§ 3. Dialektikanın qanunları Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə və əksinə keçməsi qanu- nu. Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə qarılıqlı keçməsi gerçək-
liyin ən ümumi, obyektiv qanunlarından biridir. Bu qanunun mahiyyətini və fəaliy-
yət mexanizmini başa düşmək üçün "keyfiyyət", "xassə", "kəmiyyət", "ölçü", "sıç-
rayış" və s. anlayışları bir-birindən fərqləndirmək və mənimsəmək lazımdır.
Məlumdur ki, gerçəklikdə çoxsaylı predmet və hadisələr vardır. Onlar nə qədər
çox, bir-birinə bənzər və mürəkkəb olsalar da, əsasən biz onları qarışdırmır, bir-bi-
rindən fərqləndiririk. Ona görə ki, onların hamısının spesifik, ancaq özünəməxsus
fərqləndirici xüsusiyyətləri, xassələri, keyfiyyətləri vardır, məsələn, metallardan
dəmir, polad, mis, qızıl və s. metal kimi ümumi xassələrə malik olsalar da, onların
hər birinin ayrılıqda özünəməxsus atom çəkisi, elektriki keçirmə qabiliyyəti, hava
və rütubətə davamlılığı xassəsi, istilik keçirmə xüsusiyyətləri və s. vardır. Predmet
və hadisələri bir-birindən fərqləndirmək imkanı verən əsas cəhət onların özünə-
məxsus xassələrinin, ən başlıcası isə keyfiyyətlərinin olmasıdır.
Keyfiyyət - predmet və hadisəyə daxilən xas olan, onu başqa predmet de- yil, məhz həmin predmet edən, saysız-hesabsız başqa predmetlərdən fərqlən- dirən ən başlıca cəhətdir, bütün mühüm xassələrin, qabiliyyət və cəhətlərin məcmusudur. Keyfiyyət, necə deyərlər, predmetin müəyyənliyi, mənliyidir. Key-
fiyyətini itirdikdə cisim daha mövcud halını da itirmiş olur, başqa keyfiyyətə keç-
miş, çevrilmiş olur. Bütün predmet və hadisələrin öz keyfiyyəti olmasaydı onda biz
canlını cansızdan, insanı başqa canlılardan, təbiətdəki müxtəlif maddələri və cə-
miyyət hadisələrini bir-birindən fərqləndirə, ayırd edə bilməzdik.
Məhz bu cəhətlərinə görə Hegel qeyd edirdi ki, keyfiyyət predmetin özüdür,
onu təşkil edən cəhətdir, onsuz predmet özü mövcud olmazdı. Predmet öz keyfiy-
yəti ilə mövcuddur. Keyfiyyətini itirdikdə cismin yaşaması dayanır, daha köhnə ha-
lında mövcud ola bilmir.
Keyfiyyət xassələrdə təzahür edir, xassə predmet və hadisələrin başqaları ilə
qarşılıqlı münasibətlərində meydana çıxır.