Şəxsiyyətin fərdi psixoloji xüsusiyyətlərin psixodiaqnostikası



Yüklə 26,33 Kb.
səhifə1/2
tarix24.05.2022
ölçüsü26,33 Kb.
#59225
  1   2
psixodiaqnostika 7 (1)


Şəxsiyyətin fərdi psixoloji xüsusiyyətlərin psixodiaqnostikası


Qabiliyyət insana məxsus, anadangəlmə xüsusiyyət olub insanın həyata keçirdiyi nəzəri yə təcrübi fəaliyyət prosesində formalaşmış və inkişaf etmiş nəticə kimi - izah edilir. Onun əsasında istedad təməli adlanan anadan gəlmə anatomik - fizialoji əlamətlər, amillər, xüsusiyyətlər durur.
Qabiliyyətlə istedad təməlinin qarşılıqlı əlaqəsi belə izah edilir: qabiliyyət təbii təməl üzərində inkişaf etsə də, bu onların funksiyasına daxil deyildir:fəaliyyət,istedad təməli qabiliyyətlərin inkişafının ilkin şərtidir,amma bu qabiliyyətlərin inkşaf etməyən potensialları demək deyildir. (potensial - vasitələr, şərtlər məcmuu) Təbii istedların əsasında sinir sistemi durur və ona bütövlükdə insan orqanizminin spesifik olmayan xüsusiyyəti kimi baxılır. Ona görə də hər bir qabilivyət üçün əvvəlcədən hazırlanmış təməlin mövcud olması inkar edilir. Müxtəlif insanlarda müxtəlif təməl ehtiyatı əsasında inkişaf edən qabiliyyətlərin fəaliyyət prosesində eyni nəticəsi meydana çıxa bilər. Bir qabiliyyət, o cümlədən təbii qabiliyyət hesabına(əsasında)başqa qabiliyyət də yarana bilər.
Məlumdur ki, bir sıra psixoloji testlər qabiliyyət testləri adlanır. Bura intellekt və kreativlik tcstləri, “ümunıı qabiliyyət testləri” həmçinin «xüsusi qabiliyyət testələri» də daxildir. Qarşıya belə sual çıxır: bu testlər həqiqətən də qabiliyyətləri ölçə bilirmi? Onların adları ilə qiymətləndirdıklərinin mahiyvəti bir- birinə hansı səviyyədə uyğun gəlir.
Bu suallara cavab vermək üçün əvvəlcə bu test göstəricilərinin ozündə nəyi əks etdirdiklərinə nəzər salaq. Yoxlananın yerinə yetirdikləri işə görə onlara verilə n ballar düzgün icra olunmuş tapşınqların ümumi sayına görə müəyyən edilir. Məsələn, intellektual testlərdə yoxlanılanlara icra ediləcək tapşınqlardakı obyektlər arasındakı məntiqi - funksional əlaqələri (sözlərlə, qrafıki təsvirlərlə və s.) müəyyən etməyə aid bir sıra suallar verilir. Həmçinin bir sıra sahalərə aid məlumatlar verməyə xidmət edən tapşırıqlar verilir. Hər fərdə düzgün həll etdiyi tapşınğın sayına görə bal verilir, bu ballar əsasında da standart şkalalara görə qiymət, verilir. Bu elə İQ dür, yəni intellektuallığının müəyyən edilməsidir. Digər qabiliyyət test göstəriciləri də bu qayda ilə alınır.



Yüklə 26,33 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin