayim qitə 
havasının temperaturundan qışda xeyli yüksək, yayda isa aşağı olur. 
Ona görədə  hər bir qurşağın hava kütləsi iki qrupa balünür qitə  və 
dəniz hava kütlələrinə. Beləliklə, şagirdlər hava kütləsinin xassələrinin 
təkcə verilmiş yerin coğrafi enliyindən və bu yerin formasından yox, 
həm də hava kütləsinə yaxın yerdəki mühitin xüsusi istilik 
tutumundan və istilikkeçirməsindən asılı olduğunu yaxşı dərk edirlər. 
Coğrafiyada tez-tez münbit torpaqdan söhbət gedir, lakin bu 
anlayış altında konkret nə nəzərdə tutulduğu kölgədə qalır.  Şagirdlər 
bilmir ki, belə torpağın tərkibində mineral və üzvi maddələr, bol su və 
hava olur. Belə torpağın sıxlığı az və kapillyarlığı çox olduğundan 
atmosferdəki rütubəti  özünə yaxşı  çəkir və uzun müddət özündə 
saxlaya bilir, bolə torpağa hava asanlıqla nüfuz edə bilir. Torpağın 
münbitliyini fiziki anlayışlarla əlaqələndirməklə biz onları əlavə tədris 
materialı ilə yükləmirik,  əksinə  fənlərarası  əlaqəni burada həyata 
keçirməklə şagirdlərin coğrafi və fiziki biliklərinin sintezini yaradırıq, 
bu iki tədris fənni arasındakı psixoloji səddi tədricən dağıdır, 

__________________Milli Kitabxana__________________ 
70 
 
şagirdlərdə  təbiət hadisələrinə vahid bir mövqedən yanaşmaq hissi 
güclənir. 
Yağışqabağı  bəzi həşəratyeyən quşlar alçaqdan uçur. Bu faktı 
təxminən belə asaslandırmaq olar: nəm havada bəzi həşəratların 
qanadlarında mövcud olan kapillyarlar rütubəti özünə çəkir və onların 
xususi, həm də ümumi çəkisi artır. Ona görə  də alçaqdan uçur. 
Bununla əlaqədar olaraq həmin həşəratlarla qidalanan quşlar da aşağı 
enməyə  məcbur olur. Təbiət hadisələrinin bu cür səbəb-nəticə 
baxımından öyrənilməsp tədris prosesində inteqrasiyanın inkişaf 
etdirilməsi üçün də əlverişli şərait yaradır. 
Dərketmə prosesinin təbiətilə  əlaqədar olaraq məktəb kursunun 
fənlər üzrə  tədrisi inteqrasiya ilə yanaşı aparıldıqda fənlərin bir-
birindən təcrid edilməsi təhlükəsi aradan qalxır, şagirdlər öyrəndikləri 
hadisələr haqqında tam təsəvvür alırlar. 
Fənlərarası  əlaqəni təkcə  dərsdə yox, sinifdənkənar və 
məktəbdənkənar məşğələlərdə də həyata    keçirmək olar. Ekskursiya 
və        çöl        praktikasında,    dərnək məşğələlərində, müxtəlif fənn 
müəllimlərinin birgə keçirdiyi tədbirlər zamanı da müvəfiq məsələlər 
ətrafında maraqlı söhbətlər təşkil etmək olar.  Fizikanın bir çox 
anlayışları,   məsələn,   cazibə qüvvəsi, təzyiq, sürtünmə, kinetik 
enerji, ətalət, sıxlıq, birləşmiş qablar qanunu, Arximed qanunu,   istilik 
tutumu, istilikkeçirmə, istidən genişlənmə, buxarlanma, kondensasiya, 
konveksiya, ərimə, bərkimə, kapillyarlıq, radioaktivlik və sair coğrafi 
hadisələri izah etmək üçün vacib məsələlərdir. 
Elmə çoxdan məlumdur ki, dəniz və okean sularının səth qatı 
oksigenlə daha çox zəngin olur. Bunun əsas səbəbi periodik olaraq 
əsən küləklərin təsirilə suy və havanın bir-birinə qarışmasıdır. 
Bəs Barents dənizinin dərin sularında oksigenin bol olmasına 
səbəb nədir? Nə üçün burada balıq başqa yerlərdəkindən daha çox 
olur? Fiziki biliklərdən istifadə etməklə bu suallara düzgün cavab 
tapmaq olar. 
 
  
 
 

__________________Milli Kitabxana__________________ 
71 
 
Atlantik okeanından Barents dənizinə tökülən su konveksiya yolu 
ilə Barents sularını qızdırır və enerjinin saxlanması qanununa görə özü 
soyuyur. Soyuma prosesi sıxlığın ən böyük qiymətə çatmasına qədər 
davam etdiyindən Arximed qanununa görə Barents dənizinin dibinə 
enən atlantik sular özlərində  həll olan zəngin oksigen ehtiyatını da 
oraya aparır. Beləliklə buradakı planktonların inkişafı üçün əlverişln 
şərait yaranır və həmin planktonlarla qidalanan balıqların sayı sürətlə 
artır, buna görə də Barents dənizində balıq həmişə bol olur. 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin