7.3.Xüsusi qabiliyyətlər və xüsusi qabiliyyət testləri Qabiliyyətləri ümumi və xüsusi oimaqla iki yerə ayrılır. Ümumi qabiliyyətlərə intelleklual və yaradıclıq qabiliyyətləri daxildir. Bunlar bir çox fəaliyyət növlərində təzahür edir. Xüsusi qabiliyyətlər xüsusi fəaliyyət sahələrində müəyyən edilir, ayrılır (musiqi, riyazi, təşkilatçılıq və s.)
Hər şeydən əvvəl ümumi və xüsusi qabiliyyətlərin qarşılıqlı munasibətləri fəaliyyətin ümumi və xüsusi şəraitdə nəticələrin qarşılıqlı münasibəti kimi, təhlil edilir. B. M. Teplov qabiliyyətlərin ümumi anlarını, (momentlərini) müxtəlif növ fəaliyyətlərin ümumi anları ilə xüsusini isə, xüsusi spesifik anlarla əlaqələndirilmişdir. S. L. Rubinişteyn isə qeyd etmişdir ki, fəaliyyətdə həm ümumi həm də xüsusi qabiliyyətlərin baş verməsini axtarmaq lazımdır. Ümumi xüsusi vasitəsilə ifadə olunduqda onlar özlərinin təzahürü (mövcudluğunun) vəhdətində mövcud olur. Əvvəlki bölmələrdə göstərildiyi kimi xüsusi qabiliyyət testlərinin meydana gəlməsinə səbəb ayrı-ayrı, peşə fəaliyyətlərinin əvvəlcədən peşə qabiliyyəti, haqqında məlumatlar (proqnoz) verilməsi tələbi ilə peşə məsləhəti və peşə seçimi təcrübəsinin yaranması oldu. Xaricdə xüsusi qabiliyyətlərin testləşdirilməsi daha intensiv şəkildə inkişaf etmişdir və müasir dövrdə çox geniş yayılmışdır. Orada təcrübi məqsədlə xüsusi qabiliyyətlərin aşağıdakı qrupları müəyyən edilmişdir: Sensor; motor; texniki; peşəyönümlü Birinci üç qrup müəyyən peşə iIə əlaqədar deyildir. Sensor qabiliyyət testləri əsasən sənaye və hərbi müəssisələrdə iş yerləri üzrə düzgün seçim aparmaq üçün tətbiq olunur. Bir sıra peşələrdə əmək göstəriciləri sensor vəziyyətdən asılı olur. Düzəldilmiş testlər müxtəlif əmək fəaliyyəti növlərinə istiqamətləndirilmiş olur. Esitmə və görmə funksiyalarını diaqnozlaşdıran testlər daha geniş yayılmışdır. Testlərin köməyi ilə ölçülən görmə itiliyi, gözün əzələ balansı rəngarəngləndirilməsi, qavrayış dərinliyi, görmə qavrayışı xüsusiyyətləri içərisində xüsusi yer tutur. ABŞ-da yüksək psixometrik göstəriciləri olan görmə qabiliyyətlərinin aşağıdakı növləri geniş yayılmışdır: 1.Snellen Şkalası (Snellen Şkala); 2.Orta- Reyter Testi (Orto-Riter Test); 3.Görmə Testi (Visual Test); 4.Görmənin yoxlanması (Sensoru Examination). Eşitmə qavrayışı testləri ilə əsasən eşitmə kəskinliyi, yüksəkliyin, tembirin fərqləndirilməsi, fondakı işarələrin ayrılması, dolmuş küyün seçilməsi və s. ölçülür. Eşitmə kəskinliyini (itilıyini) diaqnozlaşdırmaq üçün təkcə səs sıqnallarından deyil, həm də rəqəmləri, sözləri və ya cümləni tələffüz edən insan səsindən də istifadə edirlər. Bu onunla əlaqədardır ki, bir sıra peşələrdə nitq stimullarının fərqləndirilməsi birinci dərəcəli əhəmiyyət kəsb edir. Eşitmə həssashğının fərqləndirilməsini diaqnozlaşdıran ən məşhur və keyfiyyətli test K.Şişorun musiqi istedadnının ölçülməsi testindən ibarətdir. (Saashore Measures of Musical Telents). Adına baxmayaraq bu test fərdin musiqi fəaliyyətinin müvəffəqiyyətlərini proqnozlaşdırmaq üçün nəzərdə tutulmur. Səs operatoru və ya radio teleqrafçı və hərbi sahə üçün vacib olan səsin fərqləndirilməsini müəyyənləşdirmək üçün tətbiq edilir. Onun altı subtesti müxtəlif yüksəklikləri,möhkəmliyi, ritmi, uzunluğu, səsin tembiri, ton yaddaşı kimi xüsusiyyətləri diaqnozlaşdırır. Test IV sinif şagirdlərindən başlayaraq fərdlərə tətbiq edilir. Hərəki testlər (psixomotor) hərəkətin dəqiqliyi və sürətini, barmaqların və əlin, hərəkətlə tipini cəldliyini, hərəkət reaksiyalanmn tempi və koordinasiyalarını, hərəki tapşırıqların həllində əzələ qüvvələni dəcjiq bölüşdürülməsini ölçməyə istiqamətləndırilmışdir. Onlann əksəriyyəti əlin hərəkətini diaqnozlaşdınr, diaqozlaşdırır, konkret fəaliyyətinin tələbi ilə bəzən bura ayağın hərəkətinin diaqnozlaşdınlması da daxil edilir. Bir çox testlər görmənin nəzarəti altında icra edildiyinə görə faydalı, yaxaşı fəza təsəvvürlərinin iştirak zamanın onlan çox zaman psixomotor və ya sensomotor (sensohərəki) test adlandınrlar. Hərəki testlər (psixomotor) testlər iki formada işlənib hazırlanır: apparaturlu (əşyavi) və blanklı testin çap olunmuş variantı ilə aparatlardan istifadəni tələb edənlər arasındakı əlaqə korrelyasiya çox zaman əhəmiyyətsiz və ya tamamilə olmur, amma onlann hər biri müəyyən növ fəaliyyət üçün validdir (yararlıdır). Hərəki testlər əsasən sənayedə, hərbi hissələrdə, idmanda tətbıq olunur. Müəyyən edilmişdir ki, hərəki testlər yüksək spesfıkliyi ilə fərqlənir, ona görə də onlar arasındakı kolleryasiya çox zaman əhəmiyyətsiz olur. Bunun ardınca ayrı-ayrı peşələr üçün xüsusi hərəki testlər hazırlandı. Çox zaman belə testlər konkret işin, fəaliyyətin tələbi ilə verilən sifarişlərə görə hazırlanırdı. Belə testlərin yaradılmasına ən sadə yanaşma işin özünü təkrar etməkdir (az həcmdə və ya buna bənzər real fəaliyyətdə olduğu kimi əzələ qrupuna təsir edərək hərəkətə gətirən təkrarlardan ibarətdir.) İşığı hissetməni diaqnozlaşdırmaq üçün rəngli nöqtələrdən ibarət olan (təşkil olunmuş)Ştillinq cədvəlindən istifadə edilirdi. Fərqləndirilməsi yoxlanılanrəngin nöqtəsi müəyyən rəqəmlə ifadə edilirdi. Gözlə ölçmələri (gözə yararlığı) ölçmək üçün Geller və Medin xüsusi aparatlardan istifadə edilirdi. Bu aparat əşyaların uzunluğunu, künclərin ölçüsünü, müqayisə etməyə, dərinliyini qiymətləndirməyə və s. imkan verir. Rebakovun testi elə düzəldilmişdir ki, müxtəlif fiqurların formalarını xəttə elə keçirmək lazımdır ki, alınan iki hissədən kvadrat düzəltmək mümkün olsun. İcra müddəti məhduddur. Görmə qavrayışı testləri ilə bərabər müxtəlif parametrli eşitməqavrayışı və hiss etməsini, sezməsini ölçən testlərdən də istifadə edilir. Sezmə hiss etmə diaqnostikası qalınlığı fərqləndirmə, kələ - kötür (nahamar) və dıgər səthlərin toxunma vasitəsilə fərqləndirilməsi tələb olunan peşələrdə daha çox tətbiq olunur. Psixotexnikada güc, temp, ritm, sürət, hərəkət dəqiqliyi kimi hərəki (motorika) xüsusiyyətlərin ölçülməsi də əhəmiyyətli yer tutur. Bunun üçün müxtəlif aparatlardan istifadə edirlər (dinamometr, eroqraf, termometr və s) test tapşırıqları kimi muncuq düzülməsindən, ilmələr toxumaqdan, mürəkkəb fıqurların çəkilməsindən və s. kimi işlərdən istifadə edilir. Hərəki funksiyalar təkcə peşə seçimi. peşə məsləhəti zamanı zərurıdir, həm də o, uşağın psixi inkişafına nəzarət etməkdə də əhəmiyyətli rol oynayır. Bu məqsədlə 1923-cü ildə Rusiyada N.İ Ozeretski “Hərəki test” hazırlamışdır. Bu test 4 yaşdan 16 yaşa qədər uşaqların hərəki inkişafını diaqnozlaşdırmaq üçün hazırlanmışdır. Test 5 subtestdən ibarətdir. Bu subtestlərin tapşırıqları yaşa uyğun qurulmuş və müxtəlif tip hərəkətləri ölçür. Stımullaşdıncı material kimi kağız, iynə, sap, top və s. bu kimi sadə əşyalardan istifadə edilir. Birinci subtest 15 saniyə müddətində gözü yumulu tərpənmədən sağ və ya sol ayaq iistündə, pəncə üstündə müvazinətini itirmədən dayanmaq bacarıqlarının statistik koordiyasiyasını diaqnozlaşdırmağa istiqamətləndirilmişdir. İkinci subtest tullanma, kağızdan fıqur kəsmə və s. zamanı hərəkətin mütənasibliyi qiymətləndirmək üçün hazırlanmışdır. Üçüncü subtestlə hərəkətin itiliyi və hərəki görmə koordinasiyaları ölçülür. Tapşırıq qəpiyin qutuya qoyulması, i, muncuqların düzülməsi, ipin bağlanması və s. dən ibarətdir. Dördüncü subtestlə hərəkət qüvvəsi ölçülür. Bu tip tapşırıqlara əşyaların əyilməsi və düzəldilməsi kimi işlər daxildir. Beşinci subtestlə müşayət edici hərəkətlər (mimika, vəziyyətlərin — pozaların dəyişməsi, əlin üslubları) ölçülür. Tapşınğın icrasına məhdud vaxt verilirdi, bütün əməliyyat isə 40-60 dəqiqə aparılırdı. Hər düzgün icra olunun tapşırıq üçün uşaq bir bal alırdı. Cədvəl yaş inkişaf normalarına uyğun qurulmuşdu. N.İ. Ozeretskinin metodikaları dünya şöhrəti qazandı və 1955-ci ildə amerika psixoloqları tərəfindən standartlaşdırıldı. Xüsusi qabiliyyət testlərinin bir qrupu da ixtisaslaşdırılmış qabiliyyətləri ölçmə testləridir. Yəni, müəyyən növ fəaliyyətin müvəffəqiyyətli icrasını təmin edən bir sıra fərdi - psixoloji xüsusiyyətləri birbaşa üzə çıxaran testlər. (musiqi, rəssamlıq) K.Şişorun musiqi istedadının ölçülməsi testləri ilə yanaşı musiqi qabiliyyətlərin ölçməyə başqa cür yanaşmalardan istifadə edən digər metodikalar da mövcuddur. Bu metodikalarla sensor fərqləndirmə ilə yanaşı musiqini başa düşmə, onun estetik qavranılması da qiymətləndirilir. Belə testnümunələrinə misal olaraq G.Vinqin musiqi intelektinin standartlaşdırılması testlərini göstərmək olar. Onun testləri 8 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulur və musiqi mühakiməli məzmunda işlədilir. Birinci üç testdə fortepiona musiqisini sensor fərqləndirmə tələb olunur. Qalan dörd testdə yoxlanan iki musiqi parçasının estetik dəyərini müqayisə edir.. Analoji yanaşmadan E.Qordonun musiqi qabiliyyətləri profıli testlərində istifadə edilmişdir. O, fortepiano səslərindən deyil skripka və violençel musiqisindən istifadə edirdi. Metodika 7 testdən ibarətdir. Bunlardan 4-ü iki musiqi frazalarının melodiya, hormoniya, temp və ölçü münasibətlərinin oxşar və fərqli cəhətiərinin qavranılması üzrə qurulub. Üç testdə isə voxlanılanlardan hər musiqi frazasına uyğun hesab etdiyi parçanı, frazanı seçmək tələb olunur. Bədii və musiqi qabiliyyətləri testlərindən bədii və musiqi məktəblərinə uşaq seçərkən, həm də xüsusi təhsil alan fərdlərin uyğun fəaliyyət nəaliyyətlərini proqnozlaşdırmaq üçün istifadə edilir.
ABŞ-da məşqulluq xidməti az savadlı və mədəni cəhətdən zəif inkişaf etmış insanların işə qəbulu prosesdurunu asanlaşdırmaq üçün xüsusi testlər hazırlayır. Əhalinin xüsusi kateqoriyası üçün belə testlər «Elementar peşə savadlılığı testləri» adlanır. (BOLT - Basic Occupational literacy Tests). Bu testlərə lüğətli, oxunulanın başa düşülməsi, riyazi hesablama və riyazi təfəkkür testləri daxildir. Qərbdə işlənib hazırlanmış (xüsusən də ABŞ-da ) xüsusi qabiliyyət testləri daha çox inkişaf etmişdir. Həm təhsil sistemində həm də fəaliyyəti sahəsində istifadə edilən çoxlu sayda xüsusi qabiliyyət test batareyaları həm fərdin təlim müvəffəqiyyətində, həm də peşə məsləhətlərində peşəyə yiyələnmədə, peşə fəaliyyətinin səmərəliliyini artırmaqda öz həllini tapmışdır.