Azərbaycan Respublikası Təhsil Nazirliyi
Ministry of Education of the Azerbaijan Republic
-
Xəzər Universiteti
Khazar University
Magistratura, Doktorantura və Elmi-İşlər Bölməsi
Division of Graduate Studies and Research
2012-2013-ci tədris ili üçün Xəzər Universitetində
SOSİAL FƏLSƏFƏ üzrə
Fəlsəfə doktoru hazırlığı üçün doktoranturaya qəbul
PROQRAMI
(Əyani -ödənişli)
Elmi - İnzibati Şuranın ______________________il _________N-li
qərarı ilə təsdiq edilmişdir.
Sosial fəlsəfə proqramı- 7207.01
Tarix fəlsəfəsi
Zaman haqqında fəlsəfi görüşlər. Hegelin tarix fəlsəfəsi. Avqustinin tarix fəlsəfəsi. Dairəvi, düzxəttli və spiral formalı tarix modelləri. Tarix elm, yoxsa sənət kimi? “Tarixin sonu” ideyası (Fukuyama). Dialektik materializm. Fatalizm. Determinizm. Teleologiya. Historizm, historisizm. İslamın tarix anlayışı (İbn Xəldun). Maarifçi tarix anlayışı: proqressivizm. Prehistorik dövr. Historioqrafiya.
Elm fəlsəfəsi
Elmin spesifik xüsusiyyətləri (obyektivlik, kumulyativlik, prediksiya etmə və s). Elmi metodun pillələri. Elm fəlsəfəsində falsifikasiya problemi (K. Popper). Nomotetik və ideoqrafik elmlər bölgüsü. Texnika fəlsəfəsi. “Modern elm” anlayışı. Epistemoloji anarxizm (Feyerabend). Paradiqma anlayışı (Kuhn).
Dil fəlsəfəsi
Sapir-Worf hipotezi. Dil aktları nəzəriyyəsi (Austin, Searle). Dilin funksiyaları. Qrammatologiya (Derrida). Dilin tarixi. Dil və şüur. Dil və şüuraltı (Freud, Lacan). Dil və hermenevtika (Gadamer). Dil və nitq. Srukturalizm (Sössür). Heideggerin dil konsepsiyası. Humboltun dil konsepsiyası. Etimologiya. Metafora. Semiotika.
Din fəlsəfəsi
Arxaik-primitiv dinilik. Allah isbatları: kosmoloji isbat, teleoloji isbat, ontoloji isbat. Politeizm, monoteizm, henoteizm. Teizm, deizm, panteizm, panenteizm. Ateizm. Buddhizm. Hinduizm. Şintoizm. Daoizm. (D)zen-buddhizm. İudaizm. Xristianlıq. Zarathuştraçılıq. “Allah öldü” (Nietzsche). Sufilik. İslam peripatetizmi. Sekulyarizm. Dinin cəmiyyətdə rolu.
Əxlaq fəlsəfəsi (etika)
“Əxlaq” və “etika” arasında fəlsəfi-terminoloji fərq. Kantın neqativ (freedom from...) və pozitiv (freedom for...). azadlıq bölgüsü. Antropoloji azadlıq. Sosial azadlıq. Vicdan azadlığı. Kantda azadlıq-əxlaq əlaqəsi. Metaetika. Deontologiya. “Azadlıq dərk olunmuş zərurətdir” (Spinoza). “İnsan azadlığa məhkumdur” (Sartre). Niyyət etikası və nəticə etikası. Evdemonist etika (Sokrat). Hedonizm. Evtanaziya. Kantın əxlaq maksimi. Ağayana əxlaq-nökər əxlaqı (Nietzsche)
İdark nəzəriyyəsi (qnoseologiya-epistemologiya)
Obyekt, subyekt, bilik anlayışları. Ağıl, düşünmə və dərketmə. Sağlam idrak. Hermenevtika. Məntiqin prinsipləri. Şüur, özşüur. Həqiqət və onun meyarları. Praqmatizm həqiqət meyarı kimi. Kantın kritisizmi. Mifik düşüncə tərzi. Fenomenologiya (Husserl). Rasionalizm-irrasionalizm məsələləri. Rasionalizm-empirizm məsələləri. İnduksiya, deduksiya, analogiya. Dekonstruksiya. İntuisiya. Skeptisizm, aqnostisizm.
Varlıq fəlsəfəsi (ontologiya)
Metafizika. Hegelin ontologiyası. Heideggerin ontologiyası. N. Hartmannın ontologiyası. Monizm, dualizm. Materializm-idealizm qarşıdurması. Transsendentallıq anlayışı. Substans və aksidensiya anlayışları. Mahiyyət və təzahür anlayışları. “Var olmaq – qavranılmaqdır” (G.Berkeley).
Sosial fəlsəfə
Dövlətin fəlsəfi əsaslandırılması. Frankfurt məktəbinin cəmiyyət analizləri. Liberalizm. Libertarianizm. Anarxizm. Sivil cəmiyyət anlayışı. İnsan hüquqlarının fəlsəfi əsasları. Demokratiya. Etatizm. Fərd və şəxsiyyət. “İnsan insanın canavarıdır” (T.Hobbes). Avtoritarizm, totalitarizm, diktatura. Özgələşmə problemi. Leqallıq. Təbii hüquq-pozitiv hüquq nəzəriyyələri. “Sosial kontrakt” (Rousseau). Cəmiyyət və ideologiya. Etnos və xalq. Siyasi iqtidar. Bilik-iqtidar əlaqəsi (Foucault).
Mədəniyyət fəlsəfəsi
Mədəniyyət (kultura). Sivilizasiya. Qloballaşma, qlokallaşma, antiqloballaşma. Mədəniyyətlərin toqquşması (Huntington). Dinlərarası dialoq. Mədəniyyətdə böhran.
İnsan fəlsəfəsi
İnsanın fiziki təkamülü. İnsanın mədəni təkamülü. Fəlsəfi antropologiya (M.Scheler). Ekzistensializm insan fəlsəfəsi kimi. Şüur haqqında fəlsəfi görüşlər.
Dəyərlər fəlsəfəsi (aksiologiya)
Etik, estetik və logik (məntiqi) dəyərlər. “Dəyərlərin yenidən dəyərləndirilməsi” (Nietzsche). Humanizm. Utilitarizm. Nihilizm. Optimizm və pessimizm. Dəyərlər kolliziyası.
Fəlsəfə tarixi
Mifdən loqosa keçid: fəlsəfənin yaranması. Pre-sokratik yunan fəlsəfəsi. Platonun idealizmi. Aristotelin “ilk fəlsəfəsi”. Orta əsrlər fəlsəfəsinin əsas problemləri. Renessans. “Düşünürəm, deməli, varam” (Descartes) – kartezian fəlsəfə. Poststrukturalizm (postmodernizm). Alman idealizmi. Konfutsizm. (Y)İn-(Y)An Çin kosmologiyası. Analitik fəlsəfə. Ekzistensializm. Vedanta (upanişadlar) fəlsəfəsi. Stoa fəlsəfəsi. Yeniplatonçuluğun emanasiya nəzəriyyəsi. Həyat fəlsəfəsi. Maarifçilik fəlsəfəsi. Modernizm. Hürufiliyin fəlsəfi görüşləri. M.F.Axunzadənin din tənqidləri.
Referat mövzular
1.Dinin cəmiyyətdə rolu.
2. Ekzistensializm insan fəlsəfəsi kimi
3. Dəyərlərin yenidən dəyərləndirilməsi” (Nietzsche)
4. Elm fəlsəfəsində falsifikasiya problemi (K. Popper)
5. Təbii hüquq-pozitiv hüquq nəzəriyyələri
ƏDƏBİYYAT
1. Abbasova Q.Y., Hacıyev Z.S. Sosial fəlsəfə. Bakı, Ayna Mətbu Evi, 2001.
2. Алексеев П.В., Панин А.В. Философия. Учебник, изд. третье, переработанное и дополненное. М., «Проспект», 2001.
3. Əhmədli R. Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi.Türkçülük. Müasirlik. İslamçılıq. Bakı, “Elm”, 2007.
4. Философия. Под ред. В.Н. Лавриненко. Учебник. М., Юристъ, 2004.
5. İmanov H.R. Fəlsəfənin əsasları. Dərs vəsaiti. Bakı, Turan evi, 2009.
6. İmanov H.R., Əhədov A. Orta əsr islam Şərqində fəlsəfi fikir. Bakı, Bakı Universiteti nəşriy., 1998.
7. İsmayılov F.Q. Müasir Qərb fəlsəfəsi. Bakı, Azərnəşr, 1991.
8. История философии в кратком изложении. Пер. с чеш. Богута И.И. М., Мысль, 1991.
9. Мехтиев Р.Э. Философия. Учебное пособие, изд. второе. Баку, Şərq-Qərb, 2009.
10. Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, Şərq-Qərb, 2006.
11. Zeynalov М.B. Fəlsəfə tarixi. Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan nəşriy., 2000.
12. Zeynalov М.B. Xarici ölkələrin fəlsəfə tarixi. Dərslik. Bakı, Şərq-Qərb, 2008.
13. Tusi X.N. Əxlaqi-Nasiri. Tərcümə ed. R.Sultanov. Lider, 2005.
Humanitar və Sosial elmlər fakültəsinin dekanı, Hüquq elmləri üzrə fəlsəfə doktoru
Cabir Xəlilov
Dostları ilə paylaş: |