Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Odur ki, insa- nı kompleks və hərtərəfli öyrənməyə tələbat və



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə250/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   246   247   248   249   250   251   252   253   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
Odur ki, insa-
nı kompleks və hərtərəfli öyrənməyə tələbat və
 
ehtiyac yaranır. Bu vəzifə isə fəlsə-
fənin öhdəsinə düşür. Ö, ümumnəzəri və dünyagörüşü elmi olmaq etibarilə insan 
haqqındakı konkret elmləri bir növ inteqrasiya edir. Fəlsəfə insanı kompleks və 
hərtərəfli təhlil edir. Beləliklə də insanı öyrənən konkret elmlərin dar çərçivəsini, 
məhdudluqlarını aradan qaldırmağa imkan verir. 
Müasir dövrdə insana kompleks yanaşılması tələbatı bir sıra əməllərlə sərtlənir. 
Hər şeydən əvvəl göstərilməlidir ki, insan çox mürəkkəb və müxtəlif tərəfləri əhatə 
edən varlıqdır. Buna görə də onu bütün əhatəliliyi və hərtərəfliyini də öyrənmək zə-
rurəti yaranır. İnsan haqqında elmlərin vahid sistem şəklində inteqrasiyası isə yal-
nız fəlsəfi zəmin üzərində həyata keçirilə bilər. Qeyd edək ki, uzun illər fəlsəfi fi-
kirdə hökmranlıq edən ehkamçılıq və əzbərçilik fəlsəfənin bu funksiyanı yerinə ye-
tirməsinə mane olmuşdur. Yalnız son dövrlərdə insanın fəlsəfi planda çoxölçülü 
universal səciyyəsini vermək üçün şərait yaranmışdır. Bu isə insan varlığının unikal 
xarakterini, mahiyyəti və təbiətini açmağı, onun təbii-bioloji cəhətlərini və sosial 
keyfiyyətlərini araşdırmağı nəzərdə tutur. 
İnsan nədir? ilk nəzərdə belə görünə bilər ki. bu o qədər də ciddi sual deyildir. 
Çünki kimliyindən asılı olmayaraq hamıya elə gəlir ki, o, bu suala cavab verə bilər. 
Əslində isə bu suala elmi cavab vermək çox çətindir. İnsan ən mürəkkəb və sirli 
varlıqdır. Onun mahiyyətinin izahında hələ də bir çox məsələlər aşkar olunmamış 
qalır. İnsanın mahiyyəti kainat qədər sirlidir. Bu mənada onun öyrənilməsini bitmiş 
hesab etmək olmaz. Elm onun dərinliklərinə nüfuz etdikcə açılmamış qatların çox 
olduğu daha aydın görünür. Odur ki, insanı tam öyrənmək üçün bir ömür kifayət 
deyildir. İnsan üçün onun özünü öyrənməkdən maraqlı heç nə yoxdur. Müdriklər-
dən biri demişdir: “Əgər bütün həyatını insanı öyrənməyə sərf etmisənsə, onda öm-
rünün hədər getmədiyini söyləyə bilərsən. Buna görə bəşəriyyət ta qədimdən insana 
bütöv bir tam kimi fəlsəfi baxımdan yanaşmağa cəhd göstərmişdir. İnsana fəlsəfi 
yanaşma onun mahiyyətini aşkar etməyi, fəallığının konkret tarixi determinasiyası-
nı müəyyən etməyi, onun varlığının müxtəlif tarixi mövcudluq formalarını açmağı 
nəzərdə tutur. 
Fəlsəfi antropologiya rəsmi elm kimi keçən əsrin əvvəllərində M.Şeler və 
Q.Plesner tərəfindən Almaniyada yaradılmışdır. Lakin hu heç də o demək deyildir 
ki, ona qədər insan haqqında təlimlər mövcud olmamışdır. 
İnsan haqqında ilk təsəvvürlər hələ qədim Hind və Cin fəlsəfi təlimlərində ifa-
də olunmuşdu. Məsələn, Vedalarda və Upanişadlarda insanın mənəviyyatı, onu eh-
tiraslardan azad etməyin yolları göstərilirdi. Burada fərdi ruhun (atmanın) dünya 
ruhuna, universal prinsipə (brahmana) qovuşması əsas yer tuturdu. Qədim Çində 
geniş yayılmış konfusilik və daosizm təlimlərində də insanın əxlaqi davranışı təbiət 
və kainat ilə əlaqələndirilir, tərbiyə məsələləri diqqət mərkəzində dururdu. 
Ümumiyyətlə Qədim Şərq fikrində insanın təbii və sosial aləminə humanist 
münasibət, onun daxili dünyasının təkmilləşdirilməsi başlıca yer tuturdu. 


263
Qədim Yunan fəlsəfəsinin erkən dövründə də insanla bağlı müəyyən maraqlı 
tikirlər irəli sürülmüşdü. Lakin insana doğru həqiqi dönüşü sofistlər və Sokrat et-
mişdilər. Sofistlərin görkəmli nümayəndəsi Protaqor yazırdı: “İnsan bütün mövcud-
luqların ölçüsüdür, həm mövcud olan şeylərin ölçüsüdür ki, onlar mövcuddur, həm 
də mövcud olmayan şeylərin, çünki onlar mövcud deyil. 
Sokrat insanın daxili dünyasına xüsusi diqqət yetirirdi. O, özünün etik rasiona-
lizm prinsipində göstərirdi ki. xeyirxahlıq bilik ilə ayrılmaz sürətdə bağlıdır. Onun 
fikrincə əxlaqi təkmilləşmə həqiqətin dərki deməkdir. Platon insanda ruhu ön plana 
çəkirdi. O göstərirdi ki, məhz ruh sayəsində insan mövcuddur. Bədən ruha düşmən 
olan materiyadır. Aristotelin konsepsiyasında insan ictimai mahiyyət kəsb edən 
varlıq hesab olunurdu. Onun fikrincə, insanın digər bir mühüm keyfiyyəti ağla, zə-
kaya malik olmasıdır. 
Bir sözlə antik fəlsəfədə insan ali başlanğıca - taleyə tabe olan mikrokosmos 
kimi götürülürdü, 
Orta əsrlər fəlsəfəsində insan allahın yaratmış olduğu mövcudat kimi təsvir 
olunurdu. Xristian dini açıqca göstərirdi ki, 0 "Allahın obrazı və bənzəridir". Bu tə-
limə görə insan ilahinin müəyyən etdiyi dünya qaydasının passiv iştirakçısıdır. İn-
sanın əsas vəzifəsi allaha qovuşmaq və qiyamət günündə öz günahlarına görə cəza 
çəkməkdir.
Orta əsrlərdən fərqli olaraq intibah dövrünün fəlsəfəsinə görə, insan bir növ 
göydən yerə endirilir. İnsanın humanizmi və şəxsiyyəti ön plana çəkilir. Onda xe-
yirxahlıq, xoşbəxtlik və harmoniya kimi keyfiyyətlərin olması zəruri hesab edilir. 
İnsanın müstəqilliyi, onun qüvvə və qabiliyyətini tükənməzliyinə inam elan olunur-
du. Yeni dövr fəlsəfəsində bir tərəfdən insanın fərdi mənafeləri, sosioloji və etik in-
dividualizmi ön plana çəkilir. Hobbsa görə, insan insanın düşmənidir. Hamının ha-
mıya qarşı mübarizəsi cəmiyyətin vəzifəsi hesab olunurdu. Həmin dövrdə antropo-
loji rasionalizm (insanın əsl mahiyyətini fikirləşməkdə, zəkada görmək deməkdir) 
meydana gəlir. Məsələn, R Dekart belə hesab edirdi ki, fikirləşmək insanın möv-
cudluğunun yeganə dəqiq göstəricisidir. “Fikirləşirimsə, deməli, mövcudam” sözlə-
ri ona məxsusdur. XVIII əsr fransız materialistləri üçün insana mexaniki baxış, onu 
maşın kimi və təbiətin məhsulu İtimi göstərmək səciyyəvidir. İnsana maşın kimi 
yanaşılması Lametrinin təlimində əsas yer tutmuşdur. Helvetsiy və Didro isə insanı 
təbiətin məhsulu hesab edirdilər. Onların mövqeyinə görə insanın fəaliyyəti qəti su-
rətdə təbiət qanunları ilə şərtlənir. O, hətta fikrən də təbiətdən kənara çıxa bilməz. 
Klassik alman fəlsəfəsində insan mövzusu çox geniş müzakirə olunmuşdur. Bu 
fəlsəfənin banisi E. Kant göstərirdi ki: "İnsan nədir?" sualı fəlsəfənin əsas məsələsi, 
insanın özü isə "Bütün dünyada başlıca predmetdir”. Kant insanın bir tərəfdən təbii, 
digər tərəfdən isə əxlaqi mövcudat olduğunu qeyd edirdi. O, həm də göstərirdi ki, 
ikinci tərəf üstündür. Kant insanı öz fəaliyyətində müstəqil və azad görmək istəyir-
di. Bu fəaliyyət qəti imperativə (insanın daxilindən gələn və onun şəxsiyyət kimi 
mükəmməlliyini ifadə edən tələb) əsaslanmalıdır. O, heç vaxt hər hansı bir məqsədi 
həyata keçirməyin vasitəsi olmamalıdır. 
Hegelin insan təlimi rasionalizmə əsaslanırdı. O, Dekart tərəfindən əsası qo-


264
yulmuş antropoloji rasionalizmi daha da inkişaf etdirmişdir. Hegel göstərirdi ki, in-
sanın heyvandan fərqi hər şeydən əvvəl təfəkkürə malik olmasındadır. Məhz bu 
keyfiyyət onun insanlığını bəşəriyyətə bildirir. Hegelin fikrincə insan mənəvi fəa-
liyyətdə olan subyektdir. O, ümum əhəmiyyətli xarakter daşıyan ruhun və zəkanın 
daşıyıcısıdır. Hegelə görə insan yalnız özünün ümumi və azad olduğunu dərk etdik-
də şəxsiyyətə çevrilir. Onun fikrincə, cəmiyyət daxilində üstünlük fərdə deyil, sosi-
al birliyə və kollektivə məxsusdur. 
Feyerbaxın təlimində insanın mənəvi fəaliyyətindən hissi cismani tərəfə dönüş 
edilir. O belə hesab edirdi ki, Hegelin mütləq ruh ideyası insanın həqiqi mahiyyəti-
nin mistikləşdirilmiş ifadəsidir. Feyerbaxın antropoloji materializmi bundadır ki, o 
insanın mahiyyətini ön plana çəkir. O göstərirdi ki, insanı öyrənmək fəlsəfənin ye-
ganə, universal və ali predmetidir. Lakin Feyerbax insanın mahiyyətini mücərrəd 
fərd kimi anlayırdı. Ona xalis bioloji mövcudluq kimi yanaşırdı. Feyerbaxın fəlsə-
fəsində bir səciyyəvi cəhət də onun dinə münasibətidir. O, dinə insanın xassələrinin 
özgələşməsi kimi baxırdı: guya insan ikiləşir və Allahın simasında öz mahiyyətini 
müşahidə edir. Bu cür ikiləşmənin səbəbini o, insanın təbiətin və cəmiyyətin kortə-
bii qüvvələrindən asılı olmasında görürdü. Onun təlimində din "qeyri-şüuri forma-
da təzahür edən mənlik şüuru" kimi çıxış edir. 
XIX əsrdəki qeyri-klassik fəlsəfi təlimlər insanın əsas keyfiyyətini iradə və 
hisslərdə görürdülər. Bu mənada alman filosofu A.Şopenhauerin (1788-1860) insan 
haqqında düşüncələri diqqəti cəlb edir, insan müxtəlif qərarlar qəbul etmək imkanı-
na malikdir. Bu imkan insanı motivlər arasında mübarizə meydanına çevirir. Hər 
bir insan öz xarakterinə uyğun olaraq bu motivlərə reaksiya verir. O, insana pessi-
mist baxışı təbliğ edirdi. Şopenhauerin fikrincə xoşbəxtlik həmişə inkari nəticə ve-
rir. Çünki o, insanı yalnız müvəqqəti olaraq əzabdan xilas edir. Bundan sonra onu 
yeni əzablar gözləyir. Beləliklə, əzab insan həyatından ayrılmazdır, ona daimi xas-
dır. Buna görə də optimizm cəfəng baxışdır. O, bəşəriyyətin ifadə oluna bilməyən 
əzablarına istehza etməkdən başqa bir şey deyildir. F.Nitsşe də insanı həyat qüvvə-
ləri və həvəsləri oyununun iştirakçısı hesab edirdi. Onun fikrincə insanın davranışı 
hakimiyyətə can atmaq iradəsini ifadə edir. 
Antropologiya məsələsi Azərbaycan ictimai və bədii fikri tarixində də geniş 
yer tutmuşdur. Uzaq keçmişdən - Dədə Qorquddan və Ə.Bəhmənyardan bu yana 
bir çox görkəmli mütəfəkkirlər insan və onun mahiyyəti haqqında qiymətli fikirlər 
irəli sürmüşlər. Məsələn, N.Gəncəvi göstərirdi ki, insan xilqətdən şərəfli yarandığı 
üçün zəngin mənəviyyatlı böyük amallar yolçusu olmalıdır. İnsan öz bacarığı və 
qabiliyyətinə görə yer üzünün ağasıdır. Dünyada hər şey ona xidmət edir. İnsan hə-
yatda ağıllı, bilikli, hünərli, zəhmətkeş, doğruçu və sair təqdirəlayiq keyfiyyətlərə 
görə seçilir. Ümumiyyətlə orta əsrlərdə müsəlman şərqində insan düşüncəli, nəfsə 
malik (şüurlu), bütün yaranmışlardan üstün varlıq, yer üzünü əşrəfi hesab olunurdu. 
İslam dini də insanın izahına geniş yer verir. Burada insan maddi cisim (bədən) 
və mənəvi (ruh) kimi təsəvvür olunurdu. Hesab edilir ki, maddi (cismani) müvəq-
qəti xarakter daşıyır, ruh isə əbədidir. İnsan öldükdən sonra onun ruhu ilahiyə qo-
vuşur. Bununla yanaşı islam dini insanın özünü anlaşmasına və cəmiyyəti dərk et-


265
məsinə böyük əhəmiyyət verir. 
XIII əsrin böyük mütəfəkkiri Nəsrəddin Tusi qeyd edirdi ki, insan yaşamaq 
üçün yeməyə möhtacdır, lakin insanın yeməyi heyvanlardakı kimi ələf və sudan 
ibarət deyil, təbiət tərəfindən hazır şəkildə verilmir. Tusi ictimai varlıq olan insanın 
ictimai həyatdan - cəmiyyətdən kənarda mövcudluğunu qeyri-mümkün saymışdır. 
O yazırdı: "Dünyanın intizamı, məişətin nizamı əməklə hasilə gəldiyindən: insan 
növü isə köməksiz yaşaya bilmədiyindən əmək köməksiz, köməkdə ictimai biliksiz 
ola bilməz. Deməli, insan növü öz təbiəti etibarilə ictimai birliyə möhtacdır". 
Görkəmli Azərbaycan şairi İ.Nəsimi insan anlayışına təkcə ontoloji deyil həm 
də humanist və etik məna vermişdir. O, insanı "kiçik aləm" adlandırır, göstərirdi ki, 
o, öz kamilliyinə görə maddi şeylərdən daha yüksəkdə durur. Nəsiminin fəlsəfəsin-
də "Mən" anlayışı ən geniş həcmli anlayış olan "Haqq"(Allah) ilə eyniləşdirilir və 
bütün mövcudatın cəmi kimi götürülürdü. 
İnsan, onun mahiyyəti və idrakı ilə bağlı məsələlər Füzulinin yaradıcılığında 
da geniş yer tutmuşdur. O, insanın mahiyyətini onun idraki qabiliyyəti kamilliyi ilə 
əlaqələndirirdi. Füzuliyə görə aqil insan öz xilqəti barədə düşünməli, öz varlığının 
mahiyyətini araşdırmalı, özünün əvvəlini və sonunu dərk etməlidir. 
Şərq fəlsəfi fikrinin materialist ənənələrini davam etdirən M.F.Axundov da in-
sana böyük diqqət yetirirdi. O, ömrünün son dövründə yazdığı əsərlərdə insan, 
onun həyatı, azadlığa nail olmağın yolları barədə maraqlı fikirlər irəli sürmüşdür. 
Beləliklə insan, onun mahiyyəti, mövcudluğu və gələcəyi ilə bağlı problemlər bü-
tün dövrlərdə fəlsəfədə başlıca yeri tutmuşdur. Bu problemlərin maddi və mənəvi 
səpkiləri daim fəlsəfi fikrin diqqət mərkəzində olmuşdur. 
Bütövlükdə insanın anlaşılmasına dair müxtəlif baxışları aşağıdakı kimi üç for-
mada qrupılaşdırmaq olar

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin