Sözün ən geniş mənasında varlıq son dərəcə əhatəli reallığı, obyektiv mövcudluğu, insan şüurundan asılı olmayan gerçəkli- yi bildirən ən ümumi fəlsəfi kateqoriyadır. Varlıq - dünyanın real mövcudlu- ğunun məcmusu, təbiət və cəmiyyətin, maddi və mənəvi aləmin vəhdətinin ən ümumi ifadəsini bildirən mənəvi aləmin ən ümumi ifadəsini bildirən fəlsəfi ka- teqoriyadır. Maddi predmetlər, proseslər, xassələr, əlaqə və münasibətlər, miflər,
nağıl və əfsanələr, ictimai-siyasi, elmi və s. ideyalar-bütün bunlar hamısı varlığın
müxtəlif növləridir. Göründüyü kimi, varlıq kateqoriyası özündə həm maddi, həm
də mənəvi, ideal olanı əhatə edir.
Daha konkret olaraq varlığın növlərini belə qruplaşdırmaq olar:
a) təbii və ya maddi
varlıq.
Buraya insanı əhatə edən maddi gerçəklik daxildir
ki, onun da iki aspektini qeyd etmək olar:
təbii mühit və insan əməyi ilə yaradıl-
mış "süni mühit" və ya
"ikinci təbiət". Bunu insan şüurundan asılı olmayan təbii-
mövcudluq da adlandırmaq olar;
b) mənəvi və ya ideal varlıq. Buraya insanı əhatə edən mənəvi aləm, ideal
mövcudluq: mədəniyyət, elm, incəsənət, adət-ənənələr, ideoloji formalar və s. məc-
musu daxildir;
c) əsasında ictimai istehsal prosesi və ictimai münasibətlərin
, sosial-siyasi
strukturların durduğu sosial-siyasi varlıq.
Buraya cəmiyyətin bütün sosial-siyasi
strukturların, ictimai, siyasi, sinfi, milli və i.a. proseslərin idarə edilməsi və s. bağlı
insan fəaliyyəti sahələri daxildir;
ç) insanın obyektiv real mövcudluğu və ya insan varlığı. Bunu da iki qismə
ayırmaq olar: ictimailəşmiş insan-şəxsiyyət aləmi və fərdiləşmiş insan-fərd aləmi.
Varlıq kateqoriyası öz mahiyyəti etibarilə dərin dialektik təbiətə malikdir. Var-
lığın bu dialektik təbiətini Hegel hərtərəfli şəkildə tədqiq edərək aşkara çıxarmışdır.
Hegelə görə xalis varlıq kateqoriyası məzmunca o qədər yoxsuldur ki, o əslin-
də elə yoxsulluqla eyni güclü məfhumdur. Lakin digər tərəfdən xalis varlıq həmçi-
nin mövcudluq imkanıdır. Yəni hər cür gerçəklik öz başlanğıcını xalis varlıqdan
götürür. Deməli, o mütləq yoxluqdan ibarət neqativ anlayış deyil, potensial varlıq-
dan ibarət olub, pozitiv anlayışdır. Hegelə görə varlıq kateqoriyasının məhz bu da-
xili ziddiyyəti öz inkişafı prosesində getdikcə daha məzmunlu olan anlayışları yara-
dır. "Varlıq" kateqoriyasının fəlsəfi anlayışı haqqında ilk fikir qədim yunan fəlsəfə-
sinin Sokrata qədərki dövrünə aiddir. O dövr mütəfəkkirlərdən Parmenid varlıq de-
dikdə "maddi, əbədi və mükəmməl Kosmosu" nəzərdə tutmuş, Heraklit isə onu "fa-
siləsiz qərarlaşan Kosmos" adlandırmışdı. Burada varlıq, heçliyə, yoxluğa qarşı qo-
yulmuşdu. Platon isə varlıq anlayışının "hiss olunan" tərəfini ataraq, onu "xalis ide-
ya"- həqiqi dünya mövcudluğu kimi səciyyələndirirdi. Aristotel isə varlığa "forma
və materiyanın vəhdəti" kimi baxaraq onun müxtəlif səciyyələrindən ("hissi", "ide-
al", "insani" və s.) bəhs etmişdi. Orta əsrlər ilahiyyatında (xristian, islam və s.) var-
lıq anlayışına ilahi məna verilir, "Allah-həqiqi varlığdır", "maddi və ideya vəhdəti
isə" qeyri-həqiqi, yaradılmış mövcudat adlandırılır. XVII- XVIII əsr maarifçiliyin-
də isə varlığa ancaq maddi-təbii olanın aid edilməsi, mənəvi aləmin ona daxil edil-
məməsi ideyaları üstün olmuşdu. Orta əsrdə və sonrakı dövrlərdə Şərq və Azərbay-
185
can fəlsəfəsində varlığı "zəruri və mümkün varlıq" kimi iki hissəyə bölmüş, "zəruri
varlığa" bütün gerçəkliyin və "mümkün varlığın" səbəbi və ilkin substansional əsa-
sı kimi baxmışlar.