191
Özlərinin ideya sələfi olan C.Berklinin ardınca materiya anlayışını qovub fəl-
səfədən çıxarmağı öz qarşılarına məqsəd qoyan maxist fiziklər materiyanın təşkil
olunduğu elektronların və hansı başqa zərrəciklərin reallığını rədd edirdilər. Atom
və elektronları
bilavasitə görməyin, duymağın mümkün olmamasından Max belə
nəticə çıxarırdı ki, onlar real olmayıb yalnız fikri şeylərdir. Max
və onun tərəfdarla-
rı maddi aləm haqqında biliklərimizin mənbəyi olan duyğuları mövcudluğun əsası-
na qoyaraq, duyğularda verilməyi obyektiv surətdə mövcud olmağın yeganə və zə-
ruri meyarı sayırdılar. Halbuki materiyaya "bizə duyğularımızda verilmiş obyektiv
reallıq" kimi verilən tərifin mahiyyətini başa düşməyərək ondan duyğularımızda
verilməyin materiyanın mütləq şərti, zəruri meyarı olması nəticəsini çıxartmaq
üçün heç bir əsas yoxdur. Həmin tərifin
mahiyyəti bundan ibarətdir ki, materiya
şüurumuzdan asılı olmadan mövcuddur və eyni zamanda idrakın başlanğıc momen-
ti, ilk mənbəyi olmaqla duyğularımızla dərkediləndir. Deməli, həmin tərif yuxarıda
qeyd etdiyimiz kimi, fəlsəfənin əsas məsələsinin hər iki-həm ontoloji, həm da qno-
seoloji tərəflərinin vəhdətini əks etdirir.
Deyilənlərə yekun vuraraq materiya anlayışına verilən tərifin belə bir ümumi
cəhətini də qeyd edək ki, o, fəlsəfənin yerinə yetirdiyi ontoloji, məntiqi, qnoseoloji,
dünyagörüşü, metodoloji funksiyaların vəhdət halında tətbiq olunması
nümunəsi
kimi çıxış edir. Məsələn, materiyaya obyektiv reallıq kimi tərif verdikdə onun onto-
loji aspekti, materiyanı obyektiv reallığı göstərməkdən ötrü işlənən fəlsəfi kateqori-
ya kimi ifadə edərkən onun məntiqi aspekti qeyd olunmuşdur. Bunlardan başqa hə-
min tərif çox böyük dünyagörüşü və metodoloji əhəmiyyətə də malikdir. Bununla
da həmin tərifdə fəlsəfənin bütün funksiyaları onların vəhdətində realizə olunmuş-
dur.
Müasir elm getdikcə daha artıq
dərəcədə təsdiq edir ki, materiya öz təzahürləri-
nə görə son dərəcə müxtəlifdir.
Dostları ilə paylaş: