Diqqətin məşqi üçün oyunlar



Yüklə 16,06 Kb.
tarix19.06.2022
ölçüsü16,06 Kb.
#61793
Diqqətin məşqi üçün oyunlar


Diqqətin məşqi üçün oyunlar
1.Qabiliyyətlərin üzə çıxması üçün: diqqətin davamlılığı və mərkəzləşməsi – “Kəpənək”, “Sıra ilə rəqəmlər”.
2.Diqqətin keçirilməsi: “Şən üçlük”, “Səhər gimnastikası”, “Güzgü” və “Hərfləri qeyd et”.
3.Müşahidəçilik: “Şerlo Holms”, “Müşahidəçilər üçün him-cim”.
4.Diqqətin ixtiyariliyi: “Qadağan olunmuş söz”, “Qadağan edilmiş hərəkətlər”.
“Səhər gimnastikası” - əgər siz uşaqlarla səhər gimnastikası edirsinizsə bu oyun sizə çətin olmayacaq. Bu oyun diqqətin keçirilməsi və ixtiyari proseslərin inkişafı üçündür. Siz hərəkətləri müxtəlif ardıcılıqla edin və bir hərəkətdən digərinə tez-tez keçin. Məsələn, 2 dəfə oturun, 2 dəfə bədənimizlə sağa-sola dönün, dayanın. Sonra başqa 3 hərəkət seçmək və onları dəyişmək olar. Bu oyunda daha az səhv buraxan qalib olur.
“Güzgü” oyunu – oyunda 2 nəfər qarşı-qarşıya oturur. Oyunçulardan biri “güzgü” rolunu oynayır. “Güzgü” eynilə qarşısındakının etdiyi hərəkətləri təkrarlamalıdır. Sonra oyunçular onları dəyişə bilərlər. Bu oyun diqqətin keçirilməsi, sensor qabiliyyətlər üçün təşkil olunur. Bu oyunun köməyilə bir-birinə olan münasibətini müəyyənləşdirmək olar. Ünsiyyət çətinliyi olan uşaqlar üçün bu oyun çox əhəmiyyətlidir.
“Şerlo Holms” oyunu – müşahidəçilik qabiliyyətinin inkişafı üçündür. Şerlo Holms rolunu oynayan oyunçu öz tərəfdaşlarının xarici görünüşünə diqqət edir. Sonra otaqdan çıxır. Tərəfdaş xarici görünüşündəki bəzi detalları dəyişir və müstəntiq nə dəyişiklik olduğunu tapmağı təklif edir. Oyun zamanı tək tərəfdaşın xarici görünüşü deyil, otaqdaki əşyaların yerdəyişməsi, şəkildəki xırda detallar və bir çox şeylər ola bilər. Oyunun qəlizliyi dəyişən elementlərindən asılıdır. Yaxşı olar ki, 2-3 dəyişiklikdən başlanılsın və tədricən çoxaldılsın. Bir-birinə belə məsələlər verməklə bu oyunu yarışa çevirmək olar. Elə edin ki, hər oyunçunun tapşırığının çətinliyi eyni səviyyədə olsun.
“Müşahidəçilər üçün him-cim” oyunu – müşahidəçilərin başqasının dilini “oxumaq” bacarığının inkişafına yönəldilib. Siz pantomima göstərirsiniz. Uşaq isə bu hərəkətin nə demək olduğunu tapmalıdır. Başlağıc üçün sadə hərəkətlər göstərmənizi təklif edirik. Məsələn,yuxudan oyanmaq, əl-üz yumaq, dişləri təmizləmək, meyvə yemək, çay süzmək, kitab oxumaq, futbol oynamaq. Sonra daha qəliz hərəkətlər göstərin. Məsələn, necə süfrə salırsınız, çimərlikdə gəzirsiniz, otaqda yır-yığış edirsiniz, çay dəmləyirsiniz, dəftər-kitabınızı çantaya yığırsınız və s.
Rolları dəyişin, uşaq hər hansı bir fəaliyyət fikirləşib göstərsin, siz isə onu tapın.
“Yumruqda nə var?” oyunu qeyri-müəyyən situasiyasını təqdim etmək məqsədi ilə sual vermək vərdişlərinin məşqi üçün nəzərdə tutulub. Hər hansı bir kiçik əşyanı götürərək ovcunuzda gizlədin. Uşaq bunun nə olduğunu müəyyənləşdirmək üçün çoxlu suallar verməlidir. Oyundan qabaq uşağa izahedin ki, suallar yumruğun açarlarıdır. Bu açarlar müxtəlifdir: əşyanın ölçüsü, onun quruluşu, nədən düzəldilməsi, onu necə dəyişmək olar, ona nə təsir edə bilər, əşyaların hansı növünə aiddir və s. Uşaq bu açarlardan istifadə etməyi (suallar verməyi) bacarmalıdır ki, hansı əşyanın olduğunu müəyyənləşdirsin. Suallar təxminən belə olmalıdır:
Quruluşu necədir? Hansı rəngdədir? Hansı xüsusiyyətləri var? Nədən düzəldilib?
Əgər böyük əşya götürmək lazım gələrsə, oyunda torbadan, qutudan da istifadə etmək olar. Yaxud əşyanı döşəmənin üzərinə qoyun və bir şeylə üstünü örtün.
" Sözsüz " oyununda da, həmçinin, sual vermək öyrədilir, lakin sözsüz. Elə vəziyyət fikirləşin ki, orada danışmağın faydası yoxdur, çünki onsuz da heç kəs eşitməyəcək. Məsələn, siz başqa planetdəsiniz, orada insan nitq qabiliyyətini itirir ( və ya bir birini eşitmək mümkün olmur ).
Uşaq sizdən nə isə sorusmalı, siz isə cavab verməlisiniz. Suallar konkret olmalıdır, amma onlar him-cim, işarələr, bəzən hərəkətlər ilə ifadə olunmalıdır. Hündürdən danışmaq olmaz. Uşağın sizə verəcəyi suallar təxminən belə olmalıdır:
1 ) İndi səhərdir, ya axşam?
2 ) Sən yemək istəyirsən?
3 ) Ərzağı hardan almaq olar?
4 ) Burada telefon var?
5 ) Mənim diş fırçam hanı?
Sualların qoyuluşunda və cavablarda daha çox yaradıcılıq işlədin. Sizin işarə və him - cim hərəkətlərinizin başa düşülən olmasına fikir verin. Bunu uşaqla müzakirə edin.
"İxtiracı". Oyunun ləvazimatı müxtəlif əşyalar ola bilər. Siz hər hansı bir əsyanı deyir və uşağa daha çox variant seçməyi təklif edirsiniz. Uşağa izah edin ki, oyunda qeyri - adi variantlar da seçə bilərsiniz. Məsələn: Kitab - oxumaq üçündür, bundan əlavə ondan yük kimi istifadə etmək olar ( iki əşyanın bir - birinə yaxşı yapışması üçün kitabı onların üstünə qoyurlar və yaxud kitabdan içərisində məktub gizlətmək üçün istifadə etmək olur ).
" Bacarıqlı əllər" oyunu əvvəlkinə bənzəyir, lakin burada elə ləvazimat götürülür ki, ondan müxtəlif əşyalar düzəltmək mümkün olsun. Belə ki, siz əşyanı deyirsiniz, məsələn, ağac. Uşaq həmin əşyadan nə düzəltmək mümkün olduğunu söyləyir. Ağacdan düzəltmək mümkün olan məmulatların siyahısı: stul, stol, karandaş, şkaf, kitab rəfi, pəncərə, qapı və s. Yaxud başqa sözlər götürün: parça, metal, şüşə, plastmas, su, ... Bacarıqlı əllər onlardan nə düzəldə bilər?
Yüklə 16,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin