172
qeyd edirdi ki, həmin "uçurum dərələr"i insanlar özləri yaratmış, özləri də yox et-
məlidirlər.
N.Nərimanov 1923-1924-cü illərdə yazdığı "Elmi
kommunizmi düşünmək
üçün yol"
adlı əsərində dialektik materializm mövqeyində durmuş, cəmiyyət həya-
tına materialist baxışı
şərh etmiş, xalq kütlələrinin inqilabi-mübarizəsini
tarixi tə-
rəqqinin aparıcı amili hesab etmişdir: "Həyat mübarizədir. Mübarizəsiz həyat yox-
dur. Mübarizə tərəqqiyə yol açır. Bir-birinə zidd hərəkətlərin mübarizəsi daha bir
şey meydana gətirir: inkar edən inkar olunur".
N.Nərimanov dünyadakı bütün dəyi-
şilmə və inkişafı onun öz daxili qanunauyğunluqları ilə izah edirdi. O, qeyd edirdi
ki, təbiətdə hər şey dəyişildiyi kimi, insanın şüuru, fikri, biliyi də dəyişir, lakin bu
dəyişmə tarixi qüvvənin təsiri ilə deyil, öz obyektiv daxili qanunauyğunluğu üzrə
baş verir. O, ruhu da insan beyninin fəaliyyəti nəticəsi hesab edərək yazırdı ki, ruh
- bilikdir, düşünməkdir, o şüur təcrübəsinin səmərəsindən meydana gəlmişdir. Ruh
beş zahiri hiss üzvünün vasitəsilə alınan duyğuların və məlumatların cəmidir. "Əql
varlığa deyil, varlıq
əqlə yol
açır".
N.Nərimanov gerçəkliyin dialektik izahı üçün əsas şərtləri belə qeyd edirdi:
a) bütün şeylərin bir-birilə qarşılıqlı əlaqəsi;
b) gerçəklikdə müdam hərəkət və mübarizə və bu bərəkət və mübarizədə yeni-
nin əvvəlkini pozması.
Onun fikrincə gerçəkliyə dialektik yanaşma üsulu "Hər bir şeyi və əlamətin qey-
ri şeylərlə münasibətini və əlaqədar olmağını tapmaq və bilməkdir"; N.Nərimanova
görə "həqiqətən hərəkətsiz, mübarizəsiz xəyal yoxdur. Bir-birindən zidd şeylərin mü-
barizəsi hərəkət və həyatın davam etməsinə səbəbdir", "inkişaf təkamül və inqilabın,
kəmiyyət və keyfiyyət dəyişmələrinin vəhdətindən yaranır" və s. O, inkişafın ziddiy-
yətli və inkarın inkar mahiyyəti haqqında da maraqlı fikirlər söyləmişdi.
N.Nərimanovun
fəaliyyətində bir həkim kimi, tibbi-elmi
fikrin təbliği,
səhiyyə-
yə dair birliklərin yayılması sahəsində gördüyü çox faydalı işlər də mühüm yer tut-
muşdu. Onun "Tibb və
Dostları ilə paylaş: