Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


XIII FƏSİL  İCTİMAİ ŞÜUR, ONUN STRUKTURU VƏ FORMALARI



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə264/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   260   261   262   263   264   265   266   267   ...   307
333 felsefe muhazireler toplusu eyani

XIII FƏSİL 
İCTİMAİ ŞÜUR, ONUN STRUKTURU VƏ FORMALARI
 
 
 
§ 1. İctimai şüur və onun strukturu 
§ 2. İctimai şüurun formaları 
 
§ 1. İctimai şüur və onun strukturu 
Cəmiyyətin maddi həyatı, iqtisadi münasibətlər ictimai inkişafın əsasını təşkil 
edir. Lakin bu inkişafı dərk etmək üçün təkcə iqtisadi amilləri bilmək, onların qa-
nunauyğunluqlarını təhlil etmək kifayət deyil. Axı insanların istehsal fəaliyyətindən 
başqa, cəmiyyətin mənəvi həyatı da vardır və onun əsasını təşkil edən ictimai şüur 
kimi mühüm bir sahə vardır. 
İctimai şüur fərdi şüurdan fərqli olaraq ayrı-ayrı şəxslər, sosial qruplar və xalqlar 
tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən min illər ərzində yaradılır və o yalnız 
bəşəriyyətə məxsus olur. İctimai şüur bilavasitə və ya dolayı yolla ayrı-ayrı adamlar 
tərəfindən yaradılsa da həmin adamların ixtiyarından çıxaraq bütün bəşəriyyətin mə-
nəvi sərvətinə çevrilir. Məsələn, elmi kəşflər, bədii ideyalar, müxtəlif nəzəriyyələr 
ayrı-ayrı şəxslərin zəkasının məhsulu olsalar da, onlar bütün bəşəriyyətə məxsusdur. 
İctimai şüur dərin məzmuna malik olub, keyfiyyətcə xüsusi bir mənəvi sistemdir. Bu 
sistem nəticə etibarilə ictimai varlıqdan asılı olub onun inikası olsa da, özü nisbi 
müstəqilliyə malikdir. O, ictimai inkişafa təsir edən güclü amildir. 
Tarixi inkişafda ictimai şüurun da böyük rolu vardır. Buna görə də cəmiyyət 
haqqında daha dolğun təsəvvürə malik olmaq üçün ictimai şüurun mahiyyətini, onun 
strukturunu, formalarını və cəmiyyətin həyatındakı rolunu açıqlamaq zəruridir. 
İctimai şüurun strukturu, yəni onun ayrı-ayrı elementləri maddi münasibətlər-
dən asılı olub, onların dəyişməsi ilə dəyişir. Bütün bu dəyişikliklər ilk növbədə 
özünü ictimai şüurun strukturunda büruzə verir. İctimai şüurun strukturunu 
adi şü-

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin