Sərbəst mövzu: Havanın çirklənməsinin əhalinin sağlamlığına təsiri.
PLAN: Atmosfer havasının çirklənmə mənbələri.
Atmosfer havasında yayılan çirkləndiricilərin insanlara təsiri.
Azərbaycanda atmosfer havasının insan sağlamlığına təsirini azalmaq üçün görülməsi zəruri olan tətbirlər planı.
GİRİŞ:
Yeri əhatə edən hava təbəqəsi atmosfer (yunanca “atmos”-buxar, “sfera”-təbəqə deməkdir) adlanır. Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosferin olması Yerdə həyatın olması üçün əsas şərtdir. Atmosfer insanların tənəffüsü üçün vacib şərtdir. İnsan havasız 4 dəqiqədən artıq yaşaya bilməz. İnsan üçün bu qədər əhəmiyyətli olan atmosfer havası hazırki dövrdə çox yüksək səviyyədə çirklənməyə məruz qalmışdır. Müxtəlif mənbələrə əsaslanaraq hazırladığım aşağıdakı mətndə atmosferin çirklənməsinin insan sağlamlığına təsirindən qeyd edəcəm.