169
maarifçi və inqilabi-demokrat kimi, demokratik respublikaya, xalqın seçdiyi nüma-
yəndələrdən ibarət parlament idarəçiliyinə tərəfdar idi, xalqın inqilabi-demokratik
və azadlıq hərəkətini alqışlayırdı.
M.F.Axundov siyasi görüşlərində hökmdarın xalqla bir olması
,
özünü xalqdan
ayırmamağı məsələlərinə mühüm əhəmiyyət verirdi. M.FAxundov xalq kütlələrinə
münasibətdə özünün sələfləri hesab etdiyi fransız maarifçi materialistlərindən (Vol-
ter, Monteskye və b.) daha qabağa getmişdi. O, xalqın inqilabi hərəkəti nəticəsində
qurulacaq demokratik cəmiyyəti özünün siyasi idealı hesab edir, tarixdə xalq kütlə-
lərinin aparıcı rolunu yüksək qiymətləndirirdi.
Böyük mütəfəkkir yazıçı, materialist və ateist filosof, maarifçi və inqilabi-de-
mokrat olan M.F.Axundovun dünyagörüşü Azərbaycan ictimai-siyasi və fəlsəfi fi-
kir tarixində mühüm mərhələ idi. Onun əsas
xidməti bundan ibarət idi ki, o din,
idealizm və cəhalətin hökm sürdüyü bir şəraitdə Azərbaycanda fəlsəfi materializm
bayrağını ucaltmış, despotizm və fanatizmə qarşı, demokratiya və hüquq bərabərli-
yi uğrunda kəskin və ardıcıl mübarizə ondan gələn Azərbaycan maarifçiləri və inqi-
labçı-demokratları,
xüsusilə
Dostları ilə paylaş: