P. paşayev təBİƏt elmləRİNİN ƏlaqəLİ ÖYRƏNİLMƏSİ


§ 4. TƏBİƏT ELMLƏRİNİN ƏSASLARINI ƏLAQƏLİ



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix18.01.2017
ölçüsü0,92 Mb.
#5823
1   2   3   4   5   6   7   8
§ 4. TƏBİƏT ELMLƏRİNİN ƏSASLARINI ƏLAQƏLİ 
ÖYRƏTMƏYİN PSİXOLOJİ ƏHƏMİYYƏTİ 
 
Hər bir fənn müəyyən sistemlə öyrədilir. Dərslikdə materialın 
düzülüşündə  də müəyyən sistem olur. Buna baxmayaraq, tədris 
prosesində çox zaman bu və ya başqa bir çatışmazlıq hiss olunur. 
Bəzən  şagirdlərin yaxın fəndən hazırlıq səviyyəsi aşağı olduğundan 
başqa fənn üzrə mövzu öyrədilərkən şagirdlərin biliyində səthilik hiss 
olunur. Bu mövzunun yerini çox vaxt dəyişmək də mümkün olmur, 
çünki didaktikanın əsas prinsiplərindəi biri olan «məlumdan məchula» 
. qaydası pozulur. Məsələn, kimyadan «kovalent əlaqə», fizikadan 
«vektorların toplanması və ayrılması» dərslikdə lap əvvəllərdə verilir, 
ona görə də səthi öyrədilir. Lakin buna ayrı imkan da yoxdur. Çünki 
bu məsələlər ona görə kursa lap əvvəldə daxil edilir ki, onların 
əsasında bütün qalan mövzuların öyrədilməsi mümkün olsun. Belə 
çətinliklər başqa fənlərdə  də var. Materialın bütün fənlər üçün eyni 
dərəcədə  əlverişli hər düzülüşünü  tərtib etmək mümkün olmur. Ona 
görə  də  hər bir fəndə  səthi öyrədilən, zəif mənimsənilən yerlərin 
olması zəruri xarakter daşıyır. 
Fənlərarası  əlaqənin həyata keçirilməsi yaxşı  təşkil ednldikdə bu 
nöqsanları kursun sonuna qədər  

__________________Milli Kitabxana__________________ 
17 
 
aradan qaldırmaq mümkün olur. Bunun    üçün    hər    bir fənn 
müəllimi, yaxın fənnlərdən səthi öyrədilmiş yerlərə çatdıqda 
şagirdlərin biliklərindəki kəsir   cəhətləri yox etməyə çalışmalıdır. 
Məsələn,    kovalent əlaqə ilə  şagirdlər kimya dərslərində tanış    
olarkən, onların bu mövzunu yaxşı  dərk etməsi üçün fiziki bilikləri 
çatmır. Çünki fizikada    atom   və molekulların elektromaqnit xassəsi   
haqqında        məlumatı  şagirdlər kovalent əlaqə mövzusunu keçəndən 
çox sonra alırlar. Lakin fizikadan «Dünyanın müasir elmi mənzərəsi» 
adlı ümumiləşdirici dərsdə  şagirdlərin fiziki və kimyəvi bilikləri 
əsasında bütün kimyəvi  əlaqə növləri haqqında məlumat verildikdə    
onlar kovalent əlaqəni çox yaxşı başa düşür. Bunun kimi də fizikadan 
çox səthi öyrədilən «Vektorların toplanması  və ayrılması» mövzusu, 
riyaziyyatdan, çoxbucaqlı üçbucaqların həllini keçərkən dərinləşdirilə 
və möhkəmləndirilə bilər. Bu   zaman heç bir    vaxt itkisinə də yol 
verilməz. 
Beləliklə, müxtəlif fənlərin ayrı-ayrı mövzuları, qeyd etdiyimiz 
səbəblərə görə yaxşı  mənimsənilmədikdə, fənlərarası  əlaqədən 
müvəffəqiyyətlə istifadə olunarsa, bu nöqsanlar asanlıqla aradan 
qaldırılar. Başqa sözlə desək, burada fənlərarası  əlaqə, mühüm bir 
psixoloji funksiyanı,  şagirdlərin öyrəndikləri materialı yaxşı başa 
düşməsini təmin edir. 
Fənlərarası əlaqə öyrənilən materialın yadda qalması kimi mühüm 
bir psixoloji funksiyanın da yerinə - yetirilməsində böyük rol oynayır. 
Fənlərarası  əlaqənin öyrədilən materialın  şagirdlərin yadında 
qalmasına göstərdiyi təsir, bu əlaqə vasitəsilə qonşu fənlərin ayrı-ayrı 
faktlarının ümumiləşdirilməsinin nəticəsidir. Orta məktəbdə öyrədilən 
təbiət elmlərində  şagirdlər, başlıca olaraq, materiyanın quruluşu və 
onun müxtəlif hərəkət formalarını  əhatə edən məsələləri öyrənirlər. 
Ona görə  də  şagirdlər bütün tədris müddətində müxtəlif fənlərə aid 
dərslərdə  dəfələrlə eyni hadisələr və ya qanunlarla rastlaşırlar. 
Verilmiş hadisə haqqında onlar öz biliklərini genişləndirərək, hər dəfə 
bu hadisənin yeni bir əlamətini öyrənirlər. Beləliklə, bu hadisə 
dəfələrlə yaddaşda təkrar olunur, əvvəllər  əmələ  gələn assosiasiyalar 
möhkəmlənir və onun yeni əlamətlərinin məlum ol- 
  

__________________Milli Kitabxana__________________ 
18 
 
ması ilə  əlaqədar olarəq  ən yeni assosiasiyalar yaranır. Müəyyən bir 
hadisəni  şagirdlərə öyrədərkən, onun əsas  əlamətlərini yadda 
saxlamağı onlardan tələb etmək və bunun başqa fənlərdə öyrədilən 
digər məsələlərdə lazım olacağını bildirmək lazımdır. Müəllim bu 
yolla  şagirdləri həmin hadisə haqqında başqa fənlərdən daha geniş 
məlumat almaq üçün hazırlayın və şagirdlər, indi aldıqları məlumatın 
tam olmadığını da yaxşı hiss edirlər. Bu da şagirdləri hadisənin yeni 
əlamətlərini öyrənməyə yönəldir və uzunmüddətli yaddaşın 
formalaşmasına səbəb olur. 
Elmi-texniki tərəqqinin tələblərinə  zəhmətkeşlərin mədəni-texniki 
və  təhsil səviyyəsinin durmadan artırılması  məsələlərnnə, ixtisaslı 
fəhlə  və mütəxəssis   kadrların hazırlığını yaxşılaşdırmağa uyğun 
olaraq xalq təhsili sisteminin sonrakı inkişafını  həyata keçirmək, 
ümumi orta təhsili inkişaf etdirmək        və  təkmilləşdirmək» lazımdır. 
Bu məsələnin müvəffəqiyyətlə  həll edilməsində yeni təlim 
metodlarından fəal istifadə edilməsi,  şagirdlərin təfəkkürünün 
xarakterinə təsir etməklə onlarda yeni düşünmə formaları yaradılması, 
onlarda bilik almağa ehtiyac hissi   tərbiyələndirilməsi əsas yer tutur. 
Şagirdlər öyrəndikləri qanunlara istinad edərək rast gəldikləri 
təbiət hadisələrini izah etməyi bacarırlarsa, köhnə bilikləri yeni 
şəraitdə  və yeni məqsədlər üçün tətbiq edə bilirlərsə, onlar özlərinə 
gələcəkdə peşə seçməkdə  də  səhvə yol vermirlər, sevdikləri sahədə 
işlədikdə nəinki yorulmur, hətta sanki istirahət edir və zövq alırlar. 
Şagirdlərin tədris prosesində fəallığı, onların öyrənmək arzusunun 
getdikcə artması da bununla əlaqədardır. Indiki dövrdə deklarativ 
çağırış, umumi sözlərlə ifadə edilən nəsihətlər təsirsiz olur və 
şagirdlərdə heç bir maraq yaratmır. Bunu bir neçə misalla konkret 
şəkildə göstərək. Tutaq ki, müəllim fizikadan şagirdlərə öyrətdiklərini 
təbiəti mühafizə etmək məsələlərilə  əlaqələndirmək və keçdiyi 
materialla əlaqədar olaraq müəyyən tərbiyəvi nəticə çıxarmaq istəyir. 
Burada, «Təbiəti qorumaq hər bir vətənda- 
 
  

__________________Milli Kitabxana__________________ 
19 
 
şın müqəddəs borcudur» kimi ifadə hər dərsdə təkrar olunsa belə heç 
bir iəticə verməyəcəkdir. Lakin fizika müəllimi öz mövzularını 
asanlıqla    bu problemlə əlaqələndirərək şagirdlərin diqqətini həmin 
məsələyə    cəlb edə bilər.  Əgər o, Arximed qanununu öyrədirsə, yeri 
gəldikcə qeyd edər ki, ördəklərin və bir sıra başqa qazların suda 
üzməsi Arximed qanununa əsaslanır. 
Onların orqanizminin istehsal etdiyi    xüsusi    yağlı maddə 
lələklərini   suda islanmağa      qoymur.      Nəticədə yumşaq tüklər 
arasında qalan hava qabarcıqları    heeabına Arximed itələmə qüvvəsi 
artır və ona görə      də onlar üzərkən batmır. Bu izahatdan sonra 
müəllim 
ədəbiyyatda dəfələrlə qeyd edilən bir faktı,   
kapitalistölkələrində ördəklərin kütləvi  şəkildə suda boğulduğunu 
onların nəzərinə çatdırır və qeyd edir ki, bunun səbəbi, sənaye 
tullantıları  şəklində suya qarışan yuyucu maddədir. Onlar ördəyin 
lələyindəki yağı təmizlədiyindən o asanlıqla islanır. Orada olan hava 
qabarcıqları  kənara çıxır. Arximed itələmə qüvvəsi   azalır və ördək 
bataraq suda boğulur.   Birləşmiş qablar qanununu öyrədərkən 
şagirdlərin nəzərinə  çətdırmaq olar ki, yer altında gözə görünməyən 
birləşmiş qablar onlarla kilometr məsafələrdə yaranır. Ona görə  də 
bataqlığı qurutduqda, hər  şeydən  əvvəl, ona yaxın olan meşələr və 
quşüzümü plantasiyaları  tələf olur. Bu nöqteyi-nəzərdən bəzi 
bataqlıqları qurutmaq iqtisadi cəhətdən  əlverişli deyil. Hazırda bizim 
ölkədə 100-ə  qədar bataqlıq dövlət tərəfindəi qorunur və bunların 
qorunması iqlimin da əlverişli olmasında böyük rol oynayır. 
Enerjinin saxlanması  və çevrilməsi qanununu öyrətdikdə fizika 
müəlliminin təbiəti mühafizə mövzusunda söhbət aparması üçün daha 
çox imkanı var. Burada, hər şeydən əvvəl, oksigensiz enerji verən su 
və atom elektrik stansiyalarının indiki dövrdə daha əlverişli 
olmasından söhbət açmaq olar. İstilik elektrik stansiyaları havanı 
zəhərləməklə yanaşı, onun tərkibindəki oksigenin miqdarını da 
azaldır. Tökülən suyun enerjisindən və  zəncirvari nüvə 
reaksiyalarından istifadə etdikdə isə bütük canlı orqanizmlərin həya- 
 
  

__________________Milli Kitabxana__________________ 
20 
 
tı üçün zəruri olan buqiymətli qaza-oksigenə ehtiyac olmur. Məhz bu 
səbəbə görə, onuncu beşillikdə ölkəmizin enerji tələbatının 40%-ni su 
və atom elektrik stansiyaları ödəyəcəkdir. 
Xalq təsərrüfatının bütün sahələrini elmi-texniki inqilabın baş 
verdiyi indiki dövrdə enerjiyə olan tələbat misli görülməmiş bir 
sürətlə artır. Planetimizin əsas enerji ehtiyatını özündə toplayan təbii 
sərvətlər isə getdikcə azalır. Bunu bir sıra   kapitalist ölkələrində   baş 
verən   enerji böhranı   təsdiq edir. Hazırda bir çox ölkələrdə mal-qara 
peyinindən, kəpəkdən, dəniz yosunlarından, sənaye və kənd təsərrüfatı 
tullantılarından və sairədən enerji almaq məqsədilə sənaye miqyasında 
işləyən    qurğular    yaratmaq iqtisadi cəhətdən əlverişli hesab edilir. 
1976-cı ildə Vaşinqtonda çağırılmış beynəlxalq konfransda quruda və 
suda yeni enerji   «məhsulları»   yetişdirmək ətraf mühiti çirkləndirən 
tullantılardan enerji verən xammal kimi istifadə etmək və bu məqsədlə 
tərtib ediliiş layihələr geniş müzakirə edilmişdir. Mütəxəssislərin 
fikrincə, hazırda ABŞ-ın   təbii   qazdan  istifadə etməklə aldığı 
enerjini, 56 mln. hektar okean fermasında yetişdirilmiş  dəniz 
yosunlarının köməyilə almaq olar. Bir   sıra   sənaye   müəssisəlirində 
əmələ  gələn çirkli sulardan metan   və   etilen   almaq mümkündür. 
Maraqlıdır ki, həmin qazları mal peyinindən da almaq olur və bu 
qazların çıxması- onun bir gübrə maddəsi kimi keyfiyyətini dəyişmir.   
Insan   və heyvan qalıqlarında?! enerji    alan    qurğular        Çində-
Hindistanda və bir sıra başqa ölkələrdə çox illərdən bəridir 
müvəffəqiyyətlə  işləyir, lakin bu qurğuların kiçik olması onların    
iqtisadi    əhəmiyyətini    xeyli azaldır. Böyük qurğular ancaq böyük 
şəhərlərdə toplanan zibilləri emal etmək üçün tətbiq   edilə bilər   və 
iqtisadi cəhətdən  əlverişli olar. Çünki əks halda zibilin daşınması  və 
bir yerdə      mərkəzləşdirilməsinə  çəkilən xərc ondan alınan  enerjinin    
maya        dəyərini qaldırır. Energetikanın bioloji mənbələrindən   
müvəffəqiyyətlə istifadə edilməsi  ətraf mühitin   çirklənməsilə 
mübarizədə də böyük rol oynayır. 
Öyrədilən materialı elmin muasir inkişafı  ənənələri ilə, günün 
tələbləri ilə, onun öyrənilməsinin zəruri olduğunu sübut edən faktlarla 
bağladıqda şa- 
 
 

__________________Milli Kitabxana__________________ 
21 
 
gird daha fəal olur, yorulmur, öz biliklərini daha da zənginləşdirməyə 
çalışır.  Şagirdin biliyi nə  qədər tez yoxlanılsa   və qiymətləndirilsə 
onun öyrənməyə göstərdiyi səy də bir o qədər çox olar. Müəllimin öz 
şərhində göstərdiyi həyəcan hissi, emosionallıq, fənnə  təbiət 
hadisələrinə münasibət də  dərsə olan marağın artmasında xüsusi 
mövqe tutur. 
Müxtəlif canlı orqanizmlərin fizika qanunlarına  müvafiq    
hərəkətləri, onların həyat və  fəaliyyəti, təmin edən fiziki hadisələrin 
gedişi tədris   prosesində mövzu ilə  əlaqədar  şəkildə açıldıqda həm 
dərsin yaxşı mənimsənilməsinə, həm də yadda   qalmasına səbəb olur. 
Bioloji  ədəbiyyatda çoxdan məlumdur ki, Afrikanın isti 
səhralarında yaşayan xırda gəmiricilər susuz keçinə bilir. Onların 
qidası da, adətən, tərkibində suyu yox dərəcəsində olan maddələrdir. 
Bəs bərk istinin təsiri ilə onların bədənində gedən buxarlanma prosesi 
nə üçün onları məhv etmir? 
Fizikadan məlumdur ki, buxarlanma gedən yerdə  həmişə soyuma 
əmələ  gəlir. Ona görə  də  hər bir orqanizm istiyə tab gətirmək üçün 
mütləq tərləməli və  bədənində olan suyun bir hissəsini buxarlanma 
yolu ilə itirməlidir. Lakin bu gəmiricilərdə heç tər vəziləri də yoxdur. 
Onlar su itirməmək üçün bərk isti vaxtları öz yuvalarında keçirir, 
keçələr isə, hava soyuduqda fəaliyyətə başlayır. Buxarlanma ilə 
itirdikləri suyu isə orqanizmdə baş verən oksidləşmə prosesləri 
nəticəsində  əldə edir. Beləliklə, onların su balansı başqa  ərazilərdə 
yaşayan canlılardan heç nə ilə fərqlənmir, yəni itirdikləri qədər də su 
qazanır. Bu cəhətdən dəvənin həyatı daha maraqlıdır. Dəvə  həmişə 
çalışır ki, onun bədəninin temperaturu ətraf mühitin temperaturundan 
yüksək olsun. Alimlərin fikrincə  Dəvə  ətraf mühitə  nəzərən öz 
temperaturunu 7 dər.-yə qədər qaldıra bilir. Buna görə də buxarlanma 
yolu ilə su itirmir, istilikkeçirmə yolu ilə enerjisinin bir qismini ətrafa 
verir. Gecələr hava soyuduqda o yenə buxarlanma yolu ilə su itirmir, 
artıq enerjisini istiikkeçirmə və şüalanma ilə ətrafa verir. Bu üsuldan 
Afrikada yaşayan bəzi vəhşi itlər də istifadə edir. Onlar öz ovlarını 
bərk qaçmaqla yox, istiyə tab gətirə bilmək qabiliyyətlərinə görə  ələ 
keçirə bilir. Ken- 
 
  

__________________Milli Kitabxana__________________ 
22 
 
quru siçovulunun burun boşluğunda baş verən istilk mübadiləsində də 
ancaq istilikkeçirmə prosesi iştirak edir, ona görə  də bu siçovullar 
bədənlərini soyutmaqla bərabər, buxarlanmanın qarşısını ala 
bildiklərindən su itirmir. Çəkisi 25 kiloqrama qədər   olan nandu quşu 
da qaçış zamanı öz bədəninin temperaturunun artırmasına baxmayaraq 
çox az su itirir. Ətraf mühitin temperaturu 43°S olduqda nandu 20 dəq    
ərzində qaçmaqla öz temperaturunu 2,6°S qədər qaldırır. Beləliklə, 
onun bədəninin temperaturu ətraf   mühitinkindən bir qədər yuxarı 
olduğundan istilik   miqdarının bir qismini istilikkeçirmə və şüalanma 
yolu ilə itirir, buxarlanma ilə  səpələnən istilik miqdarı isə bu hesaba 
azalır. Quş istirahət etdikdə onun temperatüru ətraf mühitinkindən bir 
az aşağı olur. Ona   görə  də  ətrafdan istilikkeçirmə yolu ilə quşun 
bədəninə müəyyən miqdar istilik enerjisi daxil olur. Quş həmin əlavə 
istiliyi metabolik istiliklə birlikdə   buxarlanma yolu ilə ətrafa səpir. 
Tərləməklə istilik itirən heyvanlarda bədənin səthindəki 
temperatur daxili hissələrə nisbətən   aşağı olur. Bu isə ətraf mühitdən 
istilik axını üçün şərait yaradır, sərf edilən suyun miqdarını      artırır. 
Tükü seyrək və tamam tüksüz heyvanlar üçün tərləmə yolu ilə istilik 
itkisi zəruri xarakter daşıyır, bu yolla onlar qızmar günəş altında öz 
bədənlərini ifrat dərəcədə qızmaqdan qoruya bilir. 
Canlı orqanizmlərin öz həyat və fəaliyyətlərini, fizika qanunlarına 
uyğunlaşdırmasına aid sonsuz sayda faktlar göstərmək olar. Ayrı-ayrı 
mövzuların bu cür faktlar əsasında, həyat prosesləri ilə 
əlaqələndirilməsi dərsin keyfiyyətini yüksəltməklə yanaşı, təbiət 
fənləri arasında sıx əlaqə olduğunu nümayiş etdirir, şagirdlərdə təbiət 
hadisələri haqqında daha tam təsəvvür yaradır, onların təlim prosesinə 
marağını 1 tədricən artırır. Belə  dərs darıxdırıcı olmur. Şagird aldığı 
biliklərin zəruriliyini, bu biliklərin tətbiq olunma imkanlarını bilir. 
Biz, tam olmasa da, marağın bir sıra  ən etibarlı mexanizmlərini 
nəzərdən keçirdik. Bu mexanizmlərdən səmərəli istifadə  şagirdləri 
bilik və bacarıqlarının inkişafına və  təkmilləşdirilməsinə böyük təsir 
göstərir. 
  
 
 
5. FƏNLƏRİN ƏLAQƏLİ TƏDRİSİNİN 

__________________Milli Kitabxana__________________ 
23 
 
ŞAGİRDLƏRİN DÜNYAGÖRÜŞÜNÜN 
FORMALAŞMASINDA ƏHƏMİYYƏTİ 
 
Şakirdlərdə  dünyagörüşün formalaşması oxuduqları  məktəbdə 
deyil, ailədə,    ictimai- yerlərdə radio və televiziya verilişlərilə    və s.   
valsitəsilə yaranır. Lakin bunların içərisində əsas   yeri məktəb tutur. 
Şagirdlər hələ lap kiçik yaşlarından öyrəndikləri fənlərlə  əlaqədar 
olaraq   dialektika ilə tanış olurlar. 
Dünyanın maddiliyi, təbiət hadisələrinin qarşılıqlı əlaqəsi, onların 
dərk oluna bilməsi kimi ilk anlayışlar hələ 1—VIII siniflərdə verilir. 
Yuxarı siniflərdə isə  təbiət elmlərindən  şagirdlərin aldıqları biliklər 
əsasında, təbiət və onun inkişaf qanunları haqqında  dünyagörüşünün 
bünövrəsi qoyulur. 
Ümumiyyətlə, məktəb kursu fənlərinin quruluşu və  məzmunu 
prinsipcə dialektik və tarixi materializm qanunlarına uyğun gəlir. 
Şagirdlərdə təbiət və cəmiyyət hadisələrinə materialist baxış yaratmaq 
üçük bu fənlərdə  zəngin material vardır. Buna baxmayaraq tədris 
kitablarında, çox vaxt nəzərdən keçirilən təbiət və  cəmiyyət 
hadisələrinin fəlsəfi mənası haqqında heç nə deyilmir. Bu vəzifə 
müəllimin üzərinə düşür və  hər dəfə  fəlsəfi məsələnin verilməsi 
dərinliyi, müəllimin hazırlığından, şagirdlərin səviyyəsindən və s. asılı 
olur. 
Çətinlik törədən məsələlərdən biri də müxtəlif fənlərdə şagirdlərin 
dialektik-materialist dünyagörüşünü inkişaf etdirmək üçün lazım olan 
məsələlərin eyni vəziyyətdə olmamasıdır. Bunlar arasında tam   alaqə   
hiss   olunmur. Dərketmənin dialektik metodu, bütün hadisələri bir-
birilə qarşılıqlı əlaqədə və vəhdətdə götürməyi   tələb edir. Bunu əsas 
tutaraq, fənlər üzrə        tədrisi    elə qurmaq lazımdır ki, şagirdlərin 
müxtəlif elmlərdə obyektiv aləm haqqında öyrəndikləri biliklər bir-
birilə qarşılıqlı əlaqədə və vəhdətdə olsun. Bu məsələ ancaq o zaman 
düzgün həll edilir ki, orta məktəbdə tə- 
 

__________________Milli Kitabxana__________________ 
24 
 
biət fənlərinin tədrisində, fənlərarası  əlaqə    sistematik olaraq və 
mütəşəkkil surətdə    həyata    keçirilə bilsin. 
VI və VII siniflərdə fizika və VII sinifdə        kimya  dərslərində, 
şagirdlər  əvvəllər  təbiətşünaslıq,botanika, zoologiya və coğrafiya 
dərslərində aldıqları biliklər  əsasında dünyanın    maddiliyi, 
 
 
 
materiyanın quruluşu haqqındakı  təsəvvürlərini daha da inkişaf 
etdirirlər. Məsələn, fizikadan    maddənin   quruluşu kütlə anlayışı, 
istilik və iş, atomun quruluşu, elektromaqnit hadisələri; kimyadan: ilk 
kimyəvi anlayışlar, oksigen, su, yanma, əsaslar, məhlullar kimi 
mövzular buna kömək edir. Həmin mövzular materiyanın bir sıra 
xassələrini göstərməyə imkan verir.  Şagirdlər «Maddənin quruluşu 
haqqında ilk təsəvvürlər» mövzusunu öyrəndikdə müxtəlif maddələrin 
atom və molekullardan təşkil edilməsi və fasiləsiz davam edən 
molekulyar hərəkətlə tanış olurlar. Maddənin   quruluşu haqqında 
elmin inkişaf tarixi, materiyanın tədqiqat! metodlarının getdikcə 
təkmilləşdiyini və onun dərc oluna bildiyini göstərmək üçün əyani bir 
misaldır. 
Təbiətə materialist baxışın inkişaf etdirilməsində, fizika fənnində 
öyrədiləi enerjinin saxlanması  və çevrilməsi qanunu, kütlənin 
saxlanması qanununun isbat edilməsi böyük rol oynayır. Bu məsələlər
makro və mikrocisimlərin hərəkətinin saxlanmasının materiyanın və 
onun hərəkətinin yox edilə bilməməsini izah edir. 
Şagirdlər atomun quruluşu və elektromaqnit hadisələrini 
öyrəndikdə, maddi aləmin, bizim hiss orqanlarımızın fəaliyyətini 
genişləndirən cihazların    və başqa vasitələrin köməyilə  dərk edilə   
bildiyinə inanır və nəticədə onların maddi aləm haqqındakı materialist 
təsəvvürləri genişlənir.  Şagirdlərdə materialist dünyagörüşünün 
yaranmasının birinci mərhələsində öyrənilən obyektlərin təkcə 
maddiliyi   deyil, onların obyektiv reallıq kimi mövcud olması, bu 
hadisələrin qarşılıqlı  əlaqəsi, keyfiyyət xassələrinin tərkibdəki 
miqdardan asılılığı, bu və ya başqa hadisənin yaranma səbəbləri və 
digər dialektik   qanunauyğunluqları təsdiq edən çoxlu təcrübi   faktlar   
toplanır. Bu mərhələdə, fizika, kimya, biologiya və başqa fənlər 
arasındakı   əlaqənin   inkişaf   etdirilməsi,  
  

__________________Milli Kitabxana__________________ 
25 
 
məlum anlayışların möhkəmləndirilməsi və yenilərinin verilməsilə 
aparılır ki, bu da şagirdlərdə   tədricən  dünyagörüşün genişlənməsinə 
səbəb olur. 
Həmin fənn müəllimlərinin başlıca vəzifəsi  şagirdləri,  dialektika    
qanunlarını        əzbərləməyə        yox,  aləmin dialektik metodla tədqiq 
edilməsino onları alışdırmaqdır. 
Dünyanın maddiliyini və tamlığını      şagirdlərdə  aşılamaq və bu 
anlayışları onlarda inkişaf etdirmək üçün nümunə olaraq, fizika və 
kimyanın hansı mövzularından istifadə etməyin mümkün olduğunu    
göstərək.  
Hər iki kursda öyrədilən təbiət hadisələri, proseslər və çevrilmələr, 
onların inkişaf qanunları əsasında dialektik metodla sıx bağlı  şəkildə 
aparılır, bu isə  şagirdlərdə materiya və onun formaları haqqında 
anlayışların formalaşmasına səbəb olur. Məsələn, materiyanın 
quruluşu haqqında əsas məlumatı şakirdlər fizikadan qazların kinetik 
nəzəriyyəsinin  əsaslarını, maye və  bərk cisimlərin xassələrini, 
şüalanma və spektrləri, nüvə enerjisini və s, kimyadan isə D.İ. 
Mendeleyevə görə elementlərin dövri sistemini, maddənin quruluşunu 
və s. öyrəndikdə alırlar. 
(Materiyanın xassələrinin öyrənilməsi dərinliyini tədricən artırmaq 
üçün yaxın fənn müəllimləri   arasında funksiya bölgüsü aparmaq və 
buna həmişə riayət etmək  şagirdlərdə  dialektik-materialist 
 
 
dünyagörüşünun formalaşmasında mühüm rol oynayır. VIII sinifdə   
mexanika  dərslərində      şagirdlərin topladığı biliklər  əsasında 
materiyanın    tərifi, hərəkətsiz materiya və materiyasız hərəkət   
olmadığı göstərilir. Materiyanın  quruluşu    haqqında anlayış VIII 
sinifdə kimya dərslərində «maddənin quruluşu», «D.İ.Mendeleyevə 
görə elementlərin dövri sistemi» kimi mövzular öyrədilərkən inkişaf 
etdirilir. Burada dünyagörüşünün yaranması  cəhətdən  ən vacib 
mövzular elementlərin xassələrinin elektron qurşlarının 
periodikliyindən asılı olması, kimyəvi  əlaqə növləri və maddənin 
quruluşu (atom, ion, moekulyar kristal qəfəsləri), atom nüvələrinin 
tərkibi, izotoplar, süni kimyəvi elementlər mövzularıdır. Elmi 
dünyagörüşünün yaranmasında perio- 
 

__________________Milli Kitabxana__________________ 
26 
 
dik sistemin izahedici rolundan burada səmərəli istifadə etmək xüsusi 
əhəmiyyət kəsb edir. 
IX sinifdə      şagirdlər    materiyanın   quruluşunun mürəkkəbliyi 
haqqında yeni məlumat alırlar. Fizikadan qaz, maye, bərk cisimlərin 
kinetik    nəzəriyyəsi  əsas müddəalarını, kimyadan isə elektrolitik 
dissosiasiya nəzəriyyəsini keçdikdə onlar, hərəkət edən molekulların 
sürətinin, kütləsinin və ölçülərinin təyiniüsulları ilə tanış olurlar. 
Materiyanın quruluşu və onun təzahür formalarını göstərdikdə, 
elektrik sahəsi, maqnit sahəsi, elektromaqnit rəqsləri və dalğaları, işıq 
dalğaları mövzularının tədrisi böyük   rol oynayır. Bu mövzuların 
öyrədilməsilə yanaşı sahənin, maddi olması anlayışı  şagirdlərdə 
formalaşır.  
Elektromaqnit sahəsinin maddi olması bir sırə  nəzəri və 
eksperimental    işlərlə   təsdiq   edilmişdir 
Ç.K.Maksvel, A.Q.Stoletov, P.N.Lebedev, A.S.Popov, S.İ. 
Vavilov və başqa alimlərin işləri  dünyagörüşün yaranmasında böyük    
rol    oynamışdır. Bu haqda şagirdlərdə geniş  təsəvvür yaratmaqda 
«Maddə və sahə» mömzusunda şagird   konfransının keçirilməsi yaxşı 
nəticə verə bilər.   Atomun nüvəsi, «Elementar hissəciklər» 
mövzularını öyrəndikdə  şagirdlər materiyanın daha da dərinliklərinə 
daxil olurlar. Fizikanın bu mövzuları ilə yanaşı  şagirdlər kimyadan, 
«Üzvi birləşmələrin quruluş    nəzəriyyəsi», «Qeyri-üzvi    maddələrin    
sintezindən    üzvi maddələrin alınması» kimi mövzuları öyrənirlər. 
Yaxın fənlərdə öyrənilən bu məsələlər bir tərəfdən maddi aləmin 
dərkedilməsi, onun tükənməzliyini, digər tərəfdən, canlı va cansız 
təbiətin maddi birliyini, təbiəti çevirməkdə onu dərk   etməyin   rolunu   
göstərir. 
«Elementar hissəciklər» mövzusunda  elektron-pozitron cütünün 
iki fotona və  əksinə çevrilməsinə xüsusi diqqət verilir, çünki burada 
maddə və sahənin çevrilməsi qabarıq şəkildə özünü göstərir.    Kütlə  
anlayışından istifadə edərək materiya bizim şüurumuzdan,  
duyğularımızdan    asılı   olmayaraq ayrılıqda məvcud olan obyektiv 
reallıqdır. 
Fənlərarası  əlaqə, dialektikanın bütün anlayış, qanun və 
kateqoriyalarının formalaşmasına da kömək edir. 
 

__________________Milli Kitabxana__________________ 
27 
 
Dialektikanın bütün qanun    və    kateqoriyalarını  şagirdlərin 
əzbərləməsi vacib deyil. Lakin bunların məzmununun yaxşı  dərk 
edilməsi        zəruridir.    Şagird bilməldir ki, hər bir inkişafda köhnə 
ölür,  əvəzində başqa xassə  və keyfiyyətlərə malik olan yenisi əmələ 
gəlir.   Bu zaman köhnədə olan bütün müsbət,    qiymətli, qabaqcıl nə 
varsa hamısı saxlanılır. 
Dialektika qanunları ümumi    olduğundan    hər bir elmdə bu 
qanunların doğruluğunu sübut etmək üçün kifayət qədər faktik 
material vardır. Ona görə də buda başqa fəndən istifadə etməyə heç bir 
ehtiyac yoxdur. Əksər    mövzuların    öyrədilməsində        şagirdləri 
dialektikanın bütün qanunları  və kateqoriyaları    ilə tanış etmək olar. 
Lakin buna baxmayaraq, yenə  də  fənlərarası  əlaqədən istifadə etmək 
lazım gəlir. Bu halda fənlərarası  əlaqə başqa bir istiqamətdə inkişaf 
etdirilir.    Şagirdləri        inandırırıq    ki, dialektik materializmin 
qanunları ümumidir, bütün    təbiət    və cəmiyyət hadisələrinə aiddir. 
Burada aşağıdakı məsələlərə xüsusi fikir vermək lazımdır: 
1)  fizika, kimya, biologiya, coğrafiya və s. elmlərin öyrəndiyi 
qanunlar xüsusi halları  səciyyələndirir və  təbiətin və ya cəmiyyətin 
ancaq    müəyyən    bir qisim hadisələri arasındakı qarşılıqlı əlaqəni 
əhatə edir. 
Bu qanunlar eyni zamanda daha ümumi olan   dialektika 
qanunlarına tabedir. Məsələn, muəyyən edilmiş yarımparçalanma 
periodu, ancaq verilmiş radioaktiv    elementə, daha doğrusu, onun   
da   bir   izomerinə   aiddir. 
D.İ.Mendeleyevin   dövri sistemi   isə buna nisbətən daha umumi 
qanundur. Çünki bütün elementlərə aiddir 
Nyutonun ümuidünya cazibə qanunu   isə Mendeleyev qanunundan da 
genişdir, çünki bütün təbiət cisimlərinə aiddir. Lakin dialektikanın 
«Əksliklərin mübarizəsi və  vəhdəti» qanunu Nyutonun ümumdünya cazibə 
qanunundan da genişdir, çünki bu qanun cəmiyyətə də aiddir; 
2) yaxın fənlərin tədrisi zamanı dialektika    qanunları  və 
kateqoriyalarının doğruluğu    isbat    edildikdə onların ümumiliyi haqqındakı 
təsəvvür  şagirdlərdə formalaşır, onlar yeganə düzgün metod olan dilektik 
tədqiqat metoduna alışırlar;  
3)  Dialektika qanunları ümumi olduğundan    canlı cansız təbiətə aiddir. 
Ona görə də təbiət elmlərilə 
 

__________________Milli Kitabxana__________________ 
28 
 
  
humanitar elmlər arasındakı  əlaqəni öyrənmək də xüsusi əhəmiyyət 
kəsb edir. Məktəbin    bütün   kollektivinin işinin effektliliyi, onların 
dialektik    qanunauyğunluqları nümayiş etdirmək üçün ən səciyyəvi 
olan mövzuları vaxtında   və düzgün    müəyyən    etmələrindən 
asılıdır. 
Şagirdlərdə elmi dünyagörüşünün tərbiyələndirilməsi məsələsi 
pedaqoji  şuralarda vaxtaşırı müzakirə edilir. Bütün fənn müəllimləri 
həmin müzakirələrdə öz fənlərilə əlaqədar olaraq dialektika qanunları 
üzrə  şagirdlərin təfəkkürünü inkişaf etdirməyə xidmət edən 
koordinasiya işi aparmağa cəlb edilərsə, həmin məsələ də arzu edilən 
istiqamətdə öz həllini tapar. Bu işin həyata keçirilməsində  təbiət 
elmlərinin daha çox imkanları olduğunu bir neçə misalla göstərək. 
1.  Əksliklərin mübarizəsi və  vəhdəti.  Şagirdləri həmin qanunla 
tanış etməzdən  əvvəl fizika və başqa fənlərdən çoxlu misallar 
göstərmək lazımdır. Məsələn, cəzb olunma-itələmə, hissəcik-
aktihissəcik və s. kimi anlayışlara fizikadan ümumdünya cazibə 
qanununu, Kulon qanununu, nüvədəki nuklonların qarşılıqlı  təsirini, 
elektron-pozitron, neytron-antineytron, proton-antiproton, kimyadan 
ion və kovalent əlaqə, müxtəlif işarəli ionların birləşmə yeni maddə 
əmələ  gətirməsi faktlarını keçərkən toxunmaq olar. Burada xüsusilə 
qeyd etmək lazımdır ki, elektron və pozitron kimi iki hissəcik 
birləşdikdə iki qamma kvantı alınır, yəni materiya yox olmur, bir 
şəkildən başqa  şəklə keçir. Bunun kimi də iki müxtəlif işarəli ion 
birləşdikdə hər iki ionun xassələrindən tamamilə fərqli xassələri olan 
yeni maddə əmələ gəlir. Qeyd etmək lazımdır ki, aralarında ziddiyyət 
olmasına baxmayaraq bunların biri o biri olmadan yaşaya bilməz. 
Əksliklər mübarizəsi hərəkət və inkişaf mənbəyidir. 
2.  Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi
Dialektikanın  əsas qanunu olan kəmiyyət dəyişmələrinin keyfiyyət 
dəyişmələrinə keçməsi qanununu şagirdlərdə formalaşdırmaq üçün, 
fizikadan maddənin bir aqroqat halından başqasına keçməsini, 
radioaktivliyi, atom quruluşunu, zəncirvarı reaksiyaları  və s; 
kimyadan D.İ.Mendeleyevin elementlərin dövri cədvəlini, spirt 
molekulunda hidroksil qrupla 
  

__________________Milli Kitabxana__________________ 
29 
 
rının sayı artdıqca onun xassələrinin dəyişməsini və s. keçərkən ətraflı 
izahat vermək lazımdır. Burada kəmiyyat dəyişmələrinin keyfiyyət 
dəyişmələrinə keçməsiidəki sıçrayışlara xüsusi fikir vermək, belə 
keçidlərin dərin fəlsəfi mənasını, dərketmə prosesində oynadığı rolu 
fizikada radioaktivlik, kimyada yanma prosesi kimi mövzuları 
öyrədərkən göstərmək olur. Təbii radioaktivlik tədricən baş verən 
sıçrayışdır. Çünki elə radioaktiv elementlər var ki, onların 
yarımparçalanma periodu milyon illərə bərabərdir. 
Şagirdlər zəncirvarı reaksiyalarla tanış olduqda görürlər ki, bu ani 
prosesdir. Burada kəmiyyət dəyişmələri sıçrayışlı keçidlə yeni 
keyfiyyət dəyişmələri əmələ gətirir. Şagirdlərə buradaca başa salmaq 
lazımdır ki, sıçrayışlı keçidləri olan bütün prosesləri, məsələn, 
istilik—nüvə reakskyalarını idarə etməyi bacarmaq cəmiyyət üçün çox 
faydalıdır. 
Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsinə 
kimyadan  əi yaxşı misal D. I. Mendeleyevin dövri cədvəlidir. Sadə 
elementlərin xassələri (keyfiyyəti) onların atom çəkisindən asılıdır. 
Müəyyən birləşmədəki atomların sayı (kəmiyyət) onun təbiətini 
(keyfiyyəti) təyin edir. SO və SO
2
, N
2
O və  N
2
O
2
, O
2
  və  O

və s. 
Yuxarıda qeyd etdiyimiz kimi, spirt molekullarında hidroksil 
qruplarının sayı artdıqca spirtip sıxlığı, özlülü, qaynama temperaturu 
və s. dəyişir. Oksidləşmə reaksiyaları ilə  şagirdləri tanış etdikdə 
göstərmək lazımdır ki, müəyyən  şəraitdə yanma prosesi tədricən, 
başqa şəraitdə isə partlayışla gedir. 
Bu qayda ilə başqa fənlərdən də  kəmiyyət dəyişmələrinin 
keyfiyyət dəyişmələrinə keçməsinə aid şagirdlərin başa düşə biləcəyi 
misallar göstərilir, bu qanunun ümumi olduğu onlara izah edilir. 
3.  İnkarı inkar qanunu. Ayrı-ayrı  təbiət fənlərini öyrənərkən 
şagirdlərin diqqəti, təbiət hadisələrinin inkişaf prosesində müşahidə 
edilən köhnə ilə  təzə arasındakı münasibətə  cəlb edilir. Köhnə 
keyfiyyətlərin yenilərilə  əvəz edilməsi,  əvvəlki xassələrin dəyişməsi 
bu qanunun əsas  əlamətləridir. Bu qanunu bilməklə  şagirdlər, nəinki 
inkişaf prosesində köhnə ilə  təzə arasında  əmələ  gələn mürəkkəb 
vəziyyətdən 
 
 

__________________Milli Kitabxana__________________ 
30 
 
çıxmağı öyrənirlər, həm də bu prosesləri idarə etmək xassə  və 
keyfiyyətləri irəlicədən məlum olan yeni proseslər, maddələr almaq 
mümkün olduğunu da dərk edirlər. Elmin inkişaf tarixini öyrəndikdə, 
bu qanunun əsas xüsusiyyəti olan «köhnənin təzə ilə inkar edilməsinə 
baxmayaraq, onun müsbət xassələrinin saxlanması»  şagirdlərə yaxşı 
aydın olur. Məsələn, işığın elektromaqnit nəzəriyyəsini öyrədərkən, 
əvvəlcə  şagirdlər Nyutonun korpuskulyar nəzəriyyəsi ilə tanış edilir. 
Sonra Maksvelin dalğa nəzəriyyəsi, nəhayət Plankın kvant nəzəriyyəsi 
öyrədilir. Kvant nazəriyyəsi işıqda həm dalğa, həm də kvant xassəsi 
olduğunu nəzərə alır. Eyni sözü molekulyar kinetik nəzəriyyə, atomun 
quruluşu haqqındakı nəzəriyyə və s. üçün də demək olar. 
Bu qanuna aid kimyadan da maraqlı misallar göstərmək olar. 
Məsələn, işığın təsiri altında hidrogen və xlor birləşərək xlor turşusu 
əmələ  gətirir, yeni alınan maddə öz xassəsinə görə  nə xlor, nə  də 
hidrogen ionuna oxşamır, lakin hidrogen də, xlor da yeni maddənin 
tərkibində qalır. Bu qayda ilə  şagirdləri on vacib kateqoriyalarla da 
tanış etmək olur. Bunu həyata keçirmək üçün xüsusi vaxta ehtiyac 
yoxdur, sistematik olaraq kursu öyrətdikdə həmin məsələlər üzərində 
də dayanmaq olar. 
Yuxarıda qeyd etdiyimiz tədbirlər sistematik olaraq həyata 
keçirilsə və bu işə məktəbin rəhbərliyi ciddi nəzarət etsə şagirdlərdə, 
həm dialektikanın qanunlarının ümumi olması  təsəvvürü, həm də 
onlarda ən zəruri mühakimə növlərindən biri olan dialektik mühakimə 
aparmaq vərdişləri aşılanar. 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin