Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə144/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   307
333 felsefe muhazireler toplusu eyani

Məhəmməd Qarabaği.
M.Qarabaği Azərbaycan filosofu və ilahiyyatçıdır. XV 
əsrin ikinci yarısında Qarabağda doğulmuşdurub. O, hənəfilik məzhəbi üzrə hüquq-
şünas olduğundan, “Hənəfi” adı ilə tanınıb.
Qarabağinin fəlsəfəyə dair “Elmin və idrakın mahiyyətinin təhqiqinə aid trak-
tat”ı və digər şərhləri 1963-cü ildən Qahirənin “Xədiviyyə” kitabxanasında saxlanı-
lır. Türkiyənin Darül Məsnəvi, Carullah kitabxanalarında saxlanılan əlyazma toplu-
ları da məşhurdur. Azərbaycan filosofunun Siracəddin Əli Uşi Fərqaninin (12 əsr) 
ilahiyyata dair “İmamların başlanğıcı” əsərinə həsr etdiyi şərhlə Mustafa ibn Yusif 
Müstarinin 1691-ci ildə öz əli ilə yazdığı haşiyə Saltıkov-Şedrin adına Sankt-Peter-
burq Dövlət Kitabxanasında saxlanılır. 
M. Qarabaği gah peripatetikləri, gah mütəkəllimləri tənqid etmiş, bəzən birinə, 
bəzən də haqq qazandırmış, nəticə etibarilə, barışdırıcı mövqe tutmuşdur. Qaraba-
ğinin ontoloji görüşləri varlığın vacib və mümkün qisimlərə bölünməsi, Vacib Var-
lığın isbatı kimi məsələlərin şərhində ortaya çıxır. “Filosofların təkzibi” əsərində 
Fərabi, İbn Sina, Bəhmənyar və s. peripatetiklərin, Ə.Qəzali, Fəxrəddin Razi, Əzü-
dəddin İci və digər filosofların ideyaları zəminində maraqlı fəlsəfi ümumiləşdirmə-
lər aparmışdır. Qarabaği peripatetiklərlə mütəkəllimlər arasında fikir yaxınlığı ya-
ratmağa çalışmışdır. O, Allahın fəaliyyətində hikmət, məsləhət, iradənin üstün ol-
duğunu geniş şəkildə izah etmişdir. Peripatetik müddəaları sxolastların əqidəsinə 
uyğunlaşdırmağa çalışmışdır. 
XVI əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafında dünya şöhrətli şair Məhəm-
məd Füzulinin böyük xidməti olmuşdur. 
Füzuli Məhəmməd Süleyman oğlu
(1494-1556) İraqda Kərbəla şəhərində 
anadan olmuşdur. Tədqiqatçıların fikrincə ailəsi feodal çəkişmələri nətiçəsində bir 
hissəsi Azərbaycandan İraqa köçmüş Bayat tayfasına mənsub olmuşdur. Füzuli ilk 
təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Şəxsi mütaliəsi sayəsində 


156
orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəl-
səfi cərəyanları, ərəb tərcümələri əsasında Yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, 
klassik ərəb, fars, özbək, türk və farsdilli hind ədəbiyyatını öyrənmişdir. 
Məhəmməd Füzuli qədim yunan və şərq fəlsəfəsi ilə yaxından tanış idi. Onun 
fəlsəfi görüşləri, əsasən, Ərəb dilində nəsrlə yazdığı “Mətlə-ül-etiqad” əsərində öz 
əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Demokrit və başqa yunan filosof-
larının fikirlərindən, Nizaminin fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa 
əsərlərində də fəlsəfi fikirlərə təsadüf edilir. Füzuli dövrünün daha mütərəqqi ide-
yalarına əsaslanmışdır. Qəsidələrindəki mistik tərki-dünyalıq motivləri şairin yaşa-
dığı dövrün təsirilə bağlı olmuşdur. Füzuli müsəlman ilahiyyatı məsələlərini fəlsəfi 
zəmində araşdırırdı. Fəlsəfi görüşlərinə görə Füzuli idealist olmuşdur. O, maddi 
aləmin obyektiv və insan şüurundan asılı olmayaraq mövcudluğunu qəbul etsə də, 
göstərirdi ki, maddi varlıq qeyri-maddi Allah tərəfindən yaradılmışdır. Onun fikrin-
cə qeyri-maddi aləm ilkindir. Bununla yanaşı ontoloji təlimində o, maddi aləmin 
obyektiv mövcudluğu fikrini müdafiə etmişdir. Varlıq məsələlərində Füzuli obyek-
tiv mövcud olan hər şeyi iki kateqoriyaya bölürdü: 
1. Zəruri (öz mövcudluğunda səbəbə ehtiyacı olmayan), bu Füzuliyə görə Al-
lahdır; 
2. Mümkün olan (öz mövcudluğunda səbəbə ehtiyacı olan), yəni dünya. 
Beləliklə, Füzuli maddi aləmi və qeyri-maddi Allahı bir-birinə qarşı qoyur. 
“Leyli və Məcnun” əsərində isə panteizmə meyl göstərərək, Allahla aləmi eyniləş-
dirir. 
Füzulinin görüşlərində bəzən kortəbii meyllərə, bəzən mistik ruhlu panteizmə 
rast gəlmək olur. Güman etmək olar ki, Yaxın Şərq filosofları Şəhristaninin “Dini 
və fəlsəfi cərəyanlar haqqında”, Əl-Kifin “Müdriklər haqqında məlumat” və başqa 
əsərlərin təsiri ilə Füzuli iki maddi (ilkin materiya və cisim) və üç qeyri-maddi (for-
ma, ruh, zəka) substansiyanın mövcudluğunu göstərir. Forma müəyyən yerdə yer-
ləşdirilən substansiyadır. Zəka isə cisimlə əlaqəsi olmayan qeyri-maddi substansi-
yadır. Füzulinin fikrincə insan ruhu zəkaya uyğun hərəkəti idarə edir. 
Buna görə də zəkalı ruh adlanır. Lakin bununla belə hesab edilir ki, insan ruhu 
şəxsiyyət üçün əlçatmaz bir şeydir. Füzulinin humanizmi onun vəsf etdiyi məhəb-
bət hissi ilə sıx bağlıdır. O, məhəbbəti insan həyatının və xoşbəxtliyinin son məqsə-
di hesab edirdi. 
Füzuli dövrünün demokratik ideyalarını müdafiə etmiş, bütün insanların bəra-
bər olmasını, hakimlərin yoxsullara mərhəmət göstərməsini arzulamışdır. 
XVII əsrin I yarısında yaşamış Azərbaycan xalqının görkəmli filosofu 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin