160
edərək, insanı ən yüksək keyfiyyətli varlıq adlandırır.
XVII əsrdə Azərbaycan mütəfəkkiri olan Saib Təbrizi özünəməxsus yaradıcılıq
tərzinə əsasən öz dünyagörüşünü sırf fəlsəfi islahatlarla deyil, bədii-ədəbi və məca-
zi ifadələrlə bu və ya digər şəkildə bəyan etmişdir. Buna görə də o, fəlsəfi kateqori-
yalara dair qətiyyən heç bir ünvan, yaxud bölmə və əsər yazmamışdır. Eləcə də fəl-
səfənin əsas məsələsi ilə əlaqədar olan idrak nəzəriyyəsi haqqında da ayrıca xüsusi
bəhs açmamışdır. Lakin mütəfəkkirin əsərlərində çox nadir və üstüörtülü halda olsa
da, idrak məsələsinə toxunduğunu sezmək olur. Buradan belə bir qənaətə gəlmək
olur ki, idrak məsələsinin qoyuluşu və həllində Saib Təbrizi qismən sufi panteist
mövqeyində durmuşdur. Saib Təbrizi idrak məsələsində aydın bir nətiçəyə çatmaq
üçün çətinliklərdən qorxmayan axtarışların, daha doğrusu təcrübənin roluna əhə-
miyyət verirdi.
Saib Təbrizi hər şeydən əvvəl idrakı insanın özünü dərk etməsi və tanıması
məsələsi ilə əlaqələndirərək, müəyyən dərəcədə Sokratın “özün özünü dərk et” ki-
mi məşhur ifadəsini təkrar etmişdir. O, öz dövrünün parlaq alimi kimi əsərlərində
elmi biliyə, maarifə yiyələnməyə və elmin nailiyyətlərinə qiymət verir, insanların
baxışlarında olan dumanlı cəhətləri yalnız elm vasitəsilə aradan qaldırmanın əhə-
miyyətindən danışırdı.
Saib Təbrizi belə hesab edirdi ki, qızılın əyarı çoxaldıqca, onun dəyəri yüksəl-
diyi kimi insanların da biliyi artdıqca, onların ictimai çəkisi çoxalır, onlar daha yet-
kin və kamil adama çevrilirlər. Buna görə də mütəfəkkir insanları yaşadığı fürsət-
dən istifadə edib, özlərini kamil adam səviyyəsinə çatdırmağa davam edirdi.
Saib Təbrizinin dünya görüşündə fəlsəfi fikirlərlə yanaşı, çox zəngin etik, di-
daktik və ictimai fikirlərdə diqqətəlayiq yer tutur. Saib Təbrizi yaradıcılığında döv-
rünün və mühitin inkişaf səviyyəsindən irəli düşərək mütərəqqi əxlaq, mədəni məi-
şət məsələləri və qaydalarına dair qiymətli fikirlərlə çıxış etmişdir. Saibin etik gö-
rüşünün mərkəzi nöqtəsində insanın yaşaması üçün ən zəruri amil olan və insan
üçün yüksək əxlaqi keyfiyyət sayılan əmək və şərəfli zəhmət durmuşdur. Saib Təb-
rizi yaşayışın əsas məzmununu yalnız yeyib-yatmaqda deyil, əməkdə, zəhmət çək-
məkdə və minnətsiz həyat sürməkdə görür və bu nöqteyi-nəzərdən işləmək istəmə-
yib, tüfeyli vəziyyətdə yaşamağa can atan adamları kəskin tənqid atəşinə tuturdu.
Dostları ilə paylaş: