236
bunların bəziləri bütün formasiyada fəaliyyət göstərir. Həm təbiətə, həm cəmiyyətə,
həm də təfəkkürə xas olan ən ümumi qanunlar fəlsəfə tərəfindən öyrənilir.
Ən ümumi olmaq etibarilə qanun təkcə hadisələrdən kənarda, onların xaricində
deyil, ancaq təkcə hadisələrlə, proseslərlə və i. a. əlaqədə mövcuddur. Qanun hadi-
sələrin bütün xassələrini deyil, onlardakı ən ümumini əks etdirdiyinə görə, təkcə
hadisə qanundan zəngindir. Qanun hadisələrdəki möhkəm, sabit, təkrarlanan, eyni
cəhətdir. Hadisələr eyni zamanda həm oxşar, həm də fərqli olur. Həmişə elə bir cə-
hət və ya bir neçə cəhət tapmaq olar ki, gerçəkliyin ən müxtəlif şeyləri həmin cə-
hətlərə görə bir– birinə oxşasın. Dialektika hadisələrin mütləq eyniyyətini inkar
edir, lakin nisbi eyniyyəti (hadisələrin ayrı– ayrı cəhətlərə, xassələrə görə uyğunlu-
ğu) qəbul edir. Qanun o cəhəti əks etdirir ki, bunda müxtəlif hadisələr bir– birinin
eynidir.
Eyniyyət ancaq müxtəliflikdə mövcuddur, müxtəliflik isə müəyyən cəhətlərə,
xassələrə görə hadisələrin eyniyyətini, vəhdətini istisna etmir. Elm hadisələrin qa-
nunauyğun əlaqələrini kəşf etməklə müxtəliflikdə eyniyyət, eyniyyətdə müxtəlifliyi
müəyyən edir. Qanunlar obyektivdir. Müxtəlif tarixi şəraitdən asılı olaraq, qanunun
təzahür forması dəyişir. Eyni qanunlar ən müxtəlif formalarda təzahür edir. Beləlik-
lə, qanunların fəaliyyəti şəraitdən asılıdır.
Qanunların təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Öz
Dostları ilə paylaş: