186
zərdə tutaraq Aristotel yazmışdı ki, onlar ancaq bir maddi başlanğıcı, məhz bütün
şeylərin ibarət olduğu hər şeyin əmələ gəldiyi və məhv olaraq ona çevrildiyi şeyi
bütün cisimlərin başlanğıcı saymışlar. Həmin məktəbin digər nümayəndəsi Anaksi-
mandr isə şeyləri əmələ gətirən ilk əsası-materiyam onun konkret hissi formaların-
dan hər hansı birinə müncər etməyərək hər şeyin əsasında sonsuz, qeyri-müəyyən
və daim dəyişilən maddi başlanğıc olan "apeyronun" durduğunu söyləyirdi. Bunun-
la da o, materiyanın fəlsəfi anlayışının işlənməsi yolunda ilk addım atmışdı. Qədim
dövrün görkəmli dialektiki olan Heraklit isə odu hər şeyin başlanğıcı sayaraq bil-
dirmişdir ki, bütün şeylər oddan əmələ gəlir və məhv olaraq ona çevrilir.
Beləliklə, həmin filosofların fikrincə, bütün şeylər yaransalar da heçdən deyil,
başqa cisimlərdən yaranır və heçliyə deyil, başqa şeylərə çevrilir. Buradan müasir
elmin də qəbul etdiyi belə nəticə çıxırdı ki, əbədi şeylər yoxdur, ancaq onların əsa-
sında duran, bütün şeylərin təşkil olunduğu ilk əsas vardır. Bu ilk əsası
ifadə et-
məkdən ötrü fəlsəfədə
Dostları ilə paylaş: