Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə251/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   247   248   249   250   251   252   253   254   ...   307
333 felsefe muhazireler toplusu eyani


Birinci mövqe göstərir ki, insan unikal mövcudatdır. 
Özü özünün yaradıcısı, dünyadakı bütün şeylərin ölçüsüdür, 
İ
kinci
baxışa görə in-
san Allahın yaratdığı möcüzədir. 
Üçüncü
nöqteyi-nəzər isə hesab edir ki, insanın 
yaranması təbiətin səhvidir O, sonsuz sayda nöqsanlara malik olan bədbəxt törəmə-
dir. Buna görə də insanın gələcəyi yoxdur, t 
İnsanın mahiyyəti mürəkkəb olduğu üçün çoxölçülü xarakter daşıyır. Onda 
aşağıdakı dörd səpkini ayırmaq olar: 
bioloji, psixiki, sosial 
və 
kosmik. Birinci 
in-
sanın anatomik və fizioloji, xassələrində-genetik əlamətlərində, onun orqanizmlidə 
baş verən beyin-əsəb proseslərində, fızki və elektrokimyəvi dəyişiklərdə ifadə olu-
nur. Başqa sözlə, bu mövqe insanı bioloji orqanizm kimi öyrənir. Psixiki səpki in-
sanın ruhi-mənəvi dünyasını nəzərdə tutur. Burada şöhrət insandakı şüurlu və qey-
ri-şüuri proseslərdən, onun iradəsi, hissləri, hafizəsi, xarakteri, temperamenti və sa-
ir psixiki səciyyələrindən gedir. Sosial
 
səpki
 
xüsusilə mühüm olub, insanların icti-
mai mahiyyətini araşdırır. Onun diqqət mərkəzində aşağıdakı məsələlər durur: insa-
nın sosial münasibətlər sistemində yeri, fəaliyyətinin xarakteri, həyatının təşkili 
formaları, mənəvi dünyası, mədəniyyəti və s. Nəhayət son dövrdə
 
intensiv müzaki-
rə olunan dördüncü səpki
 
insan ilə kosmos, kainat arasında qarşılıqlı münasibətlə-
rin bütöv bir sistemini əhatə edir. 
Qeyd olunmalıdır ki, bu səpkilərin hər biri özü-özlüyündə çox vacibdir. Lakin 


266
onların heç biri ayrı-ayrılıqda götürüldükdə mürəkkəb insan fenomenini aça bilmir. 
Buna görə də insan haqqında hərtərəfli biliyə malik olmaq üçün onların hamısını 
qarşılıqlı təsirdə və vəhdətdə götürmək zəruridir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin