Dərketmə (lat. qnoseoloji)- insanın öz əqli və fiziki qabiliyyətlərinin öyrənilməsi və anlamasıdır.Lakin dərketmə yalnız şəxsiyyətin ozunu dərketməsi ilə məhdudlaşmır.Ümumilikdə götürüldükdə dərketmə fəlsəfi kateqoriya olub,bütün qnoseologiyanı əhatə edir. Tarixən dərketməyə fərqli yanaşmalar mövcud olmuşdur.Bu da müxtəlif nəzəriyyələrin yaranmasına gətirib çıxarmışdir.Təhsil sahəsində mövcud olan ən tanınmış nəzəriyyələr bunlardır: konstruktivizm, proqressivizm,perennializm, essensializm, eksistensializm, Hovard Qardnerin müxtəlif üsüllarla dərketmə nəzəriyyəsi və s.
Konstruktivist öyrənmə nəzəriyyəsi fərdlərin müxtəlif vasitələrlə qarşılıqlı proseslər əsas olmaqla idrak qabiliyyətlərini inkişaf etdirə biləcəyini müdafiə edir. Konstruktivizmin əsas ideyası öyrənənlərin əvvəlki öyrənmənin təməlində yeni biliklər qurmasıdır.İkincisi isə, öyrənmənin passiv bir proses deyil, aktiv olmasıdır.Öyrənmə sosial bir fəaliyyətdir - bu mücərrəd bir konsepsiya deyil, bir-birimizlə qarşılıqlı əlaqədə etdiyimiz bir prosesdir.Bu yanaşma konstruktivizmin əsasını təşkil edir.
Proqressivizm tərəfdarları isə hesab edirlər ki, təhsil məzmuna böyük əhəmiyyət verməlidir, diqqət mərkəzində daha çox uşaq olmalıdır, şagirdlər ideyaları fəal təcrübə yolu ilə sınaqdan çıxarmalıdırlar.Beləki,təcrübə prosesində yaranan suallara cavab axtaran zaman təlim daha çox əhəmiyyət kəsb edir. Bu passiv olmayan, fəal təlimdir. Kitablar səlahiyyətdən daha çox vasitələrdir.
Perennializm-ən konservativ, ənənəvi və yaxud sabit, dəyişməz fəlsəfi baxışdır. Perennializm tərəfdarları belə hesab edirlər ki, təhsil də insan təbiəti kimi dəyişilməzdir. Perennialistlərə görə, təhsil həyat üçün hazırlıq deməkdir və şagirdlərə strukturlu təhsil vasitəsilə dünyanın quruluşu öyrədilməlidir. Perennialistlər daha çox yüksək nizamlı təlim və davranışa nəzarət vasitəsilə öyrənilən fənn və nəzəriyyələrə meyl göstərirlər.Perrenialistlərə hesab edir ki, intelektin tərbiyələndirilməsi təhsildə ən yüksək prioritetlərdəndir.
Essensialistlərisə belə hesab edirlər ki, biliklər şagirdlərə sistemli və nizamlı qaydada ötürülməlidir. Təhsil praktik xarakter daşımalı və şagirdləri cəmiyyətin dəyərli üzvü olmağa hazırlanmalıdır. Təhsil eyni zamanda əsas diqqəti faktlara və şagirdlərin oxu, yazı, danışıq, hesablama bacarıqlara yönəltməlidir. Məktəblər siyasət hazırlamamalı və siyasətə təsir göstərməməlidirlər. Şagirdlərə gərgin işləmək, idarəçilik və nizam-intizama riayət etmək öyrədilməlidir. Müəllimlər şagirdlərə yoldaşları ilə münasibətdə səbirli olmağa köməklik etməlidirlər.
Eksistensialistlərindərketmə haqqında fikirləri subyektiv xarakter daşıyır. Onlar düşünürlər ki, həqiqət xeyirxahlıqdır və nəyin doğru olduğunu yalnız insan özü müəyyən edir. Eksistensialistər hesab edirlər ki, məktəb şagirdlərə onların özlərini tanımağa və cəmiyyətdə öz yerlərini müəyyən etməyə köməklik göstərilən bir yerdir. Məktəbdə tədris olunan fənlər incəsənətin, etikanın, fəlsəfənin şərhlərini təmin etməlidir. Müəllim-şagird münasibətləri əsasən şagirdlərə fərdi təlim yollarında köməklik göstərməkdən ibarət olmalıdır. Məktəb mühitində baş verən dəyişiklik həm təbii, həm də mühüm hadisə kimi qəbul edilməlidir. Məktəbdən kənar və fərdi şəkildə müəyyən edilmiş kurikulumun istifadə edilməsi mümkündür.
Azərbaycanda yeni təhsil yanaşması təhsil sisteminin inkişaf etdirilməsi və onun dünya standartlarının tələbləri səviyyəsinə çatdırılması kimi iki istiqaməti ilə səciyyəvidir. Onlardan birincisi, ilk növbədə təlim-tərbiyə sahəsində irəliləyişlərin mahiyyət və məzmununu öyrənməklə təhsilin mövcud durumunu, cəmiyyətin tələb və ehtiyaclarını müəyyənləşdirmək və yenidən formalaşdırmaq baxımından əhəmiyyət daşıyır.İkincisi, inkişaf etmiş xarici ölkələrin iş təcrübəsindəki mütərəqqi cəhətlərin öyrənilib ümumiləşdirilməsi və milli-mənəvi xüsusiyyətləri nəzərə alaraq tətbiqinin həyata keçirilməsi vacib bir məsələ olub, aktuallığı ilə seçilir. Əsasında öyrədən (təlimçi) deyil, öyrənən duran konstruktivizim nəzəriyyəsinə istinad olunan bu yanaşma öz səciyyəvi xüsusiyyətləri ilə digərlərindən fərqlənir.Yeni pedaqoji təfəkkürün başlıca prinsipləri-demokratikləşmə,humanistləşdirmə, fərdiləşdirmə, diferensiallaşdırma, inteqrasiya, şəxsiyyətin formalaşdırılması və inkişaf etdirilməsi və s.dir. Müasir yanaşmada uşaqlarda yaradıcı,məntiqi,tənqidi təxəyyülü inkişaf etdirilməsinə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilir.