231
dərk etmək vasitəsidir, lakin heç bir xüsusi elm idrak
prosesinin qanunauyğunluqla-
rını və formalarını öyrənməklə məşğul olmur. Bununla yalnız materialist dialektika
məşğul olur.
ç)
Dünyagörüşü funksiyası.
Materialist dialektikanın predmetindən belə nəti-
cə çıxır ki, o həm də dünyagörüşü funksiyasını yerinə yetirir. Bu funksiya öz ifadə-
sini insanın təbiətə, cəmiyyətə və özünə münasibəti haqqında dialektik materialist
təlimdə tapır.
d) Metodoloji funksiya.
Bu funksiyanın mahiyyəti bundan ibarətdir ki, mate-
rialist dialektika nəinki inkişaf nəzəriyyəsi, həm də elmi idrakın və praktiki fəaliy-
yətin ən ümumi metodudur. O, insana təbiətin və sosial gerçəkliyin dərk olunması
və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, onu ümumi
metodoloji prinsiplərlə silahlandırır. Bununla əlaqədar olaraq dialektikanın bütün
prinsipləri, qanunları və kateqoriyaları metodoloji əhəmiyyət kəsb edirlər.
d)
Qabaqgörənlik funksiyası.
İnkişaf haqqında dərin məzmunlu və hərtərəfli
təlim olan dialektika keçmişi və indini izah etməklə yanaşı, insana gələcəyi irəlicə-
dən görmək imkanı verir. Elmi qabaqgörənliyin nəzəri və metodoloji əsasını təşkil
edən materialist dialektika adamlara sosial-siyasi hadisələrin inkişaf ehtimalını düz-
gün
qiymətləndirmək, inkişaf meylini müəyyənləşdirmək,
dərin intuisiya, zəngin
təfəkkür və böyük həyat təcrübəsi əsasında hadisələri
qabaqlamaq və gələcəyin mo-
delini yaratmaq imkanı verir. Məhz bu yolla insan inkişafın daxili qanunauyğun
əlaqə və münasibətlərini dərk edir, ehtimallı proqnozlaşdırmalar aparır, ümumi hi-
potezlər yaradır, elmi kəşfləri qabaqcadan xəbər verir (məsələn,
fizikada proton,
neytron, pozitronun və s. mövcudluğunun qabaqcadan söylənməsi və s.)
Nəzəriyyə və praktikada dialektikanın bütün funksiyalarının reallaşmasının
əsas şərti onların dialektik vəhdətdə tətbiq olunmasıdır. Bunu fəlsəfi kateqoriya ki-
mi materiyaya verilən və yuxarıda bəhs etdiyimiz tərifdə aydın görmək olar. Həmin
tərifdə dialektikanın
qeyd etdiyimiz ontoloji, məntiqi, qnoseoloji,
dünyagörüşü,
metodoloji, proqnostik funksiyaları vəhdətdə reallaşmışdır. Materiyaya obyektiv
reallıq kimi tərif verildikdə onun ontoloji aspekti, materiyanı obyektiv reallığı gös-
tərən fəlsəfi kateqoriya kimi müəyyənləşdirdikdə
onun məntiqi aspekti, obyektiv
reallıq olmaq etibarilə materiya insana onun duyğularında verilmişdir, bizim duy-
ğularımızdan asılı olmadan mövcud olmaqla onlarda əks olunur dedikdə onun
qno-
seoloji aspekti qeyd edilmişdir. Bunlardan
başqa həmin tərif həm
də çox böyük
dünyagörüşü və metodoloji əhəmiyyətə malikdir. Beləliklə, materiyaya verilən mə-
lum tərifdə dialektikanın bütün funksiyaları onların vəhdətində realizə olunmuşdur.
Dostları ilə paylaş: