Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə165/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   307
333 felsefe muhazireler toplusu eyani

Aleksandr Makovelski 
(1884– 1969). Qazan universitetini bitirmiş, Azərbay-
can EA akademiki, SSRİ EA müxbir üzvü olmuşdur. Onun “Avesta”, “Sokrata-
dək”, “Sofistlər”, “Fəlsəfəyə giriş”, “Atomistlər” və s. əsərləri fəlsəfə tarixinin bir 
sıra problemlərini işıqlandırır. 
Mehbalı Qasımov 
(1906–1962). Moskva tarix– fəlsəfə məktəbini bitirmiş, 
çoxlu tələbələr yetirmişdir. “Ömər Xəyyamın rübailərində materializm”, 
“M.F.Axundov və XIX əsr rus inqilabi– demokratik estetikası”, “XIX əsrdə Azər-
baycan xalqının qabaqcıl fəlsəfəsi və ictimai– siyasi fikri tarixinin oçerkləri” onun 
qələminin məhsuludur. 
Əhməd– Kərədi Zəkuzadə 
(1888–1968). İstanbul universitetinin fəlsəfə şöbəsi-
ni bitirmiş filosof, şərqşünas, yazıçı, psixoloq, məntiqçi olmuşdur. ”Bəhmənyarın fəl-
səfi görüşləri”, “Psixologiya”, “İbn-Sinanın psixologiyası”, “Əl-Nəzzamın fəlsəfəsi”, 
“Orta əsr ərəbdilli Azərbaycan məntiqinin tarixindən” və s. əsərlərin müəllifidir. 
Heydər Hüseynov 
(1908– 1950). Çoxlu məqalələrin, kitabçaların müəllifidir. 
“XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” adlı əsərinə görə təqiblə-
rə məruz qalmışdır. Azərb. EA– nın vitse– prezidenti olmuş, akademik intihar et-
məyə məcbur edilmişdir. 42 illik ömründə Azərbaycan elminə misilsiz xidmətlər 
göstərmişdir. 
Ziyəddin Göyüşov 
(1920– 1982). Azərbaycan EA– nın müxbir üzvi idi. Etik 
fikir tarixinin tədqiqi ilə məşğul olmuşdur. “Azərbaycan maarifçilərinin etik görüş-
ləri”, “Əxlaqi sərvətlər”, “Həzz və iztirab”, “Fəzilət və Qəbahət”, “Daxilə pəncə-
rə”, “Sovet Azərbaycanında fəlsəfi fikir” (Qısa oçerk) və s. əsərlərin müəllifidir. 
Aslan Aslanov
(1926– 1995), filosof, şair, tərcüməçidir. Akademikin bir sıra şer 
kitabları ilə yanaşı, “İncəsənət və tərbiyə”, “Estetika aləmində” və s. əsərləri çapdan 
çıxmışdır. O, eyni zamanda Azərbaycanda nəşr olunan bir sıra estetika dərsliklərinin 
müəllifi idi. Çox saylı alimlərin yetişdirilməsində böyük rolu olmuşdur. 
Bütün bu filosoflarla yanaşı, Sovet dövründə Azərbaycanda çoxsaylı filosof or-
dusu yetişmişdir. Onlardan Şeydabəy Məmmədov, Firudin Köçərli, Fuad Qasımza-
də, Midhəd Ağamirov, Həsən Şirəliyev, Şükufə Mirzəyeva, Adil Nəcəfov, Mikayıl 
Məmmədov, Məqsəd Səttarov, Ənvər Əhmədov, Qurban Bayramov, Qeysər Xəli-
lov, cəmil Əhmədli, Əhməd Həsənov, Maqsud Cəlilov, Həmid İmanov, camal 
Mustafayev, Əfrand Daşdəmirov, Sabir Daşdəmirov, Niyazi Mehdi, Vəli Həbiboğ-
lu, Zakir Məmmədov, Gülnaz Abdullazadə, Zeynəddin Hacıyev, Fərman İsmayı-
lov, Zümrüd Quluzadə, Oruc Abdullayev, Elmira Zamanova, Solmaz Rzaquluzadə, 
Fərrux Ramazanov, V.Kərimov, İzzət Rüstəmov, Yusif Rüstəmov, Zahid Orucov, 
Nizami Məmmədov, İmran Cəfərzadə, Məmmədəli Zeynalov, Telman Hacıyev, 
Abdulla Əhədov, Əlipaşa Əliyev, Murad Axundov, Maarif Əkbərov, Rafiq və Ba-
bək Qurbanovlar, Qabil Hüseynli, Əlikram Tağıyev, Ələddin Şakirzadə, Səlahəd-
din Xəlilov, Vəli Paşayev, Həsən Quliyev, Rəhman Bədəlov, Əli Abasov, Əlikram 
Abdullayev, Şamil Qasımlı, Əbülhəsən Abbasov, Rəfiqə Əzimova, Kazım Əzimov, 
Məmməd Balayev, İlham Məmmədzadə, Qabil Seyidov, Azər Mustafayev, Adil 
Əsədov, Pənah Mahmudov, Qədim Mustafayev, Əsəddula Qurbanov, Əlisa Əhmə-


178
dov, Rafiq Əliyev, Əziz Məmmədov, Tariyel Əhmədov, Nizami Nəcəfov, Qoşqar 
Əliyev və başqalarını xüsusi qeyd etmək olar.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin