Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


İnsanın mənşəyi haqqında mülahizələr



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə252/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   248   249   250   251   252   253   254   255   ...   307
333 felsefe muhazireler toplusu eyani

İnsanın mənşəyi haqqında mülahizələr
. İnsanın fəlsəfi cəhətdən anlaşılma-
sında çətin məsələlərdən biri onun mənşəyi məsələsidir. Təsadüfi devirdir ki, bu ən 
çox müzakirə olunan və mübahisə doğuran məsələlərdəndir. 
Fəlsəfədə insanın mənşəyinə dair bir neçə konsepsiya vardır. Onlardan birinci-
si naturalist mövqedən çıxış edir. Adından da göründüyü kimi bu baxış insanın ya-
ranmasını təbii təkamülün nəticəsi hesab edir. O, XIX əsrin ikinci yarısında Darvi-
nin yaratdığı təkamül nəzəriyyəsinə əsaslanır. Həmin nəzəriyyəyə görə insan yük-
sək inkişaf etmiş heyvan növündən - meymundan əmələ gəlmişdir.
 
Bu cür yanaş-
manın çoxlu tərəfdarları vardır. Bununla belə onun əleyhdarları da az deyildir. Mə-
sələn, K.Yaspers göstərir ki, insanın meymundan əmələ gəlməsindən daha çox 
meymunun insandan yarandığım demək ağlabatandır. İkinci nöqteyi-nəzərin (antro-
poloji rasionalizmin) basında məşhur alman filosofu Hegel dayanır. O, insanın 
heyvanat aləmi ilə əlaqəsini inkar etmir. Amma qeyd edir ki, onun ayaq üstə dur-
ması oyanmaqda olan ruhun xidmətidir. Təbiətin bu işdə heç bir iştirakı yoxdur. O 
yazırdı ki, canlının timsalında təbiət öz inkişafını başa çatdırır və ali səviyyəyə 
yüksəlir. Beləliklə, ruh təbiətdən hasil olur. Sonra təbiət Simurq quşu kimi öz-özü-
nü yandırır ki, onun külü içərisindən yeniləşmiş şəkildə ruh kimi meydana çıxsın. 
İnsanın mənşəyini izah edən üçüncü xətt ona sosial-praktiki baxımdan yanaşır. 
Onun fikrincə insan ilə cəmiyyət birlikdə yaranmışdır. Bu prosesin əsas yolunu 
praktiki fəaliyyət təşkil edir. Qeyd olunan baxış insanın mənşəyini əmək, nəzəriy-
yəsinin müddəaları üzərində yüksəldir. Deməli, bu mövqeni aydın təsəvvür etmək 
üçün əmək nəzəriyyəsinin əsaslarına diqqət yetirilməlidir. Bu təlim öyrədir ki
insan və cəmiyyət insanabənzər meymunlardan uzun təkamül nəticəsində, əmək 
prosesində meydana gəlmişdir. İnsanın ulu əcdadları inkişaf etmiş bioloji orqaniz-
mə malik idilər. 
XIX əsrin ikinci yarısından etibarən insanı bioloji təkamülün məhsulu hesab 
edən baxış geniş yayıldı. Bununla əlaqədar olaraq insan və heyvan arasındakı fərq-
lərin araşdırılmasına diqqət artdı. 
Əlbəttə, insanları heyvanlardan ayıran çox müxtəlif əlamətlər mövcuddur (dili, 
dik yeriməsi, şüuru, əxlaqı və s.). Lakin əsas məsələ heyvanat aləmindən etməkdir. 
Bunu bildikdən sonra insan ilə heyvanı fərqləndirən ən əsas cəhəti üzə çıxarmaq 
asanlaşır. 
Bu fərqi izah
 
edərkən birinci növbədə aşağıdakı məqama diqqət yetirilməlidir. 
Heyvanın davranışı onun orqanizminin (bioloji aləmin) tələbatları və strukturu ilə 
müəyyən olunur. Hər bir heyvan doğularkən müəyyən instinktlərə malı olur. Bun-
lar
 
onun davranış çərçivəsinin hüdudlarını müəyyən edir. İnsan da ictimai mühitdə 
yaşayır. Onun davranış və hərəkətləri praktiki olaraq qeyri-məhduddur. Heyvanın 
instinktiv davranışı genetik proqram ilə şərtlənir. İnsan
 
cəmiyyətində isə davranış 
və fəaliyyət prinsipcə yeni məzmun kəsb edir. Burada əsas yeri ünsiyyət vasitəsi 
olan dil, müxtəlif normalar və mədəniyyət tutur. Beləliklə də bioloji aləmdə əsas 


267
yer tutan bioloji irsiyyətin yerinə sosial varislik yaranır. Sosial varisliyin mexaniz-
mi nəsillərin ictimai həyatda bir-birini əvəz etməsidir.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin