İdmanın Tarixi



Yüklə 19,74 Kb.
tarix08.05.2023
ölçüsü19,74 Kb.
#109256
növüYazı
Avstraliyanın Sidney şəhərində keçirilən XXVlll YOO-da Azərbaycan idmançıları yüksək nəticələr göstərdilər (15


İdmanın Tarixi
Azərbaycan xalqının tarixi qədim olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlanır. Cəmiyyətin inkişafına əsaslı təsir göstərən bir sıra kəşflər məhz daş dövründə olmuşdur. Bu kəşflər sırasında ox və kamanın ixtira edilməsi buna əyani sübütdür.

Hələ eramızdan iki min il əvvəl Azərbaycanda tunc alətlərin işləndiyi vaxtlarda (tunc dövrü) insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qobustan qədim qayaüstü yazıları buna parlaq misaldır. Qayalar üstündə həkk olunmuş çoxlu rəsmlər, cizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir edir.


12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətini, xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Qədim Şərqin yazılı və şifahi xalq yaradıjılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumtlar verilir. Eradan 9-6 əsr əvvəl yaradılmış “Avesta” kitabında insan bədəninin təmizlik və gözəlliyi xüsusi olaraq qeyd olunur


Bu baxımdan dünya şöhrəti qazanmış görkəmli mütəfəkkirlərimizin əsərələrini, folklor materiallarını araşdırdıqca xalqımızın hələ qədim dövrldərdən fiziki tərbiyəyə böyük önəm verdiyinin şahidi oluruq. Xalq nağıllarında, əfsanələrdə igidlər, qəhrəmanlar özlərinin fiziki hazırlığı ilə həmişə seçilmişlər və bu istiqamətdə onların qarşısında geniş və mürəkkəb tələblər irəli sürülmüşdür. Eyni zamanda güc-qüvvənin el-obanın azadlığına, xeyirxah işlərinə yönəldilməsi tövsiyyə edilir. 1900-cu ilin əvvəllərində Bakıda gimnastika, üzgüçülük, atletika, ağır atletika, futbol idman növləri inkişaf etməyə başlayır. 1910-cu ildə Bakı gimnaziyasının müəllimi V.Qricbovski tərəfindən üzgüçülük məktəbi yaradılmışdı. Bu qəbildən Bakı gimnaziyasının müəllimi Leonid Romançenkonun həyatı diqqətəlayiqdir. 1912-ci ildə Bakı gimnaziyasının müəllimi Leonid Romançenko 24 saat 20 dəqiqə ərzində Xəzər dənizində 48 km məsafəyə üzmüşdür. Bu o dövr açıq dəniz marafonçusu üçün görülməmiş nəticə idi. Bununla L.Romançenko əvvəlki rekordçu La Manşı keçən ingilis Burqisin rekordunu kölgədə qoydu. Lakin 1917-ci ilə qədər bu nəticələr tək-tək idmançılara məxsus idi və bu həvəskar idmançılara öz ustalıqlarını artırmağa heç kim köməklik göstərmirdi. Bu hadisədən sonra Bakı üzgüçülük məktəbində məşğul olanların sayı 200-dən çox olmuşdur. 1920-ci ildə Respublikamızda “Sokol”, “Unita”, “Avtomotor”, “Vodnik”, “Reçnik” və başqa cəmiyyətlər (bu cəmiyyətlər inqilabdan sonra bədən tərbiyəsi birliyinə çevrildi) fəaliyyət göstərirdi. 1921-ci ildən başlayaraq müxtəlif idman növləri üzrə şəhərlərarası yarışlar keçirildi. Bədən tərbiyəsi və idman işlərinə Azərbaycan həmkarlar ittifaqları xüsusi qayğı göstərməyə başladı (1922). Bakıda ilk dəfə olaraq bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açıldı (1923). Azərbaycanda boks (1920), futbol (1921), ağırqaldırma (1925), yunan-Roma (1924), sərbəst güləş (1928) üzrə ilk Respublika çempionatı keçirilmişdir. 1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti könüllü idman cəmiyyətləri yaradılması haqqında qərar qəbul etdi. ÜİHİMŞ qərarı əsasında 1936-cı ildə həmkarlar ittifaqlarının könüllü idman cəmiyyətləri yaradıldı. 1936-cı ildə Azərbaycan LKGİ MK-ın qərarı ilə ayrı-ayrı idman cəmiyyətələri yanında uşaq idman məktəbləri yaradıldı. Respublikada 8 uşaq idman məktəbi (1941), 15 könüllü idman cəmiyyəti (1958) fəaliyyət göstərirdi. Hazırda Respublikamızda 14 idman cəmiyyəti fəaliyyət göstərir.


Azərbaycan Olimpiya Hərəkatı (OH) tarixini şərti olaraq üç dövrə bölmək olar. Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya oyunlarında iştirak etdiyi dövr (1952- 1988), Müstəqil Dövlətlər Birliyi (MDB) yığma komandası tərkibində iştirak etdiyi dövr (1988-1992) və Azərbaycan müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşulduğu dövr (1992). Azərbaycan idmançıları SSRİ Olimpiya komandasının tərkibində Olimpiya Oyunlarının 9-da 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. Sərbəst güləşçi R. Məmmədyarovun 1952-ci il Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ilk uğuru kimi qiymətləndirilməlidir. Sonrakı olimpiadalarda Y.Konovalov, A. Kornelyuk (atletika), İ.Rıskal, V.Lantratova (voleybol) V.Mineyev (müasir beşnövçülük), A.İbrahimov (sərbəst güləş), R. Şabanova, L. Şubina, L. Savkina (həndbol), İ.Məmmədov, B.Koretski (qılınjoynatma), İ. Ponamaryov (futbol) və başqalarının uğurlu çıxışları Azərbaycan idmançılarının nüfuzunu daha da artırdı. 1992-ci il Barcelona Olimpiadasında Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) yığma komandasında cəmi 5 nəfər idmançı ilə təmsil olunsa da, idmançılarımızdan ikisi N.Hüseynov (cüdo), V. Belinki (gimnast) yüksək nəticələr göstərərək Olimpiya çempionu adına layiq görülmüşdülər. 1992-ci ildə MOK.-un yaradılması və onun BOK tərəfindən tanınması ilə ölkəmizin Olimpiya Hərəkatında (OH) yeni bir dövr başlayır. Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi. Azərbaycan ilk dəfə olaraq 1996-cı il Atlanta Olimpiadasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənc Azərbaycan Respublikasının 61-ci yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşən N. Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan Milli Olimpiya komandasının Olimpiya oyunlarında qazandığı ilk medaldır.


MOK-un prezidenti İlham Əliyev komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Olimpiya Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Azərbaycan MOK-u ölkəmizdə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdir. Sidney şəhərində keçirilən XXVll Yay Olimpiya Oyunlarına idmançılarıçılarımızı yüksək səviyyədə hazırlamaq və rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 yanvar 1998-ci il tarixli sərəncamı MOK-un daha məqsədyonlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması nəticəsində Azərbaycan İdmançılarından 31 nəfəri 10 idman növü üzrə XXVll Yay Olimpiya Oyunlarında iştirak etdi (2000)


Avstraliyanın Sidney şəhərində keçirilən XXVlll YOO-da Azərbaycan idmançıları yüksək nəticələr göstərdilər (15.09.2000). Z. Meftahəddinova (stend atıcılığı) və N. Abdullayev (sərbəst güləş) qızıl, V.Ələkbərov (boks) bürünc medal qazandılar. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycanın 34-cü, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi. Azərbaycan idmançılarının XXVlll Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbaycan Respblikasınının Prezidenti İlham Əliyevin imzaladığı “XXVlll Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncamı əsas zəmin yaratmış oldu (05.06.2003). XXVlll Yay Olimpiya Oyunlarına hazırlığa başlamış 130 idmançıdan 38 nəfəri oyunlarda iştirak etmək şərəfinə nail ola bilmişdir. Onlardan 36 nəfəri lisenziya, 2 nəfəri isə üzgüçülük idman növü üzrə beynəlxalq federasiyanın qərarı ilə xüsusi buraxışla (vayld-kart) oyunlarda iştirak etmək hüququ qazanmışlar. Respublikamız XXVlll Yay Olimpiya Oyunlarında idmanın 12 növü üzrə 38 idmançı ilə təmsil olundu. XXVll Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda ölkəmiz 3 yeni idman növü – bədii gimnastika, taekvondo, qılıncoynatma və daha çox idmançı ilə yarışılara qatılmışdı.


XXVlll Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37-ci, keyfiyyətinə görə 50-ci yeri tuta bilmişdir. Bu nailiyyətlərin əldə olunmasında komandamızın üzvlərindən F. Mansurovun (yunan-Roma) qızıl, İ.Aşumovanın (güllə), Z.Meftahətdinovanın (stend), A.Məmmədovun, F.Aslanovun (boks) bürünc medalları xüsusi rol oynadı. XXlX Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 12 - güləş (sərbəst güləş (7), yunan-Roma güləşi (6) və qadın güləşi (3)), taekvondo (1), gimnastika (qrup hərəkətləri üzrə komanda 6, fərdi yarışlarda 2), boks (2), atıcılıq (1), atçılıq (1), üzgüçülük (2), cüdo (6), atletika (2) və ağırlıqqaldırma (5) idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya oyunlarında ilk dəfə olaraq, hər üç əyarda medallar qazandılar. Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi tarixə düşdü. XXlX Yay Olimpiya oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların əyarına görə isə 39-cu yeri tutdu. XXX Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandasının 53 üzvü idmanın 16 növündə təmsil olunurdu. Velosiped, avarçəkmə, qadın boksu, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar. XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşıb. XXXl Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandasının 56 üzvü idmanın 17 növündə 57 lisenziya ilə təmsil olunurdu. Triatlon, kamandan oxatma, kanoe slalom, trek velosipedi yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar. XXXl Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya yığması 1 qızıl, 7 gümüş və 10 bürünc medalla ümumi hesabda 206 dövlət arasında medal sayına görə 15-ci, medal əyarına görə isə 39-cu pillədə qərarlaşıb.




XV-XXXl Yay Olimpiya Oyunlarında (1952-2012) 295 idmançımız iştirak edib Hazırda Azərbaycanda 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Müstəqillik qazandıqdan sonra Azərbaycan idmançılarının Avropa , dünya çempionatları və kubok yarışlarında qazandıqları medal sayı artmaqda davam edir ki, buna da əsas səbəb dövlətin idmana göstərdiyi diqqət və qayğıdır
Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin