Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə260/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   256   257   258   259   260   261   262   263   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
 
§ 4. Fərd, fərdiyyət və şəxsiyyət 
İnsan bəşər nəslinin yeganə nümayəndəsi kimi fərd olaraq nəzərdən keçirilir. 
Bu anlayışın tərifi hansısa spesifik xarakteristikaya ehtiyac hiss etmir. Fərd– həmi-
şə çoxlardan biridir. Bu mənada “fərd” və “şəxsiyyət” anlayışları həm həcminə
həm də məzmununa görə bir– birinə ziddir. Fərd anlayışında insanın xüsusi, yaxud 
yeganə olan xassəsi əks olunmur. Ona görə də öz məzmununa görə çox kasıbdır, 
lakin həcminə görə o qədər də zəngindir, çünki hər bir insan– fərddir. Fərd anlayı-
şında insanın nə bioloji, nə də sosial keyfiyyətləri görünmür. Halbuki o nəzərdə tu-
tulur. Əgər biz “insan fərdi” deyiriksə, o zaman bütün adamların nəsli birliyini tə-
səvvür edirik. Başqa keyfiyyətləri göstərdikdə isə onda sosial qrupa mənsubluq 
özünü göstərir. 
Beləliklə, insan müəyyən dərəcədə biososial varlıqdır; ona görə sosial varlıqdır 
ki, onun ictimai mahiyyəti vardır; ona görə bioloji varlıqdır ki, bu mahiyyətin daşı-
yıcısı canlı insan orqanizmidir. 
“İnsan” anlayışı insan növünə məxsus ümumi əlamətləri ifadə edən növ anlayı-
şıdır. İnsan aləmində adətən fərd deyərkən ayrıca götürülmüş bir insanı nəzərdə tu-
turlar. Onun ümumi cəhətləri ilə fərdi cəhətləri də vardır. Ayrıca bir insan nə isə 
xüsusi bir fərddir və məhz onun xüsusiliyi onu fərd edir və gerçək ictimai fərd var-
lığına çevirir. 
Fərd öz ifadəsini insanın təbii əlamətlərində və psixik xassələrində– hafizə, tə-
xəyyül, temperament, xarakter xüsusiyyətəlirində və insan simasında, onun həyat 
fəaliyyətinin bütün rəngarəngliyində tapır. Şüurun bütün məzmunu da: baxışlar, 
mühakimələr, rəylər də fərdi rəng alır, bunlar hətta müxtəlif adamlarda ümumi ol-
duqda da həmişə özündə nə isə bir “özünə məxsusluq” daşıyır. Hər bir ayrıca ada-
mın tələbatı və ehtiyacları fərdiləşmişdir və o, özünün gördüyü hər bir işə öz fərdi 
izini həkk etdirir. Şəxsiyyət yalnız öz ümumi xassələri və cəhətləri mənasında de-
yil, həmçinin öz sosial, mənəvi, fiziki keyfiyyətləri cəhətdən nəzərdən keçirilən bir 
insandır. Bu keyfiyyətlər həm müsbət, həm də mənfi ola bilər, çox zaman isə, müx-


284
təlif nisbətlərdə olsa da onlarda həm ləyaqət, həm də nöqsanlar birləşmiş olur. 
İnsanın ən ümumi əlaməti onu qalan aləmdən ayıran sosial fəaliyyətdir. İnsan, 
hər şeydən əvvəl, öz fəaliyyəti şəraitini dəyişdirən və bütün bu keyfiyyətlər bir– bi-
ri ilə qırılmaz əlaqədardır. Şəxsiyyət– məzmununa görə olduqca zəngin anlayış 
olub, özündə insanın təkcə ümumi və xüsusi əlamətlərini deyil, həm də nadir, uni-
kal xassələrini də əks etdirir. İnsanı, şəxsiyyət edən, şübhəsiz sosial fərdilik, daha 
dəqiq desək, insan üçün xarakter olan sosial keyfiyyətlər, onun sosial spesifikasıdır. 
Şəxsiyyət anlayışına adətən fərdin təbii– fərdi xarakteristikasını daxil etmirlər. İn-
sanın sosial fərdiyyəti boş yerdə və təkcə bioloji şərtlər əsasında yaranmır. İnsan 
konkret tarixi zamanda və sosial məkanda, praktiki fəaliyyət və tərbiyə prosesində 
formalaşır. Ona görə də sosial fərdiyyət kimi şəxsiyyət həmişə müxtəlif, rəngarəng 
amillərin qarşılıqlı təsiri və sintezinin konkret yekunudur. Və şəxsiyyət özü insanın 
sosial– mədəni təcrübəsini toplaya bilməsi dərəcəsi ilə bir o qədər əhəmiyyət daşı-
mır və öz növbəsində insanın inkişafına fərdi töhfəsini verir. 
Şəxsiyyət mürəkkəb struktura və şərhə malikdir. Ümumiyyətlə, fəlsəfədə şəx-
siyyət problemi insanın şəxsiyyət kimi mahiyyəti, onun dünyada və tarixdə yeri və 
rolu deməkdir. Burada şəxsiyyət ictimai idealların, sərvətlərin, ictimai münasibətlə-
rin, adamların fəaliyyət və ünsiyyətinin subyekti və fərdi ifadəsidir. Şəxsiyyət, hər 
şeydən əvvəl, fəaliyyətin yetirməsidir. Yalnız fəaliyyəti sayəsində insan bir şəxsiy-
yət kimi özünüdərk, təsdiq və təzahür etdirir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin