290
rək ideologiyadan öz sinfi maraqlarını həyata keçirmək üçün istifadə edir. İdeologi-
ya
daha geniş, ümumiləşdirilmiş sosial-tarixi və müasir təcrübəyə əsaslanır. Adi şü-
ur insanların həyat fəaliyyəti prosesində öz-özünə, kortəbii surətdə təşəkkül tapır,
ideologiya isə başlıca olaraq ideoloqların
xüsusi səylərinin, şüurlu fəaliyyətinin
məhsulu kimi meydana çıxır.
İctimai şüurun nisbi müstəqilliyi.
İnsanların ictimai varlığı,
maddi istehsal
fəaliyyəti onların ictimai şüurunu müəyyən edir. Amma bu heç də o demək deyildir
ki, ictimai şüur passivdir. İctimai şüur heç də ictimai varlığın müstəqillikdən tam
məhrum edilmiş passiv inikası deyildir. İctimai şüur öz inkişafında nisbi müstəqilli-
yə və varislik xüsusiyyətinə malikdir. İctimai şüurun nisbi müstəqilliyini qəbul et-
mədən cəmiyyətin inkişafına onun fəal təsirini izah etmək qeyri mümkündür. Əgər
ictimai şüur nisbi müstəqilliyə malik olmasaydı, mənəvi həyatın nisbətən müstəqil
inkişafını izah etmək mümkün olmazdı. Belə alınardı ki, cəmiyyətin mənəvi həya-
tındakı
dəyişikliklər, yalnız ictimai varlığın dəyişməsi çərçivəsində mexaniki ola-
raq baş verə bilər.
Sosial həyatda baş verən proseslərdə iştirak edən amillər səbəb və nəticə, fəal
və passiv ünsürlər kimi çıxış edirlər. Maddinin mənəviyə təsirinin təyinedici olma-
sına
baxmayaraq, mənəvi amillər də maddi həyata öz aktiv təsirini göstərir.
İctimai şüurun nisbi müstəqilliyi hər şeydən əvvəl özünün ictimai varlığa əks
təsirində büruzə verir. Bu təsir cəmiyyətin inkişaf səviyyəsi ilə bağlı olaraq artır.
İctimai şüurun nisbi müstəqilliyinin struktur elementləri ilə əlaqəsi, əsasən, ideolo-
giyanın inkişafında xüsusi rolu vardır. İdeologiyanın inkişafı nəticə etibarilə iqtisa-
di inkişafla müəyyən olunsa da, onun hər bir növünün, ictimai şüurun hər bir for-
masında varisliyi özünəməxsus şəkildə təzahür edir.
Qabaqcıl ideologiya ictimai inkişafın vaxtı çatmış məsələlərini qarşıya qoyur
və bu mənada onun obyektiv gedişindən qabağa düşür, lakin bunu ictimai şüurun
daha ictimai varlıqla müəyyən edilməməsi kimi başa düşmək düzgün olmaz. Məsə-
lə bundadır ki, ictimai şüur ictimai varlığın inkişafının müəyyən meyllərini aşkara
çıxarır və bunları az-çox düzgün əks etdirir. İnkişaf meyllərini və proseslərini qa-
baqcadan görmək isə qabaqcıl ideyaların dəyişdirici gücündən istifadə etmək imka-
nı verir və onların ictimai inkişafda fəal rol oynadıqlarını göstərir. Cəmiyyətin mə-
nəvi həyatına aid ünsürlər, ictimai şüurun formaları nəinki cəmiyyətin maddi mü-
nasibətlərinə, həm də bir-birinə təsir göstərirlər. Bu təsir siyasi, hüquqi, fəlsəfi, el-
mi və s. şüur formalarının dialektikasında çox aydın təzahür edir.
Tarixi inkişafın müxtəlif mərhələlərində cəmiyyətin qarşısında duran
məsələ-
lərdən asılı olaraq ictimai şüurun bu və ya digər forması daha ciddi rol oynayır.
Ayrı-ayrı dövrlərdə ictimai şüurun müxtəlif formaları olan din, fəlsəfə, incəsə-
nət, əxlaq, hüquqi şüur bəzən siyasi ideyaları təbliğ etmək üçün mühüm alətə, siya-
si mübarizə vasitəsinə çevrilir, yəni onlardan müəyyən siyasi
məqsədlər üçün istifa-
də olunur.
Dostları ilə paylaş: